Məhkəmə qərarları › İş №2(102)-1311/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1311/2025

13.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, əmlakda payların bərabər bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5701/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan iki yetkinlik yaşına çatan və bir yetkinlik yaşına çatmayan övladları anadan olmuşdur. Tərəflər arasında bağlanılmış nikah pozulmamışdır.

2. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzil Cavabdeh adına mülkiyyət hüququ əsasında 2012-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh mərhum anası X6 həmin ildə mübahisəli mənzili ona bağışlamışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayo nu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 25 nömrəli mənzil Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli, 3MA-81 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhər notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 4Ə1/24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X5 özgəninkiləşdirilmişdir. Sözügedən müqavilədə mənzilin satış qiyməti 52909 manat olaraq qeyd edilmişdir. Həmin mənzil üzərində X3 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X1 adına ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2009cu il tarixli, 032577 nömrəli orderinə v ə "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli, 163 nömrəli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən maliyyə arayışında mənzilin satış qiyməti 37500 manat olaraq qeyd edilmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/486 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzil Cavabdeh bağışlanmışdır. Həmin mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 4. "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən İddiaçı 2009-cu ildən öz ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Onun həyat yoldaşı Cavabdeh axırıncı dəfə kommunal haqqını mart 2020-ci ildə ödəmişdir. Daha sonra onunla dəfələrlə telefon əlaqəsi saxlayaraq mənzilin kommunal haqqını ödəm əsi xahiş olunmuş, o, isə öz növbəsində kommunal haqqını ödəməkdən imtina etmiş və həmin mənzildə yaşamadığını əsas gətirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus ünvan 1, mənzil 74-də yaşamaq hüququ və həmin mənzilə dair onun ½ hissədə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ailə quran vaxtdan birlikdə cavabdehə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzildə birgə yaşamışlar. Sonra cavabdeh həmin 4 otaqlı mənzili 2009cu ildə əsaslı şəkildə təmir etdirərək, 65000 ABŞ dollarına onun razılığı ilə sataraq əldə etdikləri pula hal-hazırda yaşadıqları ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.metr olan 3 otaqlı 74 nömrəli (pod mayak) mənzili əsaslı şəkildə təmir etdirərək oraya köçmüşlər. Lakin qayınanası xx.xx.2020-ci ildə vəfat edəndən sonra ailə daxilində münasibətlər gərginləşmişdir. Əri 10 ildir ki, heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. O, atasının pensiyası ilə dolanmışdır. Onun işləməyinin də əleyhinə olduğuna görə, bütün ailə qayınatasının pensiyası hesabına yaşamışdır. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da, onlar onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyya ta salmamışlar. Övladlarını isə ərinin qeydiyyatda olduğu Buzovna qəsəbəsindəki ünvana qeydiyyata saldırmışdır. Yaşadığı evi o, 2020-ci ildə anası vəfat edəndən əvvəl də satmaq istəyib, lakin anası biləndə icazə verməmişdir. Bu səbəbdən iddiaçı evin satılmasına etiraz etmişdir və ilk dəfə 2020-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ilə müraciət etmişdir ki, evinin alqı-satqısı barədə müraciət olarsa, onun bu ərizəsini nəzərə alaraq razılığı olmadan alqı-satqı etməsinlər, çünki əri ilə aralarında əmlak mübahisəsi vardır. Cavabdeh evi satmaq və biznes qurmaq istəyir ki, daha yaxşı yaşasınlar. Onların isə özünün də qeydiyyatda olduğu atasının bağ evinə köçmələrini təklif etmişdir. Həmin bağ evi Buzovna qəsəbəsində yerləşir və qayınatasın ın adınadır. Qayınatasının cavabdehdən də başqa övladı var. Yəni həmin bağ evi gələcəkdə vərəsələr arasında mübahisə predmeti olacaqdır. Yaşadıqları evi vaxtilə Bakı şəhər İHB-nın xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci ildə 37500 manata qayınanası Gözəl Allahverdiyeva öz adına almışdır. xx.xx.2011-ci ildə isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzili əri 65000 ABŞ dollarına sataraq əldə etdiyi pulu hal-hazırda övladları ilə yaşadıqları mübahisəli evin təmirinə xərcləmişdir. Bakıxanov qəsəbəsində satdıqları mənzilin və indi yaşadıqları mənzilin təmirində onun da əziyyəti çox olmuşdur. Belə ki, anası ona təmir vaxtı pul yardımları da edirdi, özü də təmir vaxtı və ondan sonra təmizlik işləri və ustalarla, fəhlələrə yemək verməklə, onlara qulluq etməklə təmirdə iştirak etmişdir. Bir il sonra, yəni xx.xx.2012-ci ildə isə qaynanası yaşadığı mənzili cavabdehin adına bağışlama ilə keçirmişdir. Beş il bundan öncə isə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməyinin əvəzində o, yaşadığı mənzili onun və övladlarının istifadəsinə verdiyini iddiaçıya bildirmişdir. Bu barədə sübut kimi iddiaçı 2020-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyinin Qeydiyat və Notariat Baş idarəsinə ünvanladığı məktubu və ona cavabı, həmçinin yaşadıqları mənzili tikən "xxxx" MTK-nın cavab məktubunu təqdim etmişdir. Hal-hazırda isə cavabdeh həmin öhdəliyini pozduğu üçün mənzildə yaşamaq hüququnun və həmin əmlakda ½ hissədə pay hüququnun məhkəmə qaydasında tan ınmasını dair iddia ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə pay hüququnun tanınması” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının öz iddia ərizəsində də etiraf etdiyi kimi, cavabdehin iddiaçı ilə nikaha daxil olana qədər mülkiyyətində mənzil olmuşdur. Həmin mənzil 4 otaqlı olmuşdur və ünvan 6 ünvanında yerləşmişdir. Hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzil isə Bakı şəhər İHB-nin xx.xx.2 009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011ci il tarixli maliyyə arayışı ilə mərhum anası Gözəl Allahverdiyeva tərəfindən alınmış və anasının da adına rəsmiləşdirilmişdir. Cavabdeh nikaha daxil olana qədər əldə etdiyi ünvan 8 ünvanındakı mənzilini sataraq onun pulu ilə anasına məxsus olan mənzili təmir etmişdir. Bu faktı iddiaçı özü də öz ərizəsində etiraf etmişdir. Mənzili təmir etdikdən sonra köçüb həmin mənzildə yaşamışlar. Cavabdehin anası öz adına olan həmin mənzili xx.xx.2012-ci ildə bağışlama yolu ilə cavabdehin adına keçirmişdir. Göründüyü kimi, hazırda cavabdehin mülkiyyətində olan və iddiaçının da ½ pay haqqı tələb etdiyi mənzil əvəzsiz qaydada onun mülkiyyətinə keçmişdir. Odur ki, həmin mənzilin ½ hissəsinə pay hüququnun tanınması barədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Cavabdeh ailəsi və valideynləri ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yaşayanda onlar qonşu idi. Cavabdeh onun üst qonşusu olublar. O, Cavabdeh yaşadığı mənzildə təmir işlərinin aparıldığının şahidi olmuşdur. Məlumatı var ki həmin dövrdə evin dam örtüyü dəyişilmişdir, tikinti materialları gətirilmişdir. Həmin təmir işlərinin dəqiq məzmunu və kim tərəfindən ödənilməsi barədə tam məlumatı yoxdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1487/2024 nömrəli iş üzrə 7 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə ½ hissədə pay hüququnun tanınması” barədə iddiasının təmin edilməməs i qət edilmişdir (hakim Aynur Abdullayeva).

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər nikaha daxil olandan sonra nikahadək, yəni 1998-ci ildən cavabdehə məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 25 nömrəli mənzildə yaşamışlar. 2011-ci ildə cavabdeh həmin mənzili üçüncü şəxsə özgəninkiləşdirmişdir. Daha sonra tərəflər ilk əvvəl cavabdehin mərhum anasının adına rəsmiləşdirilmiş, daha sonra isə bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmiş mübahisəli mənzilə köçmüşlər.

12. Məhkəmə nəzərə almışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 25 nömrəli mənzil nikahadək cavabdehə məxsus olmuşdur, mübahisəli ünvan 1 ünvanında yerləşən 74 nömr əli mənzil isə cavabdehə nikah dövründə anası tərəfindən bağışlanılmışdır. Sonuncu mənzilin tərəflərin nikahı dövründə onların birgə vəsaiti və ya iddiaçının şəxsi vəsaiti hesabına əsaslı təmir olunması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbləri təmin edilməməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, bağışlanmış mübahisəli mənzilin şəxsən cavabdehə deyil, ailəyə bağışlanması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Mübahisəli mənzil nikah dövründə hədiyyə şəklində cavabdehə verilməklə ona məxsus şəxsi əmlak olduğundan və həmin əmlakın ümumi birgə əmlak hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbləri təmin edilməməlidir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 3 5, 36, 37, 41-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əmlakın dəyərini xeyli artıran əsaslı təmirin mövcud olmasına, bu halı təsdiq edən qiymətləndirmə rəyinin, şahid ifadəsinin, komendantın məktubunun olmasına və bu halı təkzib edən hər hansı bir sübutun olmamasına baxmayaraq, iddianı təmin etməmişdir. Bakıxanov qəsəbəsindəki mənzili əsaslı təmir etdikdən sonra 52909 manata satan cavabdeh həmin vəsaiti eyni tarixdə 37500 manata alınmış mübahisəli mənzilin təmirinə x ərcləmişdir. Belə olan halda həm Bakıxanov qəsəbəsində, həm də Xətai rayonunda yerləşən mənzillər birgə nikah dövründə əsaslı təmir edilmiş və birinin əsaslı təmiri nəticəsində qiyməti yüksəldiyindən yüksək qiymətə satılmış, əldə edilən vəsait birgə nikah dövründə əldə edilmiş digərinin əsaslı təmirinə xərclənmişdir. Xətai rayonunda yerləşən mənzilin cavabdehin anasının adına alınması və sonradan bağışlanma ilə cavabdehin adına keçirilməsi isə formal xarakter daşımış, çünki həmin mənzil əvvəlcədən cavabdeh və ailəsi üçün alınmışdır. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən mənzil cavabdehin böyüyən ailəsi, qayınata, qayınananın birgə yaşayışı üçün darısqal idi. Bu da Buzovna qəsəbəsində yerləşən həyət evinin və Xətai rayonunda yerləşən mübahisəli evin alınması ilə nəticələnmişdir ki, cavabd eh və ailəsi o vaxtdan Xətai rayonunda yaşamağa başlamışlar. Məhkəmə Buzovna qəsəbəsində yerləşən cavabdehin qeydiyyatda olduğu fərdi yaşayış evinin nə vaxt və hansı məbləğə alınmasını, həmçinin cavabdehlə onun nə vaxtdan valideynlərdən ayrı yaşamasını da müəyyən etməmişdir. Məhkəmə həmçinin mənzillərin kimin tərəfindən təmir olunmasını və buna nə qədər vəsait sərf olunmasını müəyyən etməmişdir. Halbuki, onun tərəfindən bu hallara dair kifayət qədər sübut təqdim edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5701/2024 nömrəli mülki iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şi kayəti üzrə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci mənzil xx.xx.1998-ci il tarixdən etibarən cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Tərəflər arasında nikah xx.xx.2001-ci il tarixdə bağlandıqdan sonra iddiaçı bu mənzilə köçmüşdür. Mübahisəli mənzil isə "xxxx" MTK tərəfindən cavabdehin anası X2 satılmış və mənzilin dəyəri olan 37500 manat onun tərəfindən "xxxx" MTK-ya tam şəkildə ödənilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2009-cü il tarixli, 032577 saylı orderə və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli, 163 nömrəli maliyyə arayışına əsasən həmin mənzil xx.xx.2011-ci il tarixdə cavabdehin anasının adına qeydiyyata alınmış, 1 il sonra, yəni xx.xx.2012-ci il tarixdə isə sonuncu tərəfindən cavabdehə bağışlamış və bundan sonra cavabdehin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla belə, mübahisəli mənzilin dəyəri X6 tərəfindən cavabdehin mülkiyyətində olmuş birinci mənzilin özgəninkiləşdirilməsindən əvvəl ödənilmişdir. Başqa sözlə, birinci mənzil satılan zaman mübahisəli mənzilin dəyəri artıq ödənilmiş və mənzil cavabdehin anasının sahibliyində olmuşdur. Bu da öz növbəsində mübahisəli mənzilin birinci mənzilin satışından əldə edlmiş vəsait hesabına əldə edilmədiyini təsdiq etmişdir.

20. İddiaçı nikahda olduqları dövrdə (2009-cu ildə) birinci mənzilin əsaslı təmir edildiyini, təmirə o nun anası tərəfindən də pul verildiyini və bunun nəticəsi olaraq mənzilin dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artdığını, yəni bu səbəbdən 52909 manata (65000 ABŞ dolları) satıldığını iddia etmişdir. Lakin nəinki anası tərəfindən pulun verilməsini və 2009-cu ildə mənzilin əsaslı təmir edilməsini, ümumiyyətlə həmin mənzildə yaşadığı hər hansı dövrdə mənzildə əsaslı təmir işlərinin aparılmasını, o cümlədən məhz əsaslı təmirin nəticəsi olaraq mənzilin 52909 manata (65000 ABŞ dolları) satılmasını sübuta yetirə bilməmişdir. Əsaslı təmir üçün sərf edilən məbləğə də hər hansı aydınlıq gətirə bilməmişdir. Halbuki, iddiaçı özünün (ustalara və fəhlələrə qulluq göstərmək, xörək hazırlamaq və sair) və maddi baxımdan anasının da iştirak etdiyi təmirin məbləği barədə (hissə-hissə ödənişlər, anasının ve rdiyi pulun məbləği, təmirin tam məbləği və sair) məlumatlı olmalı idi. Bu da öz növbəsində iddiaçının bu dəlilinin əsassız olduğunu təsdiq etmiş və birinci mənzilin alqı-satqı qiymətinin məhz əsaslı təmir nəticəsində 52909 manat (65000 ABŞ dolları) təşkil etməsini istisna etmişdir. Bununla belə, hüquqi nəticə etibarı ilə birinci mənzilin iddiaçı ilə cavabdehin birgə mülkiyyəti sayılması, o cümlədən iddiaçının həmin mənzilə hər hansı hissədə payının yaranması üçün hər hansı əsas mövcud deyil.

21. İddiaçı mübahisəli mənzilin təmiri ilə bağlı da anası tərəfindən yardımların edildiyini bildirsə də, bununla bağlı da hər hansı sübut təqdim edə bilməmiş, ümumiyyətlə məbləğ barədə məlumat verə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və mübahisəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar və təmirsiz vəziyyətdə dəyərini, habelə təmirə çəkilən xərci əks etdirən "xxxx" MMC-nin hesabatı mötəbər sübut kimi qəbul edildiyi təqdirdə belə, iddianın hər hansı formada təmin edilməsi üçün əsas yaratmır. Belə ki, artıq müəyyən edildiyi kimi, mübahisəli mənzilin dəyəri iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına ödənilməmiş, onun təmiri isə cavabdehə nikahdan əvvəl məxsus olmuş və birgə nikah dövründə əsaslı təmir edildiyi öz təsdiqini tapmamış mənzilin satışından əldə edilmiş vəsait hesabına həyata keçirilmişdir. Bu baxımdan həmin mənzilin təmirsiz və ya təmirli vəziyyətdə hazırkı qiymətinin mübahisəyə nəinki təsiri, ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Bu hesabatda oxşar təmirə çəkilən xərcin hazırkı qiyməti (60000 manat) məbləğ etibarı ilə birinci mən zilin satışından əldə edilmiş vəsaitdən az fərqlənir. Halbuki, hamılıqla qəbul edilən bir haldır ki, mübahisəli mənzilin təmir edildiyi dövrdə (10 ildən artıq müddət bundan əvvəl) bu təmir xeyli az məbləğ tələb edirdi.

22. Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin anasının adına rəsmiləşdirilməsinin, sonradan cavabdehə bağışlanmasının formal xarakter daşıması, həqiqətdə əvvəldən cavabdeh və onun ailəsi üçün alınması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu əmlakın cavabdehə deyil, məhz ailəyə bağışlanması da iş materialları ilə öz təsdiqini tapmamışdır. İşə baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın surətindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 2 nömrəli evin, 33 nömrəli mənzilinin xx.xx.2020-ci il tarixdən tərəflərin birgə nikahından doğulmuş X4 mülkiyyətində olduğu müəyyən edilmişdir. Tərəflər bu əmlakın bağışlama müqaviləsinə əsasən həmin şəxsin mülkiyyətinə keçməsini mübahisələndirməmişdir.

23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 213, 220, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34, 35, 36-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ye ni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, bəzi sübutlara məhkəmə ümumiyyətlə toxunmamış, ekspert rəylərini araşdırmamış, məhkəmənin qətnaməsi tam əsaslandırılmamışdır. Cavabdeh yaşadıqları evi Bakı şəhər İHB-nın xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTKnın xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci ildə 37500 manata iddiaçının rəhmətlik qayınanası Allahverdiyeva Gözəlin öz adına almışdır. Bir gün sonrakı tarixə isə, yəni, xx.xx.2011-ci ildə isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli vaxtilə yaşadıqları, gəlin köçdüyü, əsaslı şəkildə təmir etdikləri mənzili cavabdeh 65000 ABŞ dollarına sata raq əldə etdikləri pula hal-hazırda mübahisələndirilən və övladları ilə yaşadığı mübahisəli mənzilin təmirinə xərcləmişdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyinə əsasən mənzilin təmirinin dəyəri 60000 manat dəyərində müəyyən edilmişdir. Mülki Məcəllənin 225.4-cü maddəsini düzgün tətbiq etməyən məhkəmə hesab etmişdir ki, iddiaçı öz iddiasının əsaslarını sübut edə bilməmişdir. Halbuki, iş materiallarında olan foto şəkillər, şahid ifadələri, mütəxəssis rəyi ilə subuta yetirilmişdir ki, xx.xx.2011-ci ildə satılan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzili cavabdeh təmir edərək satmış və əldə edilmiş vəsait hesabına mübahisəli Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, mənzil 74-ü əsaslı şəkildə təmir etdirmişdir.

26. İddi açı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 225.2. Nikaha girənədə k ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

31. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

33. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri h esabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

35. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hes abına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

36. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

42. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

43. MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Kassasiya şikayətində maddi və prosessual normaların pozuntusuna formal olaraq istinad edilsə də, əsaslandırma hissəsində işin faktiki hallarına istinad edilərək sübutlara düzgün qiymət verilmədiyi göstərilmişdir.

45. Şikayət əsasında qətnamə yoxlanılarkən şikayətdə qeyd edilmiş normaların pozuntusuna yol verildiyi müəyyən edilməmişdir, məhkəmə tərəfindən mübahisəyə düzgün hüquqi qi ymət verilmişdir.

46. Qeyd edilən normaların tələblərinə əsasən kassasiya şikayətinin işin faktiki hallarının düzgün hüquqi qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti ola bilməz.

47. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(103)5701/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar