Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1077/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20981 Samsung Galaxy J8 markalı telefon üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbhə pulu, cəmi 250 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Alyans-çarpayi Verona , Alyans-dolab Verona, Alyans-termo Verona ,Alyanstumba Verona, Doshek Uretan, Pufik-Yumsaq, Nado-Yumsaq - Kunc - Sag Uzun - Sungerli üçün 4351 (dörd min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 704 (yeddi yüz dörd) manat dəbbə, cəmi 5055 manat xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Alyans- Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-alti Verona, VENETSİYA üçün 1646 (min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 172 (yüz yetmiş iki) manat dəbbə pulu, cəmi 1818 manat, ümumilikdə 7123 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7153 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cıı il, xx.xx.2020-ci il tarixlərindəki mııqavilələrinə əsasən, İMEİ kodu **********20981 Samsung Galaxy J8 markalı telefon, Alyans-çarpayı Verona, Alyans-dolab Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan, Pufik – Yumsaq, Nado -Yumsaq-Kunc-Sag Uzun-Sungerlİ, Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-alti Verona, VENETSİYA almış və nəticədə 7123 (yeddi min yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqav iləsinə əsasən, alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 64 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********20981 Samsung Galaxy J8 markalı telefon üçün 250 (iki yüz əlli) manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5220 (beş min iki yüz iyirmi) manat (20 ay x 261 manat+0 manat ilkin ödəniş) olan Alyans-çarpayı Verona, Alyans-dolab Verona, Alyanstermo Verona, Alyans-tumba Verona, DOSHEK URETAN, Pufik - Yumsaq, Nado - Yumsaq - Kune - Sag Uzun – Sungerlİ üçün 5055 (beş min əlli beş) manat olmaqla ondan, 4351 (dörd min üç yüz əlli bir) manat ödənilməmiş hissə, 704 (yeddi yüz dörd) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1646 (min altı yüz qırx ala) manat (20 ay x 82.3 manat + 0 manat ilkin ödəniş) olan Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-alti Verona, VENETSİYA üçün 1818 (min səkkiz yüz on səkkiz) manat olmaqla ondan 1646 (min altı yüz qırx altı) manat ödənilməmiş hissə, 172 (yüz yetmiş iki) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1445 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 20069131 nömrəli xx.xx.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Alyans-Kamod Verpona, Alyans-Masa- Verona, Alyans-TV-alti-Verona, Venetsiya FS-5. İş materiallarında olan 00886027 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Alyans-Çarpayı-Verona, Alyans-dolab- Verona, Alyans-termo Verona, 2 ədəd Alyans-tumba-Verona, Nado-Yumşaq-Kunc-Sag- Sungerli, Mebel. İş materiallarında olan 00672349 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Müştəri” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy J8 2018 DS, Rəqəmsal İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20069131 nömrəli Müqaviləyə əsasən Alyans-Kamod Verpona, Alyans-Masa-Verona, Alyans-TV-alti-Verona, Venetsiya FS-5. əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00886027 nömrəli Müqaviləyə əsasən Alyans-Çarpayı-Verona, Alyans-dolab-Verona, Alyans-termo Verona, 2 ədəd Alyans-tumba-Verona, Nado-Yumşaq-Kunc-Sag-Sungerli, Mebel. tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00672349 nömrəli müqaviləyə əsasən Samsung Galaxy J8 2018 DS, Rəqəmsal əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 64 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd Samsung Galaxy J8 markalı telefon almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 250 manat olmaqla, ondan 192 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 20 ay müddətinə aylıq 261 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında Alyans-carpayi Verona, Alyans-dolab-Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, DOSHEK URETAN, pufik-yumşaq, Nado-Yumsaq-Kunc-Sah-Uzun-Sungerli almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 5055 manat olmaqla, ondan 4351 manat ödənilməmiş hissə, 704 manat cərimə pulu təşkil edir. Cavabdeh xx.xx.2020ci il tarixli müqavilə üzrə borc məbləğini 20 ay müddətinə aylıq 82.3 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə əsasında Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-TV-alti Verona, Venetsiya almışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1818 manat olmaqla, ondan 1646 manat ödənilməmiş hissə, 172 manat cərimə pulu təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, bu əlavə xx.xx.2020ci il tarixli, 20069131 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1646 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə xx.xx.2019cu il tarixli, 00886027 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 5220 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə xx.xx.2019cu il tarixli, 00672349 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 768 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 1646 manat ödənilməmiş əsas və 172 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00672349 saylı müqavilə üzrə 192 manat ödənilməmiş əsas və 58 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00886027 saylı müqavilə üzrə 4351 manat ödənilməmiş əsas və 704 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilə üzrə hazırda əsas borcu 4351 manat, 192 manat və 1646 manat cəmi 6189 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 4351 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 704 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata endirilməli, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 192 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 58 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 19 manata endirilməli, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1646 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 172 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 6189 manat ödənilməmiş hissə, 169 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 6189 manat ödənilməmiş hissə, 169 manat dəbbə pulu cəmi 6358 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1077/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1077/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver