Məhkəmə qərarları › İş №2(005)-1130/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1130/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1130/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X20 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh "X22" QSC-nin nümayəndəsi X2, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "X22" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, yenilənmiş müqavilənin bərpa edilməsi, əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X22" QSC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılmağı ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli 196/K saylı işdən çıxarılma əmrinin ləğv edilməsi, iddiaçının yenidən işə bərpa olunmağı, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı «Azərboru" ASC-də bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləyirdi. 1978-ci üdə “X4 sənaye və mülkü tikinti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla Azərbaycan Boruyayma zavodunun bina və qurğularının təmiri və tikintisi ilə məşğul olan “Mərkəzi metallurqtəmir” trestinin “Azərbaycan İxtisaslaşdırılmış tikinti quraşdırma” idarəsində işə başlayıb. 2002-ci ildən sonra Cavabdeh2 ASC-də işləyir. 2003-cü ildən 2017-ci ilə qədər “Bina və Qurğuların təmiri və istismarı” şöbəsinin rəisi işləmişdir. 2017-ci ildə Cavabdeh2 ASC “X22"-nin 3-cü İstehsalat sahəsinə çevrildikdən sonra işlədiyi şöbə ixtisara düşdü və iddiaçı indiyə qədər cavabdeh təşkilatda “Bina və Qurğuların təmiri və istismarı“ üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləyirdi. Podratçı təşkilatlar tərəfindən. Cavabdeh2 ASC-də bina və qurğularda aparılan təmir işlərinə nəzarət edir və vaxtaşırı istehsalatdan iddiaçının sərəncamına verilmiş 3-4 nəfər işçi ilə bütün cari təmir işlərini yerinə yetirirdi. Aylıq əmək haqqı 406 AZN-dir. Öz işini yaxşı bilir və layiqincə yerinə yetirir. Bunu cavabdeh təşkilatın və o cümlədən Cavabdeh2 ASC-nin kollektivi və rəhbərliyi yaxşı bilir. xx.xx.2017-ci ildə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə dəyişiklik edilməklə əmək haqqına 470 manatdan 564 manata dəyişiklik edilmişdir. X21 Company MMC tərəfindən edilən məcbui dəyişikliklə əlaqədar iddiaçının əmək haqqı sabit 564 manat qalmaqla 2 hissəyə bölünmüşdür. Beləki xx.xx.2019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi yenilənməklə əsas iş yeri cavabdeh təşkilat göstərilmişdir və əmək haqqı 374 manata dəyişdirilmişdir. Eyni zamanda əvəzçilik üzrə Cavabdeh2 ASC-ə qəbul edilmişdir və orada əmək haqqı 193 manat göstərilmişdir. Bu dəyişikliyin müvəqqəti olduğu iddiaçıya bildirilmişdir. 23 sentyabr 2022-ci il tarixinə aid Cavabdeh1 QSC tərəfindən işlədiyi iş yerinin ixtisarı ilə əlaqədar iddiaçıya 03 noyabr 2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq verilmişdir. İddiaçı həmin xəbərdarlığa xx.xx.2022-ci il tarixdə imza edib qəbul etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə heç bir qiymətləndirmə aparılmadan, sanki kiminsə “ala gözünə qara qaşına” prinsipi ilə iddiaçını işdən çıxardılar. xx.xx.2022-ci il tarixli 196/k saylı ƏMR ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdilər. Aşağıdakı qeyd edilən arqument və əsaslara əsasən qeyd edilən əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri baxımından həm faktiki, həm də hüquqi əsası yoxdur. Göründüyü üzrə, məlum əmr Əmək Məcəlləsinin 70,71,76,77,79 və 80-ci maddələrin tələbləri və şərtləri pozulmaqla rəsmləşdirilmişdir Belə ki, əmrdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinin tələbləri baxımından ümumiyyətlə işəgötürən tərəfindən işçilərin sayı yoxsa ştatların ixtisar aparılması barədə təfsilatlı ilə qeyd edilməmiş və qeyd edilən ixtisarlardan hansının keçirməsini müəyyən edə bilməmişdir. Bundan başqa əmrdə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndi ilə xitam verilməsinin zəruriliyinin əsaslandırılmaması ona dəlalət edir ki, işəgötürən səlahiyyətləri daxilində faktiki olaraq İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən hər hansı tədbirlər həyata keçirtməmişdir. Bu da onu deməyə əsas verir ki, ümumiyyətlə işəgötürən qərəzli yanaşmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinin tələblərini gözdən qaçırmışdır. Eyni zamanda iddiaçının tanış olmaq hüququnu pozmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinin əsasını "Xəbərdarlıq məktubunda doğru dürüst qeyd edə bilməmişdir. Lakin məlum əmrdə bununla bağlı qeydlər olmadığından bu halın ümumiyyətlə olmamasına dəlalət edir. Bu onu deməyə əsas verir ki, işəgötürən qanunvericiliyin tələblərini pozmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ləğv edilməsi motivi əsasında “ixtisarın aparılması” adı altında əsassız əmr rəsmləşdirmiş nəticədə qanuna zidd hərəkətlərini pərdələmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddənin birinci hissəsinin tələbləri baxımından İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Bildirir ki, işəgötürən tərəfindən iddiaçıya bu halla bağlı rəsmi xəbardarlıq məktubu xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Belə bir xəbərdarlığın və ixtisarın aparılması barədə əmrin olmaması iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinə 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsini yolverilməməzliyini subut edir. Həmçinin, bildirir ki, AR Əmək Məcəllənin 76-cı maddəsinin ikinci bəndinin dispozisiyasına əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsi yolverilməzdir. Göründüyü üzrə cavabdehin mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 196k saylı əmri heç bir subutla təsdiq olunmayan və işçinin vəzifə səlahiyyətləri ilə səbəbli əlaqəsi olmağına dair hallarla əlaqələndirilməyən şəkilədə ümumi sözlərlə ifadə edilərək rəsmləşdirilmişdir. Belə ki, işəgötürən tərəfindən istənilən hər hansı formada deyil, bütün müvafiq əsaslandırma sənədləri əlavə edilməklə əsaslandırılmış yazılı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməli idi. Həmçinin qeyd edir ki, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə ləğv edilməsi ilə Həmkarlar İttifaqına müraciət edilməməsi faktı əmrin verilməsinin qanunsuz olduğuna əsas olan hallar kimi göstərilməməsi də sübut edir. Bütün xüsusatları nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, bütün qeyd edilən xususatlar ona dəlalət edir ki, işəgötürən sağlam əmək münasibətlərini pozmaq həmçinin iddiaçının peşəkarlıq səviyyəsinə xələl gətirmək üçün məcmu halında AR Əmək Məcəlləsinin 70, 71.76, 77,79 və 80-cı maddələrin əsas tələbləri və şərtləri pozulmaqla əmək müqaviləsinə xitam vermişdir, bu isə məhkəmə tərəfindən mübahisəli əmrin ləğv edilməsi üçün tatarlı əsaslardır. Belə ki, Azərbaycan Resupublikasıntn tərajdar çıxdığı və 6 yanvar 2004-cü il AR Qanuni ilə təsdiq (ratifikasiyaı edilmiş, "Avropa Sosial Xartiyasının " 24-cu maddəsinin "a" bəndinə əsasən, bimin işçilərin onların vəzifəsi və ya davranışı, yaxud mitəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi uçun qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüquqi olduğu tanınmışdır. İddiaçı qərarı aldıqdan dərhal sonra işəgötürənə - cavabdehə mediasiya təklifi göndərib. Sumqayıt şəhərində fəaliyyət göstərən mediatorun yanında X7 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə Mediasiya Sessiyasında iştirak etmək barədə arayışı almışdır. Hesab edir ki, bu hissədə də müddət ötürülməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının Cavabdeh2 ASCilə əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Cavabdeh2 ASC- tərəfindən verilmiş əmrin ləğv edilməsi, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə iddiaçının Cavabdeh2 ASC ilə xx.xx.2019-cu ildə əvəzçilik üzrə bağlanmış müqaviləyə (əmək haqqı -193 azn) xitam verilmişdir. Aşağıdakı qeyd edilən arqument və əsaslara əsasən qeyd edilən müqavilənin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ondan əvvəl, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci ildə bağlanmış, (əmək haqqının məbləği -470 azn) xx.xx.2017-ci ildə yenilənmiş (əmək haqqının məbləği - 564 azn) və sonra xx.xx.2022-ci ildə bir daha yenilənmiş müqavilənin bərpa edilməsi, ”Azər boru” ASC tərəfindən xx.xx.2022-ci il tarixində əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 1.Cavabdeh2 ASC sərbəst müəssisədirsə, nə səbəbdən iddiaçı 2002-ci ildən işlədiyi “Azərboru’' ASC-dən xx.xx.2017-ci ildə Cavabdeh1-ya, xx.xx.2019-cu ildən təzədən əvəzçilik üzrə Cavabdeh2 ASC- yə keçirdilər. Hər dəfə iddiaçının əmək hüquqları (müddətsiz əmək stajı hüququ) niyə pozulur? 2. Cavabdeh2 ASC, Cavabdeh1 QSC-nin 3-cü istehsalat sahəsidirsə, bir müəssisədə iki müqavilə ilə işləmək nə dərəcədə doğrudur? 3. Ümumiyyətlə, xx.xx.2017-ci ildən Cavabdeh1 ilə müqavilə olduğu halda xx.xx.2019-cu ildə Cavabdeh2 ASC-ilə əvəzçilik üzrə bağlanmış müqavilə hansı zərurətdən yaranmışdır? 4.Müqavilədə iddiaçının iş yeri kimi göstərilən (“Bina və Qurğuların təmiri və istismarı şöbəsi”) 2016-cı ildən yoxdursa, (ixtisara salınmışdır) bu müqavilənin nə dərəcədə hüququ əsası vardır? 5. Müqavilədə işə götürən kimi göstərilən Anar Məmmədov 2014-cü ildən sonra Cavabdeh2 ASC-də işləmirsə, bu müqavilənin nə dərəcədə hüquqi əsası vardır? Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "X22" QSC-nin nümayəndəsi X11 izahat verərək, iddia tələbinin dəlillərinə münasibət bildirərək, qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya 6 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti barədə məktub təqdim edilmiş, o ştatların ixtisarı barədə xəbərdarlıqla tanış edilmişdir. Bundan başqa müəssisə ştatların ixtisarı ilə bağlı xx.xx.2022-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli məktubla sonuncunun razılığını almışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin əsassız oluğunu bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X12 izahat verərək, iddia tələbinin əsassız oluğunu bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh2 ASCyə qarşı “əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, müqavilənin bərpa edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iş vardır. Həmin iddia tələbinə etiraz edərək aşağıdakıları nəzərə çatdırırlar. İddiaçı şəxsi ərizəsi əsasında onunla Cavabdeh2 ASC arasında xx.xx.2019-cu il tarixli 1258 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla əvəzçilik üzrə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bu barədə cəmiyyət üzrə 18-K saylı xx.xx.2019-cu il tarixli əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Həmçinin, bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən - əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri, yəni Cavabdeh2 ASC iddiaçının əlavə iş yeri olduğu üçün əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılmışdır və iddiaçının əmək kitabçası onun əsas iş yerində saxlanılmışdır. İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir. İddiaçı xəbərdarlıqla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmiş və bununla əlaqədar olaraq həmin tarixdə cəmiyyətin əməkdaşları tərəfindən Akt tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə dair cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 06-K saylı əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilən zaman tərəflərindən Əmək Qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Digər tərəfdən, təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş, son haqq-hesab ödənilmiş və bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində bildirmişdir ki, iki ildir ki X13 sədridir. X8 "X22" MMC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi və işlərin optimallaşdırılması zərurəti yarandığından müəssisənin strukturuna daxil olan bir sıra bir sıra ştat vahidlərinin ixtisar edilməsi ilə bağlı müraciət etmişdir. Belə bir müraciət olunaraq qeyd edilmişdir ki, İddiaçıov oğlunun və X9 əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə mövqe bildirilməsi xahiş olunmuşdur. Müraciət daxil olduqdan sonra onlar 10 günə işəgötürənə məlumat verirlər. Bununla bağlı o, İnsan Resursları İdarəsinə müraciət etmişdir ki, həmin şəxsləri iclasa dəvət etsin. Onlar da müəyyən edilmiş vaxtda həmin şəxsləri dəvət etmişlər. Onlar iclası idarə heyəti ilə birlikdə saat 12:30-da başlamışlar. Həmin müddətdə də 2 nəfər şəxs çox təşvişlə içəri daxil olmuşlar və onu dinləmədən hər yerə şikayət edəcəklərini bildirmişlər. Daha sonra sənədlər hazırlanıb İnsan Resursları İdarəsinə təhvil verildi. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, "X22" MMC-nin xx.xx.2017-ci il tarixli 6831 №-li əmək müqaviləsinə əsasən, Həsənov X6 Departamentinə Bina və Qurğuların Təmiri və İstismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh2 ASC-nin xx.xx.2002-ci il tarixli 173 №-li əmrinə əsasən, İddiaçı Təmir-tikinti sexinə Bina və Qurğuların Təmiri üzrə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh2 ASC xx.xx.2017-ci il tarixli, 704-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. AT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, "X22" QSC xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. "X22" QSC tərəfindən İddiaçı ünvanlanmış x-y-1812 saylı, 23 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bildirilir ki, "X22" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi, işlərin optimallaşdırılması və iş yerlərinin azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən də Cəmiyyətdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar olunacaqdır. Sizin Cəmiyyətdə əmək stajınız 5 ildən çox olduğundan Omək Məcəlləsinin 77.1 maddəsinə əsasən 6 (altı) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 23 sentyabr 2022-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 03 noyabr 2022-ci il tarixdə başa çatacaq və 04 noyabr 2022-ci il tarixdə sizin əmək müqavilənizə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəkdir. AR Əmək Məcəlləsinin 77.3 maddəsinə əsasən orta aylıq əmək haqqınızın 1.7 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Bu müddət ərzində sizə həftədə 1 gün olmaqla, cəmi 6 gün iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər siz əmək funksiyalarının icrasından azad olunacaqsınız. Həmin xəbərdarlıqdan surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. "X22" MMC X1 Birliyi İcraiyyə Komitəsinin xx.xx.2022-ci il tarixli, 63 saylı iclas protokolunun surətindən görünür ki, "X22" QSC-nin təqdimatının nəzərə alınması və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. “X22" MMC X10 Birliyi tərəfindən "X22" QSC-yə ünvanlanmış 18/26 saylı, 04 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Sizin 21 sentyabr 2022-ci il tarixli, X-Y- 1790 saylı məktubunuza cavab olaraq bildirmək istəyirik ki, "X22" QSC-də "Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis" vəzifəsində çalışan X15 və "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" vəzifəsində çalışan İddiaçı üə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə xitam verilməsi məsələsinə X5 İcraiyyə Komitəsinin iclasında baxılmış və xx.xx.2022-ci il tarixli 63 saylı Protokol tərtib edilmişdir. İcraiyyə Komitəsinin protokoluna əsasən adları yuxarıda qeyd edilən işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilməsinə qanunvericiliyin tələblərinin pozulması halı olmadığma görə razılıq verilmişdir. "X22" QSC tərəfindən xx.xx.2022-ci il tarixli “X22" QSC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubun surətindən görünür ki, "X22" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi və işlərin optimallaşdırılması zərurəti yarandığından müəssisənin strukturuna daxil olan aşağıdakı ştat vahidlərinin ixtisar edilməsi qərara alınmışdır: "Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis", "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis". Yuxarıda sadalanan ştat vahidlərinin ixtisan nəticəsində, hazırda Cəmiyyətdə Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan X15 və Bina və qurğulann təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsində çalışan İddiaçı sərbəstləşəcək. Qeyd olunanları nəzərə alaraq, işçilər X9 və İddiaçı əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə dair mövqeyinizi bildirməyinizi Sizdən xahiş edirəm. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli 18-K №-li Əmrindən çıxarışdan görünür ki, İddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, AR ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixindən əvəzçiliklə Bina və qurğuların təmiri və istismarı vəzifəsinə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Cavabdeh2 ASC-nin Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verilməsi barədə işçiyə xəbərdarlıq verilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir. "X22" QSC-nin 054/i saylı xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “X22" QSC-nin strukturunda 23 sentyabr 2022-ci il tarixindən etibarən Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis və Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis ştat vahidlərinin ləğv edilməsi, həmin ştatlarda işləyən işçilərin əmək müqavilələrinin ləğvi ilə bağlı razılığın alınması üçün Həmkarlar İttifaqına müraciət olunması, İnsan resurslarının idarə edilməsi şöbəsinə tapşırılsın ki, ştatların ləğv ilə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlərin görülməsini və əmrin surətinin Cəmiyyətin aidiyyəti işçilərinin nəzərinə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, xx.xx.2002-ci il tarixdə İddiaçı Cavabdeh2 ASC-də Təmir-tikinti sexinə Bina və Qurğuların Təmiri üzrə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2 ASC xx.xx.2017-ci il tarixli, 704-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixindən əvəzçiliklə Bina və qurğuların təmiri və istismarı vəzifəsinə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli 18-K №-li Əmrindən çıxarışdan görünür ki, İddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, AR ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Cavabdeh2 ASC-nin Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verilməsi barədə işçiyə xəbərdarlıq verilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı "X22" MMC-də İstehsalat Departamentinə Bina və Qurğuların Təmiri və İstismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. “X22" QSC-nin strukturunda 23 sentyabr 2022-ci il tarixindən etibarən Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis və Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis ştat vahidlərinin ləğv ediləcəyi barədə "X22" QSC-nin 054/i saylı xx.xx.2022-ci il tarixli əmri verilmişdir. "X22" QSC tərəfindən İddiaçı 23 sentyabr 2022-ci il tarixdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıqdan surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. "X22" MMC X1 Birliyi İcraiyyə Komitəsinin xx.xx.2022-ci il tarixli, 63 saylı iclas protokolunun surətindən görünür ki, "X22" QSC-nin təqdimatının nəzərə alınması və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. "X22" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. Hazırda iddiaçı işəgötürənin hərəkətlərini qanunsuz hesab edərək, tələbini ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Cavabdehlər iddianın əsassız olduğunu, habelə Cavabdeh2 ASC habelə iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan "X22" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrinin və Cavabdeh2 ASCnin 06-K saylı xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Beləliklə məhkəmə araşdırması ilə sübuta yetir ki, "X22" QSC İddiaçı x-y-1812 saylı, 23 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət etmiş, X22" QSC-nin strukturunda 23 sentyabr 2022-ci il tarixindən etibarən Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis və Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, X14 İcraiyyə Komitəsinin protokoluna əsasən İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilməsinə qanunvericiliyin tələblərinin pozulması halı olmadığına görə razılıq verilmişdir. Göründüyü kimi, iddiaçı üçün əvvəlcədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Həmin xəbərdarlıqla tanış edilmişdir. Bundan başqa iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyünün olmasına dair hər hansı sübutları da mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı işdən azad olunarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 58-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58-ci maddəsinin 2-ci bəndinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 58-ci bəndinə əsasən, 3-cü bəndinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə “əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Cavabdeh2 ASC tərəfindən verilmiş əmrin ləğv edilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi vəzifəsinə əvəzçilik üzrə işə qəbul edilmiş, daha sonra əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə müqaviləyə xitam verilmişdir. Belə ki, Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə işçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur və təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə olan əmək müqavilələrinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi vəzifəsinə müvafiq əmrlə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Həmçinin, iddiaçının müddətli əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi vəzifəsinə müqavilə müddəti bitən tarixdən yəni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur) xitam verilmiş, onunla yeni əmək müqaviləsi imzalanmamışdır. Daha sonra isə müvafiq əmrlə işdən azad olunmuşdur. O cümlədən iddiaçının "X22" QSC-də işlədiyi "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar edilmişdir. Bununla da işəgötürən tərəfindən qanunvericilikdə qeyd olunmuş müvafiq tələblər yerinə yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "X22" QSCyə və Cavabdeh2 ASC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, yenilənmiş müqavilənin bərpa edilməsi, əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı” barədə iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi” edilməsinə münasibətdə qeyd edir ki, həmin tələblərin heç bir hüquqi əsası mövcud deyil. Bundan başqa məhkəmə qeyd edir ki, "X22" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə iddia müdətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia tələbinin əsassız olması ilə bağlı etirazda öz dəlillərini bildirmişlər, bunlardan əlavə olaraq qeyd edirlər ki, 7 aya yaxın vaxt keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavədə və həmin ərizəyə əlavə olunmuş sənədlərdə də qeyd olunduğu kimi Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 1258 saylı əvəzçilik üzrə müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmiş, lakin, o, xəbərdarlıqla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmişdir. Bu barədə eyni tarixdə Akt da tərtib olunmuşdur. Məhkəmə iddia müddəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının ehtimal olunan pozuntusundan xx.xx.2022-ci il tarixindən məlumatlı olsa da, iddia tələbi ilə yalnız 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək, İddiaçı cavabdehlər "X22" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, yenilənmiş müqavilənin bərpa edilməsi, əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "X22" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, yenilənmiş müqavilənin bərpa edilməsi, əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar