Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1035/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1təbəsində, sahəsi 79,0 kv.m olan 3 (üç) otaqlı 56 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar, İddiaçı, X5 və Cavabdeh 1984-cü ildən yuxarıda göstərilən ünvanda- ünvan 1təbəsində, sahəsi 79,0 kv.m olan 3 (üç) otaqlı 56 saylı mənzilində yaşayır. Mənzil özütikilidir. Bütün kommunal rahatlığa malikdir və bütün kommunal ödənişlər bizim tərəfindən vaxtında yerinə yetirilir. Onlar ailəliklə həmin mənzildə 1984-cü ildən qeydiyyatdadılar və yaşayırlar. Bildirmək istəyir ki, Cavabdeh artıq 10 ildən çoxdur ki, Azərbaycanı tərk edib və bir daha geri qayıtmayıb. Onun qeydiyyatda qalması onlara problem yaradır. Belə ki, ona görə əlavə ödənişlər etmək lazım gəlir. Həmçinin yaşayış yerindən hər hansı bir arayış alanda onun şəxsiyyət vəsiqəsi, razılığını almaq lazım gəlir. Ona görə də Cavabdeh qeydiyyatdan çıxarılması vacibdir. Tərəflər arasındakı hüququ münasibətləri 2000-ci ildən əvvəl yaranmışdır. Ona görə də tərəflər arasında münasibətə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsində deyilir: İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Məhkəmə iclasında iddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş, 02.10.2020-ci il tarixli, seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı, ünvan 2 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarında olan Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş, 16.11.2020-ci il tarixli, seriya 051708 arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayır və bina özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh X4 iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldırsa da, belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi ev 27, 56 saylı mənzilə mülkiyyət hüququ yaranmadığı müəyyən edilir. Belə olan halda məhkəmə iddiaçının qeyd olunan tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırarkən müəyyən etmişdir ki, ünvan 3 özbaşına tikilidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Odur ki, mübahisəli tikilinin hüquqi statusunun (özbaşına tikili) olmamasına baxmayaraq, tərəflərin mübahisəli tikili ilə bağlı mənafeləri bərabərləşdirilməlidir. Hazırki mübahisə üzrə işin faktiki hallarından da görünür ki, İddiaçı tərəfindən verilmiş iddia tələbi əsassızdır. Qeyd olunduğu kimi mübahisə predmeti olan ev özbaşına tikilidir və iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında həmin mübahisəli evin ona aid olmasını və onun vəsaiti hesabına əldə edildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə isə iş üzrə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, yuxarıda sadalananları əsas götürərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1035/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1035/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver