Məhkəmə qərarları › İş №2(005)-2937/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2937/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2937/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Müstəqil tələb irəli sürəməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 və "xxxx" ASC-nin nümayəndəsi X3 İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürəməyən üçüncü şəxs qismində X10 və "xxxx" ASC cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage" markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti barədə "xxxx" MMC-nin "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında" hesabatının ləğv edilməsi, "xxxx" “Kia Sportage" markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14662,50 manat məbləğinə satılması haqqında hərrac protokolunun ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanılı avtomobil hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC 14662,50 manata tələbkar alıcı "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-354/2017 saylı, 16.02.2017-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" (Azərbaycan) ASC-nin ona qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbi təmin edilərək, '‘Bank VTB” (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 17 iyul 2013-cü il tarixli, 115232-1- 7789 saylı “Avtomobil krediti müqaviləsi” ləğv edilmiş, İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 11867.20 ABŞ dolları əsas, 1283,41 ABŞ dolları faiz və 53,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13204,21 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin əşya açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələbləri ödənilməsi qət edilmişdir. Həmçinin, "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmelinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılmalı idi. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş icra sənədinə əsasən, Səbail Rayon İcra Şöbəsinin 17.09.2020-ci il tarixli sifariş məktubu ilə tutma yönəlmiş ona məxsus “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC ipoteka ilə yüklü “Kia Sportage" markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili 14662,50 manata “Bank VTB" Azərbaycan ASC-nin nümayəndəsi X1. Başqa maraqlı hal isə ondan ibarətdir ki, qiymətləndirməni həyata keçirən müəssisə elə hərracı təşkil edərək keçirən müəssisənin özüdür, bu da bir daha, hərracın qeyri-obyektiv aparılmasını göstərir. "Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən qiymətləndirmə apanlarkən "Qiymətləndirilmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və onun hüquqlarım kobud şəkildə pozulmuşdur. Ona məxsus olan avtomobilin hərracdan satılması üçün qiymətləndirmənin kim tərəfindən, hansı şəraitdə və hansı qaydada aparılması barədə heç bir məlumat, bildiriş verilməmiş, hazırki bazar qiymətinin 25000-30000 manat təşkil etməsinə baxmayaraq, avtomobilə heç baxış keçirilmədən şəxsi maraq naminə aşağı qiymətlə qiymətləndirilmişdir. Təsadüfən bu ilin aprel ayında eşitmişdir ki, ona məxsus “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili hərracda satılmışdır. Daha sonra Səbail Rayon İcra Şöbəsinə dəfələrlə müraciət etmiş ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətini və hərracın nəticələri haqqında yekun protokolun surətini versinlər. Uzun süründürməçilikdən sonra nəhayət ki, sözü gedən sənədlərin, natamam da olsa surətlərini ala bilmişlər. Sonra öyrənmiş ki, ona məxsus əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılmışdır. Qiymətləndirməyə çıxarılmış avtomobilimlə eyni ildə istehsalı və eyni markalı avtomobillərin hazırda real bazar qiymətləri 25000-30000 manat təşkil edir. Buna baxmayaraq bu hal nədənsə, qiymətləndirici tərəfindən nəzərə alınmamışdır. Bütün bunlar bir daha onu əsas verir ki, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən keçirilən qiymətləndirmə həqiqəti əks etdirmir. Beləliklə, ona məxsus avtomobilin real bazar 25000- 30000 manat təşkil etməsinə baxmayaraq, qiymətləndirici tərəfindən 14662,50 manata məbləğində qiymətləndirilməsi və bu qiymətlə də hərraca, çıxarılması, o cümlədən hərracda 14662,50 manat məbləğinə satılması ciddi qanun pozuntusudur, hüquqlarını pozduğu və reallığı əks etdirmədiyi üçün hərracın nəticələri ləğv edilməli və avtomobilin real qiymətini müəyyənləşdirmək üçün təkrar ekspertiza keçirilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürəməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 bildirmişdir ki, bank vicdanlı alıcıdır, avtomobili bank öz adına qanuni qaydada rəsmiləşdirmişdir. Əvvəlki məhkəmə iclasında Müstəqil tələb irəli sürəməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, vicdanlı alıcıdır, avtomobili bankdan öz adına qanuni qaydada rəsmiləşdirmişdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC-nin Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanladığı 25.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili 14662,50 manata tələbkar "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X11 əldə etmişdir. "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 23.09.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-354/2017 saylı 16.02.2017-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtl 16.10.2020-ci il saat 11:00.Əmlakın ilkin satış qiyməti 23000 manat. "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 19.10.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-354/2017 saylı 16.02.2017-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtl 30.10.2020-ci il saat 11:00.Əmlakın satış qiyməti 23000-15%=19550 manat. "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 04.11.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 04.11.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə yəni 14662,50 manat olmaqla ipoteka saxlayana təklif olunur. Hərracın yekunları barədə 44/03 nömrəli 25.11.2020-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil 14662,50 manata ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X11 əldə etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-354/2017 saylı 16.02.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 11867.20 ABŞ dolları əsas, 1283,41 ABŞ dolları faiz və 53,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13204,21 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin əşya açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələbləri ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin 14.09.2021-ci il tarixli “Kia Sportage” markalı, **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qiymətləndirilməsi rəyindən görünür ki, qiymətləndirmə tarixinə qiymətləndirilən nəqliyyat vasitəsinin 2021-ci il tarixinə tələb və təklif qarşılıqlı təsiri nəticəsində “Kia Sportage” markalı, **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri – 29500 manat, likvid dəyəri 27500 manat təşkil edir. X4 Şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İşin hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmiş və hərracda ilkin satış qiyməti 23000 manat təşkil etmişdir. Avtomobilin qiyməti "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 23.09.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən də aydın olur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş 14.09.2021-ci il tarixli rəydə bu avtomobilin likvid dəyəri 27500 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmamışdır. Bununla da məhkəmə hesab edir ki, qiymətləndirməyə dair hesabatn əsassız olmasına hər hansı əsas mövcud deyildir. Göründüyü kimi “"xxxx" MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” 04 yanvar 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdır. Bundan başqa iddiaçı 44/03 saylı 25.11.2020-ci il tarixli hərracın yekunları barədə protokolunun ləğv edilməsini və ondan irəli gələn digər iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun ləğvini deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Bununla belə iddiaçı 2346 saylı 27.11.2017-ci il tarixli protokolun etibarsızlığını deyil, ləğv edilməsini xahiş etmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, hərrac təşkilatının açıq hərracın nəticələri haqqında Hərracın yekunları barədə 44/03 nömrəli 25.11.2020-ci il tarixli protokoluna görə "xxxx" MMC tərəfindən 25.11.2020-ci il tarixdə hərrac keçirilmişdir. İpoteka predmetini İddiaçı məxsus “Kia Sportage” minik markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil etməklə, hərrac “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC-nin 14.09.2021-ci il tarixli ekspert rəyinin verilməsi üçün 500 (beş yüz) manat ekspert xərci iddiaçıdan tutularaq (Bank: "xxxx" ASC Sumqayıt şəhər filialı, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, KOD 200253, SWİFT AİİBAZ2X, hesab nöm: AZ06AİİB********************) "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürəməyən 3-cü şəxs X10) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış əmlakın qiymətləndirilməsi tədqiqtanın dəyəri 500 (beş yüz) manat məbləğində pul İddiaçı tutularaq (Bank: "xxxx" ASC Sumqayıt şəhər filialı, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, KOD 200253, SWİFT AİİBAZ2X, hesab nöm: AZ06AİİB********************) "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar