Məhkəmə qərarları › İş №2(005)-1060/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1060/2024

29.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1060/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maliyyə arayışının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maliyyə arayışının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, onunla "xxxx" MTK arasında bağlanmış Mənzilin Tikintisi haqqında 228 saylı, 22 may 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi , 29/42 -ci məhəllə , ev 5/1 , 51 saylı mənzilin pay haqqı tam ödənildiyindən mənzilin dəyərinin ödənilməsi və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Mənzil Tkinti Kooperativi tərəfindən mənə verilməsinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "Stil-Tikinti” MTK arasında bağlanmış Mənzilin Tikintisi haqqında 228 saylı , 22 may 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42-ci məhəllə, ev 5/1,51 saylı mənzilin alınması üçün razılaşmışdırlar. ünvan 1 ünvanda yerləşən mənzillə bağlı ilkin olaraq tərəfindən 22 may 2008- ci il tarixdə 16.870 ABŞ dolları məbləğində pul köçürülmüşdür və 21 iyun 2008- ci il tarixdən 21 oktyabr 2011-ci il tarixədək ümumilikdə 59.899 ABŞ dolları və ya 51.159 manat ödənilmişdir. Onun tərəfindən qeyd edilən mənzilin dəyəri tam şəkildə tərəfə ödənilmişdir. 22 may 2008-ci il tarixli müqavilə bağlandıqdan sonra o MTK-ya olan borcunu 3 il müddətində müqavilənin şərtlərinə tam əməl edərək 60.000 ABŞ dolları və ya 52.000 AZN ödəmişdir. Ona ünvanlanmış xx.xx.2016-ci il tarixli N-02 saylı məktubda onun MTK- ya 30.500 ABŞ dolları borcunun olması qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə "Stil-Tikinti” MTK-nın mənə qarşı borcun və faizin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MTK tərəfindən mənzilin pulunun 10 il müddətində ödənilməsi üçün saxta cədvəl tərtib edilmiş, onun həmin cədvələ imza etməmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə təqdim edərək, bildirmişdir ki, ddia müddətinin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbi ilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Göründüyü kimi iddia qaldırılan dövrdə mübahisələndirilən müqavilənin bağlanmasından 15-ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Buna görə də qaldırılmış iddia ilə bağlı iddia müddəti tətbiq edilməklə tələbin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: - 22 may 2008-ci il tarixli 228 nömrəli müqavilədən görünür ki, "xxxx" MTK arasında Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42 -ci məhəllə, ev 5/1,51 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5832/2016 saylı, 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı 10982 manat məbləğində əsas borcun və 44437 manat məbləğində əlavə faizin tutulması tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5832/2016 saylı, 26 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsinin qərarı ilə iddiaçı "xxxx" MTK-nın kassasiya şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" MTK ona İddiaçı qarşı - arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi və yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 29/42 binanın 3 otaqlı 51 saylı mənzilindən məcburi çıxarılması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Ərizələrinizdə və məhkəmədə fərqli məbləqlər göstərərək bildirmişdiniz ki, onun MTK külli miqdarda borcu var. Saxta cədvəl tərtib edərək, məhkəməyə təqdim etmisiniz. Sizin qərəzciliyinizlə əlaqədar 2 il müddətinə 3 məhkəmə instansiyasında hüquqlarını müdafiə etdi. Həmin məhkəmələrdə vaxtları getdi və vəsaitləri xərcləndi. Bundan başqa məhkəmə baxışları zamanı bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 29/42 binanın 3 otaqlı 51 saylı mənzilin xx.xx.2008-ci il tarixli müqaviləsində mənzilin ümumi sahəsi 100.28 kv/m göstərilsə də faktiki olaraq həmin mənzilin ümumi sahəsi 95.4 kv/m-dir. Razılaşmaya görə mənzilin hər kv/m 600 ABŞ dollar ödəmişəm. Riyazi hesablamalara fərq 4.88 kv/m edir və siz 4.88 kv/m görə ondan əlavə olaraq 2928 ABŞ dollar artıq pul almısınız. Bunları nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 29/42 binanın 3 otaqlı 51 saylı mənzilə dair maliyyə arayışını mənə verməyinizi və həmin mənzilə görə məndən artıq alınmış 2928 ABŞ dollar ona qaytarılmasını xahiş edir. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı, onunla "xxxx" MTK arasında bağlanmış Mənzilin Tikintisi haqqında 228 saylı , 22 may 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42 -ci məhəllə , ev 5/1,51 saylı mənzilin alınması üçün razılaşmışıq . ünvan 2 ünvanda yerləşən mənzillə bağlı ilkin olaraq tərəfimdən 22 may 2008-ci il tarixdə 16.870 ABŞ dolları məbləğində pul köçürmüşəm və 21 iyun 2008-ci il tarixdən 21 oktyabr 2011-ci il tarixədək ümumilikdə 59.899 ABŞ dolları və ya 51.159 AZN ödənilmişdir . Tərəfimdən qeyd edilən mənzilin dəyəri tam şəkildə iddiaçı tərəfə ödənilmişdir. 22 may 2008-ci il tarixli müqavilə bağlandıqdan sonra mən MTK-ya olan borcumu 3 il müddətində müqavilənin şərtlərinə tam əməl edərək 60.000 ABŞ dolları və ya 52.000 AZN ödəmişəm . Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MTK-nm mənə qarşı borcun və faizin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır . Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qərarı ilə "Stil-Tikinti” MTK-nm kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan da görünür ki, tərəfimdən müqavilə şərtlərinə tam şəkildə əməl edilmişdir və müqavilə üzrə öhdəlikləri yerinə yetirmişdir . Lakin ona maliyyə arayışı verilməmişdir. Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42 -ci məhəllə, ev 5/1, 51 saylı mənzilin dəyəri tam ödənilmidiyindən maliyyə arayışı verilməsini xahiş etmişdir. - Dövlət Vergi xidmətinin Milli gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 27 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MTK-nın ümumi yığıncağının 18 dekabr 2018-ci il tarixli qərarı ilə Stil tikinti LTD MTK ləğv edilərək Cavabdeh MTK-ya qoşulmuş, 02 dekabr 2019-cu ildə tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Cavabdeh MTK ləğv edilmiş, "xxxx" MTK-bıb hüquqi varisidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MTK ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5832/2016 saylı, 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı 10982 manat məbləğində əsas borcun və 44437 manat məbləğində əlavə faizin tutulması tələbinə dair iddiası rədd edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, cavabdehin iddiaçı qarşısında mənzilin dəyərinin ödənilməsi ilə əlaqədar öhdəliyinin qalması müəyyən olunmadığından məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmiş, dəyişdirilimədən saxlanılmışdır. Buradan müəyyən edilir ki, iddiaçının MTK-ya borcu yoxdur. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzilə dair sənədlər ona təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədlərin verməsi öhdəliyinin də "xxxx" MTK-nın üzərinə qoyulmalı olduğunu bildirir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarından görünür ki, "xxxx" MTK ilə hazırki iş üzrə iddiaçı arasında “əsas və faiz borcunun tutulması” tələbinə dair mülki iş olmuş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli, 2(102)-4299/2017 saylı Qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflərin arasında müqavilə münasibətləri 2008-ci ildə yaranmış olsa da, 2017-ci ilə qədər tərəflərin arasında mülki mübahisə davam etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia müddətinin axımının başlanğıcının müqavilənin bağlanması anından hesablanması əsassızdır. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı "xxxx" MTK-ya hər hansı borcunun olmaması öz təsdiqini tapır. İddiaçı müqavilədə nəzərdə tuutlan mənzilə uzun müddətdir, o cümlədən məhkəmə qərarının qanuni qüvvəyə minməsindən keçən 6 ildən çox müddət ərzində sahiblik və istifadə etmişdir. Cavabdeh isə bu halla bağlı hər hansı şikayət etməmiş, iddia ərizəsi ilə məhkəməyə mürciət etməmiş, müqavilə öhdəliklərinə xitam verilməsi üçün hər hansı hərəkət etməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin davranışı müqaviləni bəyənmə kimi qiymətləndirilməli və iddia müddətinin tətbiqi ilə bağlı ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarından görünür ki, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər. Bu səbəbdən MM-in 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 18). Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-cimaddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. AR MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh qarşısında müqavilə öhdəliklərini icra etdiyi halda (həmin hal preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı ilə təsdiqini tapmışdır); cavabdehin müvafiq arayışı iddiaçıya təqdim etməməsi müqavilə üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda həmin hal iddiaçının hüquqlarını məhdudlaşdıraraq, ona mənzil üzərində tam sərəncam hüququnu həyata keçirmək üçün müvafiq sənədlərin əldə edilməsi imkanından da məhrum edir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42 -ci məhəllə, ev 5/1,51 saylı mənzilə dair İddiaçı mənzilin dəyərinin ödənilməsi və borcun olmaması barədə maliyyə arayışının İddiaçı təqdim edilməsi Cavabdeh MTK-nın üzərinə öhdəlik olaraq qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, X.Məmmədov küçəsi, 29/42 -ci məhəllə, ev 5/1,51 saylı mənzilə dair İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Mülki iş üzrə iddia ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar