Məhkəmə qərarları › İş №2(005)-1129/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1129/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1129/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və məcburi işburaxma üçün həmin tarixdən cari tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı həcmində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən işçiyə təqdim edilməli olan sənədlərdən əmək kitabçası xaricində digər sənədlər mənə təqdim edilməmişdir.Həmçinin əmək müqaviləmə xitam verilməsinə əsas olan qanunvericilik normasının tətbiqindən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş təminat normativləri gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv cdilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müxtəlif müddətlərdə rəsmi xəbərdar edilməlidir. Belə olduqda işəgötürən tərəfindən mənə azı doqquz təqvim həftəsi əvvəlcədən xəbərdarlıq məktubu göndərilməli olsa da, bu qaydaya riayət edilməmişdir. Bundan əlavə, əmək müqaviləm işəgötürən tərəfindən ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi ilə müəyyən edilən razılaşma qaydaları da pozulmuşdur. Belə ki, qanunvericiliyin bəhs olunan normasına əsasən Bu Məcəllənin 70-ci maddəsinin Mb” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh tərəfindən yuxanda götərilən normaların pozulması faktı ilə bağlı tərəfimdən Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinə müraciət olunmuş, aparılmış araşdırmalar nəticəsində göstərilən pozuntular öz təsdiqini tapsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün təşkilatın müvafiq vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi qeyri-mümkün olmuşdur. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qəranna gəldim. Lakin mübahisə predmeti olan əmrin və digər sənədlərin təqdim edilməsi üçün cavabdeh təşkilata xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etsəm də, ərizəm təmin olunmayaraq həmin sənədlər mənə göndərilməmiş və yekun əmri mübahisələndirmək hüququna bürokratik əngəllər yaradılmışdır. Əlavə olaraq nəzərinizə çatdırıram ki, hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehin səlahiyyətli nümayəndəsi sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfimdən alınaraq məhkəməyə təqdim edilir.Aşağıda gösterilən əsaslarla hesab edirəm ki, mənimlə AR DİVŞ-nin Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli əmr qanunsuz hesab edilməklə ləğv edilməli və məcburi İşburaxma üçün həmin tarixdən cari tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı həcmində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən 2(005)-1129/2025 №-li mülki iş üzrə təqdim edilmiş iddia cavabdeh tam hissədə rədd edilir. Qeyd edir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun ləğv edilmişdir. Müqavilə ləğv edilərkən, iddiaçının iddia ərizəsində verilmədiyi bildirilən sənədlər də rəsmi qaydada təqdim edilmişdir. İddiaçı müəssisədə həmkarlar ittifaqının üzvü olduğu üçün müvafiq əsasla əmək müqaviləsi ləğv edilərkən Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin də razılığı alınmışdır. İddiaçının qeyd etdiyi faktiki halları da nəzərə alaraq bildirir ki, iddiaçı xx.xx.2021- ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsini bilirdi (əmək kitabçasının ona təqdim edildiyini qeyd edir). Habelə iş materiallarına əlavə edilmiş materiallardan da görünür ki, iddiaçı X7 Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və Müfəttişlik də xx.xx.2023-cü ildə müraciətini cavablandırmışdır. X7 Xidməti vətəndaşa obyektiv araşdırma aparmadığı səbəbindən yanlış (Həmkarlar İttifaqı Komitəsinin razılığının alınmadığını bildirmişdir.) məlumat vermişdir. Buna baxmayaraq bu məlumatı alan iddiaçı (baxmayaraq ki, yanlış məlumat almışdır), məhkəməyə müraciət edə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirdi ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun ləğv edilmişdir. Müqavilə ləğv edilərkən, iddiaçının iddia ərizəsində verilmədiyi bildirilən sənədlər də rəsmi qaydada təqdim edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İddia üzrə iddia müddəti keçdiyi üçün iddia müddətini tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, SOCAR2126000 saylı əmrinə əsasən, X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Sizin “ARDNŞ-in X13” trestində əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə daxil olmuş müraciətinizə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar araşdırmaya tərəfinizdən əmək haqqı bank hesabından çıxarış və müvafiq izahat təqdim olunmuşdur. Təqdim etdiyiniz ərizə və izahatınızda işə bərpa olunmağa köməklik göstərilməsini və X7 Xidmətinin rəhbərliyi tərəfindən qəbul edilməyinizi xahiş etdiyinizi qeyd etmişiniz. Müraciətə baxılması zamanı cəmiyyətin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdə Sizinlə xx.xx.2014-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsas xitam verildiyi məlum olmuşdur. Həmin sənədlərdən işçilərin sayı və ştatlarının ixtisar edilməsi ilə bağlı xəbərdarlıq məktubunun sürətli poçt vasitəsi ilə Sizə xx.xx.2021-ci il tarixində çatdırıldığı məlum olmuşdur. əmək müqavilənizə xitam verilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilsə də, X8 Təşkilatının üzvü olmağınıza baxmayaraq bu Məcəllənin 80-ci maddəsinin tələblərinin gözlənilmədiyi müəyyən edilmişdir. Qeyd olunan hüquqpozma ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada icraata başlanması halı yaranmışdır. Lakin, xx.xx.2023-cü il tarixədə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə biləcəyini nəzərə alaraq, cəmiyyət rəhbərliyi tərəfindən törədilən inzibati xətaya görə məsuliyyətə cəlb edilmə müddətinin sonuncu günü xx.xx.2021 -ci il tarixinə təsadüf etdiyindən "ARDNŞ-in X13" trestinin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, təqdim olunmuş son haqq-hesab vərəqəsində xx.xx.2021-ci il tarixində əmək haqqı bank hesabınıza 4860.48 (dörd min səkkiz yüz altmış manat, 48 qəpik) manat ödənildiyi məlum olmuşdur.; Lakin, son haqqhesabın hesablanmasına dair sənədlər təqdim olunmadığından məsələyə tərəfimizdən münasibət bildirmək mümkün olmamışdır. Müraciətinizdə qeyd etdiyiniz X7 Xidmətinin rəhbər şəxslərinin qəbuluna yazılmaq istəməyinizlə bağlı məsələyə cavab olaraq qeyd edirik ki, xx.xx.2023-cü il tarixində, saat 16:00-da X7 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuşunuz. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmişdir. İş materiallarında olan “KQİ” tresti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli Cavabdeh rəhbərinə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz etmədiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh rəhbərinə ünvanlanmış ərizənin surətindən görünür ki, işçilərin sayının və ştatlarının ixtisar edilməsi ilə əlaqədar olaraq ona “ 10 ” sentyabr 2021-ci il tarixdən SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər ücün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilməklə, onunla bağlanmış əmək müqaviləsini ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, “Biz aşağıda imza edənlər, X13 trestinin baş mühəndisi X3, İnsan resursları departamentinin rəisi X1, İRD-nin rəis müavinləri X11, X5, İRD-nin Kadrlar üzrə aparıcı mütəxəssisləri X2, X6 bu aktı imzalayırıq ondan ötrü ki, “Neft Daşları-Günəşli” İstehsalat bölümü, 8 saylı Briqadanın xüsusi geyimin təmiri və yuyulması üzrə maşinisti İddiaçı peşəsi üzrə işini davam etdirmək təklifinə baxmayaraq, öz təşəbbüsü ilə 5 (beş) misli məbləğində birdəfəlik işdən çıxma müavinəti istədiyini bildirib.” İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı əmək fəaliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuzluğunu iddia edərək, iddia ərizəsində sadaladığı hallarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə iddiaçının əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi ilə əlaqədar cavabdehin hərəkətsizliyinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hisslələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq işdən xaric edildiyini, cavabdehlə olan əmək müqaviləsinə onun razılığı olmadan qanuna zidd olaraq xitam verildiyini, cavabdeh təərfindən iddiaçıya əmək stajından asılı olaraq əvvəlcədən xəbərdar edilməli olduğu halda bu qaydaya riayət edilmədiyini, iddiaçı ilə əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmadan xitam verildiyini, həmçinin onunla cavabdeh təşkilat arasında olan əmək müqaviləsinə xitam verilməsinə dair əmrin tələb edilməsinə baxmayaraq iddiaçıya təqdim edilmədiyini bildirmişdir, lakin işin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların, xx.xx.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsinə əsas vermədiyi işin tədqiq olunan hallarına əsasən, öz təsdiqini tapmışdır. Belə olanda məhkəmə hesab edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxmasına əsas olan SOCAR Cavabdeh xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, cavabdehlə olan əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məlum olduğu kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində göstərilmiş qaydada xəbərdarlıq edilmiş, həmin maddənin 3-cü hissəsində göstərilmiş qaydada iddiaçıya işdənçıxma müavinəti verilmişdir.Belə ki, iş materiallarında olan X7 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, işçilərin sayı və ştatlarının ixtisar edilməsi ilə bağlı xəbərdarlıq məktubunun sürətli poçt vasitəsi ilə iddiaçıya xx.xx.2021-ci il tarixində çatdırıldığı məlum olmuşdur. Habelə, xx.xx.2021-ci il tarixli akt və ərizənin surətindən görünür ki, iddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti almaqla, əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş, müvafiq olaraq ona həmin müavinət ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixindən cavabdehin onu işdən azad edilməsi ilə bağlı əmrindən məlumatlı olsa da, məhkəməyə əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi tələbi ilə yalnız xx.xx.2024-cü il tarixdə, qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə zərurət aradan qalxmışdır. Beləliklə məhkəmə yuxarıda sadalananlara məcmu halda qiymət verib hesab edir ki, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar