Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1180/2025 30.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin onunla birgə yaşadığı mənzildə onun yaşamağı üçün yaratdığı bütün maneələrə son qoyulması və yaşayış sahəsinə istifadə hüququ tanınmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsinə istifadə hüquqlarının tanınmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni mənzilin cehiz əşyaları yığılan bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq 2009-cu ildə evlənmiş və xx.xx.2010-cu ildə nikahları rəsmi qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. O, məcburi köçkün olan cavabdehlə birgə qeyd olunan ünvanda, yəni ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində qeydiyyatdadır. Belə ki, evliliyinin ilk vaxtlarda cavabdehlə birgə ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə köçürülərək yaşamağa başlamışlar. Qeyd etməlidir ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları həmin mənzildə anadan olmuşlar. Lakin o, qeyd olunan ünvanda qeydiyyatda olmasına baxmayaraq hazırda uşaqları ilə birgə valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Buna səbəb Cavabdeh ilə münasibətləri pisləşməsi və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-1192/2024 nömrəli qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi olmuşdur. Bundan sonra cavabdeh onu və uşaqlarını qanunsuz olaraq mənzildən çıxarmış və onlar məcbur olub valideynlərinin yaşadığı evdə yaşamalı olmuşlar. Ona görə də pozulmuş haquqlarının bərpası məqsədi ilə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, məhkəmə işin faktiki hallarını və müvafiq qanunvericiliyi əsas tutaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul çıxaracaqdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsinə istifadə hüquqlarının tanınmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni mənzilin cehiz əşyaları yığılan bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzilməişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş və göstərmişdir ki, Cavabdeh ilə faktiki olaraq 2009-cu ildə evlənmiş və xx.xx.2010-cu ildə nikahları rəsmi qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. O, məcburi köçkün olan cavabdehlə birgə qeyd olunan ünvanda, yəni ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində qeydiyyatdadır. Belə ki, evliliyinin ilk vaxtlarda cavabdehlə birgə ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə köçürülərək yaşamağa başlamışlar. Qeyd etməlidir ki, Cavabdeh birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları həmin mənzildə anadan olmuşlar. Hazırda uşaqları ilə cavabdehlə birgə Tərtər rayonu, Yeni Qəsəbə bina 18, mənzil 33 ünvanında yaşayırlar. Uşaqlar 6-cı sinifdə və 9-cu sinifdə təhsil alırlar. Onların görmə qabiliyyətləri zəifdir. Cavabdeh ona mənzildə sudan istifadə etməyə imkan vermir. Suyu qonşudan gətirir, cavabdeh qonşuya da onlara su verməyə imkan vermir. Başqası ilə ailə qurmaq üçün onu və uşaqlarını mənzildən çıxarmaq istəyir. 1 ildir ki, cavabdehlə boşanmışlar. Hazırda övladi ilə həmin mənzildə yaşayır. Onun uşaqları ilə başqa yerdə yaşayış yeri yoxdur. Həmin mənzidə olan uşaqları ilə birlikdə yaşayış hüququ verilməsini xahiş edir. Cavabdeh onun həmin mənzildə qazdan, sudan, istifadə etməyə imkan vermir. Halbu ki, kommunal xərcləri özü ödəyir. Mənzildən onun istifadə hüququ və qaydalarının müəyyən edilməsini istəyir. Cavabdehlə münasibətləri yoxdur. Cavabdeh uşaqla münasibət yaradır. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, İddiaçı ilə faktiki olaraq 2009-cu ildə evlənmişlər. Onların nikahları 2010-cu ildə rəsmi qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan Musa və Emil adlı uşaqları olmuşdur. Onlar ailə üzvləri, o cümlədən iddiaçı ilə birlikdə məcburi köçkün kimi ona verilən mənzildə birgə qeyd olunan ünvanda, yəni ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində qeydiyyatdadırlar. Belə ki, evliliyinin ilk vaxtlarda iddiaçı ilə birgə ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə köçürülərək yaşamağa başlamışlar. İddiaçı ilə aralarında bağlanmış nikahları məhkəmədə pozulmuşdur. İddiaçı nikahları pozulduqdan sonra birgə nikahdan olan uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. İddiaçı hazırda məhkəmədə birgə evliliklərindən anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulması, yaşayış sahəsinə istifadə hüquqlarının tanınmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni mənzilin cehiz əşyaları yığılan bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması, eyni zamanda dövlət rüsumu üçün ödədiyi 45 manat və mediasiya xərci üçün ödədiyi 55 manat pul vəsaitinin də cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilə bir yerdə yaşaya bilmədiklərini, tez-tez onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edir. Onunla bir yerdə yaşaya bilmir. Odur ki, iddiaçının iddasını qəbul etmədiyini və qətnamə qəbul edilməsi etiraz etdiyini bildirmişdir. İş materiallarında olan may 2018-ci il tarixdə tərtib edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin 18/33 saylı kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilyə görə Mənzil İstismar departamenti 18 nömrəli evdə, 33 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə kirayəçi Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin sənəddə Cavabdeh, İddiaçı, X10, X1 ailə üzvləri kimi göstərilmişdir. Müqaviləni hər iki tərəf imzalamışdır. İş materialında olan “Dövlətqaçqınkom”un Tərtər rayon Mənzil Kommunal İstismar Sahəsinin və “Dövlətqaçqınkom”un Tərtər rayon Bölməsi tərəfindən verilmiş 503 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Yeni Qəsəbə bina 18, mənzil 33də müvəqqəti məskunlaşmışdır. İş materialında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli iş № 2(061)- 1192/2024 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Tərtər rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqlarının cavabdeh X2 yanında saxlanılmaları qət edilmişdir. İş materialında olan “Dövlətqaçqınkom”un Tərtər rayon Mənzil Kommunal İstismar Sahəsinin və “Dövlətqaçqınkom”un Tərtər rayon Bölməsi tərəfindən verilmiş 11 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Tərtər rayon Yeni Qəsəbə bina 18, mənzil 33-də müvəqqəti qeydiyyatda olanlar Cavabdeh, İddiaçı, X10, X3 ibarətdir. İş materiallarında olan mediasiya sesiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı mənzildən istifadə hüququnun təmin edilməsi tələbi ilə bağlı ilkin mediasiya sessiyasına müraciət etmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmiş və onlar xx.xx.2025-ci il tarixdə saat 09:00-da ilkin mediasiya sessiyasına dəvət olunmuşlar. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir İddiaçı 55 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə obyektiv araşdırmalar nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamaqla evlənmişlər. Onların birgə nikahlarından 2 övladları olmuşdur. Aralarında olan mübahisələrə görə nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı ilə cavabdeh uzun müddət boşananadək və hazırda da ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində yaşamışlar. Mənzilin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bu faktlar məhkəmə iclasında elan olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş iddiaçı Qətibə Qasımzadə iddiasının təmin edilməsini, Cavabdeh iddianı qəbul etdiyini, iddiaçının həmin mənzildə uşaqları ilə birlikdə yaşamasına etiraz etmədiyini bildirmişdir. İşin materialları ilə də aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh 2009-cu faktiki olaraq ailə qurmuş və nikahlarını 2010-cu ildə rəsmi qaydada qeyd etdirmişlər. İddiaçı cavabdehlə ailə qurduqdan bir müdət sonra Tərtər rayonu, Yeni Qəsəbə bina 18, mənzil 33-də uşaqları ilə birlikdə yaşamışlar. Hazırda da həmin mənzildə yaşayır. Həmçinin iddiaçı həmin mənzildə müvəqqəti qeydiyyatdadır. Bununla da iddiaçı həmin evə yaşayış hüququ qazanmışdır. İddiaçı ilə cavabdehin yaşadıqları mübahisəli mənzil mülkiyət hüququ əsasında cavabdehin adına qeydiyyatdan keçmədiyindən iddiaçının özünə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-in 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda olan normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzilənmədikdə və onlara tətbiq edilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun» 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı yer başa düşülür. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilr. Yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı bir sənəd tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı” xx.xx.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X9” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikrləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Bu göstərilənlər «İnsan hüquqları haqqında Ümumi Bəyannamənin» 13-cü maddəsində, «İnsan hüquqları və X5 haqqında» Avropa Konferensiyasına əlavə 4№-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə, İddiaçı mübahisəli evə yığışmasını, fasiləsiz olaraq orada yaşamasını, birgə təsərrüfatı aparmasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. İddiaçı və cavabdehin aralarındakı nikah münasibətləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2010-cu il tarixdən yarandıgından xx.xx.2009-cu il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 96-cı maddəsində göstərilmişdir ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 99.8-ci maddəsinə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmədə elan olunmuş may 2018-ci il tarixdə tərtib edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin 18/33 saylı kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilyə görə Mənzil İstismar departamenti 18 nömrəli evdə, 33 nömrəli mənzildə yerləşən, 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə kirayəçi Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin sənəddə Cavabdeh, İddiaçı, X10, X1 ailə üzvləri kimi göstərilmişdir. Müqaviləni hər iki tərəf imzalamışdır. Həmin Məcəllənin 107-ci madəsində məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, iddiaçı uşaqları ilə birlikdə hazırda cavabdehin istifadəsində olan mübahisəli evdə yaşamış, olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşamaları onların mənafelərinə daha çox uyğundur. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddiaçının özünə hazırda başqa yaşayış sahəsi əldə etmək imkanı olmamaqla, başqa daimi yaşayış yerinin olmamasını, himayəsində 2 (iki) uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçı 2 uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddianın mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair hissəsi təmin edilməməlıdır. Belə ki, məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçı ilə cavabdehin yaşadıqları mübahisəli mənzil mülkiyət hüququ əsasında cavabdehin adına qeydiyyatdan keçməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulmalı, yaşayış sahəsindən, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən ümumi əsaslarla istifadə edilməsi müəyyən edilməlidir. İddianın yaşayış sahəsinə istifadə hüquqlarının tanınmaqla yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni mənzilin cehiz əşyaları yığılan bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi barədə hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulmalı, yaşayış sahəsindən, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən ümumi əsaslarla istifadə edilməsi müəyyən edilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364 - cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014cü il təvəllüdlü X11 adlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1qəti yerləşdirilməsi üçün nəzərdə tutulan cavabdehlə birgə yaşadıqları xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsində cavabdehin onun yaşaması üçün yaratdığı bütün maneələrə son qoyulsun, iddiaçının yaşayış sahəsindən, yardımçı sahələrdən, habelə mənzil-məişət, kommunal xidmətlərdən ümumi əsaslarla istifadə hüququ müəyyən edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu və mediasiya sessiyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı Cavabdeh alınsın İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1180/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1180/2025
30.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver