Məhkəmə qərarları › İş №2(005)-1066/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1066/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1066/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin X1 tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün xx.xx.2019cu il tarixində “Azəriqaz” İB-nin, Zaqatala RQİİ-də, Baləkən Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə, xx.xx.2019-cu il tarixində "Azəriqaz” İB-nin, Ağsu RQİİ-də, Şamaxı Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi vakansiyası üzrə və xx.xx.2019-cu il tarixində Dövlət Neft Şirkətində "Anbar müdiri” vakansiyası üzrə elektron qaydada müraciət etmişdir. Müraciət əsasında sənədlərinə baxış keçirilmiş və bildiriş göndərilərək müraciətinin qəbul olunması bildirilmişdir. Lakin müraciətindən xeyli müddət keçməsinə baxmayaraq, "Azəriqaz" İB-nin, Ağsu RQİİ-i tərəfindən verilən xx xxxx 2016-cı il tarixli, "Azəriqaz" İB-i tərəfindən verilən xx.xx.2017-ci il tarixli və eyni mövzulu xx.xx.2018-ci il tarixli xasiyyətnamələr əsas gətirilərək müsabiqələr iştirakı təmin olunmadan keçrilmişdir. Həmin xasiyyətnamələrdən xx xxxx 2016-cı il tarixli xasiyyətnamədə şəxsi və peşəkarlıq kefiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, qərəzli olaraq işlədiyi müddət ərzində vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuş, lakin qeyd olunanları təsdiq edən hər hansı bir məlumat verilməmişdir. Amma faktiki olaraq işlədiyi səkkiz illik müddət ərzində vəzifə təlimatına uyğun öhdəliklərimi yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. Digər iki eyni mövzulu xx.xx.2017-ci il tarixli və xx.xx.2018ci il tarixli xasiyyətnamələrdə isə əmək fəaliyyətinə başladığı tarixin xx.xx.2015-ci il tarixində, olduğu göstərilsədə, debitor borcun və qaz ilgilərinin hesablanması xx.xx.2015ci il tarixindən aparılmış və həqiqətə uyğun olmayan rəqəmlər yazılaraq, hesabatın hansı zaman intervalında aparıldığı da qeyd olunmamışdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, ARDNŞ-nin X1 tərəfindən işə qəbul müsabiqələri qərəzli xasiyyətnamələr nəzərə alınmaqla müsabiqələrdə iştirakı təmin olunmadan və qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir.Qeyd edilənləri nəzərə alaraq, “Azəriqaz" İB-nin, Zaqatala RQİİ-də, Balakən Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə, “Azəriqaz” İB-nin, Ağsu RQİİ-də, Şamaxı Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi vakansiyası üzrə və Dövlət Neft Şirkətində “Anbar müdiri” vakansiyası üzrə keçirilən müsabiqələrin nəticələrinin ləğv olunmasına və müsabiqələrin iştirakım təmin olunaraq keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbininin əsassız olduğunu bildirib rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş iddia ərizəsinə etirazda bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində "Azəriqaz" rehsalat Birliyinin "Xidmət rəisi (Balakən rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" və Böyük mühəndis (Şamaxı rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyaları üzrə, xx.xx.2019-cu il tarixində isə Metanol Zavodunun "Anbar təsərrüfatının müdiri" vakansiyası üzrə elektron müraciətləri daxil olmuşdur, müraciətlər ilə bağlı ətraflı məlumat: xx.xx.2019-cu il tarixində Metanol Zavodunun "Anbar təsərrüfatının müdiri" vakansiyası üzrə İddiaçı daxil olmuş elektron müraciəti ilə əlaqədar bildiririk ki, iş təcrübəsi uyğun olmadığı üçün o, müsabiqənin növbəti mərhələsinə keçməmişdir. xx.xx.2019-cu il tarixində "Azəriqaz" İstehsalat Birliyinin "Xidmət rəisi (Balakən rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə İddiaçı daxil olmuş elektron müraciəti ilə əlaqədar bildirir ki, eyni vakansiya üzrə müsahibədə uğursuz iştirakından 6 ay keçmədiyi üçün o, müsabiqənin növbəti mərhələsinə keçməmişdir. Belə ki, "Xidmət rəisi (Balakən rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə xx.xx.2019-cu il tarixli əvvəlki müraciəti üzrə xx.xx.2019-cu il tarixində keçirilmiş müsahibəyə İddiaçı dəvət olunmuş və müsahibədə təqdim olunmuş sahə üzrə suallara qənaətbəxş səviyyədə cavab vermədiyi üçün onun işə qəbul olunması məqsədəuyğun hesab edilməmişdir. Eyni dərəcəli və ixtisas tələbləri eyni olan vakansiyalar üzrə müsahibədə iştiraka məhdudiyyət tətbiqi şirkətin xx.xx.2017-ci il tarixli SOCAR**********00040020A00072 nömrəli əmrinin 2ci bəndinə uyğun olaraq tənzimlənir və əmrdə vurğulanmışdır ki, "Müsabiqə nəticələri qənaətbəxş olmayan namizədlər eyni və ya,daha yüksək dərəcəli, ixtisas tələbləri olan vakansiya üzrə növbəti müsabiqəyə 6 (altı) ay keçdikdən sonra buraxılırlar".xx.xx.2019-cu il tarixində "Azəriqaz" İstehsalat Birliyinin "Böyük mühəndis (Şamaxı rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə İddiaçı daxil olmuş elektron müraciəti ilə əlaqədar bildirilir ki, eyni vakansiya üzrə müsahibədə uğursuz iştirakından 6 ay keçmədiyi üçün o, müsabiqənin növbəti mərhələsinə keçməmişdir. Belə ki, "Böyük mühəndis (Şamaxı rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə xx.xx.2019-cu il tarixli əvvəlki müraciəti üzrə xx.xx.2019-cu il tarixində keçirilmiş müsahibəyə İddiaçı dəvət olunmuş və müsahibədə təqdim olunmuş sahə üzrə suallara qənaətbəxş səviyyədə cavab vermədiyi üçün onun işə qəbul olunması məqsədəuyğun hesab edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, eyni dərəcəli və ixtisas tələbləri eyni olan vakansiyalar üzrə müsahibədə iştiraka məhdudiyyət tətbiqi isə şirkətin xx.xx.2017-ci il tarixli SOCAR**********00040020A00072 nömrəli əmrinin 2-ci bəndinə uyğun olaraq tənzimlənir. Eyni zamanda bildirilir ki, "Böyük mühəndis (Şamaxı rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası yenidən elana verilmiş xx.xx.2020-ci il tarixində İddiaçı həmin vakansiya üzrə yenidən elektron müraciəti daxil olmuşdur və hal- hazırda baxılma mərhələsindədir.Qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı iddiasında qeyd etdiyi vakansiyalar üzrə müsabiqənin növbəti mərhələsinə dəvət olunmamasının ona müxtəlif vaxtlarda təqdim olunmuş xasiyyətnamələrlə əlaqəsi yoxdur. Belə ki, İddiaçı "Xidmət rəisi (Balakən rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə xx.xx.2019, "Böyük mühəndis Şamaxı rayonu,Təbii qazın qəbulu və satışı xidməti)" vakansiyası üzrə isə xx.xx.2019-cu il tarixlərində keçirilmiş müsahibələrdə iştirakı təmin olunmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia rədd edilməlidir. Bundan əlavə iddia müddətinin tətbiqinə dair ərizə də təqdim edərək, iddiaçı yuxanda qeyd olunan müsahibələrin nəticələrinin mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətindəməhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. İddiaçıya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəməyə işə iddiaçının iştirakı olmadan baxılmasını ehtiva edən ərizə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmş Azərbaycan Respublikası Ali Məhkəməsiin Mülki Kollegiayasının xx.xx.2019-cu il tarixli, 2(102)-6004/2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 2597/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən X5 Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə xx.xx.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibənin nəticələrinin ləğv edilməsi, X5 Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə müsahibənin İddiaçı iştirakı ilə yenidən keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-5629/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, İddiaçı ARDNŞ-nin X1 tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün xx.xx.2019-cu il tarixdə müxtəlif vakansiyalar üzrə müraciət etmişdir. Cavabdeh tərəfindən onun sənədlərinə baxış keçirilmiş və müsabiqələrdə iştirakından imtina edilmişdir. İmtinanın əsasını əvvəlki dövrlərdə onun peşəkarlıq səviyyəsi barəsində verilmiş mənfi məzmunlu xasiyyətnamələr olunmuşdur. Nəticədə cavabdeh tərəfindən onun bütün vakansiyalar üzrə müsabiqələrdə iştirakı təmin edilməmişdir. Bu səbədən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Azərbaycan Respublikası Əmək Məcəllənin 50.1-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.2-ci maddəsinə əsasən müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.4-cü maddəsinə əsasən müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.5-ci maddəsinə əsasən müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş halları sübut edən faktlar məhkəmə qarşısında mötəbər sübutlarla sübuta yetirilə bilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.7-ci maddəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Məhkəmə qeyd edir ki İddiaçı Əmək Məcəlləsinin tələblərinə əsasən müsabiqə nəticələrinin mübahisələndirilməsi üçün nəzərdə tutulan 1 aylıq iddia müddətinı ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar