Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1062/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı2 vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “AİLƏ PARK" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “AİLƏ PARK" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində “AİLƏ PARK" QSC tərəfindən tikilib cavabdeh oğlu Cavabdeh təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə istifadə hüququnun tanınması və cavabdeh tərəfindən mənzilə daxil olma ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, eyni zamanda xx.xx.2021-ci il tarixdən qətnamə çıxan dövrədək hər ay tərəfindən ödənilmiş 300 manat kirayə haqqının cavabdehdən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 İddiaçı2 şəxsi mülkiyyətində olan mənzil olmuşdur. xx.xx.2003-cü il tarixdə mənzili oğlu Cavabdeh bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********32-05101-093042 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə oğlu Cavabdeh məxsusdur. Oğluna bağışladığı qeyd olunan mənzilə onun mülkiyyət hüququ tanınsa da o və həyat yoldaşı mənzildə yaşamağa davam etmişdirlər. Bildirmək istəyir ki, hal-hazırda da həmin mənzildə qeydiyyatdadırlar. 2021-ci ilin əvvəllərində “AİLƏ PARK'’ QSC tərəfindən onlara və digər qonşulara bildirilmişdir ki, Bakı ŞlH Başçısının 55 N-li xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən bina təhlükəli vəziyyətdə olan və istismar müddəti keçdiyindən söküləcəkdir. Yerində isə yeni bina tikiləcək və sakinlər ailə üzvlərinin sayı nəzərə alınmaqla yeni tikilmiş binada daha geniş mənzillərlə təmin olunacaqlar. Binanın 2 il ərzində tikilb təhvil veriləcəyi, eyni zamanda 2 il ərzində sakinlərin başqa yerlərdə yaşayacaqları nəzərə alınmaqla onlara hər ay 300 AZN kirayə pulunun veriləcəyi bildirilmişdir. Təbii ki, onun və həyat yoldaşının daimi yaşadığı mənzilin mülkiyyətçisi oğlu olduğu üçün “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında Məznil tikintisi haqqında” Müqavilə də onunla bağlanılmışdır. Yeni ev almaq arzusu ilə evi boşaltmışdır. Lakin, oğlu ev tutmamışdır. Yoldaşı və ona harada qaldıqları necə qaldıqlarının onu maraqlandırmadığını deyərək, hər ay kirayə üçün ayrılan və onun kart hesabına köçürülən pulu da mənimsəmişdir. Məcbur olub xx.xx.2021-ci il tarixdə 3 il müddətinə ünvan 1 ünvanında yoldaşı ilə yaşamaqları üçün kirayə haqqı ayda 300 manat olan (kommunal xidmətlər əlavə) 1 otaqlı mənzil icarəyə götürmüşdür. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, “AİLƏ PARK" QSC tərəfindən tikilən bina tam hazır vəziyyətə gətirilmişdir. Lakin cavabdeh ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq onları mənzilə buraxmayacağını bildirmişdir. İndiki vəziyyətdə mənzilə daxil ola bilmirlər. Yaşlı vaxtlarında çox dözülməz bir vəziyyətə düşmüşdürlər. Qeyd etmək istəyir ki, onun olmuş mənzil 32,12 kv. m olmuşdur. Mənzilin bütün kommunal xidmət abonent kodları onun adına qeydiyyata alınmışdır. Hazırda tikintisi tam başa çatmış və cavabdehə veriləcək mənzilin isə ümumi sahəsi 50,9 kv. m-dir. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar ayrıayrılıqda izahat verərək qeyd etdilər ki, mübahisəli mənzilin yerində olan, hazırda sökülmüş mənzil İddiaçı2 müliyyətində olmuşdur. Həmin mənzil 2003-cü ildə bağışlama müqaviləsi əsasında oğlu Zynalov Natiq bağəşlanılmışdır. Cavabdeh evləndikdən sonra həmin mənzildə yaşamamışdır. Belə ki, İddiaçı1 atasından qalan şəhərin mərkəzində olan başqa bir mənzil satılaraq, Əhmədli qəsəbəsində oğlu üçün başqa, 3 otaqlı bir mənzil alınmışdır. Cavabdeh ailə ilə orada yaşamışdır. Mübahisəli mənzildə isə iddiaçılar yaşamışlar. Bina söküləndə mülkiyyətçi cavabdeh olduğuna görə "xxxx" QSC ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçılar kirayəyə mənzil tutaraq yaşamağa başlamışlar. Cavabdeh ilk aylar müqavilə üzrə nəzərdə tutulan pulu iddiaçılara ödəsə də, daha sonra 100-200 manat ödəmiş, sonralar isə ödəməni ümumiyyətlə dayandırmışdır. Bunun onunla əsaslandırır ki, özünün maddi çətinlikləri var, ehtiyacı var, valideynlərinin kirayə haqqını necə ödəməsi isə onun problemi deyil. Münasibətlər gərginləşdiyindən onlar "xxxx" QSC tərəfindən mənzilin təhvil verilməsi və cavabdeh tərəfindən digər mənzilin satılmasından da çox sonradan xəbər tutumuşlar. Hazırki mənzildə yaşamağa isə şərait yaratmırlar. İddiaçılar düşünür ki, cavabdehin həyat yoldaşı onlarla bir mənzildə yaşamaq istəmir, cavabdehi isə valideynləri həmin mənzilə köçəcəyi təqdirdə boşanmaqla təhdid edir. Çox çətin vəziyyətdədirlər, hər ikisi təqaüdçüdür. Vaxtilə həmin mənzili oğluna bağışlamağına çox peşmandı. Həmin bağışlma müqaviləsini də mübahisələndirib, hazırda mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin digər hakiminin icraatındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil2 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O bildirdi ki, sökülmüş mənzilə iddiaçının istifadə hüququ olmuşdur. Belə ki, iddiaçılar həmin mənzildə qeydiyyatda olmaqla, uzun müddət aşamışdırlar;o cümlədən, bağışlama müqaviləsi bağlandıqdan sonra da yaşamağa davam etmişlər. Tərəflər arasında danışıqlar da getmiş, cavabdehə bir otaqlı mənzil alınaraq iddiaçıya təhvil verildiyi təqdirdə hazırki iddiadan imtina ediləcəyi barədə bildirilmişdir. Lakin cavabdeh maddi imkanının olmadığını vurğulamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil və onun rədd olunmasını xahiş edir. Barəsində söhbət gedən mənzil "xxxx" QSC tərəfindən ona təhvil verilmişdir. Belə ki, bu mənzil ona mülkiyyətçisi olduğu, ünvan 2 ünvanındakı, sökülmüş mənzilin əvəzində verilmişdir. Hal-hazırda bu mənzildə o, həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. ünvan 2 ünvanındakı mənzil söküldükdən sonrakı vaxtdan başlayaraq, hal-hazıra qədər onların ayda 300 manat kirayə haqqını o ödəyib və axırıncı dəfə də fevral ayının əvvəllərində 3 ay - fevral, mart, aprel ayları üçün 900 manat kirayə haqı onlara verildiyini bildirir. O hal-hazırda həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə "xxxx" QSC tərəfindən ona təhvil verilmiş bir otaqlı mənzildə yaşayır. Onun həmin mənzildə ailəsi, iki azyaşlı uşağı və ata-anası ilə birlikdə yaşaması mənzil dar olduğu üçün qeyri-mümkündür. Atası ilə münasibətlərinin pisləşməsinə səbəb onun həyat yoldaşının rəhmətə getmiş şəhid atasının təhqir edilməsi olmuşdur. İddiaçılar onu təhdid edərək bildirmişdilər ki, cavabdeh arvadını boşamasa, barışıq sazişi imzalanmayacaq. Bütün bunlara baxmayaraq, valideynlərinin mənzildən isifadə hüququ olduğunu anlayır. Digər əmlakın satılmasına səbəb o olub ki, o biznes qurub sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəsə də, cəhdi uğursuz alınıb. Buna görə də mənzili satıb borclarını ödəyib. Hazırda da məhkəmə qarşısında da vəd verir ki, hər ay valideynlərinə 300 manat ödəməyə hazırdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında iddia ərizəsini qəbul etmədiklərini, “AİLƏ PARK'’ QSC tərəfindən tikilən mənzilin çıxarışı olmadığını, həmin mənzilin hüquqi statusa malik olmadığını, iddiaçının qeydiyyatda olduğu mənzillə “AİLƏ PARK'’ QSC tərəfindən tikilən binada yerləşən mənzilin fərqli əmlaklar olduğunu, iddiaçının “AİLƏ PARK'’ QSC tərəfindən tikilən binada yerləşən mənzilə, istifadə hüququnu tanınması barədə tələb irəli sürmək üçün subyektiv hüququnun olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsindən imtina etdiyini bildirmiş, qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1062/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsindən imtinasının qəbul edilməsi, Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 19 aprel 2003-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, mənzili Cavabdeh bağışlamışdır. - 02 mart 2014-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2942A saylı məhəllədə yerləşən tikilməkdə olan yaşayış binasının 18-ci mərtəbəsində 38 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyylənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1954-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.1981-ci il təvəllüdlü X10 ünvan 3 ünvanında qeydiyyatdadır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı "xxxx" MTK tərəfindən sökülməsinə razılıq verir və icraçı isə sökülmüş sahədə yeni yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mənzilin ümumi sahəsinə 25 faiz və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan 1 otaqlı faktiki sahəsi 32,12 kv.m olan mənzilin əvəzinə birgirişli 4 saylı binada yerləşən 1 otaqlı ümumi sahəsi içdən içə hesablanmaqla 50,9 kv.m olan təmirli mənzili tikib sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. - 21 sentyabr 2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X9 ilə İddiaçı2 arasında Xudu Məmmədov küçəsi 2944, 4 saylı mənzilə dair 3 il müddətinə 300 manata kirayə haqqı müəyyən edilməklə kirayə müqaviləsi bağlanmışdır. - AR İN Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı2 adına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 4 saylı mənzil xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-2/166 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2, Zeynalova X14, Cavabdeh, X11, X4 və X7 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında işləmiş ***-**-** saylı telefon xx.xx.2002-ci il tarixdən İddiaçı2 adına olmuşdur. xx.xx.2022-ci il tarixdə adından çıxarılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, mənzil tam payda Cavabdeh mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********* nömrəli qeyd aparılmışdır. - "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı2 ünvan 4 ünvanında xx.xx.2013 tarixindən Ailə TV Kabel Televiziyası xidmətinin göstərilməsi üzrə müqaviləsi vardır. Abunəçinin son ödəmə tarixi xx.xx.2021-ci il tarixi olmuşdur və ödəniş həyata keçirilmədiyi üçün xx.xx.2021-ci il tarixdən etibarən abunəçinin xətti ayrılaraq bugünədək xidmətinə göstərilməsi dayandırılmışdır. - 28 noyabr 2023-cü il tarixli yeni tikilmiş təmirli mənzilin təhvil verilməsinə dair Aktdan görünür ki, “AİLƏ PARK'’ QSC tərəfindən 22 aprel 2021-ci il tarixli müqaviləyə əsasən sakin Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən “AİLƏ PARK" QSC–yə məxsus 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzil təmirli mənzil təhvil verilmişdir. - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, mənzilə dair **********00040 nömrəli abonent kodu İddiaçı2 məxsusdur. - "xxxx" ASC-nin Abonent kartından görünür ki, ünvan 4 saylı mənzilə dair **********040 saylı abonent kodu İddiaçı2 məxsusdur. - 154 nömrəli MKİS-in arayışıdan görünür ki, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, mənzildə pasport qeydiyyatındadır. - 29 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, məhəllə 2942A, ev 15, mənzil 38 giriş 3 (yeni qaydalarla: AZ 1121 ünvan 7 ünvanında yerləşən mənzili X1. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 4 İddiaçı2 adına xx.xx.1997ci il tarixdə qeydiyyatdan keçmiş, Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-2/166 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili oğlu Cavabdeh bağışlamış və sözügedən mənzilin tam payda sonuncunun mülkiyyətində olması xx.xx.2014-cü il tarixdə ********* nömrəli qeyd aparılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, yəni, mənzilə cavabdehin mülkiyyət hüququ tanınsa da o, iddiaçılarla həmin mənzildə yaşamağa davam etmişdirlər, eləcə də mənzildə qeydiyyatları olmuş və hazırda da vardır. İşin materiallarından görünür ki, mənzilin bütün kommunal xidmət abonent kodları İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli müqavilə əsasında ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi bina sökülmüş, yeni yaşayış binasının tikintisini həyata keçirilərək, yeni binada mənzilin ümumi sahəsinə 25 faiz və daha artıq əlavə edilməklə cavabdehin mülkiyyətində olan 1 otaqlı faktiki sahəsi 32,12 kv.m olan mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı ümumi sahəsi 50,9 kv.m olan təmirli mənzil inşa edilərək onun istifadəsinə verilmişdir. Sözügedən müqavilə əsasında sonuncuya ayda 300 manat kirayə pulu verilməsi də nəzərdə tutulmuş və cavabdehin izahatlarından aydın olur ki, kirayə pulları MTK tərəfindən ödənilirdi. Lakin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2021-ci il tarixli müqavilə əsasında sökülmüş mənzildən köçəndən sonra tərəflər birlikdə yaşamaqda davam etməmiş, iddiaçılar X9 ilə bağlanmış 21 sentyabr 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən sonuncuya məxsus Xudu Məmmədov küçəsi 2944, 4 saylı mənzilə dair 3 il müddətinə 300 manata kirayə haqqı müəyyən edilməklə həmin ünvanda yaşamışlar. Hazırda iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində “AİLƏ PARK" QSC tərəfindən tikilib Cavabdeh təhvil verilmiş mənzilə cavabdeh tərəfindən onların buraxılmadığı üçün həmin mənzilə istifadə hüququnun tanınması və cavabdeh tərəfindən mənzilə daxil olma ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla, eyni zamanda xx.xx.2021-ci il tarixdən qətnamə çıxan dövrədək hər ay tərəfindən ödənilmiş 300 manat kirayə haqqının cavabdehdən tutulmalı olmasını iddia etmişlər. Cavabdeh isə "xxxx" QSC tərəfindən ona təhvil verilmiş bir otaqlı mənzilin həm onun mülkiyyətində olmuş, sökülmüş mənzilin əvəzinə ona verilməsi, həm də mənzil dar olduğu üçün ailəsi, iki azyaşlı uşağının ata-anası ilə birlikdə yaşamasının qeyri-mümkünlüyü əsası ilə iddia etiraz edir. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəməninqətnaməsi,ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, ünvan 4 1997-ci ildən 2003-cü ilə kimi İddiaçı2 mülkiyyətində olmaqla o və həyat yoldaşı həmin evə olan mülkiyyət hüquqlarını 2003-cü ildə mənzili cavabdehə bağışlamaqla itirmişlər. Lakin buna baxmayaraq onların həmin mənzilə yaranmış istifadə hüquqları mənzil onun yerləşdiyi bina sökülənə kimi mövcud olmuşdur. İşin bu halını cavabdeh də inkar etmir. Lakin işin mübahisəli halı sözügedən mənzilin sökülərkən yeni mənzil verilməsi ilə bağlı MTK ilə müqavilənin də mülkiyyətçi kimi cavabdehlə bağlanması və yeni, sahəsi daha artıq mənzilin də məhz cavabdehə təqdim edilməsi ilə bağlıdır. Belə ki, iddiaçılar yeni mənzilin əvvəl sökülmüş mənzilin əvəzinə verildiyi üçün ora köçüb əvvəlki kimi birlikdə yaşamaq istəyir, cavabdeh isə artıq ailəli olmaqla, iddiaçıların onun həyat yoldaşı ilə yola getməmələrinə, həm də hamısının 1 otaqla mənzildə yaşamasının mümkünsüzlüyü bildirməsi ilə bağlıdır. İş materiallarından olan 28 noyabr 2023-cü il tarixli yeni tikilmiş təmirli mənzilin təhvil verilməsinə dair Aktdan görünür ki, “AİLƏ PARK" QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı ümumi sahəsi 50,9 kv.m olan təmirli mənzil "xxxx" QSC tərəfindən cavabdehə təhvil verilmişdir. Başqa sözlə, cavabdehə əvvəlki, yəni iddiaçıların da yaşadığı mənzilin əvəzinə yeni, daha geniş sahəli mənzil verilmişdir. İşin materiallarından görünür ki, tərəflərin qeydiyyatı məhz həmin, artıq sökülmüş mənzildə qalmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İddiaçıların 2021-ci ildən sonra inşa edilmiş binadakı mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Məhkəmə hesab edir ki, iddiaçıların ünvan 4 saylı mənzilə dair yaranmış istifadə hüquqları həmin mənzilin sökülməsi nəticəsində verilmiş yeni mənzilə münasibətdə də şamil olunmalıdır. Belə ki, ünvan 4 saylı mənzilin sökülməsi ilə iddiaçıların istifadə hüquqlarına faktiki olaraq xitam verilməmiş və istifadə hüququ sökülmüş, lakin əvəzinə inşa edilmiş mənzilə münasibətdə davam edən haldır. Lakin sökülən mənzilin hüquqi ünvanı dəyişdiyindən və yeni mənzilə digər ünvan verildiyi, eləcə də cavabdehin də həmin yeni ünvan üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınacağını nəzərə alan məhkəmə iddiaçıların əvvəlki mənzildə olan istifadə hüququ kimi həmin mənzilin əvəzinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə istifadə hüquqlarının tanınmalı olmasını zəruri sayır. Məhkəmə qeyd edir ki, icraatına xitam verilməsinə baxmayaraq verdiyi və geri götürdüyü qarşılıqlı iddiasında da cavabdeh ata-anasının yeni verilmiş mənzilə istifadə hüquqlarını tanıdığı üçün onlara məbləği dəqiq müəyyən edilməmiş kompensasiya vermək, hətta təqdim etdikləri barışıq sazişi təsdiq edilmədikdən sonra ekspertiza yolu ilə mənzilin qiymətləndirilərək müəyyən edilmiş qiymətin 6/2 hissəsini iddiaçılara ödəmək niyyətini ifadə etmişdir. Lakin son məhkəmə iclasında bu niyyətindən imtina etdiyindən məhkəmə artıq bu tələbə hüquqi qiymət verə bilməmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdeh iddianı qəbul etməsə də, məhkəmə baxışı zamanı etdiyi prosessual hərəkətləri onun iddiaçılar olan ata-anasının yeni mənzilə istifadə hüquqlarını inkar etməməsini təsdiqidir, lakin cavabdeh onların mənzilə buraxılmamasının səbəbi kimi ailə-məişət zəminində aralarında yaranmış mübahisəli vəziyyətə istinad edir. Məhkəmənin qənaətinə görə cavabdehin sökülmüş ünvan 4 saylı mənzilin mülkiyyətçi olmaqla, onun əvəzinə verilmiş yeni, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə hazırda sahiblik və istifadə hüququ olsa də ailələrində hansı qaydada mübahisə baş verməsindən asılı olmayaraq ata-anası olan iddiaçıları faktiki sahibliyində olan mənzildə yaşamağa imkan verməməkdə (onları mənzilə buraxmamaqda) cavabdeh haqlı deyildir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında yerləşən, sökülmüş mənzildə olan istifadə hüququ kimi həmin mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində “AİLƏ PARK" QSC tərəfindən tikilib Cavabdeh təhvil verilmiş yeni Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə istifadə hüquqları tanınmalı və cavabdeh tərəfindən onların mənzilə daxil olma ilə bağlı (mənzilə köçüb yaşamaqla bağlı) bütün məhdudiyyətlərin tərəfindən aradan qaldırılması öhdəliyi onun üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyətçi kimi hüquqları dövlət reyestrində qeydə alındıqdan sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından mənzilinə istifadə hüquqları tanınmış iddiaçılara qarşı müvafiq qaydada iddia qaldırmaq hüququ saxlanılır. Məhkəmə iddia tələbinin kirayə haqqı hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar köhnə mənzilin sökülməsi ilə bağlı MTK tərəfindən cavabdehə hər ay kirayə üçün ayrılan və onun kart hesabına köçürülən pulu mənimsəmələrinə dair sübutlar təqdim edə bilməmişlər. İşin materiallarından görünür ki, iddiaçılar kirayə müqaviləsi əsasında digər ünvanda yaşamaqla onların aylıq kirayə haqqı ödənişləri 300 manat təşkil etmiş və onlar da izahatlarına əsasən bu haqqı da kirayədara ödəmişlər. Cavabdeh tərəfindən MTK tərəfindən ona ayrılmış kirayə haqqını iddiaçılara ödəməsi ilə bağlı izahatına cavab olaraq iddiaçı tərəf bu faktı inkar etməsə də, tam təsdiq etməmiş, gah 100 manat, gah da 200 manat ödənilməsini bildirməklə mövqeyindəki qeyri-müəyyənliyi aradan qaldırmamışdır. Məhkəmə iddiaçı tərəfin kirayə haqqı ilə bağlı ziddiyyətli izahatlarını, keçən müddət ərzində kirayə qaldığı mənzilə görə kirayə haqqını ödəməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən MTK tərəfindən ona ayrılmış kirayə haqqını iddiaçılara ödəməməsinə dair dəlillər heç bir mötəbər sübut növləri ilə təsdiqini tapmadığı üçün əsassızdır və buna görə də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “AİLƏ PARK" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “AİLƏ PARK" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında yerləşən mənzilin əvəzinə “AİLƏ PARK" QSC tərəfindən tikilib Cavabdeh təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə istifadə hüquqları tanınsın. ünvan 4 ünvanında yerləşən mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində “AİLƏ PARK" QSC tərəfindən tikilib Cavabdeh təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 4 (D) saylı binanın 10-cu mərtəbəsində yerləşən 48 saylı mənzilə iddiaçıların daxil olma ilə bağlı bütün məhdudiyyətlərin cavabdeh tərəfindən aradan qaldırılması öhdəliyi onun üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 75 manatı Cavabdeh İddiaçı2 xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1062/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1062/2024
05.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver