Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1080/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(005)-1053/2021 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Meqa Sığorta’' ASC və Cavabdeh2dan müştərək qaydada 3197,00 (üç min bir yüz doxsan yeddi) manat məbləğində sığorta ödənişinin, 172,48 ( bir yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat məbləğində dəbbə pulunun, 143,36 (bir yüz qırx üç manat otuz altı qəpik) manat məbləğində maddi zərərin, 2000,0 (iki min) manat mənəvi zərərin, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 310,0 (üç yüz on) manat xidmət haqqının, 30,0 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 5852,84 (beş min səkkiz yüz əlli iki manat səksən dörd qəpik) manat pulun tutulub birdəfəlik qaydada ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AB seriyalı 677037 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçıya məxsus olan 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobil 16.10.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi istiqamətində işıqforun qırmızı-qadağanedici işarəsində dayandığı zaman ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 idarə etdiyi, AR Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus 90JS516 dövlət nömrə nişanlı, FORD TRANSİT yük-sərnişin markalı avtomaşın tərəfindən arxadan vurulmuş, zərbənin gücündən idarə etdiyi avtomaşın qarşıda dayanmış ünvan 2 ünvanında qeydiyyatda olan X2 məxsus, 99UU074 dövlət nömrə nişanlı, BMW328i minik avtomaşınına arxadan dəymiş və nəticədə ona məxsus 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobili arxa və ön tərəfdən ciddi zədələnmişdir."xxxx" ASC-nin əməkdaşları tərəfindən maşına heç bir xüsusi avadanlıqla yoxlama aparılmadan magistral yolda vizual baxış keçirilmiş və təşkilati-hüquqi forması məlum olmayan “Avtomobillərin texniki xidmət mərkəzi” 20.10.2020-ci il tarixli “Qüsur aktına əsasən avtomaşına dəymiş ziyanın məbləğini 600,0 manat qiymətləndirmişdir. Qoyulmuş 600,0 manat qiymət reallığı uyğun olmadığından tərəfindən hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə 02.11.2020-ci il tarixdə MERCEDES-BENZ-in Azərbaycanda rəsmi dileri olan "xxxx" MMC-yə rəsmi müraciət edilmiş və xidmət haqqı olaraq 143,36 manat pul ödənilmişdir."xxxx" MMC-nin 02.11.2020-ci il tarixli aktına əsasən iddiaçıya məxsus olan 99BA037 dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobilinə 3917,0 manat ziyan dəymişdir. Bunu nəzərə alaraq "xxxx" ASC-yə 25.11.2020-ci il tarixdə elektron müraciət ünvanlayaraq avtomaşına dəymiş zərərin real olmadığını və yeni qiymətləndirmə aparılmasını xahiş etmişdir. Bu dəfə isə "xxxx" ASC-yə xidmət göstərən “X3” MMC tərəfindən 30.11.2020-ci il tarixdə qiymətləndirmə aparılmış və avtomaşına dəymiş zərərin 620,0 manat olduğu qənaətinə gəlinmişdir. Bildirilir ki, hər iki qiymətləndirici "xxxx" ASC-yə xidmət göstərməklə dəymiş zərəri reallıqdan dəfələrlə az yazmağa maraqlıdırlar.Onların müəyyən etdiyi zərər məbləğinə avtomaşına vurulmuş zərərin bir detalının alınması mümkün deyildir. Sığorta şirkəti 620,0 manat məbləğində dəymiş zərəri bank hesabına ödənilməsi məqsədilə 02.12.2020-ci il tarixli cavab məktubu göndərmişlər.Bu dövr ərzində dəfələrlə sığorta təşkilatının qeyri-insani münasibəti nəticəsində mənəvi sarsıntı keçirmişdir. Eyni zamanda səhhətində problemlər yaranmış, həyəcan və əsəb nəticəsində arterial təzyiq yüksəlmiş, fəaliyyət qabiliyyətsiz vəziyyətə düşmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(005)- 1053/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1890,00 manat məbləğində sığorta ödənişi, 83,16 manat dəbbə pulu, hüquqi yardıma görə 150 manat və 30 manat dövlət rüsumu, cəmi 2153,16 (iki min yüz əlli üç manat on altı qəpik) İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 200 ( iki yüz) manat İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1053/2021saylı, 06.10.2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin ifadə etdiyi hüquq normasına görə cavabdeh "xxxx" ASC müəyyən olunmuş müddətdə sığorta ödənişini ona ödəməli və zərərin qiymətləndirilməsini təmin etməli olduğu halda bundan yayınmışdır. Və cavabdeh avtomobilə vurulmuş zərəri daha az qiymətləndirməklə, dolayı şəkildə sığorta ödənişindən yayınmışdır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, nəticədə cavabdehin hərəkətlərinə haqq qazandırmaqla, sığorta ödənişinin daha az miqdarda ona ödənilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Nəticədə, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə hansı səbəbdən ekspert rəyində göstərilən, yəni onun avtomobilinə vurulan zərər üçün daha aşağı məbləği (1890 manat) müəyyən etdiyini əsaslandırmamışdır. Baxmayaraq ki, avtomobilinə vurulan zərər daha yuxarı həcmdə təşkil etmişdir. Bundan başqa, avtomobilinin əvvəlki vəziyyətinə qaytarılması, işlək/saz vəziyyətə gətirilməsi üçün yeni ehtiyat hissələri qoyulmalıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində Nərimanov rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli № 2(005)-1053/2021 saylı mülki iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini və təkrar ekspertiza keçirilməklə apellyasiya şikayətlərinin təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Birinci instansiya məhkəməsi qətnaməsində 83,16 (səksən üç manat, on altı qəpik) manat dəbbə pulunun da ödənilməsi tələbini təmin etmişdir. Həmin Qanunun 17.1-ci maddəsinin tələbinə görə sığorta ödənişinin verilməsi üçün qanunla tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Hazırki iş üzrə isə cavabdeh sığorta ödənişinin verilməsinə dair razılığını bildirməmiş, sığorta ödənişinin verilməsi üçün bank hesabına dair məlumatları və şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qanunun yuxarıda qeyd edilən müddəasını əsas götürərək dəbbə pulunun tutumasına dair gəldiyi nəticə əsassız olmuşdur. Mövcud iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli 8/610, 9/1554 saylı ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti, həmçinin təmir-bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə, həmçinin təmir-bərpa işləri ilə birlikdə 1890 manat müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 9/4023 saylı ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti, həmçinin təmir-bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə, həmçinin dəyişilməli hissələrin aşınma tətbiq edilməklə təmir-bərpa işləri ilə birlikdə 1890 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hər iki ekspert rəyinin nəticə hissəsində "xxxx" MMC “Daimler AG”- nin Azərbaycandakı rəsmi dileri tərəfindən təqdim etdiyi 21.08.2020-ci il tarixli qüsur aktı əsasında qiymətləndirilmənin həyata keçirildiyi vurğulanmış, lakin ekspert rəyində iki fərqli nəticəyə gəlmişdir. Ekspert rəyində avtomobilə dəymiş zərərin vahid qiyməti ilə bağlı nəticə öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi isə qətnaməsində yuxarıda qeyd edilmiş ekspert rəylərinə istinad etsə də, ekspert rəyində əksini tapmış iki fərqli zərər məbləğindən nə üçün digərinə üstünlük verdiyini əsaslandırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi sığorta ödənişinin və bu ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun müəyyən edilməsi hissəsində dəyişdirilməli və müvafiq olaraq 1482,28 manat və 65,20 manat müəyyən edilməli, qətnamə qalan hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" ASC-nin 27.10.2020-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, avtomobilə dəymiş ziyan 600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 30.11.2020-ci il qiymətləndirmə aktından görünür ki, təmirxidmət işlərinin dəyəri 620 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli, 8/610, 9/1554 nömrəli “X3” MMC-nin ekspert rəyindən görünür ki,avtomobilin təmir-bərpa xərci 810 manat müəyyən edilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli 8/610, 9/1554 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti, həmçinin təmir bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə, həmçinin təmir bərpa işləri ilə birlikdə 1890 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan 04.08.2021-ci il tarixli 9/4023 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, dəyişilməli hissələrin təzə hissələrlə qiyməti, həmçinin təmir bərpa işləri ilə birlikdə 3353 manat və dəyişilməli hissələrin aşınma tətbiq edilməklə, həmçinin təmir-bərpa işləri ilə birlikdə 1890 manat müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan **-BA-*** dövlət nömrə nişanlı, MERCEDES BENZ-E 240 markalı minik avtomobil 16.10.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi istiqamətində işıqforun qırmızıqadağanedici işarəsində dayandığı zaman ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh2 idarə etdiyi, AR Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus **-JS-*** dövlət nömrə nişanlı, FORD TRANSİT yük-sərnişin markalı avtomaşın tərəfindən arxadan vurulmuş, zərbənin gücündən idarə etdiyi avtomaşın qarşıda dayanmış ünvan 4 ünvanda qeydiyyatda olan X2 məxsus **-UU-*** dövlət nömrə nişanlı, BMW328i minik avtomaşınına dəymiş və nəticədə **-BA-*** dövlət nömrə nişanlı MERCEDES BENZ-E 240 markalı minik avtomobili zədələnmişdir. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edərkən məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmiş, həmin rəylə “Autostar” Kaukasus QmbH” MMC-nin tərtib etmiş olduğu qüsur aktı əsasında müəyyən edilmiş məbləği əsas götürmüşdür. İş üzrə aparılmış ekspert rəyləri ilə müəyyən edilmişdir ki, ümumi dəymiş ziyan yeni hissələrlə 3353 manat və aşınmış hissələrlə 1890 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarına və iş üzrə təyin edilərək keçirilmiş ekspertizanın rəyini əlaqəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, sübutlara düzgün istinad etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı mübahisə üzrə sığorta hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində iddiaçının maddi ziyan çəkməsi və onun cavabdeh sığorta şirkətindən sığorta ödənişi almaq hüququnun olması işin mübahisəsiz hallarıdır. Sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək bununla bağlı ekspert rəyləri alınmışdır. Lakin həmin ekspert rəylərində hadisə nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği avtomobilin təmir bərpa işlərinə dair iki müxtəlif təşkilat tərəfindən tərtib edilmiş qüsur aktlarına istinad edilməklə müxtəlif məbləğlərdə müəyyən edilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi qərar qəbul edərkən həmin ekspert rəylərində “Autostar” Kaukasus QmbH” MMC-nin 21.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən müəyyən edilmiş ziyan məbləğini əsas götürmüşdür. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və müəyyən edilmiş zərərin məbləğini işin hallarına uyğun hesab etmir. Apellyasiya şikayətinin bu dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, 18 mart 2022-ci il tarixli, 9/1157 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “Autostar” Kaukasus QmbH” MMC-nin 21.08.2020ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Mercedes Benz E 240” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 1890,0 manat, “X3” MMC-nin 30.11.2020-ci il tarixli və Avtomobillərin Texniki Xidmət Mərkəzinin 20.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Mercedes Benz E240” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 810,0 manat təşkil edir. Göründüyü kimi, keçirilmiş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilmiş məbləğlər və çəkilməli olan xərclərin hesablanması metodikası birinci instansiya məhkəməsində alınmış ekspertiza rəyləri ilə eynilik təşkil edir. Qeyd edilməlidir ki, həmin rəylər zədələnmiş avtomobilin ekspert tərəfindən müayinə edilməsi əsasında deyil, həmin avtomobillə bağlı tərtib edilmiş qüsur aktlarına əsasən tərtib edildiyindən, müəyyən edilmiş zərər məbləğləri də bu aktlardakı məlumatlara uyğun olaraq fərqli olmuşdur. Kollegiyanın qənaətinə görə həmin ekspert rəylərindəki məbləğlərdən hansının daha mötəbər olması və işin hallarına uyğun olmasını müəyyən etmək üçün ilk növbədə bu rəylərdə istinad edilən qüsur aktlarının mötəbərliyinə qiymət verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, qüsur aktlarında müəyyən edilmiş zərər məbləğlərinin bir-birindən fərqlənməsi ilk növbədə dəyişdirilməli olan ehtiyat hissələrinin bu aktlarda göstərilən qiymətləri arasındakı kəskin fərqlə bağlıdır. Kollegiya qeyd edir ki, “Autostar” Kaukasus QmbH” MMC «Daimler AG»-nin Azərbaycanda rəsmi dileri olmaqla, ölkə ərazisində Mercedes Benz markalı avtomobillərə ixtisaslı təmir xidmətlərinin təşkili ilə məşğuldur. Həmin MMC avtomobillərin satışı, onların təmiri ilə yanaşı, bu avtomobillər üçün ehtiyat hissələrinin rəsmi satışını da həyata keçirir. Digər qüsur aktını tərtib etmiş “X3” MMC-nin isə belə fəaliyyətlə məşğul olması müəyyən edilmir. Görünən odur ki, həmin MMC yalnız avtomobillərin təmiri və bərpası fəaliyyəti ilə məşğul olmaqla, ehtiyat hissələrini kənar satış yerlərindən əldə edir. Belə olduğu halda, həmin MMC tərəfindən qüsur aktı tərtib edilərkən və ehtiyat hissələrinin qiymətləri göstərilərkən, bu qiymətlərin hansı qaydada müəyyən edilməsi və hansı mənbədən əldə edilməsi də göstərilməli idi. Lakin qeyd edilən qüsur aktında belə məlumatlar əks olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, “Autostar” Kaukasus GmbH” MMC tərəfindən tərtib edilmiş qüsur aktı daha mötəbər hesab olunmalı, məhkəmə ekspertizasının rəyində həmin akta istinad edilməklə müəyyən edilmiş zərər məbləği işin həqiqi hallarına uyğun hesab edilməlidir. Bu səbəbdən, kollegiya birinci instansiya məhkəməsinin qərar qəbul edərkən “Autostar” Kaukasus GmbH” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən edilmiş zərərin məbləğinə istinad etməsini düzgün hesab edir. Bununla yanaşı, kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəylərinin tərtibi zamanı zərərin məbləği hesablanarkən açıq hesab səhvinə yol verilmiş, buna görə də dəymiş zərərin məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, ekspert rəylərində “Autostar” Kaukasus QmbH” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən dəyişilməli hissələrin dəyərinin 2923,00 manat təşkil etdiyi, illik 3% aşınma nəzərə alınmaqla, 17 il (2003-2020) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri 1460 manat müəyyən edilmişdir. Hesablama bu qaydada aparılmışdır: (2923,0 – 4%) – 16 dəfə. Göründüyü kimi, hesablama düzgün olmamışdır. Belə ki, qeyd edilən hesablama metodikası ilə dəyişilməli olan ehtiyat hissələrinin məbləği 1052,28 manat müəyyən edilir (2923,0 – 4% x 16 = 1052,28). Avtomobilin təmir bərpa işləri üçün tələb olunan 430 manatla birlikdə dəymiş zərərin ümumi məbləği 1482 manat (1052,28 + 430 = 1482,28) təşkil edir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili 83,16 manat dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsinin əsassız olmasıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, sığorta ödənişinin edilməsi bunun üçün üzrlü səbəblər olmadan 44 gün gecikdirilmişdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə alaraq cavabdehin sığorta ödənişini gecikdirməsinə görə ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli olması qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni düzgün hesab etsə də, müəyyən edilmiş dəbbənin məbləğini düzgün hesab etmir və bu qənaətə gəlir ki, dəbbənin məbləği azaldılaraq 65,20 manat (1482,28 – 0,1 faiz x 1,8 manat x 44 gün = 65,20 manat) həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini də müzakirə edərək onları əsassız hesab edir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə düzgün qiymət verilməməsinə, nəticədə sığorta ödənişinin daha az miqdarda ona ödənilməsi ilə bağlı qətnamə qəbul etməsinə istinad etmişdir. Kollegiya yuxarıda təsvir edilmiş əsaslara istinad edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sığorta ödənişinin məbləği müəyyən edilərkən bu məbləğin azaldılması halına yol verilməmişdir. Habelə ekspertiza rəyində avtombilin dəyişilməli olan ehtiyat hissələrinin qiymətlərinin aşınma faizi nəzərə alınmaqla müəyyən edilməsi mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi sığorta ödənişinin və bu ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun müəyyən edilməsi hissəsində dəyişdirilməli və müvafiq olaraq 1482,28 manat və 65,20 manat müəyyən edilməli, qətnamə qalan hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunsa da, iddia tələbi da qismən təmin olunmuş qaldığından, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri tərəflərə bərabər aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(005)- 1053/2021 nömrəli qətnaməsi sığorta ödənişinin və dəbbənin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən sığorta ödənişi qismində 1482.28 (bir min dörd yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişi və 65,20 manat dəbbə pulu tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(005)- 1053/2021 nömrəli qətnaməsi qalan hissədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 100 manat tərəflərin hər birindən 50 manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1080/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1080/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver