Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1106/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X9 və vəkili X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qızına qarşı ərazinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qızına qarşı ərazinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə “məktəbin stadion tərəfində yerləşən hasarın sökülərək əvvəlki yerində bərpa edilməsi və inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində tikinti işləri aparılarkən məktəb direktoru nazirliyə müraciət etmişdir. Məktəbin ərazisində aparılan tikinti işləri ilə bağlı nazirliyin əməkdaşları məktəbdə olmuş, ərazidə aparılan tikinti işləri dayandırılmış və həmin şəxs ərazidən çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə müdaxilə edilmiş və məktəbin hasarının yeri dəyişdirilmiş və nəticədə 300.0 kv.metr ərazi zəbt edilmişdir. Digər tərəfdən məktəbə məxsus ərazinin 520.0 kv.metr hissəsində yaşayış binasının inşası aparıldığı müşahidə edilmişdir. Tikinti aparılan torpaq sahəsinin məktəbə məxsus olmasını nəzərə alaraq, tikinti işlərinin dayandırlması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Səlahiyyətli orqanlara müraciət edilməsinə baxmayaraq, tikinti işləri dayandırılmamış və tikintiyə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin 06.11.2009-cu il tarixli, 384 saylı sərəncamı ləğv edilməmişdir. Lakin məktəbin texniki pasportuna uyğun olaraq, yerində baxış keçirilmiş və məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin təqribən 820,0 kv hissəsi (hazırda tikinti aparılan 520.0 kv və məktəbin arxa tərəfindən hasarboyu 300.0 kv ərazi) kənar şəxs tərəfindən zəbt edilmişdir. Təhsil qanunvericiliyinə və məhkəmə təcrübəsinə əsaslanaraq, texniki pasporta uyğun olaraq məktəbə məxsus ərazinin mənkəmə qaydasında bərpa edilməsinə zərurət yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 05.11,2020-ci il tarixli, **********86 saylı məktubundan görünür ki, texniki pasportda qeyd olunan torpaq sahəsinin Kaveroçkin küçəsi tərəfindən 520.0 kv.metr, məktəbin stadionu tərəf sərhəd boyu hissəsinin 300.0 kv.metr ərazisi zəbt edimişdir. "Təhsil haqında" Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən, Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Bu qanunun 37.6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası “Torpaq Məcəlləsi"nin 44-cü maddəsinə əsasən, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Bu Məcəllənin 46-cı maddəsinə görə, “dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarinın, maşın-sınaq stansiyalarının, dövlət sort- sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; habelə, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar” dövlət mükiyyətində olan torpaqlar hesab edlir”. İlkin sənədlərdən göründüyü kimi, fiziki şəxsin adına rəsmiləşdirilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı; sahə Təhsil Nazirliyinin balansında olmaqla məktəbin ərazisidir. Məktəb dövlət müəssisəsi, məktəbin yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan onun ərazisinin digər şəxslərin adına sənədləşdirilməsi qanunvericiliyin ciddi şəkildə pozulması kimi qiymətlədirilməlidir. Belə ki, qanunvericilik dövlət müəssisəsi olan təhsil müəssisəsinin özəlləşdirilməsini birmənalı olaraq qadağan edir. Qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi geri qaytarılmalı və məktəbin ərazisi tam bərpa olunmalıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X10 iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X9 və vəkili X11 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon 1 saylı Evlər İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı H.Abutalıbova ümvanlanmış 03.12.2005-ci il tarixli 41 №-li məktubundan görünür ki, Nərimanov rayonu Kaveroçkin küçəsi 25 də, 760 saylı məhəllədə bir ticarət obyekti və arxa hissəsində sıra nömrəsi mühasibatlıqda qeydiyyatda olan, 26, 27, 28, 29, 29a, 30, 50, 48, 31, 31a, nömrəli qarajlar ayrı- ayrı şəxslərə hüquqi sənədlərlə məxsus olmuşdur. Göstərilən ünvanda yerləşən ticarət obyekti və qarajlar ünvan 2ğında qeydiyyatdan keçmiş və Evlər İdarəsinin ərazisində olmuşdur. Məlumat üçün bildirilir ki, ticarət obyekti və qarajların yerləşdiyi ərazinin ünvan 3 ünvanda mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, ərazidə zəbt olunma halları olmamış və məktəb ərazisinə heç bir müdaxilə olunmaması müəyyən olunmuşdur. Bununla belə ərazidə yaşayan sakinlərin sizə etdiyi 24.06.05 tarixli müraciətdə, yuxanda yazılanlar öz əksini tapmışdır. Müraciətin surəti məktuba əlavə olunur. Nəzərə çatdırılır ki, 1 saylı Evlər İdarəsi Nərimanov rayonu Kaveroçkin küçəsi bina 25-də yerləşir. İşdə olan Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış 25.06.2020-ci il tarixli 1/415 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinə (NRİH) ünvanlamış "34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində”, Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və bununla bağlı NRİH başçısının 06.11.2009-cu il tarixli, 384 №-li Sərəncamının ləğv edilməsi məsələsinə münasibət bildirilməsi barədə məktubunuza baxılmış, məsələ araşdırılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, məktubunuzda qeyd edilmiş NRİH başçısının 06.11.2009-cu tarixli, 384 №-li Sərəncam ilə vətəndaş X7, özünəməxsus çoxsaylı fərdi qarajların (notarial qaydada təsdiq edilmiş etibarnamələr və alqı-satqı müqavilələrinə əsasən əldə olunmuşdur.) sökülüb yerində, razılaşdırılmış layihəyə uyğun, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin bu ev məktubunuzda qeyd edilmiş ünvanda, yəni Kaveroçkin küçəsi 27-də deyil, qonşu ərazidəki Sarabski küçəsi 58 ünvanında yerləşir. Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi evə gəldikdə isə bildiririk ki, qeyd olunan ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyriyaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən həmin tikililər sökümüş və yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən öncə inşa edildiyindən NRİH başçısının 03.10.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş Cavabdeh adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Qeyd etmək istəyirik ki, bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.02.2020-ci il tarixli, **********24 №-li sorğu müraciətinə əsasən NRİH-in 18.03.2020-ci il tarixli, 1/203 №-li məktubu ilə məlumat verilmiş, həmçinin həmin fərdi yaşayış evinə dair hüquqların dövlət Bununla yanaşı Sizə bildiririk ki, yuxarıda qeyd olunan fərdi evlərin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən, Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi idarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisində zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Yuxarıda göstərilənləri diqqətinizə çatdırır və bu evlərlə məktəb ərazisi arasında uzun müddətdir biri-birilərindən təcrid edən daş hasarın mövcud vəziyyətdə yerləşdiyini nəzərə alaraq, NRİH-in müvafiq sərəncamlarının qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edirik. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin müdiri Ruslan Əliyevə ünvanlanmış xidməti məlumatdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 təşkili üzrə Dövlət Agentliyindən Bakı Ərazi şöbəsinə daxil olmuş 34 nömrəli məktəbin ərazisinin zəbt olunması barədə 26.08.2020-ci il tarixli, ********** saylı məktubun icrası ilə əlaqədar yerində araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisini qonşu ərazilərlə, o cümlədən Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında inşa olunmuş fərdi yaşayış evi ilə təcrid edən daş hasar mövcuddur. Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin ərazisində əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajlar və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş fiziki şəxs tərəfindən həmin tikililər sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Araşdırma zamanı faktiki vəziyyətdə 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunması faktı aşkar olunmamışdır. Bununla yanaşı bildiririk ki, yuxanda qeyd olunan fərdi yaşayış evlərinin yaxınlığında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunub- olunmaması məsələsi müxtəlif vaxtlarda aidiyyatı qurumlar tərəfindən araşdırılmışdır. 34 nömrəli tam orta məktəbin Texniki pasportu olmadığından Kaveroçkin küçəsi, 27 ünvanında inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi mövcud daş haşarla təcrid olunmuş ərazinin məktəbə aid olmasını təsdiq edən heç bir sənəd yoxdur. İşdə olan 07.02.2020-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər-Məmmədov Q.A, Quliyev M.N, Mehdiyev F.Ə, Əmlak Məsələləri üzrə Dövlət komitəsinin Bakı şəhə ərazi idarəsinin baş məsləhətçisi Məmmədov Qafar, BŞTİ-nin məsləhətçisi Quliyev Məhəmmədəli, Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin direktoru vəzifələrini müvəqqəti icra edən Mehdiyev Fərman bu aktı tərtib edirik ondan ötəri ki, 07.02.2020-ci il tarixdə adı çəkilən məktəbin ərazisi ölçülmüşdür, mövcud olan ərazi 1 hektar 9 sotdur və məktəb ərazisində zəbt olunma halları aşkarlanmamışdır. Aktın doğruluğu imzalarla təsdiq edirik. Akt üç nüxsədən ibarət tərtib olunmuşdur və hər üç nüsxə eyni hüquqi qüvvəyə malikdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 03.10.2017-ci il tarixli 395 №-li fərdi yaşayış evinin vətəndaş Cavabdeh adına sənədləşdirilməsi haqqında sərəncamdan görünür ki, Kaveroçkin küçəsi 27 №li binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Cavabdeh adına sənədləşdirilməsinə icazə verilməsi, sözügedən mövcud evin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş Cavabdeh tövsiyə olunması və sərəncamın surətlərinin aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış 25.09.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülərək 34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsinin kənar müdaxilədən azad olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş 24.08.2020-ci il tarixli 04-16-1231/16 nömrəli müraciətinizə X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Bakı Ərazi şöbəsinin işçiləri tərəfindən araşdırma aparan zaman ünvan 8 ünvanında yerləşən Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin ərazisinə baxış keçirilmiş və məktəbin faktiki vəziyyətdə mövcud daş hasarının daxilindəki torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmiş, məktəbin hasarından kənarda aparılan qazıntı işləri xəbərdarlıq edilərək saxlanılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, müraciətinizdə qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir və Nərimanov Rayon icra Hakimiyyəti başçısının 06.11.2009-cu il tarixli 384 nömrəli sərəncamı əsasında alqı-satqı yolu ilə vətəndaşlardan əldə edilərək sökülən fərdi qarajlarının yerində inşa edilmişdir. Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.11.2009-cu il tarixli 384 nömrəli sərəncamının qanunvericiliyin tələblərinə uyğunluğu, eləcə də məktəbin ərazisinin kənar müdaxilədən azad olunması məsələlərinə baxılması və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə 04 iyun 2020-ci il tarixli **********14 nömrəli məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.1 və 7.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması, eyni zamanda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin 19.01.2021-ci il tarixli aktından görünür ki, aktı imza edənlər-X12, X8 və X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçiləri X12, X8, X6 bu akt ondan ötəri tərtib olunur ki, vətəndaş, Nəsimi rayonu Kaveroçkin küçəsi 21, m.215-də qeydiyyatda olan Cavabdeh, özünə məxsus fərdi yaşayış evinin Kaveroçkin küçəsi 27 ünvanda olduğunu və fərdi yaşayış evi ünvan 9 iki tərəfi ayıran daş hasar olduğunu bildirməklə, özünə məxsus fərdi yaşayış evinin həm indi, həm də əvvəllər məktəb ərazisinə aidiyyəti olubolmaması barədə araşdırılma aparılmasını və akt tərtib olunmasını xahiş etmişdir. 15.01.2020-ci il ərizəyə cavab olaraq bildirilir ki, məktəb ərazisi dörd tərəfdən daş hasarla əhatə olunmuş, araşdırılma aparılmış, hər dörd tərəf istiqamətində daş hasar toxunmaz olaraq mövcuddur, toxunulmaz olaraq qalır, məktəb ərazisi əvvəllər tərtib olunmuş aktlarda olduğu kimi 1 hektar 9 sot olaraq dəyişilməmişdir. Göstərilən fərdi yaşayış evinin məktəb ərazisinə müdaxilə və zəbt olunması halları aşkar edilməmişdir. Kaveroçkin 27 ünvanda yerləşən istismara qəbul edilmiş Cavabdeh məxsus fərdi yaşayış evinin məktəb ərazisinə aid olmaması bir daha təsdiqlənmişdir. Bununla da bildirmək istəyirik ki, 34 saylı tam orta məktəbin ərazisində dəəfələrlə əvvəllər yoxlanılma aparılmış, birmənalı olaraq bütün hüquqi sənədlərdə məktəb ərazisinə müdaxilə, zəbt olunma halları aşkar olmamışdır. 2004-2020-ci illər müddətində ayrı-ayrı dövlət qurumlarından və Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Dövlət Xidmətinin Torpaqlarının İdarə olunması Agentliyi tərəfindən dəfələrlə yoxlama aparılmış, tərtib olmuş akt və məktublarda Cavabdeh tərəfindən məktəb ərazisinə müdaxilə, zəbt olunma halları aşkar edilməməklə, məlum olmuşdur ki, vətəndaş vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmişdir. Məhkəmə, ilk əvvəl iddiaçının irəli sürdüyü tələblər barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbində göstərilir ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmış və nəticədə məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə müdaxilə edilməklə məktəbin hasarının yeri dəyişdirilmiş və nəticədə 300.0 kv. metr ərazi zəbt edilmişdir. Buna görə də məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikilinin inşa edilməsinin qanuni olub-olmamasına qiymət verməzdən əvvəl, göstərilən tikinti sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsində aparılması və inşa edilməsi ilə bağlı iddiaçının hüquqlarının hansı şəkildə pozub –pozulmadığı müəyyən edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aparılan araşdırmalardan mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının istifadəsində olmasını təsdiq edən hər hansı sübut müəyyən edilmədi. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazi hüdudlarını müəyyən edən sənəd mövcud deyil, bu barədə müvafiq orqanlara edilən müraciətlər nəticəsiz qalmışdır. Yəni, mübahisəli tikilinin məhz 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsi daxilində inşa edilməsi hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilədən, göstərilən məktəbin hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə dair sənədlərin arxivdə mövcud olmadığını bildirərək məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sənəd təqdim edə bilmədi (MPM-77.1). Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh tərəfindən Kaveroçkin küçəsi 27 ünvanında inşa edilən fərdi yaşayış evinin tikilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınmış, onun müraciəti əsasında Nərimanov rayon İcra Hakimiyyəti başçısının 03.10.2017-ci il tarixli 395 nömrəli sərəncamı verilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yəni, Cavabdeh göstərilən fərdi yaşayış evini hər hansı torpaq sahəsini qanunsuz zəbt etməklə inşa etməmişdir. Həmçinin müəyyən edilir ki, mübahisəli tikilinin inşa edilməsi ilə məktəb ərazisində olan hər hansı sahənin zəbt edilməsi faktı aşkar olunmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, Cavabdeh mübahisəli tikilini vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmiş və qeyd edilən əmlakların sökülərək yerində fərdi yaşayış evini inşa etmişdir. Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırma zamanı da sözügedən tikilinin inşa edilməsi ilə məktəb ərazisində zəbt və müdaxilə halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir; Azərbaycan Respublikasının Mülki Məcəllənin : 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi 34 nömrəli tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir. Mülki işin materiallarından da göründüyü kimi, müxtəlif inzibati orqanlar tərəfindən aparılan araşdırma zamanı da 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilə və zəbt olunması halları müəyyən olunmur, buna görə də iddia tələbləri əsassız olduğundan rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı ərazinin bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı ərazinin bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1106/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1106/2021
08.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver