Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1395/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X4 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürəməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2937/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, X11 və "xxxx" ” (Azərbaycan) ASC müstəqil tələb irəli sürəməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013-cü il olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti barədə "xxxx" MMCnin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatının ləğv edilməsi, "xxxx" “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14.662,50 manat məbləğinə satılması haqqında hərrac protokolunun ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanılı avtomobil hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC 14.662,50 manata tələbkar alıcı "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 354/2017 saylı, 16.02.2017-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" (Azərbaycan) ASC-nin ona qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbi təmin edilərək, "xxxx" (Azərbaycan) ASC ilə arasında bağlanmış 17 iyul 2013-cü il tarixli, 115232-1-7789 saylı “Avtomobil krediti müqaviləsi” ləğv edilmiş, ondan Bank "xxxx" (Azərbaycan) ASCnin xeyrinə 11.867,20 ABŞ dolları əsas, 1.283,41 ABŞ dolları faiz və 53,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.204,21 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin əşya açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələbləri ödənilməsi qət edilmişdir. Həmçinin, "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmelinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsi ona qaytarılmalı idi. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra verilmiş icra sənədinə əsasən, Səbail Rayon İcra Şöbəsinin 17.09.2020-ci il tarixli sifariş məktubu ilə tutma yönəlmiş ona məxsus “Kia Sportage” markalı avtomobilin qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-yə həvalə edilmiş və avtomobil 14.662,50 manata "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X1. Başqa maraqlı hal isə ondan ibarətdir ki, qiymətləndirməni həyata keçirən müəssisə elə hərracı təşkil edərək keçirən müəssisənin özüdür, bu da bir daha, hərracın qeyri-obyektiv aparılmasını göstərir. "xxxx" MMC tərəfindən qiymətləndirmə apanlarkən “Qiymətləndirilmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona məxsus olan avtomobilin hərracdan satılması üçün qiymətləndirmənin kim tərəfindən, hansı şəraitdə və hansı qaydada aparılması barədə heç bir məlumat, bildiriş verilməmiş, hazırki bazar qiymətinin 25.000-30.000 manat təşkil etməsinə baxmayaraq, avtomobilə heç baxış keçirilmədən şəxsi maraq naminə aşağı qiymətlə qiymətləndirilmişdir. Təsadüfən bu ilin aprel ayında eşitmişdir ki, ona məxsus “Kia Sportage” markalı avtomobil hərracda satılmışdır. Daha sonra Səbail Rayon İcra Şöbəsinə dəfələrlə müraciət etmiş ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətini və hərracın nəticələri haqqında yekun protokolun surətini versinlər. Uzun süründürməçilikdən sonra nəhayət ki, sözü gedən sənədlərin, natamam da olsa surətlərini ala bilmişdir. Sonra öyrənmiş ki, ona məxsus əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılmışdır. Qiymətləndirməyə çıxarılmış avtomobilimlə eyni ildə istehsalı və eyni markalı avtomobillərin hazırda real bazar qiymətləri 25000-30000 manat təşkil edir. Buna baxmayaraq bu hal nədənsə, qiymətləndirici tərəfindən nəzərə alınmamışdır. Bütün bunlar bir daha onu əsas verir ki, "xxxx" MMC tərəfindən keçirilən qiymətləndirmə həqiqəti əks etdirmir. Beləliklə, ona məxsus avtomobilin real bazar 25000-30000 manat təşkil etməsinə baxmayaraq, qiymətləndirici tərəfindən 14.662,50 manata məbləğində qiymətləndirilməsi və bu qiymətlə də hərraca, çıxarılması, o cümlədən hərracda 14.662,50 manat məbləğinə satılması ciddi qanun pozuntusudur, hüquqlarını pozduğu və reallığı əks etdirmədiyi üçün hərracın nəticələri ləğv edilməli və avtomobilin real qiymətini müəyyənləşdirmək üçün təkrar ekspertiza keçirilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2939/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürəməyən 3-cü şəxs X11) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nəticələrinin ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış əmlakın qiymətləndirilməsi tədqiqtanın dəyəri 500 (beş yüz) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən avtomobilin qiymətləndirilməsinə, avtomobilin hərracda dəyərindən iki qat aşağı qiymətə satılmasına, avtomobilin ipoteka saxlayan Bankın əməkdaşı tərəfindən alınmasına, sonradan ikiqat artıq qiymətə satılmasına, hazırda avtomobilin qiymətinin 29.500 manat olması barədə ekspert rəyinə hüquqi qiymət verilməmişdir. Qiymətləndirmə və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi halıda araşdırılmamışdır. İcra məmuru ipoteka qoyan kimi onun razılığı olmadan, ona məlumat vermədən hərracın keçirlməsi barədə sifariş vermişdir. İpoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirən şəxs tərəfindən müəyyən olunmamışdır. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair ona sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməmişdir. İpoteka predmetinin satılması üzrə təkrar hərrac zamanı təkilf olunan məbləğ ipoteka saxlayanın tələblərini ödəmir. Ona görə də hərrac keçirilməməli idi. İlkin və təkrar hərrac mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar pozulmaqla keçirildiyi üçün etibarsız sayılmalıdır. Hərraca ilkin satış qiyməti 23.000 manat təklif olunan avtomaşının 14.462,50 manata satılması, sonradan avtomobilin Nicat Məmmədov tərəfindən 24.500 manata X2, ekspert tərəfindən avtomobilin 2021-ci il tarixə bazar qiymətinin 29.500 manat, likvid dəyərinin 27.500 manat müəyyənləşdirilməsi barədə hallar araşdırılmamış, ipoteka saxlayan Bankın onun hesabına hüquqdan sui-istifadə edərək varlanmasına hüquqi qiymət verilməmişdir. Hərracın yuxarıda qeyd edilən qanun pozuntuları ilə keçirilməsi halları, bazar dəyəri 29.500 manat olan avtomobilin qiymətinin hərracda hansı əsaslarla 14.462,50 manat qiymətləndirilməsi barədə faktlar araşdırılmamış, hərracın mülki qanunvericiliyin tələblərinə uyğun keçirilməsi sübut edilməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin yuxarıda şərh olunan obyektiv hallarına uyğun deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2937/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürəməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2937/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, müstəqil tələb irəli sürəməyən üçüncü şəxs "xxxx" (Azərbaycan) Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2939/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası cavabdeh İddiaçı və müstəqil tələb irəli sürəməyən üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi Vüqar Qaracayevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2939/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakı sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 354/2017 saylı, 16 fevral 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 11867.20 ABŞ dolları əsas, 1283,41 ABŞ dolları faiz və 53,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13204,21 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, mühərrik nömrəsi G4KEDH416524, ban nömrəsi KNAPC812DD7480758, buraxılış ili 2013 olan, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməklə, həmin əşya açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələbləri ödənilməsi qət edilmişdir.(İ.vər. 65 - 66) İş materiallarında olan, "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 23.09.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 354/2017 saylı 16.02.2017-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtl 16.10.2020-ci il saat 11:00.Əmlakın ilkin satış qiyməti 23000 manatdır.(İ.vər. 116) İş materiallarında olan, "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 19.10.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 354/2017 saylı 16.02.2017-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilmiş və hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtl 30.10.2020-ci il saat 11:00.Əmlakın satış qiyməti 23000-15%=19.550 manatdır.(İ.vər. 119) İş materiallarında olan, "xxxx" MMC tərəfindən İddiaçı, Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanlanan 04.11.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, İddiaçı mülkiyyətində olan “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 04.11.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə yəni 14.662,50 manat olmaqla ipoteka saxlayana təklif olunur.(İ.vər. 121) İş materiallarında olan, "xxxx" MMC-nin Səbail Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" ASC-yə ünvanladığı 25.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.662,50 manata tələbkar "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X12 əldə etmişdir.(İ.vər. 10) İş materiallarında olan, Hərracın yekunları barədə 44/03 nömrəli 25.11.2020-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus “Kia Sportage” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.662,50 manata ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X12 əldə etmişdir.(İ.vər. 35) İş materiallarında olan, "xxxx" MMC-nin 14.09.2021-ci il tarixli “Kia Sportage” markalı, **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qiymətləndirilməsi rəyindən görünür ki, qiymətləndirmə tarixinə qiymətləndirilən nəqliyyat vasitəsinin 2021-ci il tarixinə tələb və təklif qarşılıqlı təsiri nəticəsində “Kia Sportage” markalı, **-SD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri – 29500 manat, likvid dəyəri 27500 manat təşkil edir.(İ.vər. 77 - 91) İş materiallarında olan, X6 Şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X10r.(İ.vər. 128) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa məhkəmə kollegiyası İddiaçı apеlyasiya şikayətin hərracın yekunları barədə protokolun ləğv edilməsi və ondan irəli gələn digər tələblərin təmin edilməli olması barədə dəlillərinə münasibət bildirərək aşağıdakılarə bildirməyi zəruri hesab edir.. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun ləğvini deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. İddiaçı isə 2346 saylı 27.11.2017-ci il tarixli protokolun etibarsızlığını deyil, ləğv edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanunun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan “Kia Sportage” minik markalı avtomobilin hərracı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-354/2017 nömrəli, 16.02.2017-ci tarixli icra vərəqəsinin və Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin 137487/17 -16-15/7352 nömrəli, 17.09.2020-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuş, İddiaçı məxsus “Kia Sportage” minik markalı avtomobil 14.662,50 manata 01 saylı tələbkar alıcı "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi X3 hesab edilmiş və lazımi sənədlər tərtib edilmişdir. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. Nəticədə girov predmeti olan daşınar əmlak hərracda tələbkar tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan “Kia Sportage” minik markalı avtomobil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə əsassız olduğundan təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan avtomobilə tutma yönəldilmiş və hərracda ilkin satış qiyməti 23.000 manat təşkil etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş 14.09.2021-ci il tarixli rəydə isə avtomobilin likvid dəyəri 27.500 manat müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qiymətləndirməyə dair hesabatın əsassız hesab edilməsinə dair hər hansı əsas mövcud deyildir və "xxxx" MMC tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında” 04 yanvar 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdır və iddia tələbinin həmin hissədə də təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı apelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2937/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2937/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1395/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1395/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver