Məhkəmə qərarları › İş №2(105)-631/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-631/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-631/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 450 manat (dörd yüz əlli manat) məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “İSUZU AVTOBUS” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-HC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 1581/23 nömrəli “Qiymətləndirmə aktı”-na əsasən “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 450 manat (dörd yüz əlli manat) məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mərkəzi X4 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq xx.xx.2023-cü il tarixli, 3350 nömrəli ödəniş tapşırığından göründüyü kimi “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə zəzərçəkən X3 450 manat (dörd yüz əlli manat ) sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 450 manat (dörd yüz əlli manat) məbləğində pulun ödənilməsi tələbi “Qala Sığorta Şirkəti“ ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “İSUZU AVTOBUS” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı “Toyota” markalı, 77- HC-615 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “İSUZU AVTOBUS” markalı, ** TH *** dövlət qeydiyyat nişanalı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 450 manat (dörd yüz otuz manat) məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli inzibati xatə haqqında protokoldan göründüyü kimi Cavabdeh İXM-nin 327.6 və 327.1-cı maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 450 manat (dörd yüz əlli manat) məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə 450 (dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edlmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “İSUZU AVTOBUS” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-ci il tarixdə “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilələ toqquşmuş, nəticədə sonuncu avtomobilə 450 manat dəyərində maddi zərər vurulmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 450 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Bu səbəbdən İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 450 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25, 63-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-631/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “İsuzu Avtobus” markalı, **-TH-***d övlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakə şəhəri, Hüseyn Cavid prospektində (Elmlər metrosu yaxınlığında) sağa dönərkən, eyni istiqamətdə hərəkət edən “Prius” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı Prius avtobusun orta qapısını vurmuş, gecə işığı sınmış və maddi ziyan dəymişdir. Hadisə baş verdikdən sonra dərhal “Atəşgah Sığorta” şirkətinə zəng edərək məlumat vermiş, lakin sığorta əməkdaşı hadisənin ciddi olmadığını və avtomobilin öz hesabına təmir etdirilməli olduğunu bildirib. Atəşgah Sığorta əməkdaşı Prius avtomobilinin sürücüsü ilə də danışmış və avtomobilində heç bir problemin olmadığını qeyd etmişdir. Hadisə yerində polis çağırılmış, lakin yarım saat gözlənilməsinə baxmayaraq, hadisə yerinə gəlməmişdir. Buna görə də hər hansı qanunsuzluğa yol vermədən yoluna davam etmişdir. Lakin İnşaatçılar metrosu ərazisində Prius avtomobilinin sürücüsü və iki nəfər naməlum şəxs avtomobilinin qarşısını kəsərək özlərini taksi şirkətinin nümayəndələri kimi təqdim etmiş və polis çağırıblar. Hadisə yerində bir saat gözləməyinə baxmayaraq, polis gəlmədiyi üçün yoluna davam etmişdir. xx.xx.2023-cü il tarixində Bakı Şəhər Baş X8 İdarəsinə dəvət edilərək izahatı alınmış və ona 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Cərimənin səbəbi hadisə yerindən yayınma kimi göstərilsə də sığorta şirkəti ilə əlaqə saxlamış, polis çağırmış və hadisə yerində gözləmişdir. Bundan əlavə hadisədə hər iki nəqliyyat vasitəsinin sığortası “AtəşgahSığorta” şirkətində olmasına baxmayaraq, sığorta şirkəti ona dəyən ziyanı qarşılamamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı təşkilat apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iş materiallarından aydın olur ki, xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı zərərçəkən nəqliyyat vasitəsi Qala Sığorta Şirkətində icbari sığorta qaydasında sığortalı olmuş, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi isə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə İddiaçı Sığorta Şirkətində sığortalanmışdır. Cavabdeh şikayətində hadisə zamanı hər iki nəqliyyat vasitəsinin iddiaçı sığorta şirkətində sığortalandığını bildirmiş və zərərçəkənə sığorta ödənişi edilsə də ona dəyən zərərin qarşılanmadığını bildirmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, zərərçəkən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası Qala sığorta Şirkətində olmuşdur. Buna görə də qaydalara əsasən Qala Sığorta Şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi edilmiş, daha sonra iddiaçıdan geri alınmışdır. “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” adından da aydın olduğu kimi sığortaladığı şəxslərin mülki məsuliyyətini sığortalayır. Hadisədən aydındır ki, cavabdehin mülki məsuliyyəti yaranmış və iddiaçı onun yerinə sığorta ödənişini ödəmişdir. İş materiallarından görünür ki, hadisə zamanı Cavabdeh təqsirli bilinmiş, İXM-nin 327.6-cı maddəsi ilə cərimə edilmişdir. Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh apelyasiya şikayətində həmçinin hadisə yerindən yayınmadığını bildirsə də, polis orqanına verdiyi izahatda eyni ilə bu cür bildirmişdir: “protokol İlə razılaşdığı cəriməni vaxtında ödəyəcək. İzahatı özüm yazdım, imza ilə təsdiq edirəm”. Həmçinin zərərçəkənin polisə verdiyi izahatda da bildirmişdir ki, “Avtobus şoferi mənim xəbərdarlıqlarıma məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bizim məlumat verməli olduğumuzu deməyimə baxmayaraq hadisə yerindən yayınmışdır.”. Beləliklə, Cavabdeh öz izahatında təqsirini qəbul etmiş, cəriməni ödəyəcəyini bildirmiş, nəinki hadisə baş verən ərəfələrdə, hətta barəsindəki inzibati tənbeh vermə haqqında qərarı məhkəmədə mübahisələndirməmişdir. Bu da onun dediklərinin sadəcə formal mülahizələrdən ibarət olduğunu göstərir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2023-cü ilin may ayında hadisə oldu, günah qarşı tərəfin günahı olmuşdur. 45 dəqiqə Elmlər Akademiyası metorstansiyasının yaxınlığında qalıb gözləmişdir. İnşaatşılar metrosuna çatanda həmin Prius markalı avtomobilinin sürücüsü və yanında da iki şəxs onu saxlatmışdır. Biri sığortanın nümayəndəsi, biri də şirkətin nümayəndəsi olduğunu demişlər. Polisə zəng ediəcəklərini bildirmişlər. Bir saat yarım polisi gözləsə də polis gəlməmişdir. Buna görə də çıxıb getmişdir. Polis tərəfindən inzibati xəta haqqında qərarlar 100 manat cərimə olunmuş, həmin cəriməni də ödəmişdir.

12. İddiaçı “AtəşgahSığorta” şirkəti məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. xx.xx.2023-cü il tarixli, 3350 ödəniş tapşırığından görünür ki, Atəşgah Sığorta» ASC tərəfindən AZ67UBAZ**********1010AZN001nömrəli hesaba 450 manat məbləğində sığorta ödənişi edilmişdir.

14. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.

15. xx.xx.2024-cü il tarixli, 2691/23 saylı qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 450 manat məbləğindədir.

16. ZBT1734/23 saylı ödəniş aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “İSUZU AVTOBUS” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-ci il tarixdə “Toyota Prius” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilələ toqquşmuşdur. Sonuncu avtomobilə dəymiş ziyan 450 məbləğindədir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə qırx manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş üzrə tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin idarə etdiyi “İSUZU AVTOBUS” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-ci il tarixdə “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilələ toqquşmuş, nəticədə sonuncu avtomobilə 450 manat dəyərində maddi zərər vurulmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmaqla yanaşı, o həmçinin hadisə yerindən yayınmışdır. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanuni qüvvəsini almış və cavabdeh həmin qərarı icra edərək, 100 manat cərimə məbləğini ödəmişdir. “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq xx.xx.2023-cü il tarixli, 3350 nömrəli ödəniş tapşırığına əsasən “Toyota Prius” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə zəzərçəkən 450 manat sığorta ödənişi həyata keçirmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının 25/2 saylı, 29 iyun 2022-ci il tarixli qərarına əsasən təsdiqlənmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya əsasən iddiaçı tərəfindən isə edilmiş sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.8 və 63.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən hallara münasibətdə isə qeyd edir ki, işdə olan və yuxarıda istinad olunan sübutlarla cavabdehin şikayətinin dəlillərinin əsassız olması təsdiq edilmşid.r

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassız hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar