Məhkəmə qərarları › İş №2(005)-1087/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1087/2021

06.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1087/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 təqaüdün, yəni 2612 manatın onun himayəsində olduğu üçün aybaay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə xx.xx.2014-cü il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. Həyat yoldaşı X13 1966-cı il tarixindən "Bulla" X26 İşləri idarəsində buruq ustası vəzifəsində işləmiş, sonradan yaxşı işlədiyinə görə ixtisası artırılmış, eyni zamanda dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Sonradan peşə xəstəliyinə tutulmuş, X32 Komissiyasının rəyinə əsasən 2-ci qrup əlil hesab edilmiş və əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona pensiya təyin edilmişdir. xx.xx.2001-ci il tarixindən X32 Komissiyasının 976 saylı aktına əsasən O, müddətsiz pensiya almışdır. Azərbaycan Respublikası Dövlət Neft şirkəti prezidentinin və Azərbaycan Respublikası Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin 28,02.2012-ci il tarixli 13/467 saylı birgə əmr/qərarı ilə ARDNŞ-də işləyən bütün işçilərinin vəzifə maaşlarının 2012-ci ilin mart ayından 52 faiz artırılmışdır. Həyat yoldaşı Hüseynov Nüsrət idarəyə pensiyasına əlavənin ödənilməsini tələb etsə də, müəssisə tərəfindən həyata keçirilməmiş, nəticədə həyat yoldaşı Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət etmiş, Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsilə onun iddiası təmin edilmiş, "ARDNŞ-də işçilərin əməyinin ödənilməsi haqqında əsasnamə"yə əlavə və dəyişiklərin edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 26 və 13-46Ə №-li fevral 2012-ci il tarixli əmr-qərarına əsasən vəzifə maaşlarının artımı nəzərə alınmaqla, həyat yoldaşı X9 ödənilməmiş müavinəti ARDNŞ-nin Cavabdeh tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Səbail rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya məhkəməsinin 2(103]-2808/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsilə qüvvədə saxlanılmışdır. Qətnamə Azərbaycan Respublikası Ali məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Artıq qətnamə qanuni qüvvə aldıqdan sonra həyat yoldaşı 2612 manat təqaüd almışdır. O, xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının himayəsində olduğundan ARDNŞ-nin "X25" Trestinə yazılı ərizə ilə müraciət edərək ona çatan təqaüdün, yəni 2612 manatın ona verilməsini xahiş etmiş və rədd cavabı almılşdır. Hesab edir ki, mərhum X8 himayəsində olduğundan həmin məbləğ aybaay ona verilməlidir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh nümayəndəsi X18 mülki işin baxılmamış saxlanılmasına etiraz etdi və mülki işə baxılmasının davam etdirilməsini xahiş edərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı müavinət tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir, iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun həyat yoldaşı X13 1966-cı il tarixdən etibarən “Bulla” Dəniz kəşfiyyat İşləri İdarəsində buruq ustası vəzifəsində işləmiş, sonradan peşə xəstəliyinə tutulmuş, X32 Komissiyasının rəyinə əsasən, 2-ci qrup əlil hesab edilmiş və əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona pensiya təyin edilmişdir. Bundan sonra Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il qətnaməsinə istinad edilmiş və X9 ödənilən müavinətin artırıldığı bildirilmişdir. Bundan sonra X8 xx.xx.2020-ci il tarixə vəfat etməsi qeyd edilmiş və ona ödənilən müavinətin aylıq əsasla 2612 manat məbləğində iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddiaçı iddiası əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir: 1999-cu il tarixli müayinə aktından görünür ki, mərhum işçi radikulitindən əziyyət çəkmiş və bu səbəbdən əmək qabiliyyətini müddətsiz olaraq, 80 faiz itirmişdir. xx xxxxxxx 2020- ci il tarixli Ölüm haqqında şəhadətnamədə isə ölümün səbəbi kimi "böyüklərin respirator pozğunluq sindromu" qeyd edilmişdir. Belə ki, işçinin ölümünə onun istehsalatda aldığı əmək zədəsi səbəb olmamışdır. Bu o deməkdir ki, işçinin ölümündə Cavabdeh təqsiri olmamış, onun ölümünə sonuncunun qanunazidd əməli səbəb olmamışdır. Qanunvericiliyin tələbinə əsasən, işçinin peşə xəstəsi olub-olmamasından asılı olmayaraq, həlak olmuş işçiyə görə onun hüquqi varisinə müavinət yalnız işçinin ölümündə işəgötürənin təqsiri olduqda ödənilə bilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.1964-cü il tarixli X8 əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1966-cı il tarixdə “Azmornefterazvedka” trestinin 2-ci qazma kontorunda qazma avadanlığı vahidlərinin təmiri üzrə mexanik vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.1964-cü il tarixli X8 əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 “Bulla” X26 İşləri İdarəsində buruq ustası vəzifəsində işləmiş və əlilliyi iə əlaqədar xx.xx.1999-cu ildən işdən çıxarılmışdır. İş materiallarında olan, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)- 345/2014 saylı qətnaməsinin surətinən görünür ki, “ARDNŞ” –də işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsini il tarixli birgə əmr-qərarına əsasən vəzifə maaşlarının artımı nəzərə alınmaqla, X13, X10, X21, X15, X22, X11 və X19 ödənilməmiş müavinət Azərbaycan Respublikası Dövlət Neft Şirkəinin "X25” Tresti tərəfindən hesablanaraq onlara ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2808/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-345/2014 saylı iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3682/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan may 2014-cü il tarixil 2(103)-2808/14 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan SOCAR-ın İddiaçı müraciətinə baxılması haqqında məktubdan görünür ki, “KQİ” tresti tərəfindən həyat yoldaşınızmərhum X9 təyin olunmuş aylıq müavinətin ona ödənilməsi qanunamüvafiq hesab olunmamışdır. İş materiallarında olan, Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 109587 nömrəli ölüm haqqında şəhadətnamənin surətin görünür ki, X13 xx.xx.2020-ci il tarixdə böyüklərin respirator pozğunluq sindromu səbəbindən vəfat etmişdir. İş materiallarında olan, Milli ET Tibbi Profilaktika X1 barəsində tərtib edilmiş xx.xx.1999-cu il tarixli müayinə aktının surətinə əsasən, X13 xroniki bel-oma radikuliti xəstəliyi səbəbindən əmək qabiliyyətini itirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239.1.-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2.-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4-cü maddəsinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191- ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1 -ci və 1121.1.3-cü maddələrinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə zərərçəkənin öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanların rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 1.3-cti bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Milli ET Tibbi Profilaktika X2 barəsində tərtib edilmiş xx.xx.1999-cu il tarixli müayinə aktının surətindən görünür ki, X8 əsas xəstəliyi peşə mənşəlidir və xəstəlik nəticəsində əmək qabiliyyətini itirmiş, xx.xx.1999-cu il tarixdən ikinci qrup əlillik dərəcəsi alıdığına görə işdən azad olunmuşdur. Qanuni qüvvəyə minmiş Səbail Rayon Məhkəməsinin 2(005)-345/2014 saylı qətnaməsi ilə X9 ödənilməmiş müavinət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X25” Tresti tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir.xx.xx.2020-ci il tarixdə X13 vəfat etmişdir. İddiaçı mərhum X4 təqaüdün, yəni 2612 manatın onun himayəsində olduğu üçün aybaay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mərhum X4 təqaüdün, onun himayəsində olması ilə əlaqələndirərək, aybaay ona ödənilməsini xahiş edir. İddiaçının tələbi mahiyyət etibarilə ailə başıçısının ölümü ilə əlaqədar dəymiş zərərin tələb edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Göründüyü kimi, X9 aid olan “Ölüm haqqında” şəhadətnamədə ölümün bilavasitə səbəbi “böyüklərin respirator pozğunluq sindromu” kimi göstərilmişdir. X13 oğlunun əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəlik xroniki bel-oma radikulitidir və peşə mənşəli xəstəliyi ilə əlaqədar ona cavabdeh müəssisə tərəfindən müavinət təyin olunmuşdur. X5 peşə xəstəliyi onun ölümünün bilavasitə səbəbi deyildir. Belə ki, X8 ölməsinə səbəb “böyüklərin respirator pozğunluq sindromu” xəstəliyi olmuşdur. X3 ölməsinə səbəb olan xəstəliklə peşə xəstəliyinin arasında səbəbli əlaqənin olması müəyyən olunmur. Göstərilənlərə, məhkəmə hesab edir ki, işin yuxarıda şərh olunan hallarına və qanunvercilik normalarına görə apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar