Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-111/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 nümayəndəsi X9, Cavabdeh, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 151200 pulun, 410 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ilin sentyabr ayının əvvəllərində Nuri Əliyev İddiaçı1 dedi ki, onun tanışı var, “X33” MMC- tərəfindən yeni tikilən çoxmərtəbəli evdə mənzil alıb, lakin aylıq ödənişi ödəməyə imkanı yoxdur, pulu gecikdirir. Həmin mənzil ünvan 1 ünvanında yerləşir. İddiaçı1 onunla danışıb qeyd edilən mənzili ala bilər. Oğlu Nuri və qızı Səidə ilə birlikdə həmin mənzilə baxdılar, bəyəndilər. Mənzilin sahibi X10 idi. Aynur mənzilin pulunu keçikdirdiyinə görə ödəyə bilmədiyini bildirdi və Nuri razılaşdı ki, Aynurun onlara qədər ödədiyi məbləğ, yəni 19.000 manat təşkil etdiyindən İddiaçı1 kürəkəni Samir Mikayılovun İddiaçı1 borc kimi vermiş olduğu pulu Aynura ödədi. Sonra da razılaşdılar ki, mənzilin aybaay pulunu İddiaçı1 ödəyəcəyək. Beləliklə, 67587,30 qəpik pul tam ödənildikdən sonra mənzil İddiaçı1 adına keçiriləcəkdi. 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi İddiaçı1 376 manat ödədi. 2011-ci ilin yanvar ayının 28-də etibarnamənin vaxtı azaldığına görə oğlu Nuri Əliyevin yaxın dostu olan özünə qardaş bildiyi cavabdehlə, yəni Cavabdeh ilə razılaşdı ki, mənzil müvəqqəti olaraq onun adına keçirilsin və yeni qrafik tutulsun. Aybaay cavabdehin adından 372 manat pul ödənilməli idi. Qeyd edilən mənzil "xxxx"a girov qoyulduğundan 372 manat "xxxx"a pul ödənilməli idi. İddiaçı1 həmin vaxtdan etibarən 2-3 ay pulu özü ödəmişdir, pul qəbzlərində onun imzamları vardır. Sonrakı ayları həyat yoldaşı X29, bir neçə dəfə də İddiaçı2 ödəmişdir. Qəbzlərdə onların da imzaları vardır. İddiaçı1 əri 2021-ci ilin iyul ayının 5-də vəfat etmişdir. Sonradan da qəbzlər formal olaraq cavabdehin adından sənədləşdirilmişdir. Lakin pulu İddiaçı1, onun əri və qızı ödəmişdir. Mənzilin pulunu 2021-ci ilin dekabr ayının əvvəllərində tam ödədilər. Belə ki, aybaay 372 manat deyil, 400 manatdan ödəməyə başladı və vaxtından əvvəl ödədilər. Həmin vaxt İddiaçı1 cavabdehə müraciət etdi ki, mənzili İddiaçı1 adına keçirsin. O isə mənzili İddiaçı1 adına sənədləşməsindən yayınır, öhdəliyini icra etmir. İddiaçı1 ailəsi ilə həmin mənzildə 2010-cu ildən yaşayır. Mənzili İddiaçı1 kürəkəni Samir Mikayılov təmir etmiş və 30.000 manatadək pul xərcləmişdir. Bundan əlavə cavabdeh İddiaçı1 qızna bildirdi ki, bank tərəfindən mənzil satışa çıxarılacaq, onun qarşısını almaq üçün 1200 manat pul lazımdır. İddiaçı1 ona həmin 1200 manatı 2022-ci ilin dekabr ayının 22-də metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən “Asan xidmət”-in qarşısında saat 15-radələrində vermişdir. İddiaçı1 pulu cavabdehə verəndə onun yanında qızı və kürəkəni də yanında idilər. Doğrudur sənədlər üzrə mənzilin qiyməti 67587,30 təşkil edir. Lakin hazırkı bazar qiymətlərinə uyğun olaraq mənzilin qiyməti 120.000 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən onlara 151.200 manat pulu ödəməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia predmeti olan mənzil onun mülkiyyətindədir. O mənzildə iddiaçılar tərəfindən hər hansı təmir işləri aparılıbsa, bu işlər onun razılığı olmadan edilib. Buna görə də, təmir xərcinin əvəzini cavabdehdən tələb edə bilməzlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 nümayəndəsi X16 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçılar tərəfindən mənzilin dəyəri olaraq ödənilmiş pulu İddiaçı1 mərhum oğlunun ona olan borcunun qarşılığı olaraq ödəndiyini bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X17 ifadəsində bildirdi ki, tərəfləri tanıyır, onlarla qohumluq əlaqəsi yoxdur, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın komendantıdır, “X33” MMC-də 2009-cu ildən işləyir. İddiaçı1 və onun qızı İddiaçı2, kürəkənini, Samiri tez-tez görür, Cavabdeh iki dəfə görmüşdür.Mənzilin kommunal xərclərini Samir ödəyirdi, mənzildə təmir işləri aparılarkən Cavabdeh görməmişdir. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X27 ifadəsində bildirdi ki, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın mənzilində santexnik işləri aparan zaman iddiaçıları mənzilin sahibi himi tanımışdır. Cavabdeh görməmişdir. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X14 ifadəsində bildirdi ki, Xətai rayonunda yerləşən mənzili almaq üçün həmin mənzilə baxış keçirilməsi üçün tərəflərə birlikdə əraziyə getmiş, mənzilin təmirində 2013 və 2020-ci illərdə işləmişdir. Cavabdeh mənzillə bağlı mübahisələrdən tanıyır, onun qardaşı Səbuhi və Nuri birlikdə işləmişlər. Mənzildə apardığı təmir işlərinə görə pulunu ona İddiaçı2 atası Vaqif ödəmişdir. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X21 ifadəsində bildirdi ki, tərəflərini tanıyır. İddiaçı2 onun atasının xalası nəvəsidir. Əhmədlidə yerləşən evlərinə bir neçə dəfə getmişdir. Bildiyi qədəri ilə mənzili Nuri 2008 ya 2009-cu ildə 19000 manat ilkin ödəniş etməklə almışdır. Cavabdeh Nurinin işi ilə əlaqədar tanıyır. Evə dair ipoteka ödənişini İddiaçı2 ödəyirdi. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X18 ifadəsində bildirdi ki, 2013-cü il tarixdən “X33” MMC-nin binasında yaşayır. X16 onun qonşusudur. Bloklar ayrı olsada axşamlar binanın həyətində toplaşan zaman bir-birlərini görürlər. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış X11 ifadəsində bildirdi ki, İddiaçı1 oğlu Nuri onun şərik iş yoldaşı olmuşdur. Nuri onu çox pis vəziyyətə salmış və nəticədə X4 bir evini itirmişdir. Nuri ondan borc pul götürmüşdür və həmin məbləği ödəyə bilmədiyi üçün hazırda mübahisələndirilən mənzili qardaşının adına keçirtmişdir. Sonradan Nurinin xahişi ilə onun anasının mənzildə yerləşməsinə və aylıq ipoteka haqqını ödəmələrinə razılıq vermişdir. Həmin mənzil həm iddiaçılar tərəfindən, həm də X11 və onun qardaşı tərəfindən təmir edilmişdir. Mənzil üçün 19000 manat bir ödəmiş sonradan da ödənişlər etmişdir. Cəmi 30000 manatdan çox ödəniş etmişdir. Buna dair qəbzlər uzun müddət keçməsi səbəbindən onda qalmayıb. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X12 ifadəsində bildirdi ki, X13 tanıyır. Onun göstərişi və onunla qiymət danışdıqdan sonra 2010-cu ilin axırı və 2011-ci ilin əvvəli Xətai rayonunda yerləşən mənzilə işıq çəkilməsi işini aparmışdı. Bu işi 1 həftə ərzində görüb bitirmişdir. Cavabdeh tanımır. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X22 ifadəsində bildirdi ki, 2012-ci ildə əvvəl X13, sonradan evin sahibi olan İddiaçı2 tanımışdır. X16 ona təmirsiz evinin olduğunu, 2 ildir ki evin təmirsiz qaldığını və təmirə ehtiyacı olduğunu bildirmişdir. Xətai rayonunda yerləşən mənzildə divarların hörülməsi və qaydasına salınması ilə məşğül olmuş, 3 ay-3 ay yarım vaxta işini yekunlaşdırmışdır. Təmir xərcini ona X16 və İddiaçı2 hissə-hissə ödəmişdir. O işini bitirdikdən sonra mənzilin təmirini davam etmək üçün Zaur adlı şəxs mənzilə gəlmişdir. Cavabdeh görməmişdir. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X8 ifadəsində bildirdi ki, X13 tanıyır, onun əmisi nəvəsidir. 2010-cu ilin sentyabr-oktyabr aylarında onlara məxsus evdə arakəsmə divarlarını inşası ilə məşğul olmuşdur. Həmin vaxt bu mənzildə X22 da iş görmüşdür. Başqa iş yerinin olması səbəbindən mənzildə təxminən 10 gün işləmişdir. “X33” MMC və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1644 nömrəli müqavilədən görünür ki, satıcı “X33” MMC Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzili “alıcı” X2, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı mənzilin sahəsinin hər kvadrat metri üçün 990 manat olmaqla, cəmi 67587,3 manat ödəyir. “Borcverən” "xxxx" Kommersiya Banksı ASC və “borcalan” Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsindən görünür ki, borcverən 137 ay müddətinə xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 manat kredit vermişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin təyinatı “X33” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m, o cümlədən yaşayış sahəsi 28,18 kv.m və qeyri-yaşayış sahəsi 40,09 kv.m təşkil edən 1 otaqlı mənzilə dair “X33” MMC-nin emissiya etdiyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixində dövlət qeydiyyatına alınmış 001313 nömrəli mənzil sertifikatının alınması təşkil edir. xx.xx.2010-cu il tarixli, 1233AKNİ/10 saylı girov müqaviləsinə əsasən “girovqoyan” Cavabdeh “X33” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində inşa edilən mənzilə dair 001313 nömrəli mənzil sertifikatını onunla "xxxx" Kommersiya Banksı ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq “girovsaxlayan” "xxxx" Kommersiya Banksı ASC-nin xeyrinə yüklü etmişdir. xx.xx.2012-ci il tarixdə verilmiş ƏN-İ seriyalı 182593 nömrəli etibarnamədən müəyyən olunur ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlaklarını idarə etməyi və onun üzəridə sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və etibarnamədə qeyd edilmiş digər hərəkətlər etməyi İddiaçı1 etibar etmişdir. Etibarnamə xx.xx.2012-ci il tarixədək qüvvədə olmuşdur. xx.xx.2013, xx.xx.2015, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən "xxxx" Kommersiya Banksı ASC-yə kredit borcu olaraq 372 manat; xx.xx.2011-ci il tarixli qəbzə əsasən 485 manat ödəniş edilmişdir. xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, Əliyev Vaqif adlı şəxs Cavabdeh "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 372 manat ; xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2018, xx.xx.2018, xx.xx.2012-ci il tarixli qəbzlərə görə 400 manat köçürmə etmişdir. xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010 tarixli qəbzlərdən görünür ki, Əliyev Vaqif adlı şəxs X5 "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 376 manat köçürmə etmişdir. xx.xx.2009, xx.xx.2009, xx.xx.2009 tarixli qəbzlərdən görünür ki, İddiaçı1 adlı şəxs X5 "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 376 manat köçürmə etmişdir. xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 tarixli qəbzlərə əsasən İddiaçı2 tərəfindən Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-dəki bank hesabına 372 manat; xx.xx.2015-ci il tarixli qəbzə görə 242.65 manat köçürmə etmişdir. “X33” MMC tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli arayışda qeyd olunur ki, AMS 001313 saylı mənzil sertifikatı xx.xx.2010-cu il tarixdə Cavabdeh adına indossament olunmuşdur. Cavabdeh 1233AKN/10 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2021-ci il tarixdə tam olaraq yerinə yetirmişdir və 14 iyun 2022-ci il tarixinə həmin kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmamışdır. “X33” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 65 nömrəi maliyyə arayışında qeyd olunur ki, “X33” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m olan 237A saylı mənzilin 1644 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə dair Cavabdeh heç bir borcu yoxdur. Məhkəmə Ekspertiza Mərkəzi Tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən 237A saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 20136 manat məbləğində müəyyən edilir. Həmin mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 119000 manat müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: “X33” MMC və X10 arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzil 67587,3 manata X1. Daha sonra X10 ona məxsus əmlakı idarə etməyi və bu əmlaklara dair qanunla icazə verilən bütün növ əqdləri bağlamağı İddiaçı1 etibar etmişdir. Həmin mənzil Cavabdeh mülkiyyətinə verilmiş və mənzilin qalan ödənişlərini etmək üçün Cavabdeh və "xxxx" Kommersiya Bankı ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh adına xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 (iyirmi dörd min üç yüz) manat kredit verilmişdir. Kredit borcu ödənişlər X29, İddiaçı2 və Cavabdeh adından edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İş materiallarından müəyyən edilir ki, mübahisə edilən “X33” MMC Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15ci mərtəbəsində 237A saylı mənzili hazırda Cavabdeh mülkiyyətindədir. Bu hal mülki iş üzrə hər iki tərəf tərəfindən qəbul olunur və mübahisələndirilmir. Mənzildə 2010-cu il tarixdən etibarən iddiaçılar ailə üzvləri ilə birlikdə yaşamış və təmir etmişlər. Məhkəmə islasında cavabdeh mənzil üzrə ödənişlərin iddiaçılar tərəfindən edildiyini bildirmişdir. Yəni ödənişlərin iddiaçılar tərəfindən edilməsi mübahisələndirilmir. Cavabdehin iddiaya etirazı İddiaçı1 oğlu olan X23 ona olan borcu qarşılığında mənzili cavabdehin adına özgəninkiləşdirməsi və buna görə də mənzil üzrə edilmiş həm ilkin, həm də aylıq ödənişlərin həmin borcun cavabdehə hissə-hissə ödənilməsi kimi həyata keçirilməsi ilə əsaslandırır. Lakin bu etirazını əsaslanıran sübutlar təqdim etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilə dair həm ilkin, həm də aylıq ödənişlərin iddiaçılar tərəfindən edilməsi cavabdeh tərəfindən qəbul olunduğundan bu hissədə əlavə araşdırma aparılmasına zərurət mövcud deyil, bu hal sübuta yetirilmiş hesab olunmalıdır. Eyni zamanda, mənzilə dair ödənişlərin cavabdehə olan borc qarşılığında edilməsi barədə cavabdehin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Beləliklə iddiaçıların mənzilə dair ödənişlərin onlar tərəfindən edilməsi ilə bağlı əsaslandırmaları öz təsdiqini tapır. Mənzil cavabdehin mülkiyyəti olsa da, bu mənzilə dair ödənişlər iddiaçılar tərəfindən edilmişdir. İddiaçıların 2010-cu il tarixdən həmin mənzildə yaşamaları, bu mənzili təmir etmələri, iddiaçıların mənzilə hüquqlarının olması düşüncəsi ilə hərəkət etmələrinin, mənzilin cavabdehin adına formal olaraq keçirilmiş olmasının göstəricisidir. Aydındır ki, iddiaçılar mənzildə cavabdehin etirazında qeyd etdiyi kimi müvəqqəti yaşamış olsaydılar, mənzilə dair ilkin ödənişi və 2010-cu ildən 2022-ci il tarixədək olan aylıq ödənişləri etməzdilər. Həmçinin mülki iş üzrə alınmış ekspert rəyindən də görünür ki, iddiaçılar nəinki həmin mənzildə 14 ilə yaxın müddət ərzində yaşamış, həmçinin bu mənzili əsaslı təmir etmişlər. Məhkəmə hesab edir ki, ağlabatanlıq prinsipi əsas götürülməklə sadalanan bu hallar iddiaçıların mənzil mülkiyyətiçi kimi hərəkət etdiklərini göstərir. Məhkəmə qeyd edir ki, iddiaçıların mənzili hansı niyyətlə cavabdehin adına keçirmələri iş materialları ilə sübuta yetirilməsə də, iş materialları ilə sübut edilmiş hallar iddiaçıların mənzilin mülkiyyətçiləri kimi hərəkətlər etməsini təsdiq edir. Cavabdehin göstərdiyi yeganə hal X23 ona olan borcu qarşılığında mənzilin mülkiyyətə verilməsi barədə əsaslandırması olmuşdur ki, bu əsaslandırma öz təsdiqini tapmamışdır. Eyni zamanda nəzərə alınmaldır ki, iddiaçıların 2010-cu il tarixdən mənzildə yaşamalarına baxmayaraq cavabdeh onların mənzildən çıxmasını tələb etməmiş (belə bir hal məhkəməyə bildirilməmişdir), onlara qarşı mənzilə dair hər hansı iddiası olmamış, hətta məhkəmə iclasında iddiaçılara mənzilə görə 30000 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Daha əvvəlki izahatlarında X23 ona 120000 manat borcu olduğunu bildirən cavabdehin hansı səbəbdən 30000 manat ödəməyə razı olduğu araşdırıldıqda, bu ödənişi xoş niyyət olaraq edəcəyini bildirmişdir. Qeyd edilən bu hal cavabdehin maddi imkanı və işin halları nəzərə alınmaqla ağlabatan mühakimə əsasında məntiqli deyildir. Cavabdehin etirazını əsaslandıran yeganə sübut onun qardaşının məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi olmuşdur. Lakin şahidin cavabdehin doğma qardaşı olması, iddiaçılar tərəfindən məhkəmə iclasına çağırılmış digər şahidlərin əksəriyyətrinin isə iddiaçılarla heç bir qohumluqlarının olmaması və ifadələri ilə eyni halları təsdiq etmələri halında cavabdeh tərəfdən ifadə verən yeganə şahidin ifadəsi iş üzrə həlledici və mötəbər sübut hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iş materiallarının araşdırılması zamanı mübahisənin mahiyyətinin əsassız varlanma olmasına dair əlamətlər ortaya çıxır. Belə ki, iddiaçıların hazırda yaşadıqları mənzil cavabdehin mülkiyyətidir, cavabdeh mənzilə dair ödənişlər etməli olduğu halda bu ödənişlər iddiaçılar tərəfindən edilmişdir, bununla da cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tərəfindən mənzilə çəkilmiş təmir xərcinin və mənzilin hazırki dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyində mənzilə çəkilmiş təmir xərcinin təqribən 20136 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edilən məbləğin cavabdehdən iddiaçıların xeyrinə tutulmasını əsaslı və qanuni hesab edir. Məhkəmə cavabdehi əsassız varlandığı məbləğlə bağlı qeyd edir ki, cavabdeh mənzilə görə 19000 manat ilkin ödənişin, həmçinin mənzilə görə bütün aylıq kredit iddiaçı tərəfindən edildiyini qəbul etmiş, iddiaçı da öz növbəsində mənzilə görə 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi 376 manat ödədiyini bildirmişdir. Hesablama yolu ilə iddiaçı tərəfindən ödənilmiş bu məbləğin cəmi 5264 (beş in iki yüz altmış dörd) manat (14 ay x 376 manat) təşkil etdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehin əsassız varlandığı məbləğ mənzilə dair edilmiş ilkin ödəniş, iddiaçı tərəfindən 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi edilmiş aylıq ödəniş və xx.xx.2011ci il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsi üzrə edilmiş bütün ödənişlərin cəmindən, yəni 50559,17 manatdan ibarətdir. İlkin ödənişin 19000 manat, 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi aylıq ödənişlərin cəmi 5264 manat, kredit müqaviləsi üzrə kredit ödənişlərinin isə cəmi 50559,17 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yəni mənzili mülkiyyətində saxlayan cavabdeh bu məbləğlər həcmində cəmi 74823,17 manat və təmir xərci olan 20136 manat həcmində əsassız varlanmışdır. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təmir xərcinə görə 20136 manat, mənzilə görə ödənilmiş 74823,17 manat, cəmi 94959,17 manat pul Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən Cavabdeh iddianın təmin edilmiş hissəsinə mütənasib 258,3 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təmir xərcinə görə 20136 (iyirmi min yüz otuz altı) manat, mənzilə görə ödənilmiş 74823,17 (yetmiş dörd min səkkiz yüz iyirmi üç manat on yeddi qəpik) manat, cəmi 94959,17 (doxsan dörd min doqquz yüz əlli doqquz manat, on yeddi qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258,3 manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə ekspertizası xərci olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-111/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-111/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver