Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1076/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi;podrat müqaviləsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8.587 (səkkiz min beş yüz səksən yeddi) manat məbləğində pulun, eləcə də tərəfimdən ödənilmiş 106 (yüz altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 06 iyun 1981-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır.Bildirir ki, ünvan 1a yerləşən 28 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edir ki, hazırki iş üzrə cavabdeh ilə 30 noyabr 2019-cı il tarixdə cavabdeh ilə “pay haqqında hissə-hissə ödənişi şərti ilə mənzilin verilməsi” barədə aralarında 18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə sözügedən mənzilin ümumi sahəsi 65.15 kv.m nəzərdə tutulmuş, hər kvadrat metrinə 750 manat olmaqla ümumilikdə 48.862 manat 50 qəpik məbləğində pul ödəmişdir. Bununla bağlı maliyyə arayışı da iddia ərizəsinə əlavə ediləcəkdir. Lakin mənzil təhvil verilən zaman isə mənzilin ümumi sahəsi 53.7 kvadrat metr olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi evin ümumi sahəsi 65.15 kv.m olmaqla razılaşmış, 48.862 manat 50 qəpik məbləğində pul ödəmiş, lakin mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən az olmuşdur. Bu səbəbdən də dəfələrlə cavabdehə əlavə ödənilmiş pulun qaytarılması ilə bağlı müraciət etsə də ilk başlar razılaşmış, daha sonra isə müxtəlif bəhanələr edərək pulun ödəməkdən boyun qaçırmışdır. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Mənzilin hazırki sahəsinə görə müqavilə ilə dəyəri 40.275 manat təşkil edir. Yəni, 8.587 manat əlavə pul ödənilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, cavabdeh MTK tərəfindən aldadılmışdır. Müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra edilsə də, cavabdeh tərəfindən təhvil veilən mənzilin sahəsi müqavilədə göstərilənə uyğun olmamışdır. Cavabdeh təkcə iddiaçıya qarşı deyil, bir çox sakinə qarşı eyni cür haqsız davranmışdır. Müqavilə 2019-cu ildə bağlanılıb, iddiaçı tərəfindən borc 2021-ci ildə tam ödənilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin əsassızdır. Əslində ekspert rəyi ilə müqavilədə göstərilən sahə ilə əslində mövcud olan sahənin arasında cəmi 3.97 kvadrat metr fərq olduğu müəyyən edilir. Lakin cavabdeh əmindir ki, təkar ekspertiza təyin edilsəydi, həmin fərqin də olmadığı müəyyən edilərdi. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “Qərb Ulduzu" MTK ilə İddiaçı arasında 30 noyabr 2019-cu ildə “Pay haqqının hissə-hissə ödənilməsi şərti ilə mənzilin verilməsi” müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən mənzil X1.İddia ərizəsinin qanunsuz və əsassız olduğunu nəzərə alaraq iddiaçının tələbəni qəbul etmədiklərini bildirirlər.Belə ki,aralarında bağlanılmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Kooperativ" Abşeron rayonu. Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində 0.51 ha torpaq sahəsində inşa edilən 6 ədəd. 1 girişli yaşayış binasında (yeni ünvan: Qalubiyyə 65A) 10-cu blok 5-ci mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65.15 kv.m (iç sahəsi 55.82 kv.m) olan 2 otaqlı 28 saylı mənzili onun dəyərini təşkil dən əmlak pay haqqının hissə-hissə ödənilməsi şərti ilə " Payçıya" verməyi,"Payçı" isə mənzilə görə əmlak pay haqqının dəyərini tam ödədikdən sonra onu qəbul etməyi öhdəsinə götürür. Mülki Məcəllənin müqavilə azadlığı prinsipindən irəli gələrək və yuxarıda qeyd olunan Mülki Məcəllənin maddələrinə istinad edərək tərəflər müqavilədə onun predmeti kimi mənzilin ümuıııi beton səthinin sahəsini müəyyən etmişlər. Beton səthi dedikdə, ümumiyyətlə həmin mərtəbədə olan bütün mənzillərə aid beton məhlul tökülmüş hissənin ölçüsü başa düşülür. Hansı ki bu səthin üzərində divarlar yerləşdirilir. Və müqavilənin də predmeti mənzilin ümumi beton səthi müəyyən olunmuşdur. Əgər müqavilədə mənzilin ümumi sahəsinin ölçüsü 65.15 kvm göstərilsəydi, iddiaçı hardasa haqlı ola bilərdi. Ancaq müqavilənin predmeti mənzilin ümumi beton səthinin sahəsidir. Əgər beton səthinin sahəsi ilə bağlı hər hansısa şübhə varsa, ekspertiza təyin edilib beton səthinin sahəsinin ölçüsünü müəyyən edilə bilər. Müqavilənin predmeti mənzilin beton səthinin sahəsi olduğu üçün mənzilin daxili ölçüləri fərqli ola bilər. Buna görə də iddia əssasızdır. İddiaçı iddia ərizəsinə əlavə edilmiş "Qərb Ulduzu” MTK tərəfindən xx.xx.2021 -ci ildə təqdim edilmiş maliyyə arayışında mənzilin sahəsinin 56.50 kvm. yaşay ış sahəsinin isə 34.90 k/m olduğu qeyd olunduğu sənədi məhkəməyə təqdim etmişdir. Qeyd edilən kimi, müqavilədə göstərilən sahə mənzilin ümumi beton səthinin sahəsidir. Maliyyə arayışında qeyd olunan sahə isə mənzilin balkon sahəsi daxil olmaqla bayır və ara divarlarının arasındakı sahələr nəzərə alınmaqla müəyyən olunmuşdur. OMDX yanında DƏDKR PHİ tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********43-05304- 093027 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışda isə balkon sahəsinə miivafıq azaltma əmsalları tətbiq edilmişdir. Müvafiq azaltma əmsalları isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabı 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarında öz əksini tapmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu qaydalarda göstərilən tələblər müqavilə tərəfləri üçün məcburi qaydalar kimi müəyyənləşdirilə bilməz.Eyni zamanda mənzilin sahəsinin ölçülməsi zamanı mənzilin təmirli-təmirsiz olması, mənzildə konstruktiv dəyişikliklərin aparıl-aparılmadığını nəzərə alınmalıdır. Çünki belə hallar mənzilin sahəsinin azalması ilə nəticələnə bilər. Mülki işin materialları - xx.xx.2019-cu il tarixli “Pay haqqının hissə-hissə ödənişi şərti ilə mənzilin verilməsi barədə” müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Koporativ” özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində 0,51 ha torpaq sahəsində inşa edilən 6 ədəd,1 girişli yaşayış binasında(yeni ünvan: Qalubiyyə 65A) 10-cu blok 5-ci mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65.15 kv.m (iç sahəsi 55.82 kv.m) olan 2 otaqlı 28 saylı mənzili onun dəyərini təşkil edən əmlak pay-haqqının hissəhissə ödənilməsi şərti ilə “Payçıya” verməyi,“Payçı” isə mənzilə görə əmlak pay haqqının dəyərini tam ödədikdən sonra mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən,göstərilən mənzil sahəsinin ümumi dəyəri müqavilə bağlandığı günə 48862.50 (qırx səkkiz min səkkiz yüz altmış iki manat, 50 qəpik) manat (ƏDV daxil). Mənzildə quraşdırılmış sayğaclarla əlaqədar əlavə 1000 manat ödəniş olunacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən,Müqavilə bağlanılan günə mənzilin 1 (bir) kv.m beton səthinin sahəsinin qiyməti 750 (yeddi yüz əlli) manat olaraq razılaşdırılır. Bu qiymət daxili kredit şorti ilə 24 ay müddətinə hissə-hissə ödənildiyi hala aiddir. Müqavilənin 2.5-ci bəndinə əsasən,Müqavilə bağlandığı gün “Payçı” tərəfində mənzilin ümumi dəyərinin 30.70 %-i, yəni səkkiz yüz altmış iki manat, 50 qəpik) manat vəsait 02 yanvar 2019-cu il tarixdən etibarən 24 ay ərzində bu müqaviləyə 1 №-li Əlavədə göstərilmiş ödəniş qrafikinə uyğun olaraq hər ay 1410.93 (bir min dörd yüz on manat, 93 qəpik) manat olmaqla həyata keçiriləcəkdir. Bu müqavilə üzrə ödənişlər tam yerinə yetirildikdən sonra, tərəflər arasında təhvil təslim həyata keçiriləcək və maliyyə arayışı veriləcəkdir. Müqavilənin 2.6-cı bəndinə əsasən,“Payçı” tərəfindən mənzil sahəsinin ümum, dəyərinin 60% ödənilənə və binada tikinti işləri tam yekunlaşana qədər mənzilin təmirinə başlanıla bilməz. Təmir prosesində qaldırıcı qurğulardan istifadə olunarsa 400 manat ödəniş olunacaq. “Alıcı” tərəfindən bu müqavilə tizrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 3.3 maddədə nəzərdə tutulan halların baş verdiyi təqdirdə təmir ilə əlaqədar çəkilən xərclər geri qaytarılmır. Müqavilənin 3.3-cü bəndinə əsasən,“Kooperativ” “Payçı” tərəfindən mənzilin dəyərini təşkil edən əmlak pay haqqı tam ödənilənə qədər həmin mənzilə mülkiyyət hüququnu özündə saxlayır. Əgər “Payçı” mənzilin dəyərini təşkil edən əmlak pay haqqının ödəniiməsini 1 №-li Əlavədə göstərilmiş ödəniş qrafikinə uyğun həyata keçirtməzsə, ödəniş qabiliyyətini itirərsə, iki ardıcıl müddət üçün və ya iki ardıcıl müddətə bərabər məbləğdə ödəniş qrafıkindən yayınma olarsa “Kooperativ” bu müqaviləni bir tərəfli qaydada ləğv etmək və mənzili geri götürmək hüququna malikdir. Bu halda “Payçı” tərəfindən mənzilə görə ödənilmiş pul vəsaitləri həmin mənzil üçüncü şəxslərə satıldıqdan sonra “Payçıya” geri qaytarılır. Bu halda “Payçı” tərəfindən mənzilə görə ödənilmiş məbləğin 2 %-i həcmində cərimə tətbiq olunmaqla “Payçıya” geri qaytarılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 53,7 kvadrat metrdir. - 01/43955 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışın surətindən görünür ki, Abşeron rayonu,Xırdalan şəhəri,Qalubiyyə küçəsi,ev 65A,mənzil 28 ünvanında yerləşən mənzil 22 fevral 2021-ci il tarixinə bazar dəyəri 43 000 manat müəyyən edilmişdir. - 03 fevral 2021-ci il tarixli Cavabdeh Üzvlərinin X2 İclasının protokoluna əsasən,Dadaşova X5 şəhəri Qalubiyyə küçəsi 65A ünvanında inşa edilmiş yaşayış binasmda, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 56.50 m2, yaşayış sahəsi 34.90 m2 olan 2 otaqlı 28 saylı mənzilin payçısı kimi təsdiq edilməsi,Göstərilən mənzilin İddiaçı adına qeydə alınması üçün tələb olunan sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsinə təqdim olunması qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli Cavabdeh maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Qalubiyyə küçəsi 65A ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasında, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 56.50 m2, yaşayış sahəsi 34.90 m2 olan 2 otaqlı 28 saylı mənzilin dəyəri İddiaçı (Ş/V №AA 1690574) tərəfindən tam ödənilmişdir və onun kooperativə borcu yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1a yerləşən 28 saylı mənzildə baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan mənzilin ümumi beton səthinin (daxili arakəsmələrin altıda nəzərə alınmaqla) 60.35 m2 ; daxili divarların altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələrdə nəzərə alınmaq şərti ilə (müvafiq azalma əmsalları tətbiq edilmədən) sahəsinin 61.18 m2; mənzilin, içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin altı isə nəzərə alınmaqla) azalma əmsalları isə nəzərə alınmadan sahəsinin 56.97 m2, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud « arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin altıda daxil olmaqla, əmsalları isə nəzərə alınmadan faktiki sahəsinin 61.18 m2, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və ejsablanması qaydalarında qeyd olunan müvafiq azaltma əmsalları tətbiq min mənzilin ümumi sahəsinin 53.59 m2 təşkil etdiyi müəyyən olunmuşdur.Mülki iş materiallarında olan mübahisə predmeti olan mənzilə dair Cavabdeh MTK tərəfindən verilmiş layihə-cizgisində qeyd olunan ümumi sahə ilə həmin məznildə baxış zamanı aparılan ölçü işləri nəticəsində müəyyən edilmiş faktiki ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan) arasında qismən fərq aşkar edilmişdir.Belə ki,mübahisə predmeti olan mənzilə dair Cavabdeh MTK tərəfindən verilmiş layihə-cizgisində həmin mənzilin ümumi sahəsinin 56.5 m2 təşkil etdiyi qeyd olduğu halda baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 56.7 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Yəni, mübahisə predmeti olan mənzilə dair Cavabdeh MTK tərəfindən verilmiş layihə-cizgisində qeyd olunan ümumi sahə ilə həmin mənzildə baxış zamanı aparılan ölçü işləri nəticəcəsində müəyyən edilmiş faktiki ümumi sahə arasında 0.07 m2 fərq mövcuddur. Mülki iş materiallarında olan (səh.9) mübahisə predmeti olan mənzilə dair ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda (reyestr №**********43-05304-093027) qeyd olunan ümumi sahə ilə həmin mənzildə baxış zamanı aparılan ölçü işləri nəticəsində müəyyən edilmiş ümumi sahə (müvafiq azalma əmsalları tətbiq edilməklə) arasında qismən fərq aşkar edilmişdir. Belə ki, yuxarıda qeyd olunan “Çıxarış” sənədində mübahisə predmeti olan mənzilin ümumi sahəsi 53.7 m2 qeyd olunsada tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin mənzilin ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmaqla) 53.59 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Yəni, yuxarıda qeyd olunan “Çıxarış” sənədində qeyd olunan ümumi sahə ilə baxış zamanı aparılan ölçü işləri nəticəsində müəyyən olunmuş ümumi sahə (müvafiq azaltma əmsalları tətbiq olunmaqla) arasında 0.11 m2 fərq mövcuddur.”Qərb Ulduzu” MTK tərəfindən verilmiş layihə-cizgisində 4 rəqəmi ilə işarələnmiş,sahəsi 16.7 m2 olan otaq naturada faktiki olaraq arakəsmə ilə iki hissəyə bölünməklə mətbəx və yaşayış otağı kimi istifadə olunur. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “ Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının: Bənd 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Maddə 59.4.Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Maddə 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetrimiş,pul məbləğini ödəmişdir. Lakin cavabdeh mənzili təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli “Pay haqqının hissə-hissə ödənişi şərti ilə mənzilin verilməsi barədə” müqavilə bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Korporativ” özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində 0,51 ha torpaq sahəsində inşa edilən 6 ədəd,1 girişli yaşayış binasında(yeni ünvan: Qalubiyyə 65A) 10-cu blok 5-ci mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65.15 kv.m (iç sahəsi 55.82 kv.m) olan 2 otaqlı 28 saylı mənzili onun dəyərini təşkil edən əmlak pay-haqqının hissə-hissə ödənilməsi şərti ilə “Payçıya” verməyi, “Payçı” isə mənzilə görə əmlak pay haqqının dəyərini tam ödədikdən sonra mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, göstərilən mənzil sahəsinin ümumi dəyəri müqavilə bağlandığı günə 48862.50 (qırx səkkiz min səkkiz yüz altmış iki manat, 50 qəpik) manat (ƏDV daxil). Mənzildə quraşdırılmış sayğaclarla əlaqədar əlavə 1000 manat ödəniş olunacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilə bağlanılan günə mənzilin 1 (bir) kv.m beton səthinin sahəsinin qiyməti 750 (yeddi yüz əlli) manat olaraq razılaşdırılır. Müqavilənin 2.5-ci bəndinə əsasən, Müqavilə bağlandığı gün “Payçı” tərəfində mənzilin ümumi dəyərinin 30.70 %-i, yəni səkkiz yüz altmış iki manat, 50 qəpik) manat vəsait 02 yanvar 2019-cu il tarixdən etibarən 24 ay ərzində bu müqaviləyə 1 №-li Əlavədə göstərilmiş ödəniş qrafikinə uyğun olaraq hər ay 1410.93 (bir min dörd yüz on manat, 93 qəpik) manat olmaqla həyata keçiriləcəkdir. İddiaçı iddia tələbində mənzilin sahəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda əsasən ümumi sahəsinin 53.7 kvadrat metr olduğuna istinad edir və müqavilədə göstərilən 65,15 kvadrat metr sahədən əksik olan (65,15-53,7=)11,45 kvadrat metr sahənin hər kvadrat metrinə görə ödənilmiş 750 manat məbləğdən hesablanmaqla (11,45x750=)8587 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, mənzilin ümumi beton sahəsinin 65,15 kvadrat metr olduğu; eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində məhz mənzilin 1 kvadrat metr beton səthinin sahəsinin qiymətinin 750 manat olduğu razılaşdırıldığından, iddiaçı mənzilə dair verilmiş çıxarışa istinad edərək, 8587 manat məbləğin tutulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Ekspert rəyi ilə mənzilin daxili divarların altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələrdə nəzərə alınmaq şərti ilə (müvafiq azalma əmsalları tətbiq edilmədən) sahəsinin 61.18 m2 müəyyən olunmuşdur. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin ümumi sahəsinin ölçüsüdür. Müqavilədə ümumi sahənin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Pay haqqının hissə-hissə ödənişi şərti ilə mənzilin verilməsi barədə” müqavilədə tərəflər ümumi beton sahəsini və həmin sahəyə görə ödənişin aparılmasını razılaşdırdığından, iddia tələbi qismən təmin edilməli, iddiaçıya əksik verilmiş (65,15- 61,18=)3,97 kvadrat metr sahənin dəyəri olan 2977,5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “Koporativ” özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə ərazisində 0,51 ha torpaq sahəsində inşa edilən 6 ədəd,1 girişli yaşayış binasında(yeni ünvan: Qalubiyyə 65A) 10-cu blok 5-ci mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 65.15 kv.m qeyd edilmiş,həmin müqavilənin 2.1-ci bəndinə əsasən,göstərilən mənzil sahəsinin ümumi dəyəri müqavilə bağlandığı günə 48862.50 (qırx səkkiz min səkkiz yüz altmış iki manat, 50 qəpik) manat (ƏDV daxil) razılaşdırılmışdır.Həmçinin ,müqavilənin 2.2-ci bəndinə əsasən,Müqavilə bağlanılan günə mənzilin 1 (bir) kv.m beton səthinin sahəsinin qiyməti 750 (yeddi yüz əlli) manat olaraq razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2025-ci il tarixli rəyinə əsasən isə Abşeron rayonu,Xırdalan şəhəri,Qalubiyyə küçəsi,ev 65A ünvanında yerləşən 28 saylı mənzildə sahəsi 61.18 m2 müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 85 manatı Cavabdeh MTK–dan 15 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 2977,50 (iki min doqquz yüz yetmiş yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 106 (bir yüz altı) manat dövlət rüsumunun 36 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 34 manatı Cavabdeh MTK -dan, 66 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 2977,50 (iki min doqquz yüz yetmiş yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 106 manat məbləğində dövlət rüsumunun 36 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 85 manatı Cavabdeh MTK -dan, 15 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1076/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1076/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver