Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1070/2024 30.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Hyundai İX35” markalı, “10- PL-119” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan və yol vərəqəsi əsasında həmin MMC-nin işçisi sürücü Cavabdeh2 tərəfindən idarə olunan “Ford 1833D” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərin qiymətləndirilməsi barədə hesabata, ödənişi təsdiq edən ödəniş tapşırığına əsasən sığortalanmış “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən İslamov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Həmçinin zərərvuran nəqliyyat vasitəsi icbari sığortalanmadığı üçün dəymiş zərərin əvəzi sığorta qaydasında ödənilə bilmir. Qeyd olunanlara əsasən 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh2 və işçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 30 noyabr 2023-cü il tarixdə Cavabdeh2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, hadisə 2 il əvvəl baş vermişdir. Həmin vaxt o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmişdir. İdarə etdiyi avtomaşınla bankın zibillərini götürüb avtomaşını yerindən tərpədəndə avtomaşının təkəri "xxxx" ASC-nin Şamaxı filialının müdirinin xidməti avtomaşının qabaq qapısına toxunmuşdur. Həmin qapı da rənglənmiş bir qapı olmuş və rənglənmə ilə birlikdə xərci təqribən 150-200 manat olmuşdur. Cavabdeh2 avtomaşının sığortalı olduğunu, pulu sığorta şirkətinin ödəyəcəyi bildirilmişdir. Həmin vaxtdan iki il keçir. Ona məhkəmə bildirişi gəldikdən sonra bilmişdir ki, o və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunu sığorta şirkətinə ödəməlidir. Belə məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat vasitəsini sığortalamamışdır. Hansı ki, idarə və təşkilatlara məxsus avtomaşınlar həmin təşkilatın müdriyyəti tərəfindən sığortalanmalıdır. Bunun sürücülərə heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq o, iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(074)-1424/2023 nömrəli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra Şamaxı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(074)- 189/2024 nömrəli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. 27 iyun 2024-cü il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. O, iki il əvvəl sürücü işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ford 1833D” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanmış vəziyyətdə sükanı döndərərkən "Hyundai İX35" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qapısına dəydiyini və sonuncu nəqliyyat vasitəsinin yüngül zədələndiyini qeyd etmişdir. Eyni zamanda o bildirmişdir ki, “Ford 1833D” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə maşınıdır və ona məxsus deyil, həmin maşın sığortadan və texniki baxışdan keçməmişdir. Sürücü kimi onun heç bir günahı yoxdur. Buna görə Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ona qarşı deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırmalıdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh2 iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edilərək işlərin çoxluğu və uzaq məsafəyə görə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkləri bildirilmiş, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 etirazın məzmununa uyğun izahat verərək ona aid hissədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Ford1833D” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı Cavabdeh2 02 noyabr 2020-ci il tarixli, 032338 nömrəli yol vərəqi verilmişdir. İş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” 29 noyabr 2021-ci il tarixli ******* nömrəli Qərardan görünür ki, Cavabdeh2 “Ford1833D” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli, 0897 nömrəli aktdan görünür ki, "xxxx" MMC tərəfindən “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilən zaman ümumilikdə 1093,69 (926,85 manat + 166,84 manat ƏDV) manat dəyərində ehtiyat hissələri dəyişdirilmiş və texniki xidmət göstərilmişdir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli, 101293 nömrəli sığorta aktında göstərilir ki, “Ford1833D” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sığortalanmış 2012-ci il buraxılışı “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuş, dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli, 0897 nömrəli hesaba uyğun olaraq 1093,69 manat müəyyən edilmiş və zərər məbləğindən sığorta müqaviləsindən nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma məbləği 17 dekabr 2021-ci il tarixdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənildiyindən sığorta ödənişi tam olaraq 1093,69 manat servisin hesabına köçürülmüşdür. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, 10788 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 21 dekabr 2021-ci il tarixli, 101293 nömrəli sığorta aktına əsasən 926,85 manat ödəniş olunmuşdur. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, 10789 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 21 dekabr 2021-ci il tarixli, 101293 nömrəli sığorta aktına əsasən 166,84 manat ƏDV ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 dekabr 2021-ci il tarixdə cavabdehlərə pretenziya göndərilərək xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan “Ford 1833D” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyi, baş vermiş yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Hyundai İX35" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəydiyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş zərər aradan qaldırılaraq, sığortalanmış “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat sığorta ödənişi həyata keçirildiyi, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olduğuna görə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı subroqasiya hüququ yarandığı bildirilmiş, qeyd olunanları nəzərə alaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat pulun 10 gün ərzində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, zərər məbləğinin qeyd edilən müddət (10 iş günü) ərzində ödənilmədiyi təqdirdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin cavabdehlərdən tutulacağı qeyd olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(074)-1424/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli, 9/380 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 820 (səkkiz yüz iyirmi) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinin 30 sentyabr 2024-cü il tarixli, 5-75/2-530/2024 nömrəli məktubundan görünür ki, “Ford1833D” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29 noyabr 2021ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin mülkiyyətində olmuşdur və hal-hazırda da Şamaxı Rayon İcra Hakimiyyətinin mülkiyyətindədir. Həmçinin bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindədir. İş materiallarında olan Cavabdeh2 əmək kitabçasının surətindən görünür ki, o, 31 yanvar 2011-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi işə qəbul olunmuş, 02 avqust 2022-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2012-ci il tarixli Qərarında qeyd olunur ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan və onun işçisi Cavabdeh2 tərəfindən idarə olunan “Ford1833D” markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai İX35” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikasının İzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş sığorta hadisəsinə görə kasko sığorta müqaviləsi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta olunmuş “Hyundai İX35” markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərlə bağlı iddiaçı tərəfindən müvafiq məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Bununla da İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı sığorta ödənişi həcmində subroqasiya qaydasında hüququ yaranmışdır. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 11 dekabr 2021ci il tarixli qüsur aktına istinad olunaraq “Hyundai İX35” markalı avtomobilə 1093,69 manat zərər vurulduğu bildirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat şərtsiz azad olunma nəzərə alınmaqla ödənilmiş 993,69 (doqquz yüz doxsan üç manat altmış doqquz qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi tələb edilmişdir. Lakin 22 fevral 2024-cü il tarixli, 9/380 nömrəli ekspert rəyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Hyundai İX35” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 820 (səkkiz yüz iyirmi) manat müəyyən edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 22 fevral 2024-cü il tarixli, 9/380 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, sığorta müqaviləsində nəzərdə tutulmuş 100 (yüz) manat məbləğində şərtsiz azad olunma nəzərə alınmaqla cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə sığorta ödənişinin əvəzi kimi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 23 noyabr 2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi kimi 720 (yeddi yüz iyirmi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi kimi 720 (yeddi yüz iyirmi) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1070/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1070/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver