Məhkəmə qərarları › İş №2(005)-1047/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1047/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1047/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçilər Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X9 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, X15 Komitəsi Sumqayıt Şəhər şöbəsi tərəfindən verilmiş JN -1442B, 30800118 kodlu şəhadətnamədə qeyd olunan X6 Ərizəçi1, X5 X12, Ərizəçi2 Müttəlif qızının Ərizəçi2 ilə eyni şəxs olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən torpaq sahəsinə dair verilmiş JN-1442B seriyalı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (doğum tarixi xx.xx.1959) Ərizəçi1, (doğum tarixi xx.xx.1986) X8,(doğum tarixi xx.xx.1958) X13, (doğum tarixi xx.xx.1990) Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 birgə ərzəçilərin siyahısına daxl edilməklə məhkəmə iclaslarının onun iştirakı olmadan keçrlməsini və Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən torpaq sahəsinə dair verilmiş JN-1442B seriyalı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (doğum tarixi xx.xx.1959) Ərizəçi1, (doğum tarixi xx.xx.1986) X8,(doğum tarixi xx.xx.1958) X13 və (doğum tarixi xx.xx.1990) Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X15 Komitəsi Sumqayıt Şəhər şöbəsi tərəfindən verilmiş JN -1442B, 30800118 kodlu şəhadətnaməyə əsasən Novxanı bağlar Massivində yerləşən ümumi sahəsi 0.115 ha olan 1143n saylı Bağ X2, X6, X5 və Ərizəçi2 Müttəlif qızının mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə düzəliş edilməsi və mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərkən tələbi təmin edilməmiş və bildirilmişdir ki, təqdim edilən JN-1442B (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində mülkiyyətçilərin ad siyahısında 2-ci və 3-cü sırada qeyd olunmuş şəxslərin adı, atasının adı və soyadı “X14”, “X10, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1”, “X12” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətlərinə aid edilmişdir. X15 Komitəsi Sumqayıt Şəhər şöbəsi tərəfindən verilmiş JN - 1442B, 30800118 kodlu şəhadətnamə hazırlanarkən idarə tərəfindən yanlışlıqlara yol verildiyindən mülkiyyət hüquqları pozulur. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər ərizəçilər Ərizəçi2 və X16 məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edlməsini xahiş etmişlər. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixində doğulmuşdur; Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1986-cı il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı tarixində Mingəçevir şəhərində anadan olmuşdur; AA1784805 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1958-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.09.2016-cı il tarixində Ukraynanın Odessa şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 1250 nömrə ilə qeyd edilmişdir; 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin müvafiq ərazi idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 957 nömrəli məktubdan görünür ki, mərhum X7 vərəsəlik işinin həlli ilə əlaqədar ümumi birgə mülkiyyət hüququ üzrə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,115 ha torpaq sahəsi olan 1143n bağ sahəsinin mərhuma məxsus olan payına dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dövlət reyestrindən arayış verilməsi və həmin arayışın Ərizəçi1 verilməsi xahiş olunmuşdur; Maraqlı şəxs tərəfindən Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, təqdim edilən JN-1442B(kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində mülkiyyətçilərin ad siyahısında 2-ci və 3-cü sırada qeyd olunmuş şəxslərin adı, atasının adı və soyadı “X14”, “X11” kimi göstərilsə də şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1”, “X12” kimi qeyd edilmişdir. Odur ki, ad uyğunsuzluğu ilə bağlı müvafiq sənəd təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir; Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçilər kimi “X16”, “X14”, “X11” və “Ərizəçi2 Müttəlif qızı” qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçilər bir ailənin üzvüdürlər. Onlar X15 Komitəsi Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş JN- 1442B,30800118 kodlu şəhadətnamədə Ərizəçi1 səhvən X14, Ərizəçi2 səhvən Ərizəçi2 Müttəlif qızı, vəfat etmiş X1 X4 qeyd edildiyindən həmin əmlak üzərində mülkiyyət hüquqlarını qeydiyyata ala bilmədiklərinə əsaslanaraq sənədin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubu ilə onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından göründüyü kimi, Ərizəçi1, Ərizəçi2, X7 və X9 şəxsiyyətlərini müəyyən edə bilmək üçün kifayət qədər sübut (şəxsiyyət vəsiqələri, doğum və ölüm haqqında şəhadətnamələr) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçilərin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki adları, ata adları ilə şəxsiyyət vəsiqəsindəki adları və soyadları düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və sənədin onlara məxsus olması barədə hüquqi əhəmiyyətli fakt xüsusi icraat qaydasında mübahisələndirilir. Həmin sənəddə Ərizəçi1 əvəzinə X14, X12 əvəzinə X11, Ərizəçi2 əvəzinə yanlışlıqla Ərizəçi2 Müttəlif qızı qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-1442B, kod 30800118 nömrəli şəhadətnamənin Ərizəçi1, X12, Ərizəçi2 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X16, X14, X11 və Ərizəçi2 Müttəlif qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN -1442B, kod 30800118 nömrəli şəhadətnamənin X16, Ərizəçi1, X12 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar