Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1053/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Meqa Sığorta’' ASC və Cavabdeh2dan müştərək qaydada 3197,00 (üç min bir yüz doxsan yeddi) manat məbləğində sığorta ödənişinin, 172,48 ( bir yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat məbləğində dəbbə pulunun, 143,36 (bir yüz qırx üç manat otuz altı qəpik) manat məbləğində maddi zərərin, 2000,0 (iki min) manat mənəvi zərərin, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 310,0 (üç yüz on) manat xidmət haqqının, 30,0 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 5852,84 (beş min səkkiz yüz əlli iki manat səksən dörd qəpik) manat pulun tutulub birdəfəlik qaydada ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AB seriyalı 677037 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçıya məxsus olan 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobil 16.10.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi istiqamətində işıqforun qırmızı-qadağanedici işarəsində dayandığı zaman ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 idarə etdiyi, AR Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus 90JS516 dövlət nömrə nişanlı, FORD TRANSİT yük-sərnişin markalı avtomaşın tərəfindən arxadan vurulmuş, zərbənin gücündən idarə etdiyi avtomaşın qarşıda dayanmış ünvan 2 ünvanında qeydiyyatda olan X3 məxsus, 99UU074 dövlət nömrə nişanlı, BMW328i minik avtomaşınına arxadan dəymiş və nəticədə ona məxsus 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobili arxa və ön tərəfdən ciddi zədələnmişdir."xxxx" ASC-nin əməkdaşları tərəfindən maşına heç bir xüsusi avadanlıqla yoxlama aparılmadan magistral yolda vizual baxış keçirilmiş və təşkilati-hüquqi forması məlum olmayan “Avtomobillərin texniki xidmət mərkəzi” 20.10.2020-ci il tarixli “Qüsur akt’na əsasən avtomaşına dəymiş ziyanın məbləğini 600,0 manat qiymətləndirmişdir. Qoyulmuş 600,0 manat qiymət reallığı uyğun olmadığından tərəfindən hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə 02.11.2020-ci il tarixdə MERCEDES-BENZ-in Azərbaycanda rəsmi dileri olan "xxxx" MMC-yə rəsmi müraciət edilmiş və xidmət haqqı olaraq 143,36 manat pul ödənilmişdir."xxxx" MMC-nin 02.11.2020-ci il tarixli aktına əsasən iddiaçıya məxsus olan 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobilinə 3917,0 manat ziyan dəymişdir. Bunu nəzərə alaraq "xxxx" ASC-yə 25.11.2020-ci il tarixdə elektron müraciət ünvanlayaraq avtomaşına dəymiş zərərin real olmadığını və yeni qiymətləndirmə aparılmasını xahiş etmişdir. Bu dəfə isə "xxxx" ASC-yə xidmət göstərən “X7” MMC tərəfindən 30.11.2020-ci il tarixdə qiymətləndirmə aparılmış və avtomaşına dəymiş zərərin 620,0 manat olduğu qənaətinə gəlinmişdir. Bildirilir ki, hər iki qiymətləndirici "xxxx" ASC-yə xidmət göstərməklə dəymiş zərəri reallıqdan dəfələrlərlə az yazmağa maraqlıdırlar.Onların müəyyən etdiyi zərər məbləğinə avtomaşına vurulmuş zərərin bir detalının alınması mümkün deyildir. Sığorta şirkəti 620,0 manat məbləğində dəymiş zərəri bank hesabına ödənilməsi məqsədilə 02.12.2020-ci il tarixli cavab məktubu göndərmişlər.Bu dövr ərzində dəfələrlə sığorta təşkilatının qeyri-insani münasibəti nəticəsində mənəvi sarsıntı keçirmişdir. Eyni zamanda səhhətində problemlər yaranmış, həyəcan və əsəb nəticəsində arterial təzyiq yüksəlmiş, fəaliyyət qabiliyyətsiz vəziyyətə düşmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili U.B.Süleymanlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 isə iddia tələbinin ona münasibətdə qəbul etmədiyini rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC-nin 27.10.2020-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, avtomobilə dəymiş ziyan 600 manat məbləğində müəyyən edilmişdir; 30.11.2020-ci il qiymətləndirmə aktından görünür ki, təmir-xidmət işlərinin dəyəri 620 manat məbləğində qiymətləndirilmişdir; 19.04.2021-ci il tarixli, 8/610, 9/1554 nömrəli “X7” MMC-nin ekspert rəyindən görünür ki,avtomobilin təmir-bərpa xərci 810 manat müəyyən edilmişdir. 19.04.2021-ci il tarixli,8/610, 9/1554 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti,həmçinin təmir bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə,həmçinin təmirbərpa işləri ilə birlikdə 1890 manat müəyyənləşdirilmişdir. 04.08.2021-ci il tarixli, 9/4023 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti,həmçinin təmir bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə,həmçinin təmir-bərpa işləri ilə birlikdə 1890 manat müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilələrə əsasən müvafiq şəxsi minik avtomobili icbari sığorta növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmişdir. Qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı məxsus olan 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobil 16.10.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi istiqamətində işıqforun qırmızıqadağanedici işarəsində dayandığı zaman ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 idarə etdiyi, AR Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus 90JS516 dövlət nömrə nişanlı, FORD TRANSİT yük-sərnişin markalı avtomaşın tərəfindən arxadan vurulmuş, zərbənin gücündən idarə etdiyi avtomaşın qarşıda dayanmış ünvan 2 ünvanında qeydiyyatda olan X3 məxsus, 99UU074 dövlət nömrə nişanlı, BMW328i minik avtomaşınına dəymiş və nəticədə 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobil zədələnmişdir. İş üzrə aparılmış ekspert rəylərindən də aydın olur ki, ümumi dəymiş ziyan yeni hissələrlə 3353 manat və aşınmış hissələrlə 1890 manat müəyyən olunmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verən kimi müvafiq icra hakimiyyəti orqanı olan X9 İdarəsinin əməkdaşları hadisəni rəsmiləşdirmiş, müvafiq protokol tərtib edilərək hadisənin səbəbləri, hadisə yerinin sxemi, baxış protokolu, sürücünün izahatı və digər xüsusatlar qanuna uyğun olaraq sənədləşdirilmişdir. Qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsinin səlahiyyətli orqanlar tərəfindən araşdırılması nəticəsində müəyyən edilmiş halların şübhə altına alınması əsaslı dəlil hesab edilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 6-cı bəndinin “qeyd” hissəsinə əsasən, yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Məhkəmə sığorta ödənişi məbləğinin düzgün hesablanmaması barədə iddiaçının irəli sürdüyü arqumentləri də əsaslı hesab edir. Belə ki, onun istinad etdiyi Mülki Məcəllənin 896-cı maddəsi qismən sığorta halını, yəni müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərindən az olduğu halı tənzimləyir və məhz bu halda sığortaçının zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəməli olduğunu nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi hissəsində qismən təmin edilməli, 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 üzrə cavabdehlər “Meqa Sığorta’' ASC-dən 1890 manat məbləğində sığorta ödənişin, 83,16 manat məbləğində dəbbə pulu (1890 - 0,1 faizi x 1,8 AZN x 44 gün = 83,16 manat), hüquqi yardıma görə 150 manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiasının sığorta ödənişinin tutulması hissəsi qismən əsaslıdır, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, MM-nin 926.1-ci maddənin tələbləri baxımından sıığorta ödənişi sığortaçı tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, eləcə də digər xərclər nəzərə alınaraq (iddiaçının «Autostar Kaukasus QmbH Azərbaycan” MMC-yə xidmət haqqı olaraq 143,36 manat pul ödəməsi) işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 150 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1890,00 manat məbləğində sığorta ödənişi, 83,16 manat dəbbə pulu, hüquqi yardıma görə 150 manat və 30 manat dövlət rüsumu, cəmi 2153,16 (iki min yüz əlli üç manat on altı qəpik) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 200 ( iki yüz) manat İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1053/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1053/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver