Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1073/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri X3 xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1- 528/2024 saylı əmrinin ləğv edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yeri olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X1 X13 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir müxtəlif dövlət orqanlarında, ayrı-ayrı vəzifələrdə işləmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi X21 Sertfikatlaşdırma Mərkəzinə baş aparıcı vəzifəsinə təyin olunmuşdur, xx.xx.2019-cu il tarixdən isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X1 X13 analizləri şöbəsinə müdir təyin olunmuşdur və qeyd olunan tarixdən həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə həmişə işinə məsuliyyətli olmuşdur. Buna baxmayaraq, xx.xx.2024-ciı il tarixli, 3-22-1/3-1-528/2024 saylı əmrlə tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas kimi əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi imperativ norma olaraq göstərir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir, eyni zamanda da göründüyü kimi işlədiyi iş daimi xarakterlidir və bu da qabaqcadan bəllidir. Yuxarıda qeyd etdiyi kimi o, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində işə qəbul olunmuşdur və fasiləsiz olaraq 5 ildən artıq işləmişdir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və əsas kimi də müqavilənin müddətinin bitməsi göstərilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixindən cavabdehə yox, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X2 Mərkəzinə baş aqronom vəzifəsinə təyin edilmişdir. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X8 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında cavabdeh yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının 1.10.3-cü yarımbəndindən aydın olur ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi cavabdehin tabeliyindəki qurumdur. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X18 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. İddiaçı cavabdehin 2019-cu il 04 noyabr tarixli 150k nömrəli əmri ilə cavabdehin LESM-nin X12 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X2 Mərkəzində baş aqronom vəzifəsində işləsə də, o, cavabdehin LESM-nin X12 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə məhz xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. İddiaçı cavabdehin 2024-cü il 1 oktyabr tarixli 3-22-1/3-1- 528/2024 nömrəli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşıyırdı. Bununla yanaşı, şöbə müdiri vəzifəsi üzrə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir. Tərəflərdən birinin müddətin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi barədə fikir ifadəsi, digər tərəfin razılıq bildirməsindən asılı olmayaraq, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman cavabdeh tərəfindən adıçəkilən Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq ona 2024-cü il 24 sentyabr tarixli 3-22-1/2-H-1- 823/2024 nömrəli bildiriş göndərilmiş və 2024-cü il 01 oktyabr tarixində əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə onunla əmək münasibətlərinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Göründüyü kimi iddiaçı ilə əmək münasibətlərinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. Yuxarıda sadalanan əsaslara dayanaraq iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iddiası etiraf edilmir. Beləliklə o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ilk dəfə 2018-ci ildə müqavilə ilə toxumçu aqronom kimi işə başlamışdır. Həmin vaxt 3 ay müddətinə müqavilə bağlanırdı. Sonra təşkilat Aqrar Xİdmətlər Agentliyinə birləşdirildi. Onun əmək müqaviləsi əslində müddətsiz idi, müddətsiz peşə idi. İşi mövsümi deyil, daimi olmuşdur. Laboratoriya işi olduğu üçün o, daimi işləyirdi. Yay mövsümündə sahələrə çıxıb qiymətləndirmə edirdilər, qış mövsümündə isə anbarlardan toxum gətirilərək laboratoriyada yoxlanılır və sertifikat alınırdı. Aqrar Xidmətlər Agentliyində şöbə müdiri kimi işləmişdir. Onlar da müqavilələrin müddətini hə dəfə 3 ay uzadırdılar. Müddətli müqavilə bağlayıbbağlamamasını onlardan soruşmurdular. İşçilər soruşanda bildirirdilər ki, onlarda qayda belədir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X23 bildirmişdir ki, iddiaçı xx.xx.2019cu il tarixdə Regional Mərkəzdə əmək fəaliyyətinə başlamışdır. Əmək Məcəlləsinə əsasən müqavilə 3 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 3 aylıq bağlanmasından iddiaçı məlumatlı olmuşdur. Sonradan isə iddiaçı ilə bağlanmış müqaviləyə müddət bitdiyi üçün xitam verilmişdir. İddiaçı ilə müqaviləyə xitam verilərkən bütün qaydalara əməl edilmişdir. Həmçinin iddiaçının fəaliyyətində müəyyən qüsurları da olmuşdur. 2023-2024cü illərdən başlayaraq, aprobasiya prosesi koordinatlar müəyyən edilməsi əsasında həyata keçirilir. Hər mövsüm üçün aprobasiya başlamazdan əvvəl siyahı müəyyən edilir və müvafiq qaydada təlimatlandırılır. Burada tapşırıqlara əməl edilməyib. 40 ha ərazinin 80- 85% hissəsində aprobasiya prosesi düzgün aparılmamışdır və həmin hissədə əkin olmamışdır. Koordinatlar ilə bağlı nöqsanların aşkar edilməsi üzrə iddiaçı tərəfindən zəruri məlumatlar gec verilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin 120k saylı, 16 noyabr 2018-ci il tarixli əmrindən görünür ki, İddiaçı Xidmətin Göygöl X2 Mərkəzinə 3 ay müddətinə baş aqronom vəzifəsinə təyin edilmişdir, - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 93k saylı, xx.xx.2019-cu il tarixi əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən öz xahişi ilə xitam verilmişdir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 150k saylı, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 X13 analizlər şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə xx.xx.2019-cu il tarixdən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinədək 3 il 6 ay müddətinə işə götürülmüşdür; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək 3 ay müddətinə işə götürülmüşdür; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar olunmuşdur; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 saylı əmrindən görünür ki, X10 əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azd edilərək xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi keçirilən mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi xx.xx.2025-ci il tarixli “Toxumluq əkin sahələrinin aprobasiyası prosesində yol verilmiş nöqsanlar barədə” arayışından görünür ki, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir. Toxumlara nəzarət prosesinin tərkib hissələrindən biri toxumluq əkinlərdə aprobasiyanın həyata keçirilməsidir. Ölkədə aprobasiya prosesinin şəffaf, operativ və beynəlxalq praktikaya uyğun aparılması məqsədilə 2024-cü ilin yanvar-mart aylarında “Elektron kənd təsərrüfatı” informasiya sistemində 2023/2024-cü il toxumluq əkin bəyanı təsdiq olunmuş sahələr xəritələşdirilmişdir. Hər il müvafiq əmrlə aprobasiya prosesində iştirak edəcək mütəxəssislər nəzəri və praktiki təlimlərə cəlb olunurlar. Aprobasiya prosesinin düzgün təşkili məqsədilə sahədə bitki sortlarının identifikasiyası məsələləri ilə yanaşı, xəritələrdən istifadə olunması əsas şərt kimi aprobatorlara tapşırılmışdır. Tapşırığa əsasən aprobasiya prosesinə effektiv nəzarət məqsədilə aprobator sahəyə getməmişdən öncə aprobasiya edəcəyi təsərrüfat haqqında məlumat verməli və aprobasiya bitdikdən sonra gün ərzində sahədə çəkilmiş foto və video şəkilləri hesabatlılıq və nəzarət üçün yaradılmış “WhatsApp” qrupuna yüklənməsini təmin etməli idi. Lakin Mərkəzin X12 direktor müavini X14 və həmin regional mərkəzin Toxum analizləri şöbəsinin müdiri İddiaçı 2024-cü il 4 iyun tarixində toxumçuluqla məşğul olan, subsidiya almaq məqsədilə EKTİS-də toxumluq əkinlərini bəyan edən, əvvəllər Mərkəzin X12 direktoru işləmiş və yuxarıda adları çəkilən şəxslərin vaxtilə birbaşa rəhbəri olmuş X4 müraciəti əsasında onun Göygöl rayonu Dozalar kənd ərazisində əkdiyi toxumluq taxıl sahəsində aprobasiya aparmış, aprobasiya nəticələri haqqında məlumatları (AKT № 01101 və 01102) aprobasiyadan 4 (dörd) gün sonra təqdim etmişdirlər. Təqdim olunmuş foto və video çəkilişlərdə aprobasiyanın düzgün aparılmaması barədə şübhələr yaranmış və məsələnin araşdırılması məqsədilə Mərkəzin direktor müavini X5 iştirakı ilə 2024-cü il 10 iyun tarixində aprobasiya olunmuş həmin sahələrdə monitorinqlər həyata keçirilmişdir. X6 monitorinq prosesində iştirak etməsi təklif olunsa da, o, sahələrinin biçildiyini əsas gətirərək monitorinq prosesində iştirakdan boyun qaçırmışdır. Sözügedən sahələrə xəritə əsasında yenidən baxış zamanı yalnız bir sahənin (5.82 ha) taxılının biçildiyi, digər sahələrin isə taxılının biçilmədiyi məlum olmuşdur. Biçilməmiş sahələrdə aqrotexniki qulluq aparılmamış, sahədə sort və növ qarışığına rast gəlinmişdir. Bu isə aprobasiyanın həyata keçirilməsi qaydaları ilə ziddiyyət təşkil edir. Məhsuldarlıq isə 7-8 sentner təşkil etməklə çox zəif olmuş, EKTİS-də bəyan olunmuş 1 sahənin (14.25 ha) ümumiyyətlə əkilmədiyi məlum olmuşdur. Bu səbəbdən sözügedən şəxsin 35.13 hektar sahəsi çıxdaş edilmişdir (AKT № 01 108; 01 109 və 01 1 10). 2024-cü il 4 iyun tarixində qeyd olunan toxumçuya aid edilən aprobasiya edilmiş sahə isə kənar şəxslərə aid olduğu müəyyən olunmuşdur.Yəni, çəkilmiş foto və videolar X4 toxumluq əkin sahəsinə aid deyildir. Toxumluq sahələr üzrə xəritə məlumatları bütün aprobatorlara GİS xəritə faylı (X11 - müəyyən yer və ya ərazi haqqında məkan və ya coğrafi məlumatlar) şəklində təqdim edilmiş və istifadə qaydası barədə aprobatorlar təlimatlandırılmışdır. Qeyd edilənlərdən aydın olduğu kimi, Mərkəzin X12 direktor müavini X14 və həmin regional mərkəzin Toxum analizləri şöbəsinin müdiri İddiaçı tərəfindən 2024-cü il 4 iyun tarixində toxumçuluqla məşğul olan, əvvəllər Mərkəzin X12 direktoru işləmiş X4 toxumluq əkin sahəsində aprobasiyanın aparılması zamanı aşağıdakı nöqsanlara yol verilmişdir: 1. Aprobasiyanın keçiriləcəyi vaxt barədə əvvəlcədən Mərkəzə məlumat verilməmiş, eyni zamanda Mərkəz tərəfindən tapşırıq verilmədən aprobasiya aparılmış, aprobasiya nəticələri aprobasiyadan 4 gün keçdikdən sonra təqdim edilmişdir; 2. Aprobasiya zamanı toxumluq əkinlərin xəritə məlumatlarından istifadə edilməmiş və müvafiq toxumluq sahədə deyil, digər şəxsə aid sahədə foto və video çəkiliş aparılaraq aprobasiya aktı tərtib edilmişdir; 3. Aprobasiya aktının tərtib edilməsinə dair heç bir əsaslandırılmış qeyd təqdim edilməmiş, sahəyə dair məhsul proqnozu, sorttəmizliyi, xəstəlik və zərərvericilərlə yoluxma nəzərə alınmadan yazılmışdır. Yuxarıda sadalananları nəzərə alaraq, aprobasiya nəticəsində aprobatorlar tərəfindən toxumluq əkin sahəsində məhsul hektara 30 sentner olmaqla gözlənilən sertifikatlaşdırılacaq toxum miqdarı 49.92 ton proqnozlaşdırılmışdır. Həmin toxum miqdarına görə dövlət büdcəsindən 3993.6 manat məbləğində subsidiya ayrılması büdcəyə maddi ziyan vurulmasına səbəb olacaqdır. 2024-cü il 1 avqust tarixində X9 və İddiaçı Agentlikdə rəhbərliklə görüşü zamanı həmin şəxslər yol verdikləri pozuntuları etiraf etmişdirlər (izahatları əlavə olunur). Qeyd edilənlər nəzərə alınaraq X14 və İddiaçı ilə əmək müqavilələrinin müddətinin uzadılması məqbul hesab edilməmişdir. Bu səbəbdən həmin şəxslərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X2 Mərkəzinə 3 ay müddətinə baş aqronom vəzifəsinə təyin olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019-cu il tarixi əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi əsasında xitam verilmişdir, eyni tarixdən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X1 X13 analizləri şöbəsinə baş aqronom, xx.xx.2019-cu il tarixdən şöbə müdiri vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış müqaviləyə xx.xx.2024-ci il tarixli əmrlə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı, qurumda 5 ildən artıq işlədiyinə və əmək funksiyasının müddətsiz xarakter daşıdığına, müddətin bitməsi səbəbindən onunla əmək müqaviləsinə xitam verilməsinin əsassız olmasına istinad edərək, əmrin ləğv edilməsi, işə bərpa edilməsi və müqavilənin müddətsiz bağlanmış hesab edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə əvvəlki qurumda müəyyən struktur dəyişikliklərinin baş verdiyinə, cavabdehin ilk dəfə işə götürülərkən başqa qurumun tərkibində olmasına, cavabdeh təşkilatda xx.xx.2019-cu il tarixdən işlədiyinə, 5 il tamamında müqaviləyə xitam verildiyinə, həmçinin əmək fəaliyyətində müəyyən qüsurların olduğuna əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan biri də (“f” bəndi) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasıdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və toxum nəzarəti üzrə Dövlət Xidmətinin Göygöl X2 Mərkəzinə baş aqronom vəzifəsinə təyin olunmuşdur. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X8 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının 1.10.3-cü yarımbəndindən aydın olur ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi cavabdehin tabeliyindəki qurumdur. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 7 may tarixli 132 nömrəli Qərarının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Abşeron, Bərdə, Göygöl, Quba, Lənkəran, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və X18 laboratoriyaları cavabdehin tabeliyində olan LESM-ə birləşdirilmişdir. İddiaçı cavabdehin 2019-cu il 04 noyabr tarixli 150k nömrəli əmri ilə cavabdehin LESM-nin X12 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən keçirilməklə xx.xx.2019-cu il tarixindən həmin şöbənin müdiri vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi əsas məqam iddiaçının 2018-ci ildən işlədiyi və 2019-cu ildə ləğv edilmiş X8 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin onlara aid olmamasıdır. X7 da göründüyü kimi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi məhz həmin qurumların əsasında yaradılmış, yəni Fərmanda adıçəkilən qurumların hüquqi varisi qismində çıxış etmişdir. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının əvvəlki qurumda xx.xx.2018-ci il tarixindən işlədiyi nəzərə alınarsa 5 ildən çox fasiləsiz çalışdığı müəyyən edilir. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı ilə əvvəlki qurum arasında bağlanmış əmək müqaviləsinə məhz yeni yaradılan qurumun, yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019-cu il tarixli əmri ilə öz xahişi əsasında xitam verilmiş, eyni tarixdə yenidən X16 Şöbəsinə baş aqronom vəzifəsinə təyin edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Hazırki iş üzrə iddiaçının əmək funksiyasının xarakterindən görünür ki, göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olmasına baxmayaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Bu hal Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri ilə uzlaşmır. Cavabdehin, tərəflərin könüllü razılığı ilə müddətli müqavilə bağlanması barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İddiaçının 2018-ci ildən işlədiyi və əmək funksiyası müddətsiz xarakter daşıdığı, müddətli müqavilə bağlanması üçün hər hansı əsas olmadığı, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan iş üçün hər dəfə 3 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür addım atması, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırki mülki iş materiallarından isə görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamışdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin və göstərdiyi xidmətin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda, məhz onun tərəfindən əmək müqaviləsində müddətin müəyyən edilməsi, başqa sözlə müddətli əmək müqaviləsinin bağlanması, iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Qeyd olunduğu kimi, iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Həmin Qərara görə, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Beləliklə, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırki işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işçi işə bərpa edilərkən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin müəyyən edilməsində məhkəmə, iddiaçının tələbindən asılı deyildir. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa tələbinə dair iddia təmin edilməli, həmçinin iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 saylı əmr ləğv edilməli, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli və İddiaçı əvvəllər tutduğu - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X1 X13 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-22-1/3-1-528/2024 saylı əmr ləğv edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilsin və İddiaçı əvvəllər tutduğu - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və X1 X13 analizləri şöbəsinə müdir vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən xx.xx.2024-cü il tarixindən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1073/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1073/2025
10.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver