Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1074/2021 21.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı telefon üçün 392 (üç yüz doxsan iki) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 431 (dörd yüz otuz bir) manat; İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı telefon üçün 394 (üç yüz doxsan dörd) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cəriməborcu olmaqla, cəmi 433 (dörd yüz otuz üç) manat və İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefon üçün 220 (iki yüz iyirmi) manat məbləğində ödənilməmiş hissə və 22 (iyirmi iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 242 (iki yüz qırx iki) manat olmaqla, ümumilikdə 1.106 (bir min bir yüz altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğind ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.136 (bir mi bir yüz otuz altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı, İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı və İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefonlar almış, nəticədə 1.106 (bir min bir yüz altı) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 (yeddi yüz səksən dörd) manat (16 (on altı) ay x 49 (qırx doqquz) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı telefon üçün 431 (dörd yüz otuz bir) manat məbləğində olmaqla, ondan 392 (üç yüz doxsan İki) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (12 (on iki) ay x 44 (qırx dörd) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı telefon üçün 433 (dörd yüz otuz üç) manat məbləğində olmaqla, ondan 394 (üç yüz doxsan dörd) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqt-satqı qiyməti 296 (iki yüz doxsan altı) manat (12 (on iki) ay x 22 (iyirmi iki) manat + 32 (otuz iki) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefon üçün 242 (iki yüz qırx iki) manat məbləğində olmaqla, ondan 220 (iki yüz iyirmi) manat məbləğində ödənilməmiş hissə və 22 (iyirmi iki) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 602 (altı yüz iki) manat məbləğində təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı, İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı və İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefonlar almış, nəticədə 1.106 (bir min bir yüz altı) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 (yeddi yüz səksən dörd) manat (16 (on altı) ay x 49 (qırx doqquz) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı telefon üçün 431 (dörd yüz otuz bir) manat məbləğində olmaqla, ondan 392 (üç yüz doxsan İki) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (12 (on iki) ay x 44 (qırx dörd) manat + 0 (sıfır) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı telefon üçün 433 (dörd yüz otuz üç) manat məbləğində olmaqla, ondan 394 (üç yüz doxsan dörd) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə; xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqt-satqı qiyməti 296 (iki yüz doxsan altı) manat (12 (on iki) ay x 22 (iyirmi iki) manat + 32 (otuz iki) manat məbləğində ilkin ödəniş) İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefon üçün 242 (iki yüz qırx iki) manat məbləğində olmaqla, ondan 220 (iki yüz iyirmi) manat məbləğində ödənilməmiş hissə və 22 (iyirmi iki) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 602 (altı yüz iki) manat məbləğində təşkil etmişdir; xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı, İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı və İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefonlar almış, nəticədə 1.106 (bir min bir yüz altı) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********37610 olan “Samsung Galaxy A50” markalı telefon üçün 392 (üç yüz doxsan iki) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 431 (dörd yüz otuz bir) manat; İMEİ kodu **********04461 olan “Huawei Y9” markalı telefon üçün 394 (üç yüz doxsan dörd) manat məbləğində ödənilməmiş hissə və 39 (otuz doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 433 (dörd yüz otuz üç) manat və İMEİ kodu **********97806 olan “XİAOMİ REDMİ 7A” markalı telefon üçün 220 (iki yüz iyirmi) manat məbləğində ödənilməmiş hissə və 22 (iyirmi iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 242 (iki yüz qırx iki) manat olmaqla, ümumilikdə 1.106 (bir min bir yüz altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğind ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1074/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1074/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver