Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-802/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-784/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişinin, 48.28 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının, cəmi 2876 (iki min səkkiz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus olan “İsuzu SAZ N037” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edildiyi zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “TOYOTA RAV-4 MİNİK” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı, “GMC TERRAİN MİNİK” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı və “CHEVROLET CRUZE MİNİK” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə А.М.Mustafayev təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Toyota Rav 4” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği ASC tərəfindən 3842.08 (üç min səkkiz yüz qırx iki manat, 08 qəpik) müəyyən edilmiş, həmin məbləğdən 200 (iki yüz) manat məbləğində azadolma məbləği çıxılaraq 3642.08 (üç min altı yüz qırx iki manat, 08 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmin məbləğin 813.8 (səkkiz yüz on üç manat, 80 qəpik) manat məbləğində olan hissəsi А.М.Mustafayevin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalanmış "xxxx" ASC tərəfindən ödənildiyi üçün ASC qalan 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“Toyota Rav 4” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 77350 (yetmiş yeddi min üç yüz əlli) manat məbləğində sığorta etdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərarın surətindən və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan (forma 4) müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə А.М.Mustafayev təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, baş vermiş sığorta hadisəsinə görə “Toyota Rav 4” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 3842.08 (üç min səkkiz yüz qırx iki manat, 08 qəpik) müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 1206/2022 saylı sığorta aktının və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətlərindən müəyyən olunur ki, “Toyota Rav 4” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğindən 200 (iki yüz) manat məbləğində azadolma məbləği çıxılaraq 3642.08 (üç min altı yüz qırx iki manat, 08 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5396 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş sığorta ödənişinin 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-784/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində sığorta ödənişinin, 48 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının, cəmi 2876,96 (iki min səkkiz yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik məbləğində pulun iddiaçı "xxxx" ASC-nin hesabına tutulması qət edilmişdir. (hakim Gülnarə Tağızadə).
4. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108-ci, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə istinad edərəkəsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-784/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 1206/22 saylı “sığorta akt”ından müəyyən edilir ki, 31 may 2022-ci il tarixində “İsuzu” makralı, ** CO *** dövlət qeydiyyat nişanlı avtobus ** PT *** DQN “GMC” markalı avtomobil ilə toqquşub və sonra “GMC” markalı avtomobil sığortalı ** KK *** DQN “Toyota RAV4 Hibrid” markalı avtomobillə toqquşmuşdur. “Toyota, RAV4 Hibrid” makralı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 3842,08 manat məbləğində hesablanmışdır. Lakin vurulmuş ziyan məbləği düzgün hesablanmamışdır. Bu ancaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 1206/22 saylı “sığorta akt”ına müəyyən edilmişdir. Məhkəmə işin hallarını hərtərəfli tam obyektiv araşdırmamış təkcə iddiaçı tərəfin təqdim etdiyi sığorta aktına istinad etmişdir. Amma bu barədə ekspertiza təyin etməklə vurulmuş ziyanın məbləğini ağlabatan şəkildə olub olmamadığını müəyyən etmək olardı.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6-ci maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur
12. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.“
13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 1206/22 saylı “sığorta akt”ından müəyyən edilir ki, 31 may 2022-ci il tarixində “İsuzu” makralı, ** CO *** dövlət qeydiyyat nişanlı avtobus ** PT *** DQN “GMC” markalı avtomobil ilə toqquşub və sonra “GMC” markalı avtomobil sığortalı ** KK *** DQN “Toyota RAV4 Hibrid” markalı avtomobillə toqquşmuşdur. “Toyota, RAV4 Hibrid” makralı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 3842,08 manat məbləğində hesablanmışdır.
17. İşə əlavə edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, X1 özünə məxsus “Toyota Rav 4 Hibrid” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" ASC-də sığorta etdirmişdir.
18. İş materiallarında olan “İnzibati Tənbeh vermə haqqında” TP № ******* saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında elektron qərarın surətindən görünür ki, А.М.Mustafayev xx.xx.2022-ci il tarixdə, saat 12:15-də idarə etdiyi “İsuzu Saz N037” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir.
19. İşdə olan xx.xx.2022-ci il tarixli "xxxx"ASC-nin ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X5 MMC-nin hesabına 3642 manat sığorta ödənişi həyata keçirilmişdir.
20. İş materiallarında olan "xxxx" Abşeron Mərkəzi MMC-nin qiymətləndirilməsinə dair aktın surətindən görünür ki, “Toyota RAV4 Hibrid” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 3842 manat təşkil edir.
21. Birinci instansiya məhkəməsi yuxarıda sadalananlara əsasən iddianı təmin etmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışalaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 31 may 2022-ci il tarixində “İsuzu” makralı, ** CO *** dövlət qeydiyyat nişanlı avtobus ** PT *** DQN “GMC” markalı avtomobil ilə toqquşub və sonra “GMC” markalı avtomobil sığortalı ** KK *** DQN “Toyota RAV4 Hibrid” markalı avtomobillə toqquşmuş, qeyd edilən qəzada cavabdeh təqsirkar hesab edilərək barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. “Toyota, RAV4 Hibrid” makralı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 3842,08 manat məbləğində hesablanmışdır.
24. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X5 MMC-nin hesabına 3642 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 813.8 (səkkiz yüz on üç manat, 80 qəpik) manat məbləğində olan hissəsi А.М.Mustafayevin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydadda sığortalamış "xxxx" ASC tərəfindən ödənildiyi üçün ASC qalan 2828.28 (iki min səkkiz yüz iyirmi səkkiz manat, iyirmi səkkiz qəpik) məbləğində sığorta ödənişini cavabdehdən tələb edilmişdir.
25. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 2828,28 manat sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır.
26. Hazırki işdən də görünür ki, hadisədə təqsirkar Cavabdeh olmuş və barəsində cərimə edilmə inzibati tənbeh növü tətbiq edilmişdir.
27. Bundan əlavə 48 (qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətində ekspertiza təyin edilərək dəymiş zərərin məbləğinin müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(105)- 802/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
29. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3012 nömrəli rəyindən görünür ki, “X5” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota RAV4 Hibrid” markalı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3757, manat müəyyən edilir.
30. Bununla da cavabdeh tərəfindən törədilmiş nəqliyyat hadisəsi zamanı iddiaçı təşkilat tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə iddia tələbində qeyd edilən məbləğdə 3642 manat məbləğində zərər dəyməsi ekspert rəyi ilə də təsdiq edilir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-784/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-784/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən şikayət verilə bilməz.