Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1126/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi, onun xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Spitak rayonunda anadan olmağı, atasının X7, anasının X2, milliyətinin azərbaycanlı qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Spitak rayonunda doğulmuşdur. Onun anası X2 xx.xx.2008-ci ildə, atası X8 isə xx.xx.2021-ci il tarixində vəfat etmişdir.Onun hazırda 50 yaşı olduğuna görə şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət etmişdir. Məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsi ilə doğum haqqında şəhadətnaməsi arasında uyğunsuzluq vardır. O Ermənistan Respublikasında doğulduğu üçün akt qeydlərinin arxivi hazırda Qeydiyyat şöbəsində mövcud deyildir. O 1 saylı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, ona məktubla məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçinin 1973-cü ildə Ermənistan, Spitak rayonunda anadan olduğunu, atasının X8, anasının X2 olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır, ərizəçi altı bacının bir qardaşıdır. Ərizəçinin 1973-cü ildə Ermənistan, Spitak rayonunda anadan olduğunu, atasının X8, anasının X2 olduğunu təsdiq etmişdir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən Ərizəçi xx.xx.1973-cü il tarixində Ermənistan, Spitak rayonunda doğulduğu görünür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan, Basarkeçər rayonunda doğulmuşdur. xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Spitak rayonunda doğulmuşdur. Anası X6, atası X1. - Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1959-cu il tarixdə Spitak rayonunda doğulmuşdur. Anası X6, atası X1. - Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Spitak rayonunda doğulmuşdur. Anası X6, atası X1. - xx.xx.2021-ci il tarixli, AZ-İİ 221784 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - xx.xx.2018-ci il tarixli, AZ-İ 288124 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə ölmüşdür. - 37 saylı MKİS-in arayışından görünür ki, mərhumlar X7 və X2 ölən günədək C.Hacıbəyli küçəsi, 10 nömrəli, mənzil 2-də yaşayıb və pasport qeydiyyatında olublar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları’-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 3-cü hissənin 18-ci bəndinə əsasən isə Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edirik ki, tərəfinizdən şöbəmizə təqdim etdiyiniz doğum haqqında şəhadətnamədə ata adınız “İbrahimoviç”, ata bəndində ad, soyad,ata adı “X10”, ana bəndində X6” kimi yazılsada AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində ata adı “İbrahim oğlu”, təqdim etdiyiniz Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ №221784 və xx.xx.2008-ci il tarixli AZ-İ №288124 seriya və nömrəli ölüm haqqında şəhadətnamələrdə “X8” və “X2” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi özünə dair doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları’-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 3-cü hissənin 18-ci bəndinə əsasən isə Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edirik ki, tərəfinizdən şöbəmizə təqdim etdiyiniz doğum haqqında şəhadətnamədə ata adınız “İbrahimoviç”, ata bəndində ad, soyad,ata adı “X10”, ana bəndində X6” kimi yazılsada AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində ata adı “İbrahim oğlu”, təqdim etdiyiniz Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ №221784 və xx.xx.2008-ci il tarixli AZ-İ №288124 seriya və nömrəli ölüm haqqında şəhadətnamələrdə "X8” və ‘X2” kimi qeyd edilmişdir. Mövcud ziddiyyətə görə ərizənizin təmini tərəfimizdən mümkün olmamışdır. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsindən Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Spitak rayonunda doğulduğu aydın olur. Eyni zamanda şahid ifadələri ilə də bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Spitak rayonunda doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR-nin Spitak rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X7 və ana qrafasında X2, milliyəti -"azərbaycanlı" kimi qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1126/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1126/2024
19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver