Məhkəmə qərarları › İş №2(005)-1126/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1126/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1126/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, 1948-ci il tarixdə Ermənistan Respublikasının Axda rayonu, Təkərli kəndində anadan olmuşdur. X12, anası X2r. xx.xx.1970-ci ildə rəsmi nikah münasibətinə daxil olmuşdur, həmin nikahdan iki övladı var. 1990-cı ildə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində doğma ata-baba yurdlarından qovularaq qaçqın kimi Bakı şəhərində məskunlaşmışdırlar. Ermənistan Respublikasında verilmiş köhnə Sovet pasportunda, nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində onun adı Müzəfər kimi göstərilmiş, qız övladının şəxsiyyət vəsiqəsində adı Müzəffər kimi göstərilmişdir. Bakı şəhər Nərimanov RPİ-nin Q və ŞV şöbəsindən şəxsiyyət vəsiqəsi alan zaman ona məlum olmayan səbəblərdən adı səhvən Müzənfər kimi göstərilmişdir. Şəxsiyyət vəsiqəsində hərif səhvinə fikir verməmişdir. Lakin, qız nəvəsinə şəxsiyyət vəsiqəsi alınan zaman ASAN Xidmət mərkəzindən bildirmişlər ki, qızının şəxsiyyət vəsiqəsində ata adı (yəni onun adı) Müzəffər, doğum haqqında şəhadətnaməsində ata adı Müzəfər, onun şəxsiyyət vəsiqəsində isə Müzənfər yazılıb və bu anlaşılmasızlıq aradan qaldırılmalıdır. ASAN Xidmət və Nərimanov rayon Polis İdarəsinə müraciət edəndən sonra doğum haqqında şəhadətnamənin təqdim edilməsi tələb olunmuş, bununla bağlı o, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa etməsini xahiş etmişdir, sonuncu vətəndaşlıq vəziyyəti aktının bərpası ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistan Respublikası ilə heç bir əlaqələri olmadığından, onun doğum akt qeydi isə orada aparıldığından doğum akt qeydini yalnız məhkəmə qaydasında bərpa etmək mümkündür. Doğum akt qeydi bərpa edilmədən adinda olan səhvi dəyişdirmək mümkün deyil. Ona görə də doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Belə olan halda onun doğum faktı məhkəmə qaydasında müəyyən edilməli və bu barədə müvafiq doğum haqqında şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmalıdır. X7 1948-ci il tarixində Ermənistan Respublikasının Axda rayonu, Təkərli kəndində anadan olması faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında X22, ana qrafasında isə X5 göstərilməklə yeni şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan № 509720 saylı Axda rayonu VVAQ bürosu tərəfindən xx.xx.1952-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1948-ci ildə Ermənistan, SSR, Axda rayonu, Təkərli kəndində anadan olmuşdur. X12, anası X3r. İş materiallarında olan № 306762 saylı nikah haqqından şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1970-ci il tarixdə X13 ilə nikaha daxil olmuşdur. Ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan № 324343 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1980-ci il tarixdə Ermənistan, SSR, Razdan rayonunda anadan olmuşdur. X4, anası X10r. İş materiallarında olan № 281695 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxx 1977-ci il tarixdə Ermənistan, SSR, Razdan rayonunda anadan olmuşdur. X4, anası X10r. İş materiallarında olan AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Emənistan, Razdan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi X9 1948-ci il tarixində Ermənistan Respublikasının Axda rayonu, Təkərli kəndində anadan olmağı faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X9 1948-ci il tarixdə Ermənistan Respublikasının Axda rayonu, Təkərli kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X22, “ana” qrafasında X6 qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar