Məhkəmə qərarları › İş №2(005)-1096/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1096/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1096/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” dair iddia ərizəsi üzrə mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ona 2393,5 əsas borc, 500 manat hüquqi yardım xərci və 30 manat dövlət rusumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulmasına” dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh qeydiyyatda olduğu ünvanını ünvan 1 edilmişdir ki, cavabdehin ünvanı P.Fərzəliyev küçəsi ev 146 küçəsi Nizami rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, P.Fərzəliyev küçəsi ev 146 ünvan Nizami rayonu ərazisində yerləşdiyindən həmin iddia tələbi Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar