Məhkəmə qərarları › İş №2(005)-1118/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1118/2023

26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1118/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ilin mart ayında daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun mərhum X3na məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1965-ci ildə Bakı şəhəri, ünvan 1-də anadan olub. Hazırda yaşadığı fərdi yaşayış evi mərhum X3 tərfindən 1961-ci ildə inşa edilmişdir. 1972-ci ilin mart ayında həmin zaman daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasport verilmişdir. Atası xx.xx.1982-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra yaşayış evi anası X4 idarəçiliyində qalmışdır. Anası xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin vaxtdan hal-hazıradək fərdi yaşayış evində Ərizəçi ailə üzvləri ilə birlikdə yaşamaqdadır.Yaşayış evi onun istfadəsindədir. Yaşayış evini özəlləşdirmək istədikdə məlum olmuşdur ki, evə dair 1972-ci ildə verilmiş Pasportda atasının adı “Carı” əvəzinə “Cəmil” kimi yazılmışdır. Rus dilində tərtib edilmiş Pasport rusdilli şəxslər tərəfindən icra edildiyindən, səhvin düzəldilməsi ilə əlaqədar maraqlı şəxsə şifahi qaydada məlumat versəm də, bu faktın müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməyi bildirmişlər. Ərizəçi mərhum valideynlərinin 1-ci dərəcəli vərəsəsi olduğunu bildirərək, daşınmaz əmlaka dair pasportda səhv olaraq yazılmış ata adının hüquq müəyyənedici sənədlərə əsasən fakt qaydasında müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş, başqa qaydada bu faktı təsdiq edəcək sənədi əldə edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır və Ərizəçi onun qonşusudur. X13 həmin ünvanda 1971-ci ildən yaşadığını və X6 Bakı şəhəri, ünvan 1 ünvanında yaşadığını bildirmişdir. O, öz ifadəsində X12 vəfat etdikdən sonra bu ünvanda onun arvadı X10 və övladları Ərizəçi yaşadığını və sözügedən ev barədə mərhumun qohumları arasında mübahisə olmadığını da qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadəsində bildirmişdir ki, o, 40 ildir ki Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi,döngə 3, ev 28 ünvanında yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçi Bakı şəhəri, ünvan 1 ünvanında uzun müddətdir yaşayır. Həmin ünvanda daha əvvəl Ərizəçi mərhum X3 yaşayıb. X11 ifadəsində həmin ünvanda yerləşən ev barədə heç bir mübahisə eşitmədiyini də bildirmişdir. İş materiallarında olan; - 1972-ci ilin mart ayında daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X2 verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X8r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 1932-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. - 022836 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 9 nömrəli nikah aktına əsasən X12 və X4 nikahı xx.xx.1955-ci il tarixdə qeydə alınmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1982-ci ildə vəfat etmişdir. - Nərimanov rayonu Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 033841 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, dalan 3, ev 20 ünvanında yaşayır. - 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən ərizəçinin soyad, ad və ata adının Ərizəçi Cari oğlu qeyd edildiyi, yaşadığı ünvan olaraq isə ünvan 4 göstərildiyi məlum oldur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla (hazırda Habil Mirzəyev) küçəsi, dalan 3, 20 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla döngə 3, 20 saylı fərdi yaşayış evinə dair X5 adına 1972-ci il tarixli tərtib edilmiş İdarənin arxivində texniki pasport mövcuddur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd olunur ki, şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi ata adı ilə Azərbaycan SSR KTN-nin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırma vs qiymətləndirilməsinə aid pasportda qeyd edilən hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı, əlaqəli sənəd təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 adı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərəfindən verilmiş Pasportda yanlışlıqla “Cəmil” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından X6 Bakı şəhəri, ünvan 1 ünvanı yaşaması, həmin ünvanda “Cəmil” adlı şəxsin yaşamaması, Ərizəçi “Cəmil” adlı yaxın qohumunun olmaması sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ilin mart ayında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1972-ci ilin mart ayında daşınmaz əmlak üzrə səlahiyyətli orqan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun mərhum X3na məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar