Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-26/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nə qarşı qiymətləndirmə rəyinin və hərracların nəticələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nə qarşı qiymətləndirmə rəyinin və hərracların nəticələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, 16.03.2022-ci il tarixli məhkəmə iclasında iştirak etməmişlər və nümayəndələrinin iştiraklarını təmin etməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin üzürlü hesab olunması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdirlər. Bu səbəbdən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi “X2” MMC-yə həvalə edilmiş, ekspert rəyini məhkəməyə göndərmiş və mülki iş üzrə qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı məbləği kimi 300 manat göstərmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına təkrarən gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçı tərəf məhkəmə baxış iclasına gəlmədiyindən və onlar tərəfindən məhkəməyə heç bir ərizə təqdim etmədiyindən mülki iş baxılmamış saxlandığı üçün ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin babaxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nə qarşı qiymətləndirmə rəyinin və hərracların nəticələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı 300 (üç yüz) manat ekspertiza xərci (Bank rekvizitləri: "xxxx" ASC, Kod 510277, VÖEN **********, M/h AZ98NABZ********************4, SWİFT BİK: NİCBAZ22, H/h AZ69NİCB**********0001A40090) tutularaq “X2” MMC-nin bank hesabına köçürülsün. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-26/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-26/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver