Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1275/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh MMC-nin (hazırki "xxxx" MMC) nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2601/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh MMC-yə, qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” 06 aprel 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülülkdən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-in ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ondan "xxxx" ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzi olan tutmanın, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılmasına, habelə, satışdan borcun ödənilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İddiaçı, Zülfiyə Mahmudova və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İlhamə Mahmudova və Zemfıra Tahirovanın yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, Zülfiyə Mahmudovaya məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılmasına dair hissədə təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Narazı qalan tərəf apelyasiya və kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-737/2016 saylı həmin iş üzrə 03.03.2016-cı il tarixli qərarı ilə məhkəmə qərarları dəyişdirilmədən saxlanmış, həmin andan Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu səbəbdən hərrac təşkilatı olan Cavabdeh MMC Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Maraqlı şəxs2 17/70-4849/14 saylı, 12.12.2017-ci il tarixli məktubuna uyğun olaraq, 06 aprel 2018-ci il tarixdə hərrac keçirilmişdir. Lakin, Cavabdeh MMC 06 aprel 2018-ci il tarixdə keçirilmiş hərracın-“Hərracın yekunları barədə” 39/3 saylı protokolunu Maraqlı şəxs2 vasitəsilə ona 03 iyul 2018-ci il tarixdə təqdim etməklə mülki hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, onun hüquq və mənafelərinə ziyan vurmuşdur. Halbuki, həmin müddətdən hal-hazıradək, yüklü edilmiş cavabdehlərə məxsus əmlaklar bizə ziyan vurulmadan daha münasib və sərfəli qiymətdə satıla, eləcə də onun əmlaklarından məhrum edilmədən borc öhdəliklərinin təmin edilməsinə imkan yarana bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiyası məhkəməsi faktiki halları araşdırarkən nəzərə almamışdır ki, hərrac əməliyyatlarının həyata keçirilməsi konkret prosedur normaları ilə müəyyənləşdirilir və həmin qaydaların təmin edilməsi ilk növbədə tərəflərin konstitusion normalarla nəzərdə tutulmuş imperativ tələbdir. Cavabdeh MMC 06.04.2018ci il tarixdə keçirilmiş hərracın - “Hərracın yekunları barədə” 39/3 saylı protokolunun qanunla müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilməməsi ciddi qanun pozuntusu olması ilə yanaşı onun hüquqlarını pozmaqla ləğvinə hüquqi əsaslar yaranmışdır. Hərrac təşkilatı nəzərə almamışdır ki, mülki hüquq münasibətlərində tərəflər ayrı-ayrı fərdlərlə yanaşı konkret subyekt hüquqları əldə etmiş şəxslərdir və onların mülki hüquq normaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla birinin digəri qarşısında yaranmış öhdəliklərinə görə cavabdehlik daşımırlar. Məhkəmə isə həmin halların zəruri olduğunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzili və Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə dair Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixli, 39/3 nömrəli potokolu və Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, qətnamənin əmlakın ipoteka yüklülüyünə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir Həmin qətnamədən Cavabdeh MMC-nin (hazırki "xxxx" MMC) nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin (hazırki "xxxx" MMC) nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “Hərrac protokolunun ləğv edilməsi tələbini iddiaçı yalnız 06.04.2018-ci il tarixli hərracın yekunları barədə 39/3 saylı protokolunun qanunla müəyyənedilmiş müddətlərdə ona təqdim edilməməsinin ciddi qanun pozuntusu olması ilə əsaslandırmış, hərrac barədə məlumatlandırılmadıqları, bildiriş almadıqları barədə heç bir dəlil irəli sürmədikləri halda, apellyasiya instansiyası məhkəməsi ipotekaqoyan İddiaçı hərrac barədə müvafiq qaydada məlumatlandırılmadığını (xəbərnamələrin kserosurət olmasına görə) və hərrac keçirilərkən onun hüquqlarının pozulduğu və hərracın keçirilmə qaydalarının pozulması nəticəsinə gəlmişdir....apellyasiya məhkəməsi tərəfindən hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair yazılı sübutlar qiymətləndirilərkən MPM-nin 89-cu və 77.3-cü maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, hərrac təşkilatı tərəfindən hərrac prosesi barədə bildirişlərin ipotekaqoyanlara təqdim edilməsi barədə xəbərnamələrin kserosurət olmasına görə onları mötəbər sübut hesab etməyən məhkəmə həmin sənədlərin əsillərinin və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini hərrac təşkilatına təklif etməmişdir. ... Eyni zamanda, məhkəmə hərracın yekunlarına dair hərrac protokolunu və hərracın yekunlarına dair alqısatqı müqaviləsini etibarsız hesab edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun pozulmasını bildiyi anı müəyyən edərək, əqdlərin mübahisələndirilməsi üçün iş üzrə iddia müddətinin (kəsici müddətin) buraxıb-buraxmamasını müzakirə etməli olduğu halda, bunu etməmişdir. ....Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni qətnamə ilə tutma yönəldilmiş 3-cü əmlaka, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair 2018-ci ilin aprel ayında iddia qaldırmış və iş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qərarından görünür ki, həmin iddia tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, hərrac keçirilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hazırki iddianı isə iddiaçı 15.07.2020-ci il tarixdə irəli sürmüşdür...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması, habelə tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İddiaçı, Zülfiyə Mahmudova və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə İlhamə Mahmudovaya məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İlhamə Mahmudova və Zemfıra Tahirovanın yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X2 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3138/2019 saylı 01.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 39/3 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında, 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin ilkin satış qiyməti 85000 AZN, ipoteka predmetinin qiyməti 54.187 manat, Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin ilkin satış qiyməti 87000 AZN, ipoteka predmetinin qiyməti 55.462 manat olmuşdur. "xxxx" MMC-nin 29 oktyabr 2010-cu il tarixli qiymətləndirmə və sığorta ekspertizası aktından (hesabatdan) görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin bazar qiymətinin dəyəri 75.000 manat, likvid dəyəri 68000 manat dəyərləndirilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı, İlhamə Mahmudova, Zülfiyə Mahmudova və Zemfıra Tahirovaya ünvanlanmış açıq hərracın keçirilməsinə dair 29.11.2017-ci il tarixli 03/124 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10.03.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 29.01.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı, İlhamə Mahmudova, Zülfiyə Mahmudova və Zemfıra Tahirovaya ünvanlanmış açıq hərracın keçirilməsinə dair 29.11.2017-ci il tarixli 122 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10.03.2015-ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 29.01.2018-ci il tarixdə saat 11:00da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və Zemfıra Tahirovaya göndərilmiş, 10.01.2018-ci il tarixdə İddiaçı tərəfindən, 17.01.2018-ci il tarixdə Zemfıra Tahirova tərəfindən qəbul edilmiş və bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 29 dekabr 2017-ci il tarixli 224 (3974) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, İlhamə Mahmudova, Zülfiyə Mahmudova və Zemfıra Tahirovaya ünvanlanmış açıq hərracın keçirilməsinə dair 08.02.2018-ci il tarixli 03/124-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10.03.2015- ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 09.03.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 87000 manat, 15% endirimli satış qiyməti 73950 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, İlhamə Mahmudova, Zülfiyə Mahmudova və Zemfıra Tahirovaya ünvanlanmış açıq hərracın keçirilməsinə dair 08.02.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 10.03.2015-ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 09.03.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 85000 manat, 15% endirimli satış qiyməti 72250 manat müəyyən olunmuşdur. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və Zemfıra Tahirovaya göndərilmiş, hər ikisi 19.02.2018-ci il tarixdə bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 08 fevral 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, 09 mart 2018-ci il tarixdə keçirilən hərrac zamanı əmlakların qiyməti 15% endirimlə həyata keçirilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 06 aprel 2018-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən verilmiş sorğuya əsasən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh MMC tərəfindən keçirilmiş 06 aprel 2018-ci il tarixli 39/3 saylı protokol üzrə hərrac barədə sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, həmin sənədlər yuxarıda qeyd edilən səndlərlə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materiallarında olan bildirişlərdən görünür ki, birinci hərracın keçirilməsi 29.01.2018-ci il tarixə, ikinci hərracın keçirilməsi 09.03.2018-ci il tarixə təyin edilmiş və “Kaspi” qəzetində müvafiq elanlar verilmişdir. İş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlaklarla bağlı ilkin hərrac baş tutmadığından mənzilin və torpaq sahəsinin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 72.500 manat və 73950 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 09.03.2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Kaspi” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmış və iddiaçı şəxsən özü bildirişləri qəbul etmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Kollegiya, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. İş materiallarından görünür ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015ci il tarixli qətnaməsi ilə tutma yönəldilmiş 3-cü əmlaka, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi tələbinə dair 2018-ci ilin aprel ayında iddia qaldırmış və iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş materialalrında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qərarından görünür ki, yuxarıda qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən vermiş kassasiya şikayəti isə Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə təmin edilməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2601/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1275/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1275/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver