Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-113/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Mustafa oğlunun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X8 nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə (X17, X15, Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə (X17 və “xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qiymətləndirmə və hərracın nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı 06.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən 13.03.2018-ci il tarixində mənə məxsus “Mercedes’' avtobus markalı, 90UB373 dövlət qeydiyyat nişanlı avtomobil barədə hərrac keçirilməsi üçün verilmiş sifarişin, 26.04.2018-ci il tarixli QR-1191 saylı qiymərləndirilmə rəyinin və hərracın yekunları barədə protokolun ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 ASC ona və X16 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək 05.02.2017-ci il tarixə banka 139761.92 manat əsas borcun, 80611.40 manat faiz borcu, 1% komissiya 2795.24 manat, 2000 manat cərimə borcu olmaqla cəmi 225168.56 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat pulun tutulması, tutmanın mənə məxsus Mercedes avtobus markalı, 90UB373 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddia qismən təmin edilərək, tutmanın ona məxsus “Mercedes” avtobus markalı, 90UB373 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması hesabına borcun ödənilməsi, ipoteka predmentinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğin bizdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və iş icraya yönəldilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı 06.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən 13.03.2018-ci il tarixincə ona məxsus “Mercedes” avtobus markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə hərrac keçirilməsi üçün sifariş verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı 18.12.2017-ci il tarixli icra sənədi ilə əlaqədar, Yasamal rayon İcra Şöbəsinin 18.04.2018-ci il tarixli Qərarı və 17/72-2375- 18/23-11579 saylı 18.04.2018-ci il tarixli müraciətinə əsasən təqdim edilən sənədlər və qiymətləndirilmə obyektinə aid məlumatlar nəzərə alınaraq ona məxsus “Mercedes” avtobus markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 28.000 manat müəyyən edilmişdir. Bu barədə 26.04.2018-ci il tarixində QR-1191 saylı qiymərləndirilmərəyi tərtib edilmişdir. Hərracın yekunları barədə protokola əsasən 01.06.2018-ci il tarixində saat 11:00-da “Cavabdeh1 MMC”-rin təşkilatçılığı ilə hərrac keçirilmiş və ona məxsus “Mercedes” avtobus markalı, 90UB373 dövlət qeydiyyat nişanlı avtomobil dəyərindən qat-qat ucuz qiymətə 28.000 manata satılmışdır. Qeyd etmək istərdi ki, hərracın Keçirilməsinə dair iddiaçı məlumatlandırılmamışdır. Bu barədə yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərdar olmuşdur. Göstərmək istərdi ki, hərraca çıxarılan avtomobilin real bazar qiyməti təqribən 300.000 (üç yüz) manat təşkil edir. Hansı əsasla avtomobilin faktiki olaraq dəyərindən on dəfə ucuz qiymətə hərraca çıxarılması məlum olmadığı kimi ciddi qanun pozuntusudur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ilkin iddia ərizəsində qeyd olunanları nəzərə alaraq, mülkiyyət hüququ ilə ona məxsus olmuş “Mercedes” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinə dair olan cavabdeh “xxxx” MMC-nin 26.04.2018-ci il tarixli QR 1191 saylı qiymətləndirmə rəyinin və həmin rəylə müəyyən olunmuş qiymət əsasında Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş 01.06.2018-ci il tarixli hərracın bütün nəticələrinin etibarsız hersab edilməsi , “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər X4 və X9 cəmi 225.168,56 manat müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh2 ASC-yə ödənilməli, tutma İddiaçı məxsus olan Mercedes markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin açıq hərracdan satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməlidir. İcra vərəqəsi 18.12.2017-ci il tarixdə verilmişdir. Bu icra vərəqəsi üzrə Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin Muradov 13.03.2018-ci il tarixli qərarla icraata başlamışdır. İcra məmurunun 18.04.2018-ci il tarixli qərarı və həmin tarixli müraciəti əsasında cavabdeh "xxxx" MMC-nin 26.04.2018-ci il tarixli QR 1191 saylı qiymətləndirmə rəyi ilə avtobusun 26.04.2018-ci il tarixə bazar dəyəri 28.000 manat müəyyən edilmişdir. Daha sonra, icra məmurunun 26.04.2018-ci il tarixli 2375-18 saylı hərracın keçirilməsi haqqında sifariş məktubu əsasında avtobusun həmin qiymətlə hərracının keçirilməsi Cavabdeh1 MMC-yə tapşırılmışdır. Cavabdeh1 MMC-nin 01.06.2018-ci il tarixə təyin etdiyi və keçirdiyi hərracda avtobus 28.000 manata X1. X15 isə 11 gün sonra, 12.06.2018-ci il tarixdə 25.000 manata aldığı avtobusu 9.000 manata X3. Hesab edir ki, qiymətləndirmə və hərracın keçirilməsi qanuni keçirilmədiyindən, həm sözügedən qiymətləndirmə rəyi, həm də, bu rəydən sonra keçirilmiş hərrac, onların nəticələri etibarsız hesab edilməlidir. “xxxx” MMC-nin Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 26.04.2018-ci il tarixli məktubundan, eləcə də, 26.04.2018-ci il tarixli QR 1191 saylı qiymətləndirmə rəyindən məlum olur ki, əmlakın dəyəri müəyyən edilərkən, ancaq təqdim edilən sənədlərdə və fotolşəkillərdə əmlaka dair olan məlumatlar öyrənilmiş və qiymətləndirmə işi ancaq bu məlumatlar əsasında həyata keçirilmişdir. Başqa sözlə, qiymətləndirici əmlaka baxış keçirməmiş və əmlakın real vəziyyətini özü müayinə etməmişdir. Rəyin 5.3-cü bəndindən aydın olur ki, obyektin qiymətləndirilməsi zamanı 3 əsas yanaşmadan yalnız birindən müqayisə yanaşmasından istifadə olunmuşdur. Lakin rəydə qiymətin əldə olunmasına gətirib çıxaran müqayisəli cədvəl, əsaslandırılmış təhlil yoxdur. Qiymətin hansı obyektlərlə müqayisə edilərək, müəyyən edildiyi məlum deyil. Başqa sözlə, qiymətləndirmə rəyi əsaslandırılmayıb. Nəticədə, əmlakın real bazar dəyəri düzgün müəyyən edilməmişdir. Həmin avtobusun qiymətləndirmə rəyindəki şəkillərdə görünən vəziyyətdə belə real bazar dəyəri 150.000 manat az olmamışdır. Hesab edir ki, avtobusun 26.04.2018-ci il tarixə olan real bazar dəyəri müvafiq məhkəmə ekspertizası keçirilməklə müəyyən edilməlidir. Qiymətləndirinə fəaliyyəti özü qanuni həyata keçirilməmişdir. Belə ki, İcra haqqında” Qanunun 51.1 -ci maddəsinin 2018-ci ilin aprel ayında qüvvədə məzmununa görə: "borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir, qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur”. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin məzmununa görə isə “qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında , o cümlədən təkrar ekspertiza qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir". Lakin hazırkı icra işində Yasmal rayon icra şöbəsi ilə cavabdeh "xxxx” MMC arasında əmlakının qiymətləndirilməsi üçün heç bir müqavilə bağlanmamışdır. Beləliklə, "xxxx” MMC tərəfindən əmlakının qiymətləndirilməsi üçün hüquqi əsas olmamışdır, qiymətləndirmə qanunsuz həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 02.10.2020-ci il tarixli AQC/20-005 saylı məktubundan və məktuba əlavə edilmiş 02.09.2019-cu cu il tarixli 0024 saylı şəhadətnamənin surətindən aydın olur ki, 22.02.2017- ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx" MMC hazırkı iş üzrə qiymətləndirmə rəyi verdiyi 26.04.2018-ci il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin həqiqi (sertifikatlı) üzvü olmamışdır. Bu şirkət 02.09.2019-cu il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünə qəbul olunmuşdur. Sözügedən Cəmiyyətin üzvü olmaq isə qiymətləndirmə standartlarında mühüm şərtdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən “Qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir”. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Milli Qiymətləndirmə Standartlarında Standart 1 -in 3.3-cü bəndində göstərilir ki, qiymətləndirici - qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd müvafiq ali təhsil müəssisəsi tərəfindən verilən və qiymətləndırici ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertifikatdır. Qiymətləndirici qiymətləndirmə sahəsi üzrə ixtisaslaşan və Milli Qiymətləndirmə Standartları əsasında fəaliyyət göstərən peşəkar birliyin üzvü olmalıdır. Beləliklə, 2018-ci ilin aprel ayında “xxxx" MMC qiymətləndiricilərin peşəkar birliyi olan AQC-nin üzvü olmamaqla, dövlətin qiymətləndiricilər üçün müəyyən etdiyi standarta cavab verməmişdir. Digər tərəfdən, “İcra haqqında” Qanunun 61.1-ci maddəsinin tələbinə görə “borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir”. Həmin Qanunun 53.2-ci maddəsinin məzmununa görə isə, "borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cur əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Lakin hazırkı işdə, yuxarıda istinad olunan normaların tələblərinin pozulduğu açıq-aşkardır. Belə ki, həm Cavabdeh1 MMC ilə əmlakın satılmasına dair müqavilə bağlanmamışdır, həm də həmin şirkət “İcra haqqında” Qanunun 53.2-ci maddəsində göstərilən tələblərə cavab vermir. Bu pozuntular isə cavabdeh “Cavabdeh1" MMC-tıin bu iş üzrə 01.06.2018-ci il tarixdə keçirdiyi hərracın qanunsuz olmasına gətirib çıxarır. Göstərilənləri, ilk iddia ərizəsində qeyd olunanları nəzərə alaraq, mülkiyyət hüququ ilə ona məxsus olmuş Mercedes markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobiln bazar dəyərinə dair olan cavabdeh “xxxx" MMC-nin 26.04.2018-ci il tarixli QR 191 saylı qiymətləndirinə rəyinin və həmin rəylə müəyyən olunmuş qiymət əsasında Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş 01.06.2018ci il tarixli hərracın bütün nəticələrinin etibarsız hesab edilməsini, avtomobilin onun mülkiyyətinə geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X8 nümayəndəsi və vəkili X23 iddia tələbini qəbul etməyərək, hərracın nəticəsi barədə protokolun etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi, eyni zamanda iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Lakin Cavabdeh1 MMC məhkəmə dəftərxanası vasitəsilə yazılı etiraz ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, İddiaçı Cavabdeh1 MMC ( maraqlı şəxs qismində Cavabdeh2 ASC) qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı 06.11.2017-ci il tarixli icra vərəqəsinə əsasən 13.03.2018-ci il tarixində ona məxsus “Mercedes” avtobus markalı, 90UB373 dövlət qeydiyyat nişanlı avtomobil barədə hərrac keçirilməsi üçün verilmiş sifarişin, 26.04.2018-ci il tarixli QR-l 191 saylı qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun ləğv edilməsik-nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. İddiaçı iddia ərizəsində bildirir ki, hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Bununla əlaqədar bildirir ki, iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə 01 may 2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan, iddia ərizəsində də iddiaçı tərəfindən qeyd olunan ünvana göndərilmişdir. Hesab edir ki, iddiaçı hərrac prosesindən məlumatlı olmuş, bildirişin isə düzgün ünvana göndərildiyi halda qəbul edilməməsini iddiaçının poçt ilə olan subyektiv münasibətləri ilə əlaqələndirirlər. Həmçinin 01 may 2018-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərracla bağlı elan yerləşdirilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin hərracın keçirilməsi haqqında 2375-18 saylı sifarişin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-8147/2017 saylı, 18.12.2017-ci il tarixli irca sənədi üzrə borclu İddiaçı məxsus ilkin qiyməti 28000 manat məbləğində müəyyən edilmiş 1 ədəd “Mercedes” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtobus barədə hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan 01.05.2018-ci il tarixli, 04/31 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayonu üzrə İcra Şöbəsinin 26.04.2018-ci il tarixli, 17/72- 2375-18/23-12570 nömrəli sifariş məktubu ilə daxil olmuş kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Yasamal Rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli, 2(004)-8147/2017 saylı icra vərəqsi üzrə üzrə (ipoteka qoyan) İddiaçı mülkiyyətində olan “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılması 28000 manat ilkin satış qiyməti ilə 01.06.2018-ci il tarixə, saat 11:00-a hərracın keçirilməsi təyin edilmişdir. İş materiallarında olan “Kaspi” qazetinin 01 may 2018-ci il tarixdə dərc edilmiş Cavabdeh1 MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında açıq hərraca çıxarışlacaq borclulara məxsus daşınar və daçınmaz əmlaklar barədə elanlardan görünür ki, “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə hərracın keçirilməsinə dair elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin məhkəmə sorğusuna 19.02.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. İş materiallarında olan Bakı Şəhəri Yasamal rayon icr və probasiya şöbəsinin Azərbaycan Respublikası Baş X31 İdarəsinə ünvanlandığı 01.06.2018-ci il tarixli məktubun surətindən görnürü ki, İcraatımızdakı Bakı şəhəri Yasarral rayon məhkəməsi tərəfindən verilmiş 2(004)- 8147/2017 saylı 18.12.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus Mercedes Benz avtobus markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil ixtisaslaşdırılmış açıq hərracda X1. Göstərilənlərə əsasən borclu İddiaçı məxsus Mercedes Benz avtobus markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhdudiyyətləri götürərək X7 adına rəsmiləşdirilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi 02.06.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus olan Mersedes Benz markalı 90UB373 qeydiyyat nişanlı avtomaşının 1 ədəd qeydiyyat nişanı naməlum şəraitdə itməsi ilə əlaqədar şöbəmizə müraciət etmişdir. Odur ki, xahiş ediriik axtarış tədbirlərinin həyata keçirilməsi və DYPŞ-in şəxsi heyətinin təlimatlandırılması barədə müvafiq göstəriş verəsiniz. İş materiallarında olan Cavabdeh2 ASC-nin vəkil sorğusuna 28.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş ipoteka predmeti olan “Mercedes Benz 403” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfimizdən 18.04.2018-ci il tarixdə Saray qəsəbəsində tam yararsız və ehtiyat hissələri sökülmüş vəziyyətdə aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Mercedes Benz 403” rnarkalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtobusa dair borclu, tələbkar və icra məmurunun iştirakı ilə akt tərtib edilmişdir. Məktuba əlavə olunmuş 18 aprel 2018-ci il tarixli Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X18 tərəfindən borclu X5, tələbkar “xxxx” ASC-nin nümayəndəsi X19 və X11 iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Mercedes avtobus markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil Saray qəsəbəsində mühərriksiz və nasaz vəziyyətdə saxlanc üçün İddiaçı təhvil verilmişdir. İş materiallarında olan, “xxxx” MMC tərəfindən tərtib edilmiş QR1191 saylı qiymətləndirmə rəyindən görünür ki, “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 26.04.2018-ci il tarixə bazar dəyəri 28000 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş ƏEM/M97-555/21 saylı, 26.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqdim edilmiş sənədlər və fototəsvirlər nəzərə alınmaqla 26.04.2018-ci il tarixinə bazar dəyəri 176000 manat təçkil etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 115/2021 saylı, 01.03.2021-ci il tarixli rəydən görünür ki, “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci ildəki faktiki texniki vəziyyəti nəzərə alınmaqla 2018-ci il tarixinə bazar dəyəri 30000 manat təşkil edir. Qiymətləndirmə prosesinin təsvirində qeyd edilir ki, avtonəqliyyat vasitəsi tam yararsız vəziyyətdə olmuşdur. Qeyd edilən tarixdə sözügedən avtonəqliyyat vasitəsi dəmir konstruksiyadan ibarətdir.Avtonəqliyyat vasitəsinin salın hissəsi və mühıərrikxana hissəsində texniki parçalar olmadığı üçün avtonəqliyyat vasitəsi tamamən yarasız hesab edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 01.06.2018-ci il tarixli, 150 nömrəli Hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli, 2(004)-8147/2017 saylı icra vərəqəsi və Yasamal rayon icra şöbəsinin 17/72-2375-18/23-12570 saylı, 26.04.2018-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus “Mercedes” avtobus markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil 28000 manat satış qiyməti ilə X1. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı, 06.11.2017-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, cavabdehlər İddiaçı və X9 05.02.2017-ci il tarixə banka 139761.92 mant əsas borcu olmaqla, cəmi 225168.56 manat və 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı məxsus olan “Mercedes” avtobus markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışdan əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan qiymətləndiricilər Cəmiyyətinin 22-057 saylı, 21.04.2021-ci il tarixli məktubundan görünür ki, sizin 26 oktyabr 2020-ci il tarixli məktub və 2(005)-1076/2020 saylı, 19.10.2020-ci il tarixli Qərardad üzrə iddiaçı X6 cavabdeh “X13” MMC-yə qarşı (mübahisə prcdmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC, xxxx” MMC, X17 və X15 cəlb olunmaqla) “əmlakın qiymətləndirilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair “MERCEDES” markalı 90UB373 dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə həvalə edilib. Məlumat üçün bildirirəm ki, mütəxəssislərimiz tərəfindən iddiaçı və cavabdehin nümayəndələri ilə dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq müxtəlif bəhanələrlə ANV-nə baxış keçirilməsi üçün şərait yaratmayıblar. Yuxarıda göstərilənləri nəzərə alaraq, ANV-nin tərəfimizdən qiymətləndirmə işi həyata keçirmək mümkün sayılmır. Xahiş edirəm nəzərə alasınız. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-8147/2017 saylı, 06.11.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin iddiası təmin edilmiş, belə ki, İddiaçı və X9 cəmi 80611.40 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, İddiaçı məxsus “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş məbləğ iddiaçının hesabına ödənilməsi qət edilmişdir. İddiaçı məxsus “Mercedes avtobus” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli, 2(004)-8147/2017 saylı icra vərəqəsi və Yasamal rayon icra şöbəsinin 17/72-2375-18/23-12570 saylı, 26.04.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlak 28000 manat olan ilkin satış qiyməti ilə 01.06.2018-ci il tarixdə X1. Bununla bağlı həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. (Hərrac Təşkilatının 01.06.2018-ci il tarixli hərracın yekunları barədə protokolu). 12.06.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə sözegdən nəqliyyat vasitəsi X15 tərəfindən X2. Cavabdeh2 ASCnin vəkil sorğusuna 28.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş ipoteka predmeti olan “Mercedes Benz 403” markalı **- UB-*** dövlət qeydiyyat nişanlı avtobus tərəfimizdən 18.04.2018-ci il tarixdə Saray qəsəbəsində tam yararsız və ehtiyat hissələri sökülmüş vəziyyətdə aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Mercedes Benz 403” rnarkalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtobusa dair borclu, tələbkar və icra məmurunun iştirakı ilə akt tərtib edilmişdir. Məktuba əlavə olunmuş 18 aprel 2018-ci il tarixli Yasamal rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X18 tərəfindən borclu X5, tələbkar “xxxx” ASC-nin nümayəndəsi X19 və X11 iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Mercedes avtobus markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil Saray qəsəbəsində mühərriksiz və nasaz vəziyyətdə saxlanc üçün İddiaçı təhvil verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə qiymətləndirilmə barədə rəyin və hərracın etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi əmlakın qiymətləndirilməsi barədə rəy və əmlakın hərrac vasitəsilə alqı-satqısı zamanı ehtimal olunan hüquqlarının pozulmasından 26.04.2018-ci il tarixdən – yəni əmlaka dair “xxxx” MMC-nin 26.04.2018-ci il tarixli rəyinin tarixindən, habelə bundan sonra hərracın keçirilməsi ilə bağlı müvafiq icra tədbirlərindən 2018-ci il tarixdən məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, mülki işdən görünür ki, 18 aprel 2018-ci il tarixdə icra məmuru tərəfindən “Mercedes” avtobus markalı ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Saray qəsəbəsində mühərriksiz və nasaz vəziyyətdə aşkarlanaraq saxlanc üçün İddiaçı təhvil verilmişdir. Məhkəmə bu səbəbdən iddiaçının ilkin iddia ərizəsindəki istinad etdiyi (hərracın keçirilməsinə dair yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərdar olmasına dair) iddia tələbinin dəlillərini qeyri-mötəbər, formal mülahizələr kimi qiymətləndirir. Çünki mübahisəli nəqliyyat vasitəsi birbaşa olaraq icra məmuru tərəfindən onun özünə saxlanca verilmiş, keçirilmiş müvafiq icra tədbirləri, onların nəticələri və s. barədə sonradan məlumatlı olması barədə dəlilləri isə əsassız olmuşdur. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iş materialları ilə sübut olunur ki, Yasamal Rayon Məhkəməsinin 18.12.2017ci il tarixli, 2(004)-8147/2017 saylı icra vərəqəsi və Yasamal rayon icra şöbəsinin 17/72- 2375-18/23-12570 saylı, 26.04.2018-ci il tarixli sifariş məktubuna icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı ona qarşı belə bir icra vərəqəsinin mövcudluğu barədə məlumat olmuş və əmlakı ilə bağlı icra məmuru tərəfindən görülmüş icra tədbirlərindən xəbərsiz olması inandırıcı deyil. Göründüyü kimi, iddiaçı 22.01.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin olaraq qiymətləndirmənin və hərracın ləğv edilməsini, daha sonra isə etibarsız hesab edilməsini mübahisələndirmişdir. Mübahisəli qiymətləndirmə və hərracın nəticələri barədə protokolun 2018-ci ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 2 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Məhkəmə o cümlədən iddiaçının istinad etdiyi hallara - “Həmin avtobusun qiymətləndirmə rəyindəki şəkillərdə görünən vəziyyətdə belə real bazar dəyəri 150.000 manat az olmamışdır”, “Lakin hazırkı icra işində Yasamal rayon icra şöbəsi ilə cavabdeh "xxxx” MMC arasında əmlakın qiymətləndirilməsi üçün heç bir müqavilə bağlanmamışdır. Beləliklə, "xxxx” MMC tərəfindən əmlakının qiymətləndirilməsi üçün hüquqi əsas olmamışdır, qiymətləndirmə qanunsuz həyata keçirilmişdir.”, “xxxx" MMC hazırkı iş üzrə qiymətləndirmə rəyi verdiyi 26.04.2018-ci il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin həqiqi (sertifikatlı) üzvü olmamışdır”, “Qiymətləndirici qiymətləndirmə sahəsi üzrə ixtisaslaşan və Milli Qiymətləndirmə Standartları əsasında fəaliyyət göstərən peşəkar birliyin üzvü olmalıdır. Beləliklə, 2018-ci ilin aprel ayında “xxxx" MMC qiymətləndiricilərin peşəkar birliyi olan AQC-nin üzvü olmamaqla, dövlətin qiymətləndiricilər üçün müəyyən etdiyi standarta cavab verməmişdir”, “Belə ki, həm Cavabdeh1 MMC ilə əmlakın satılmasına dair müqavilə bağlanmamışdır, həm də həmin şirkət “İcra haqqında” Qanunun 53.2-ci maddəsində göstərilən tələblərə cavab vermir. Bu pozuntular isə cavabdeh “Cavabdeh1" MMC-nin bu iş üzrə 01.06.2018-ci il tarixdə keçirdiyi hərracın qanunsuz olmasına gətirib çıxarır” münasibətdə qeyd edir ki, bu dəlillər iddiaçının Bank qarşısında öz öhdəliklərinin yerinə yetirilməsindən yayınma üçün istinad edilən formal dəlillərdir ki, həmin əsaslara görə qiymətləndirilmə rəyinin və hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə həmin istinad olunmuş dəlillər üzrə əlavə hər hansı münasibət bildirməyə də lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə (X17, X15, Əmanətlərin Sığortalanması Fondu və “xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-113/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-113/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver