Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1036/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5 İddiaçılar X6 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı (Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar X8 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 Rövşən Rafiq oğlu ilə 15 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Səadət sarayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından İddiaçı2 adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı Zemfira Vakilova uzun müddət Rövşən Səfərovla birgə nikahda olmuş və birgə təsərrüfat aparmışlar. Sonradan ailə arasında münasibətlər korlanmış və Rövşən X2 ilə olan nikahlarının pozulması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cıı il tarixli qətnaməsi ilə X14 Vakilova aralarında olan nikahları pozulmuşdur. Həmin qətnamədən Zemfira Vakilova apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6083/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi qüvvəyə minməmiş X13 14 mart 2019-cu il tarixdə nikahın pozulması haqqında şəhadətnamə alaraq 09.04.2019-cu il tarixdə cavabdehlə rəsmi nikaha girmişdir. Bunlardan İddiaçı2 yaxın günlərdə xəbəri olmuşdur. X13 31.10.2020-ci il tarixdə rəhmətə getmişdir. Səfərov Rövşənlə Cavabdeh arasında bağlanmış nikah qanunvericiliyin tələblərinə uyğun bağlanmadığı üçün etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı X6 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən X9 Vəkilova Zemfira Dursun qızına qarşı “nikahın pozulması” tələbinə dair ilkin, Vəkilova Zemfira Dursun qızının X11 qarşı “uşağın himayəsində qalması, aliment, təhsillə bağlı xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X13 ilə Vəkilova Zemfira Dursun qızı arasında 15 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 132 nömrəli nikah pozulması, Vəkilova Zemfira Dursun qızının X11 qarşı uşağın himayəsində qalması, aliment, təhsillə bağlı xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından olan uşağı - xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı2 anası Vəkilova Zemfira Dursun qızının yanında qalması müəyyən edilməsi, xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş İddiaçı2 saxlanması üçün X7 aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Vəkilova Zemfira Dursun qızına ödənilməsi və alimentin tutulmasının əvvəli 24 yanvar 2019-cu il tarixdən hesablanması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6083/2019 nömrəli, 14 may 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh Vəkilova Zemfira Dursun qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissəsində - qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19.09.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 331965 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X13 ilə Vəkilova Zemfira qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14.03.2019-cu il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Vəkilova soyadı verilmişdir; 12.06.1975-ci il tarixində anadan olmuş X13 barəsində verilmiş X4 AQİS-dən çıxarışın surətinə əsasən 15.01.2005-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) nikah haqqında akt qeydi (Vəkilə Zemfira ilə) qeydə alınmış, daha sonra 5 saylı Bakı “Asan xidmət” Qeydiyyat şöbəsində 09.04.2019-cu il tarixdə (Cavabdeh ilə) nikah aktı qeydə alınmış, 14.03.2019-cu il tarixdə nikahın pozulması haqqında akt qeydi (Vəkilova Zemfira ilə) Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Reyestri Xidmətinin Vəkilova Zemfira Dursun qızına ünvanladığı 05/2-19-10/15 nömrəli 26.10.2019-cu il tarixli cavab məktubunun surətinin mətnində “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətdə keçmiş əriniz Rövşən Səfərovun qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında nikahınızın pozulmasını Binəqədi rayon qeydiyyat şöbəsində qeydə aldırdığını bildirərək məsələnin araşdırılmasını xahiş edirsiniz. Araşdırma zamanı İddiaçı2 iddiası əsasında nikahınızın Binəqədi rayon məhkəməsinin 24.01,2019-cu il tarixli qətnaməsi ilə pozulduğu və həmin qətnamədən apellyasiya şikayəti verdiyiniz, Bakı Apellyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldığı və 17.09.2019-cu il tarixdə qanuni qüvvəyə mindiyi müəyyən edilmişdir. Lakin qətnamə qanuni qüvvəyə minmədən İddiaçı2 14.03.2019-cu ildə nikahın pozulmasının qeydə alınması məqsədilə məhkəmə qətnaməsindən çıxarışı Binəqədi rayon qeydiyyat şöbəsinə təqdim etmiş və şöbənin rəisi T.Əsgərova məzuniyyətdə olduğundan aparıcı məsləhətçi A.Hüseynzadə qətnamənin qanuni qüvvəyə minməsini yoxlamadan nikahın pozulmasının qeydə alınması haqqında ərizəni qəbul etmiş və həmin gün müvafiq qeydiyyat aparılaraq bu barədə şəhadətnamə verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.1 -ci və 393-cü maddələrinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı şəhəri Apellyasiya Məhkəməsi ilə əlaqə saxlanılarkən müvafiq qətnamənin İddiaçı2 17 iyul 2019-da təqdim edildiyi və 17.09.2019-cu ildə isə qanuni qüvvəyə mindiyi bildirilmişdir. Məlumat veririk ki, qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını dövlət qeydiyyatına alındığından Binəqədi rayon qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi A.Hüseynzadəyə xəbərdarlıq edilərək qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl edilməsi tələb olunmuşdur” göstərilmişdir; 10.12.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Vəkil1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə 2(001)-500/2019 saylı mülki işə baxış keçirmiş və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə X8 ilə X13 arasında 15 yanvar 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin qətnamə Vəkilova Zemfira Dursun qızı tərəfindən rəsmi qaydada 30.01.2019-cu il tarixdə qəbul edilmiş, həmin qətnamədən X8 tərəfindən qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsindən 25.02.2019-cu il (25.03.2019-u il) apellyasiya şikayəti verilmiş, mülki iş 08.04.2019-cu il apellyasiya instansiyasına göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6083/2019 nömrəli, 14 may 2019-cu il tarixli Qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissəsində - qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sonradan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi nikahın pozulması hissəsində icra edilməsi üçün 19.09.2019-cu il tarixində Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, X8 ilə X13 arasında 14.03.2019-cu il tarixdə nikahın pozulması haqqında akt qeydi Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. 19.09.2019cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X13 ilə Vəkilova Zemfira qızı arasında nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14.03.2019cu il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. İddiaçılar X8 və İddiaçı2 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə istinad etməklə 09.04.2019-cu il tarixdə Cavabdeh ilə X13 arasında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb edir, cavabdeh isə bu halı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Ailə qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, dövlət təknikahlılıq prinsipindən çıxış edərək tərəflərdən birinin başqa şəxslə dövlət qeydiyyatına alınmış nikahda olduğu halda başqa bir nikahın bağlanmasını qadağan edir, hətta belə nikah bağlanmış olsa belə onun məhkəmə qaydasında etibarsız sayılmasını nəzərdə tutur. Belə ki, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun sozügedən qərarında göstərilir ki, Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır. Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti nikahın pozulması hissəsindən deyil, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsindən verilmişdir. Digər tərəfdən, X9 X8 ilə mövcud olan nikahı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14.03.2019-cu il tarixdə 117 nömrə ilə qeyd edildikdən sonra X3 Zərifə Azadi qızı ilə nikaha daxil olmuşdur. Belə olan halda, X9 başqası ilə nikahda olmaqla digər şəxslə nikaha daxil olması halı baş verməmişdir. Buna görə də, iddiaçıların istinad etdiyi əsasla nikahın etibarsız sayılması tələbi təmin oluna bilməz. Digər tərəfdən, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılar X8 və İddiaçı2 tərəfindən inzibati orqan olaraq Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin qəbul etdiyi 19.09.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 331965 nömrəli nikahın pozulması haqqında şəhadətnamə inzibati akt olaraq mübahisələndirilməmiş, bu sənəd hər hansı qaydada ləğv edilməmişdir. Belə olan halda, X13 nikahın pozulması haqqında şəhadətnamə əldə etdikdən sonra nikaha daxil olmuşdur, bu hal nikahın etibarsız sayılması barədə iddiaçının tələbinin əsassız olduğunu göstərir. Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19.09.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 331965 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin və aparılmış 14.03.2019-cu il tarixdə nikahın pozulması haqqında akt qeydinin qanuni olub-olmaması hazırki iddia tələbi çərvivəsində məhkəmə araşdırmasının predmetini təşkil etmir. Bu sənəd inzibati akt olmaqla inzibati icraat baxışında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı (Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “nikahın etibarsızlığı” tələbinə dair əsassız olduğundan rədd olunmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı (Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “nikahın etibarsızlığı” tələbinə dair iddia tələbi rədd olunsun. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1036/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1036/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver