Məhkəmə qərarları › İş №2(005)-1123/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1123/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1123/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X26 Mehdi qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2na və Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ərizəçinin anası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X6 1921-ci il tarixdə Ordubad şəhərində anadan olmuşdur. Anası ilə X4 nikaka daxil olmuşlar. (078081 nömrəli nikah haqqında şəhədatnamədə anasının adı Mina qeyd edilmişdir). X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. (110555 nömrəli ölüm haqqında şəhadətnamədə anasının adı Minaxanım qeyd edilmişdir). Anasının adı anadan olduğu vaxtdan hamı onu Minaxanım kimi çağırmış və Minaxanımda olmuşdur. Sadəcə atası ilə anasının nikah haqqındakı şəhadətnamədə səhvliklə anasının adı Mina yazıldığından ondan sonrakı ona və ailə üzvlərinə məxsus olan şəhadətnamələrdə ana adı Minaxanım olaraq qeyd edilmişdir. Lakin anasının adından verilmiş vəsiyətnamədə, qardaşlarının adında olan ərizələrdə (hansıkı rəhmətə gediblər) hamısı anasına Minaxanım kimi xitab etmişlər. Ərizənin yazıldıqları vərəqlərdən görünür ki, kağızlar o dövrə məxsus kağızlardı və köhnəlmişlər. Ordubad Rayon Dövlət komitəsinin verdiyi 20/5-1999-cu il tarixli 3 m/71 N-li reyestrlə Cəfərov Əliquluya məxsus olan ev və torpaq sahəsi qanun üzrə vərəsəsi olan qızı X13 (bu sənəddə də ana adı Minaxanım qeyd edilmişdir) qızının adına keçirilmişdir (avqust 1962 il tarixli evlər idarəsi üzrə texnikini inventarizasiyanın ev sahibliyinin 573 nömrəli kartoçkada anasının adı Minaxanım qeyd edilmişdir). Anası dünyasını dəyişdikdən sonra vəsiyyətnamə ilə ona məxsus olan Ordubad şəhəri, Təbriz küçəsi, 16 da yerləşən 6 otaqdan ibarət yaşayış evini X8na bağışlamışdır. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mirasın qəbul edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi müraciət etsə də tələbi təmin edilməmiş, Ərizəçi doğum haqqında şəhadətnaməsində X3 adının “Minaxanım" əvəzinə "Mina” yazılması qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Tərəfindən ilkin olaraq doğum haqqında bərpa akt qeydində yalnışlığın düzəldilməsi inzibati icraat qaydasında mübahisələndirilmiş, lakin mərhum anasının adına ilkin hüquqmüəyyənedici sənədlər olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10983/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmiş, onunla X6 ilə yəni anası ilə qohumluq faktının müəyyən edilməsi üçün Rayon Məhkəmələrinə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2na və Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxslər Maraqlı şəxs2 və Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, o, ərizəçinin oğlunun bacanağı və qonşusudur. Ərizəçinin anasının adının Minaxanım olduğunu, 3 övladının olduğunu və onlardan yalnız ərizəçinin sağ qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahat verərək bildirmişdir ki, o, ərizəçinin anası Kazımova Minaxanımın xalası qızının nəvəsi və həm də qonşusudur. Ərizəçinin anasının adının Minaxanım olduğunu və 3 övladının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, o, ərizəçinin anası Kazımova Minaxanımın xalası qızının nəvəsi ilə ailəlidir və həm də Ordubadda qonşusudur. Ərizəçinin anasının adının Minaxanım olduğunu, 3 övladından yalnız ərizəçinin yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 3/151 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Həsəт qızı xx.xx.1939-cu ildə anadan olmuş, X4, anası X11r. İş materiallarında olan AЗ 078081 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 nikahları bağlanmış, bu barədə akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 32 №-ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 110555 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 771 №-ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 3/152 saylı doğum haqqında arayışın surətindən görünür ki, X20 xx.xx.1949-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1949-cu il tarixdə 197 №-ilə akt qeydi tərtib olunmuşdur. X4, anası X11r. İş materiallarında olan AZ-İİ № 160080 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 170 №-ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 573 saylı 1962-ci il tarixli Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin Kartoçkasının surətindən görünür ki, not-nun verdiyi xx.xx.1999-cu il tarixli 3M/71 nömrəli reyestrlə X12 məxsus olan şəxsi ev və təsərrüfat sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qızı X3 adına keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə əsasən, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X1 Tamella Həsən qızının anasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, X3 xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi anası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi anası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar