Məhkəmə qərarları › İş №2(005)-11/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-11/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-11/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 manat, mənzilin təmirinin əvəzi qismində 28,000 manat, əldən çıxmış fayda qismində fayda qismində 23,896 manat, qiymətləndirilmə xərcinə görə 100 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa etdiyi 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilin dəyərinin 180 ay müddətində yəni 2022-ci ilə qədər ödənilməsi şərti ilə alıcıya satılması barədə razılığa gəlinmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 3467 saylı alqı-satqı müqaviləsində göstərilən mənzili xx xxxxxx 2010-cu il tarixli aktla iddiaçıya təhvil vermişdir. Lakin İddiaçı həmin mənzildə təmir işləri apardığına görə yalnız 2014-cü ildə ailəsi ilə ora köçmüşdür. İddiaçı alqı-satqı müqaviləsinə uyğun olaraq xx xxx 2007-ci il tarixdən 2014-ü ilin 3-cü rübünə qədər mütəmadi olaraq ayda 600.95 manat olmaqla mənzilin dəyəri olan 108,170.5 manat məbləğində puldan 42,222 manatını ödəmişdir. Təəssüf ki, özündən asılı olmayan səbəblərdən 2014-ü ilin ortalarında İsmayılov X7 Qarabağ uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları və bədənində qalmış qəlpələrlə əlaqədar səhhətində yenidən problemlər yarandığına görə işləyə bilməmiş müalicə olunmağa başlamış və bu səbəbdən mənzilə görə aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh isə müqavilənin 180 ay müddətində qüvvədə olduğuna yəni 2022-ci ildə müddətin bitəcəyinə baxmayaraq, mənzilə görə ödənişlərin gecikdirildiyini əsas tutaraq 2015-ci ilin yanvar ayında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də yerləşən 7 nömrəli binanın 90 nömrəli mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamələrinin Ali Məhkəmədə 2 dəfə ləğv olunduğuna və baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmasına baxmayaraq, sonuncu dəfə cavabdeh xx xxxxxx 2018-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında onun xeyrinə qərar qəbul edilməsinə nail olmuşdur. İddiaçı isə xəstəliyinin qismən müalicəsindən sonra yenidən işləməyə başladıqdan sonra xx xxxxxxxx 2015-ci il və xx xxxxx 2016-cı il tarixlərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları və bədənində qalmış qəlpələrlə əlaqədar səhhətində problem yarandığına görə müalicə olunduğunu, ailə üzvlərindən yalnız özünün işlədiyini. 3 azyaşlı körpə uşağının olduğunu nəzərə alaraq bu səbəbdən gecikdirilmiş aylıq ödənişlərə görə 10,000 manat məbləğində pulun qəbul edilməsini, aylıq ödənişlərin isə köhnə cədvələ və yaxud yeni cədvəl tərtib etməklə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh isə xx.xx.2015-ci il tarixli məktubla İddiaçı Əlfırqan oğlunun xahişinin təmin edilməsindən imtina etmiş, digər məktubuna cavab belə verməmişdir. Hal-hazırda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddiaçının 2014-cü ilin ortalarına qədər ona ödədiyi mənzilin dəyəri olan 42,222 manatı qaytarmaqdan imtina edir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası da xx xxxxxx 2018-ci il tarixli 2(102)-300/18 saylı qərarında mənzilin dəyəri olan 108,170.5 manatdan iddiaçı tərəfindən 42,222 manatının ödənildiyini müəyyən etmişdir. Bundan başqa İddiaçı Əlfırqan oğlu ilə Cavabdeh arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsində də müqavilənin icrasından imtina edildiyi hallarda əsas ödənişin qaytarılması nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçının mənzilin təmiri üçün çəkdiyi xərclər də cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, “X13” Qiymətləndirmə şirkətinin mənzildə görülmüş təmir işlərinin qiymətləndirilməsinə görə xx xxx 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla təmirin qalıq dəyəri 28,000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzilə görə ödənilmiş (42,222 manat + təmirə görə ödənilmiş 28,000 manat) = cəmi 70,222 manata bərabər olub. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçı Əlfırqan oğlu ilə arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 2015-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan 41 ay keçdiyinə görə iddiaçı həmin pul vəsaitini ən kiçik əmanət faizi ilə yəni 10% lə banka qoysa idi onda əmanət üzrə o 23,896 manat əldə edərdi. Buna görə də əldən çıxmış fayda qismində 23,896 manat məbləğində pul vəsaiti də cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa görülmüş təmir işlərinin qiymətləndirilməsinə görə “X13” Qiymətləndirmə şirkətinə ödənilmiş 100 manat, dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti də cavabdehdən tutulmalıdır. Hal-hazırda iddiaçının 5 nəfər ailə üzvündən 3 nəfəri azyaşlı uşaqlardır. Onların yaşamaq üçün heç bir yerdə yaşayış sahəsi olmadığına görə cavabdeh tərəfindən İddiaçı Əlfırqan oğluna bütün çəkilmiş xərclər qaytarıldıqdan sonra o, yaşayış yeri almalı yalnız o halda mənzildən çıxarılmalıdır. İddiaçının və onun ailə üzvlərinin mənzilə çəkdikləri xərclər düşdükləri zərərin əvəzi qaytarılmadan onların oradan çıxarılması nə qanuna, nə məntiqə, nə də ki, insanlığa uyğun gəlmir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X11 iddiaçı X5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair xx.xx.2018-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 39600 və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 39630 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı Əlfırqan oğlu “xxxx” ASC-yə (bundan sonra “Akkord” adlanacaq) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mənzilin dəyəri kimi ödədiyi 42222 manat pulun, mənzilin təmirinə xərclənmiş 28000 manat pulun, 23896 manat əldən çıxmış faydanın, 100 manat qiymətləndirmə xərcinin, və ödənilmiş 30 manat dövlət rüsumunun Akkordan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Akkorda məxsus Bakı şolıori, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də yerləşən bina 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 92.06 kv.metr olan 90 saylı (hazırki nömrəsi 106) mənzilin alınmasına dair Akkordla xx xxx 2007ci il tarixli, 3467 nömrəli alqı satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə “xxxx” ASC ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçı Olfırqan oğlu 2007-ci ildən Akkorda məxsus mənzili almış, akkordla razıl aşdı rmadan və mənzilin pulunu vaxtlı-vaxtında ödəmədiyi halda mənzili təmir edərək orada yaşamağa başlamışdır. İddiaçı bu 11 ildə kirayə yaşamış olsaydı, hər ay kirayə mənzilə minimum 300 manat kirayə haqqı ödəməklə 11 ildə (132 ay) 39600 manat kirayə haqqı ödəməli idi. Deməli Akkord mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi 11 ilə ən azı 39600 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi İddiaçı qeyd olunan Akkorda məxsus mənzildə əsassız yaşaması ilə Akkorda maddi ziyan dəymişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASCnin nümayəndəsi X11 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən qismən təmin edilməlidir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 108170,5 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 600,95 manat məbləğində ödəniş etməklə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sədri Rüstəm Mustafayev, Mənzil Komissiyasının üzvü Davud Əhmədzadə və İddiaçı arasında bağlanmış akta əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini təhvil verilmiş, tərəflərin bir-birinə heç bir pretenziyası mövcud deyil və buna görə də aktı imza edirlər. İş materiallarında olan X13 MMC-nin xx xxx 2018-ci il tarixli, 917 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilində görülmüş təmir işlərinin xx xxx 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla qalıq dəyəri 28000 manat təşkil edir. xx xxx 2018-ci il tarixli kassa mədaxil orderi qəbzinə əsasən, mənzilin dəyərinin hesablanmasına görə 100 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-300/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Əlifirqan oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7124/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.A.Şirinov) 2(008)-371/15 nömrəli iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Akkord Sənaye .X1" A3C ilə cavabdeh X4 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də ASC tərəfindən inşa edilniş 7 №-li binanın 1-ci blokunda ümumi sahəsi 92.6 kv.metr olan iki otaqlı 90 (hazırda 106) №-li mənzilə dair xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə ləğv olunmuş və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Məmmədov-(sədrlik edən və məruzəçi), M.A.Bağırova və S.Ə.Məmmədov) 2(103)-5607/15 nömrəli iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın (hakimlər A.Ə.İsgəndərov-(sədrlik edən və məruzəçi), İ.Ə.Əliyev və Ə.G.Nurməmmədov) 2(103)-678/16 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-5607/15 nömrəli iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.Q.Əsədov-(sədrlik edən və məruzəçi), Q.X.Babayev və F.Ş.Talışınski) 2(103)-2799/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)- 371/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-2748/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-5607/15 nömrəli iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər N.Ş.Cəfərov-(sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və V.T.Həsənov) 2(103)-7124/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)-371/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 20628 saylı ekspert rəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzili üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiymətinin 29183 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qəraradına əsəsən mülki iş üzrə məhkəmə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1307 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən 90 nömrəli mənzildə İddiaçı tərəfindən aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 29183,0 manat və 2013-2014-cü illər üçün 24187,0 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda ekspert tərəfindən qeyd olunur ki, 2007-ci il üçün aparılmış tikinti-təmir işləri zamanı istifadə olunmuş tikinti materiallarının dəyəri barədə məlumat olmadığı üçün həmin dövrdə aparılmış tikinti işlərinin dəyərini müəyyən etmək mümkün olmadı. Tədqiq olunan mənzildə aparılmış təmir-tikinti işləri nəticəsində istifadə olunmuş materialalrın və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Continental MMC-nin xx xxxx 2019-cu il tarixli 405K saylı arayışına əsasən “Uğur-2” yaşayış komleksində mənzillərin aylıq kirayə haqqı barəsində bizdə məlumat yoxdur. Amma həmin kompleksdə ortalama həmin kv-da olan mənzillərin aylıq kirayə haqqı təmirindən və əşyalarından asılı olaraq 300-400 AZN arasında dəyişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 108170,5 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 600,95 manat məbləğində ödəniş etməklə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sədri Rüstəm Mustafayev, Mənzil Komissiyasının üzvü Davud Əhmədzadə və İddiaçı arasında bağlanmış akta əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini təhvil verilmişdir. X13 MMC-nin xx xxx 2018-ci il tarixli, 917 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilində görülmüş təmir işlərinin xx xxx 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla qalıq dəyəri 28000 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.A.Şirinov) 2(008)-371/15 nömrəli iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Akkord Sənaye .X1" A3C ilə cavabdeh X4 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də ASC tərəfindən inşa edilniş 7 №-li binanın 1-ci blokunda ümumi sahəsi 92.6 kv.metr olan iki otaqlı 90 (hazırda 106) №-li mənzilə dair xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə ləğv olunmuş və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər N.Ş.Cəfərov-(sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və V.T.Həsənov) 2(103)-7124/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)-371/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-300/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Əlifirqan oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7124/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 20628 saylı ekspert rəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzili üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiymətinin 29183 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qəraradına əsəsən mülki iş üzrə məhkəmə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1307 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən 90 nömrəli mənzildə İddiaçı tərəfindən aparılmış tikintitəmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 29183,0 manat və 2013-2014-cü illər üçün 24187,0 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda ekspert tərəfindən qeyd olunur ki, 2007-ci il üçün aparılmış tikinti-təmir işləri zamanı istifadə olunmuş tikinti materiallarının dəyəri barədə məlumat olmadığı üçün həmin dövrdə aparılmış tikinti işlərinin dəyərini müəyyən etmək mümkün olmadı. Continental MMC-nin xx xxxx 2019-cu il tarixli 405K saylı arayışına əsasən “Uğur-2” yaşayış komleksində mənzillərin aylıq kirayə haqqı barəsində bizdə məlumat yoxdur. Amma həmin kompleksdə ortalama həmin kv-da olan mənzillərin aylıq kirayə haqqı təmirindən və əşyalarından asılı olaraq 300-400 AZN arasında dəyişir. Məhkəmə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsinə və bu mübahisə əsasında qəbul edilmiş məhkəmə qərarlarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiva institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində m jbahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında nümayiş etdirilən hüquqi mövqe baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məhkəmə qərarları, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-300/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə icraatı çərçivəsində İddiaçı xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi, o cümlədən həmin müqavilənin icrası üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödənilmiş məbləğ göstərilmişdir. Bu baxımdan hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-300/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 42.222 (qırx iki min iki yüz iyirmi iki) manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda da həmin mənzildə yaşayır. Bununla belə, məhkəmə ilk iddianın “cavabdehə alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması’' hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən məhkəmə icraatı çərçivəsində müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 42,222 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməli və 42,222 manat məbləğində pul cavabdeh «xxxx’’ ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə ilk iddianın “təmirə çəkilmiş xərclərin əvəzinin caavbdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 28.000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, iş çərçivəsində təyin edilmiş məhkəmə texniki-tikinti ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində mənzilin təmirinə (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) 24187 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin İddiaçı tərəfindən boşaldılaraq “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir. Bununla belə, mənzil “X8 Korporasiyası” ASC-yə təhvil verildikdən sonra cəmiyyət həmin mənzilin hər hansı digər alıcıya satılması üçün tam hüquqlu olacaqdır və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən İddiaçı “X8 Korporasiyası" ASC faydalanacaqdır. Halbuki, İsmayılov X2 oğlu mənzili “X8 Korporasiyası” ASC ilə aralarında hər hansı müqavilə bağlamaqla və “xxxx” ASC-nin sifarişi əsasında və məhz “xxxx” ASC üçün təmir etməmişdir, iddiaçı İddiaçı xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsaslanaraq və onun müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəmək niyyətində olaraq, həmin mənzildə yaşamaq məqsədi ilə onu təmir etmiş və bunun üçün vəsait sərf etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “xxxx” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanacaq və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan təqdirdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/1307 saylı ekspert rəyindən müəyyən olunur ki, qiymətləndirmə zamanı sözügedən mənzil üzrə təmir və yenidənqurma işlərinin köhnəlmə faizi (aşılanma) nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həm təyin edilmiş birinci ekspertizanın, həm də əlavə ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş hər iki rəydən müəyyən olunur ki, qiymətləndirmə zamanı sözügedən mənzil üzrə təmir və yenidənqurma işlərinin köhnəlmə faizi (aşılanma) nəzərə alınmamışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən sözügedən mənzilin tərəflər arasında bağlanmış 2007-ci il tarixli müqavilə ilə əldə edildiyini və həmin tarixdən xeyli müddət keçdiyini nəzərə alaraq, mənzil üzrə təmir və yenidənqurma işlərinə çəkilən xərcin köhnəlmə faizi (aşılanma) nəzərə alınmadan müəyyən edilməsini əsaslı hesab etmir. Belə olan halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxx 1998-ci il tarixli 21-46 saylı əmri ilə təsdiq edilmiş köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə Təlimatın müddəaları nəzərə alınmaqla işin faktiki halları üzrə daha əsaslı nəticəyə gəlmək olar. Belə ki, həmin Təlimatla müəyyən edilmişdir ki, köhnəlmə faizi il üzrə 5 faiz tətbiq edilir. Qarşılıqlı iddia üzrə iddiaçı “X8 Korporasiyası” ASC ilkin iddia üzrə iddiaçının 14 il mübahisəli mənzildə yaşamasını qeyd edərək, mənzilinin təmirinə çəkilmiş xərclərə illik 5 faiz aşılanma tətbiq edilməsini xahiş edir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin mənzili alanda mənzil təmirsiz olmuş və tərəflər arasında müqavilə bağlandıqdan sonra ilkin iddia üzrə iddiaçı xx.xx.2010-cu il tarixdə həmin mənzili təhvil almış, daha sonra həmin mənzildə təmir işlərinə başlamış və yalnız bundan sonra mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bu işlərin görülməsi də təbii ki, vaxt tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşadığı müddət yuxarıda göstərilənlər nəzərə alınmaqla 2013-cü il tarixindən hal-hazıradək olan müddəti əhatə edən vaxt dövrü əsas götürülməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən 90 nömrəli mənzildə həyata keçirilmiş təmir işlərinin həcmi - 2013-2014-cü illər üçün 24187,0 manat təşkil edir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, 2013-cü ildən 2021-ci ilədək həmin mənzilə çəkilmiş ümumi təmir xərci 24187 manat, köhnəlmə dərəcəsi isə 40%-dir (8 il x 5% = 40), köhnəlmə faizi nəzərə alınmaqla (24187 x 40 % ÷ 100 = 9674,8 manat) ümumilikdə daşınmaz əmlak üçün həyata keçirilmiş təmir işlərinin həcmi - 14512,2 manat (24187-9674,8 = 14512,2) təşkil edir. Beləliklə, məhkəmə hazırki mübahisəli məsələ ilə bağlı məhkəmələrdə təşəkkül tapmış praktikanı, o cümlədən qaydaları əsas götürərək belə qənaətə gəlir ki, mənzilin təmirinə sərf olunmuş məbləğ (köhnəlmə nəzərə alınmaqla) 14512,2 manat olmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib .əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “xxxx” ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 14512,2 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Məhkəmə ilk iddianın pulun tutulması hissəsi ilə bağlı xx.xx.2007-ci il tarixli müqavilənin 5.8-ci bəndinə istinadən onu da qeyd edir ki, bu bənd müqavilənin yalnız alıcı, yəni İddiaçı təşəbbüsü ilə ləğv edildiyi hallara şamil edilir. Lakin preyudisial əhəmiyyətə malik məhkəmə aktlarından göründüyü kimi, müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı “xxxx” ASC olmuşdur. Bu səbəbdən pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməz. Məhkəmə ilk iddianın “əldən çıxmış faydanın ödənilməsi" hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin ləğv edilməsinə baxmayaraq, onun tərəfindən mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, qaytarıldığı təqdirdə isə həmin məbləği bank əmanəti kimi banka qoyaraq gəlir əldə edəcəyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur. Onun izahatları isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əgər iddiaçı banka əmanət qoyaraq gəlir əldə edəcəyini bildirirsə, bu hala dair əvvəllər də bank əmanəti üzrə faizlərdən gəlirlər əldə etməsinə dair sübutlar təqdim etməmişdir. Belə olan halda isə iddiaçının əsaslandığı ifadələri açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “X8 Korporasiyası" ASC cavabdeh İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməklə və onun tərəfindən inşa edilmiş və həmin müqavilənin predmeti oian mənzilin boşaldılması və təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq, həmin mənzili tərk etməməklə ona maddi ziyan vurduğunu bildirir və uzun müddət ərzində cavabdehin hər hansı ödəniş etməməklə, sonradan isə hər hansı hüquqi əsas olmadan həmin mənzildə yaşaması nəticəsində “X8 Korporasiyası" ASC-yə 18.000 manat məbləğində zərər vurulduğunu iddia edir. İddiaçı belə bir məbləğ tələb edərkən, eyni zamanda, cavabdehin müqavilə üzrə hər ay 600,95 manat məbləğində ödəniş etməli olmasını əsas götürür. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı ilk növbədə qeyd etmək istəyir ki, nəticə etbarı ilə tərəflər biri birinə maddi zərər vurmuşlar. Belə ki, “xxxx” ASC İddiaçı tərəfindən mənzilə görə ümumilikdə ödənilmiş məbləğdən ötən dövr ərzində faydalanmış, eyni zamanda, İddiaçı tərəfindən tələb olunan məbləğdə ödənişin edilməməsi nəticəsində maddi ziyana uğramışdır. Bununla bağlı da nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, mənzilin boşaldılması və “xxxx” ASC-yə təhvil verilməsi qət edilmiş, həmçinin də məhkəmə hazırda “xxxx” ASC-dən İddiaçı xeyrinə pul tutulmalı olması qənaətinə gəlmişdir. Lakin ilk iddiaçı 180 ay ərzində hər ay 600,95 manat məbləğində ödəniş etmək barədə “X8 Korporasiyası” ASC qarşısında öhdəlik götürsə də, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mənzili təmir etdiyi 2013-2014-cü il tarixdən, bugünədək də həmin mənzildə yaşayır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının həmin mübahisəli mənzili təmir edərək köçməsi və orada yaşaması yuxarıda göstərilənlərə əsasən 2013-cü il tarixindən, lakin “xxxx” ASC-yə dəymiş zərərin hesablanması isə məhkəməyə qarşılıqlı iddia ilə müraciət olunduğu tarix - 2018-ci il tarixini əhatə edən dövr əsas götürülməlidir. Bu da təxminən 5 il təşkil edir. Hüquqi nəticə etibarı ilə cavabdeh təmənnasız olaraq qeyd edilən mənzildən daimi yaşayış yeri kimi istifadə edir və bununla da iddiaçı “xxxx” ASC-yə maddi zərər vurur. Məhkəmə hesab edir ki, təmənnasız (Ödənişsiz) yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə cavabdeh İddiaçı tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında mənzilin kirayə müqaviləsi bağlanmasa da, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməlidir. Hər bir halda, cavabdeh İddiaçı “xxxx” ASC-yə məxsus mənzildə ödənişsiz əsaslarla yaşamaqla ona maddi zərər vurmuşdur. Cavabdeh İddiaçı özünə məxsus olmayan başqa hər hansı mənzildə yaşadığı təqdirdə bunun üçün etməli olduğu ödənişlər məhz kirayə haqqı qismində ödənilmiş olacaqdır. Aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli, 3467 saylı müqavilənin predmeti olan mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqı 300-400 manat məbləğindədir. (internet saytlardan əldə edilmiş məlumatlar). Belə olan halda, məhkəmə hesab edir ki, “xxxx” ASC-yə vurulmuş aylıq zərər məbləği qismində məhz 400 manat məbləği qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı “xxxx” ASC-yə məxsus mənzildə ümumilikdə 60 ay (mənzil təmir olunub mənzilə köçdüyü 2013-cü il tarixdən qarşılıqlı iddia ilə müraciət olunmuş 2018-ci il tarixədək) yaşaması əsas götürüldüyü təqdirdə ümumi zərər məbləği (60 ay x 400 manat = 24.000 manat) 24.000 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia “İddiaçı 39.600 manat məbləğində zərərin tutulması" hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Eyni zamanda, qarşılıqlı iddia dövlət rüsumunun tutulması hissəsində də təmin edilməli və 30 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 (qırx iki min iki yüz iyirmi iki) manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 14512,2 (on dörd min beş yüz on iki, 20 qəpik ) manat, qiymətləndirmə xərcinə görə ödənilmiş 100 manat məbləğində pul cəmi 56834,2 (əlli altı min səkkiz yüz otuz dörd, 20 qəpik) manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı verilməli, ilk iddia qalan hissədə rədd edilməlidir, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 24000 (iyirmi dörd min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "xxxx" ASC-dən 100 manat və İddiaçı 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. “xxxx” ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 (qırx iki min iki yüz iyirmi iki) manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 14512,2 (on dörd min beş yüz on iki, 20 qəpik ) manat, qiymətləndirmə xərcinə görə ödənilmiş 100 manat məbləğində pul cəmi 56834,2 (əlli altı min səkkiz yüz otuz dörd, 20 qəpik) manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 24000 (iyirmi dörd min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "xxxx" ASC-dən 100 manat və İddiaçı 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar