Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1131/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X21rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi işə bərpa tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X21rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimin təmin edilərək,əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- 1-787K/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli Əmri qanunsuz hesab edilərək ləğv edilməsi;iddiaçının əvvəl işlədiyi İmişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa olunmaqla, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək alıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bildirir ki,iddiaçı 1996-cı ildən İmişli rayonu, PN.Abışov adına Qaralar kənd tam orta məktəbində müəllim kimi işləmiş, 22 aprel 2006-cı ildən isə həmin məktəbdə direktor işəmiş, işlədiyi müddətdə hər hansı qanun pozuntusunu yol verməmişdir. Son dövrlər xəstəliyi ilə bağlı bülletenlərdə və müalicələrdə olmuş, cərrahi əməliyyatlara məruz qalmış, həmçinin keçirilən Prezident və Milli Məclisə deputat seçkilərində seçki komissiyyasının tərkibində fəaliyyət göstərdiyi üçün işdə olmamış və həmin vaxtlarda da onu məktəbin digər müəllimləri rəsmi əmrlə müvəqqəti əvəz etmişlər. Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X37-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 06 və 08 may 2024-cü il tarixlərində Qaralar kənd tam orta məktəbində monitorinq keçirmişlər və həmin monitorinqin nəticələrinə görə onun əmək funksiyası, əmək müqaviləsi üzrə vəzifə və öhdəlikləri yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, həmin monitorinqin nəticələrinə əsasən tərtib olunmuş aktda qeyd olunmuşdur ki,iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" və “b" bəndlərinin, AR Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 529 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydalarının, AR təhsil nazirinin 29.0- 5.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalara, Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Elm və Təhsil Nazirliyinin 01 avqust 2023-cü il tarixli, 3-29/3-2-484F/2023 nömrəli əmrinin, həmin əmrlə təsdiq edilmiş "Tədris planlarının , "Tədris planlarına dair qeydlər”in, AR Elm və Təhsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-382 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin tşkili Qaydasının, AR Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanlann attestasiyasının-məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının, AR Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin, AR Təhsil Nazirinin 13,07.2022-ci il tarixli, F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimatın tələbləri pozulmuşdur. Həmin monitorinq nəticəsinə əsasən eyni zamanda müəyyən edilmişdir ki, N.Abışov adına Qaralar kənd tam orta məktəbtndə 12.984,59 manat məbləğində dövlət büdcəsinə maddi ziyan vurulmuşdur. Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- 1-787K/2024 saylı» 19 sentyabr 2024-cü il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddsinin “ç” bəndinə əsasən 19 sentyabr 2024-cü il tarixdən ləğv olunmuşdur. Eyni zamanda, monitorinq zamanı dövlət büdcsinə 12.984,59 manat məbləğində vurulmuş maddi ziyanın araşdırılması və təqsirli şəxslərin məsuliyyət məsələlərinin həll olunması üçün məlumat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru tərəfindən 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və aidiyyəti üzrə İmişli Rayon Prokurorluğunda onun və digər şəxslər barədə bununla bağlı araşdırma aparılmışdır. Bildirir ki, o, işdən azad olunmağı ilə bağlı əmrin surətini, əmək kitabçası, həmçinin son haqq-hesabı 07 oktyabr 2024-cü il tarixdə alsa da və "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi" Mediasiya şurasına müraciət edərək, 29 oktyabr 2024-cü il tarixdə Mediasiya arayışı verilsə də, monitorinq nəticəsinə görə İmişli rayon prokurorluğundakı araşdırma üzrə yekun qərar qəbul olunmadığından, qeyd olunan tələblə məhkəməyə müraciət etməmiş və araşdırmanın nəticəsini gözləmişdir. Ona görə ki, həmin araşdırma nəticəsində onun təqsiri müəyyən edildiyi halda, işə bərpa və digər tələblərlə bağlı məhkəməyə müraciət etməyi düzgün olmuyacağını fikirləşib.İmişli Rayon Prokurorluğunda aparılan araşdırma ilə bağlı rokurorluqda dəfələrlə izahat və ifadələri alınmış və İmişli rayon Prokurorluğunun baş müstəntiqi Qorxmaz Babaşzadənin 28 noyabr 2024-cü il tarixli qərarı ilə 72C-24(24-3-2-2- 425-0274) nömrəli material üzrə digər şəxslər barəsində bəraətverici əsaslar olmadan, yəni CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək, dövlət büdcəsinə vurduqları maddi ziyanı ödədikləri üçün cinayət məsuliyyətindən azad edilməklə» onun barəsində isə CPMnin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlin cinayət tərkibinin olmaması ilə bağlı “cinayət işinin başlanılmasınm rədd olunması və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla bir daha müəyyən edilmişdir ki, mənim vəzifə səlahiyyətlərimdən sui-istifadə etməyim, öz qullu səlahiyyətlərimdən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməyim, xidməti vəzifələrimin icrası ilə əlaqədar hər hansı hərəkət və ya hərəkətsizliyə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçindən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməyi və ya almağı, yaxud bu barədə təklif və ya vədi qəbul etməyi, tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməyi, habelə, göstərilən sənədlərdə və ya informasiyda onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməyi müəyən edilməmişdir. Eyni zamanda Mil-Muğan Regional Təhsil İdarəsinin məktub və arayışları ilə müəyyən edilmişdir ki, mən Məntəqə Seçki Komissiyasının sədri olmağı ilə bağlı 09 dekabr 2023-cü il tarixdən, 12 fevral 2024-cü il tarixədək AR Prezident Seçkilərinin keçirilməsi, 07 may 2024-cü il tarixdən. 30 iyun 2024cü il tarixədək əmək qabiliyətimi müvəqqəti itirməyi və 01 iyul 2024-cü il tarixdən 04 avqust 2024-cü il tarixədək AR Milli Məclisinə seçkilərlə bağlı iş yeri saxlanılmaqla vəzifələrimin icrasından kənarlaşdınlmışdır. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli əmrlə iddiaçı 2023/2024-cü iş ili hesabına 02 mart 2024-cü il tarixdən 15 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yəni, monitorinqlə yoxlama dövründə onun fəaliyyətində müqavilə üzrə hər hansı öhdəliyin Qeyd olunan bu qərarın surəti ona 09 dekabr 2024-cü il tarixdə təqdim olunmuşdur. İşəgötürən tərəfindən onun onlara vurduğu maddi ziyanla bağlı materiallar İmişli rayon Prokurorluğuna göndərilmiş və həmin materialların araşdırılması üzrə qəbul olunmuş yekun qərarla onun təqsirli olmağını və iddiaçının günahı üzündən işəgötürənə və ya dövlətə hər hansı ziyan vurulması da təsdiqini tapmamışdır. Ona görə də hesab edir ki,Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı bəndlərinin və X20 35-ci maddəsinin tələblərinə əsasən tərəfindən hazırkı iddia tələbi ilə qanunla müəyyən edilmiş müddətdə verilmiş və məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmamışdır, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirir ki. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- 1-787K/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki,onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuma görə ləğv olunmuşdur. Bildirir ki, tərəfindən əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmiş və bunun əksini təsdiq edən dəlil və sübut yoxdur. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə yazılı etiraz daxil olmuşdur Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X21rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində bildirir ki, işdən azad edilən dövrdə İmişli Rayon Prokurorluğunda barəsində araşdırılma aparılmış və məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətlərinə birtərəfli qaydada xitam verilmişdir. İddiaçı hesab edir ki, işdən azad olunmasının səbəbi prokurorluqda aparılan araşdırılma ilə əlaqədar olmuş, lakin Agentlik tərəfindən araşdırmanın nəticəsi gözlənilmədən və heç bir əsas olmadan onun əmək müqaviləsi ləğv edilmişdir. Bildiririr ki, Agentliyin Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-41/3- 2-27F/2024 nömrəli əmrinə əsasən 06 may və 08 may 2024-cü il tarixlərdə İmişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki: - Monitorinq zamanı 2023/2024-cü tədris ilində İmişli rayon Qaralar kənd N.Abışov adına məktəbdə tədrisin ikinövbəli və altıgünlük rejimdə həyata keçirildiyi məlum olub. 06 may 2024-cü ildə İ növbədə təhsil alan Vİİ-Xİ siniflərdə 257 şagirdin 146-sı dərsə gəlməmişdi, davamiyyət ümumilikdə 43% olmuşdu. 08 may 2024-cü ildə isə 257 şagirddən 150-si dərsə gəlməmiş, davamiyyət 41% olub. Dərslərdə iştirak etməyən şagirdlərin təhsilə cəlb edilməsi üçün profilaktik işlər aparılmayıb və müvafiq qurumlara müraciət edilməyib. Sinif jurnallarında fənn müəllimləri tərəfindən də qeydlər aparılmayıb. - İmişli rayon Qaralar kənd N.Abışov adına tam orta məktəbdə dərs bölgüsü Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 01 avqust 2023cü il tarixli 3-29/3-2-484 F-2023 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün "Tədris Planları" və "Tədris planlarına dair qeydlər" tələblərinə uyğun həyata keçirilməyib. Cari tədris ilində musiqi fənni üzrə 11 saat dərs saatı vakant olduğu üçün, məktəb direktoru 15 sentyabr 2023-cü il tarixli 80 nömrəli əmriylə ixtisaslı kadr olmadan bu dərs saatlarını müxtəlif müəllimlərə həvalə etmişdir. Həmçinin, musiqi fənni üzrə dərs saatlarının qeyri-ixtisas müəllimlərinə həvalə edilməsi ilə bağlı Regional Təhsil İdarəsinə təqdimat verilərkən, adına musiqi dərs saatı həvalə edilmiş riyaziyyat müəllimi Rufulla Əsədovun eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışması qeyd olunmamışdır. - Cari tədris ilində İmişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə dərnəklərin təşkilinin və tədrisinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın tələblərinə riayət edilmədiyi müəyyən edilib. 2023-2024-cü tədris ilində məktəbdə 3 istiqamətdə dərnək təşkil olunub: “Bacarıqlı əllər” (ibtidai təhsil səviyyəsi), “İdman sağlamlıqdır” və “Gənc idmançılar” (ümumi orta təhsil səviyyəsi). Məktəb direktorunun 01 oktyabr 2023-cü il tarixli 88, 89, 90 nömrəli və 11 oktyabr 2023-cü il tarixli 96 nömrəli əmrləri ilə dərnək rəhbərləri təyin edilmiş, lakin dərnəklərin təşkilində və tədrisində aşağıdakı qaydalar pozulmuşdur: 1. Şagirdlər arasında keçirilən sorğuların protokollaşdırılmaması; 2 Dərnəkdə iştirak edəcək şagirdlərin valideynlərindən razılıq ərizələrinin alınmaması; 3. İdman dərnəkləri üçün tibbi arayışların təqdim edilməməsi; 4. “Bacarıqlı əllər” dərnəyinin illik proqramının hazırlanmaması; 5. Dərnəklərin illik proqramlarının məktəb direktoru tərəfindən təsdiq edilməməsi; 6. Pedaqoji Şurada dərnəklərin təşkili ilə bağlı müzakirə aparılmaması; 7. Dərnək cədvəlinin əvvəlki tədris ilinə aid cədvəl üzərində düzəlişlə tərtib edilməsi. Şagirdlər arasında keçirilən sorğuya əsasən, “Bacarıqlı əllər” dərnəyinin təşkilindən xəbərsiz olduqları və dərnəyin tədris edilmədiyi müəyyən edilib. Həmin dərnək üzrə rəhbər olan Fatma Hacıyeva və Rufulla Əsədov izahatlarında dərnəyin tədris edilmədiyini bildirmişdilər. Digər iki dərnək yalnız futbol məşğələsi kimi fəaliyyət göstərib və məktəb rəhbərliyi tərəfindən dərnəklərin fəaliyyətinin qiymətləndirilməsi aparılmayıb. Məşğələlərə ümumi rəhbərlik və nəzarət üzrə müvafiq əmr verilməyib. Nəticədə, dərnəklər təşkil olunsa da, Qaydalara uyğun tədris və təşkilatçılıq təmin edilməyib. Bu hallar məktəb rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində dərnəklərin düzgün təşkili və tədrisi ilə bağlı ciddi pozuntulara yol açmışdır. - Məktəb direktorunun 15 sentyabr 2023-cü il tarixli 27 nömrəli əmrinə əsasən, 2023/2024-cü tədris ilində V-Xİ siniflər üzrə 15 saat dərsdənkənar məşğələ təşkil edilib. Lakin, dərs saatlarının tədrisi məqsədinə uyğun olaraq şagirdlərin iqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquqları, həyat fəaliyyətinin təhlükəsizliyi və digər zəruri mövzularla bağlı deyil, sadəcə fənnlərin tədrisinə ayrılmışdır. Belə ki, 2 saat informatika, 5 saat riyaziyyat, 3 saat ingilis dili, 2 saat Azərbaycan dili, 1 saat rus dili, 1 saat coğrafiya və 1 saat fizika fənnləri üzrə məşğələlər təşkil edilmişdir. Monitorinq zamanı müəyyən edilib ki, ümumilikdə 4 saat məşğələ tədris edilməyib. Bu məşğələlərin tədris edilmədiyi məlum olan müəllimlər aşağıdakılardır: • Coğrafiya müəllimi Zaur Abbasov (1 saat) • Fizika müəllimi Sadiq Ağayev (1 saat) • Azərbaycan dili və ədəbiyyat müəllimi Hicran Şükürova (1 saat) • Rus dili müəllimi Türkan Hüseynova (1 saat) Bu dərs saatlarına görə müvafiq müəllimlərə ödənilən əmək haqqı isə dövlət büdcəsindən 1023.4 manat əsasız olaraq xərclənmişdir. Həmçinin, coğrafiya, Azərbaycan dili və ədəbiyyat, rus dili müəllimləri məzuniyyət səbəbindən məşğələləri tədris etməmişdir, amma dərs saatları digər müəllimlərə həvalə edilmişdir. Bununla bağlı müvafiq müəllimlərə ödəmələr də edilib: • X28 (Azərbaycan dili və ədəbiyyat müəllimi) – 162,9 manat • X31 (Rus dili müəllimi) – 54,3 manat Qeyd olunan fakt tərtib olunmuş akta təlim tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədov, Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Həsənli Sabiqin imzaları və Rufulla Əsədovun izahatı ilə təstiq edilmişdir. Eyni zamanda, digər məşğələlərin təşkilində bir neçə qanun pozuntusuna rast gəlinib: 1. Bütün sinif şagirdlərinin məşğələlərdə iştirakının təmin edilməməsi, 2. Məşğələ proqramlarının hazırlanmadığı, 3. Məşğələlər üçün əlavə vəsait və ədəbiyyatdan istifadə olunmaması, 4. Məşğələ cədvəlinin əvvəlki tədris ilinə aid cədvəl üzərində düzəlişlə tərtib edilməsi və cari tədris ili üçün məktəb direktoru tərəfindən təsdiq edilməməsi, 5. Məşğələlərin işinə ümumi rəhbərlik və nəzarət üzrə məktəb direktoru tərəfindən müvafiq əmr verilməməsi, 6. Məşğələlərin yarımillik qiymətləndirilməsinin aparılmaması. Bu pozuntuların nəticəsində dərsdənkənar məşğələlər düzgün təşkil edilməmiş və tədris fəaliyyətinə lazımi nəzarət göstərilməmişdir. - Şagirdin fərdi təhsilə cəlb olunması və təhsilinin təşkilində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili Qaydaları”nın tələblərinin pozulması aşkar edilmişdir. 2023/2024-cü tədris ilində İV sinif şagirdi X2 fərdi təhsilə cəlb edilməsi zamanı, təhsilinin təşkilinə dair bir sıra ciddi pozuntular müşahidə olunub. Xədicə İsmayıl qızına ayrılmış 8,5 saat dərs yükündən 8 saatı məktəbin ibtidai sinif müəllimi X11, 0,5 saatı isə ingilis dili müəllimi X4 adına rəsmləşdirilmişdir. Lakin, bu dərslərin tədrisi zamanı ciddi problemlər yaranmışdır: 1. Dərs proqramlarının hazırlanmadığı: X48, həm də Fərzəliyev Saqif tərəfindən fərdi təhsilin tədrisi üçün müvafiq dərs proqramları hazırlanmamışdır. 2. Fərdi təhsilin tədris edilməməsi: İbrahimova Xədicə 01 aprel 2024-cü ildən məktəbə gəlmədiyi üçün, monitorinq tarixləri olan 06 və 08 may 2024-cü il tarixlərində dərslərə qatılmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi təhsil 01 aprel 2024-cü ildən etibarən tədris edilməyib. Tədris edilmədiyi dövr üçün məktəbin ibtidai sinif müəllimi X13, məktəbin ingilis dili müəllimi X8 əmək haqqı hesablanıb ödənilmişdir. Bu dövrdə dərs saatları üçün müəllimlərə əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 518.2 manat məbləği əsassız olaraq xərclənmişdir. Buna dair məktəb direktoru tərəfindən heç bir tədbir görülmədiyi məlum olmuşdur. 3. Şagirdin qiymətləndirilməməsi:Cari tədris ilində şagirdin məktəbdaxili qiymətləndirməsi aparılmamışdır.Lakin qiymətləndirmə edilmədiyi halda fərdi təhsil jurnalında fənn müəllimləri tərəfindən summativ qiymətləndirmələr ilə bağlı qeydlər edilmişdir. Bütün bu pozuntulara baxmayaraq, məktəb rəhbərliyi və məsul şəxslər tərəfindən heç bir tədbir görülməmişdir. İbrahimova Xədicə üçün ayrılan tədris saatlarının tədris edilməməsi, həmin dərs saatlarına görə müəllimlərə ödənilən əmək haqqının əsassız olması və qiymətləndirmənin olmaması məktəb rəhbərliyinin ciddi diqqətsizliyi ilə nəticələnmişdir. Həmin pozuntular müəllimlər Bayramova Tamara və Fərzəliyev Saqifin verdiyi izahatlarla təsdiqlənmişdir. - İmişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə 2023/2024-cü tədris ili üzrə təsdiq edilmiş tarifləşmə cədvəllərində adlarına dərs yükü rəsmiləşdirilmiş müəllimlərin müxtəlif vaxtlarda seçki komissiyalarının işinə cəlb olunmaları, sosial məzuniyyətdə olmaları, xəstəliklə və digər üzrlü səbəblərlə tədris prosesində iştirak edə bilməmələri ilə əlaqədar onların dərs yüklərinin əvəz edilməsinin qaydalara uyğunluğu yoxlanılarkən, müəyyən edilmişdir ki, mövcud qaydalar pozulub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə ixtisaslı kadrlar olmasına baxmayaraq, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Şükufə xəstəliyi ilə bağlı işdə olmadığı müddətdə onun öhdəsində olan 5 saat dərs yükü 28 oktyabr 2023-cü il tarixli 98 nömrəli əmrlə məktəbin rus dili müəllimi Ağayeva Türkan tərəfindən tədris edilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Şükürova Hicran Eldəniz qızı xəstəliyi ilə əlaqədar işdə olmadığı zaman 01 dekabr 2023-cü il tarixli 109 nömrəli əmrə əsasən onun 19 saat dərs yükündən 9 saatı tarix müəllimi Camalova Aynur tərəfindən tədris olunmuşdur. Bundan əlavə, ingilis dili müəllimi Fərzəliyev Saqif xəstəliyi ilə bağlı işdə olmadığı zaman musiqi fənni üzrə dərs saatları biologiya müəllimi Xanıyev Natiq tərəfindən tədris edilmişdir. İnformatika müəllimi Nəsibova Alimə də xəstəlik səbəbindən işdə olmadığı zaman onun 17 saat dərs yükündən 4 saatı coğrafiya müəllimi Abbasov Zaur tərəfindən tədris olunmuşdur. Digər bir fakt isə 01 mart 2024-cü il tarixli 22 nömrəli əmrə əsasən rus dili müəllimi Ağayeva Türkan sosial məzuniyyətə çıxdığı zaman onun 23,5 saat dərs yükünün bir hissəsi ibtidai sinif müəllimləri Əsgərova Əfsanə və Hacıyeva Xatirə, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənli Sabiq tərəfindən əvəz edilmişdir. X52 izahatında göstərmişdir ki, ona həvalə edilmiş dərs saatlarından xəbəri olmamışdır, və həmin dərs saatları ilə bağlı sinif jurnallarında qeydlər aparılmamışdır. Bu səbəbdən Sabiq Həsənliyə əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 477.5 manat məbləği əsassız xərclənmişdir. Son olaraq, coğrafiya müəllimi Abbasov Zaur xəstəliklə əlaqədar işdə olmadığı zaman onun 30,5 saat dərs yükündən 12 saatı tarix müəllimi İddiaçı, 4 saatı isə Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənli Sabiq tərəfindən tədris edilmişdir. Bu da ixtisaslı olmayan müəllimlərə dərs saatlarının həvalə edilməsinin qaydalara zidd olduğunu və mövcud tədris cədvəlində uyğunluğun olmadığını göstərir. Əlavə olaraq, Məktəbdə sinifdən xaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışan X16 cari tədris ilində onun adına rəsmləşdirilmiş əvəzetmə dərs saatlarını tədris etmədiyi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədovun verdiyi izahatda da təsdiq edilmişdir. - İmişli rayon Qaralar kənd N.Abışov adına tam orta məktəbinin 2023/2024-cü tədris ili üzrə tarifləşmə siyahısında yer alan pedaqoji, rəhbər, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmətedici işçi heyətinin üzürsüz səbəbdən işə gəlməməsi halları ilə bağlı aparılan yoxlamada, iş buraxılma halları və əmək haqqı ödənişlərinin düzgünlüyü araşdırılmışdır. X32, X17, X31, X22 və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında işin başlanılması barədə İmişli Rayon Prokurorluğunun 28 noyabr 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Məktəbin texniki işçi heyətinə daxil olan və məktəb direktorunun həyat yoldaşı olan Həsənli Hazara işdə olmadığı dövrlərdə əmək haqqı ödənməsi müəyyən edilmişdir. Belə ki, monitorinq keçirilən 06 və 08 may 2024-cü il tarixlərdə, Həsənli Hazarın ümumiyyətlə cari tədris ili ərzində işə gəlmədiyi və bu faktın təsərrüfat müdiri Kərimov Aydın və məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Rufulla Əsədov tərəfindən təsdiqləndiyi məlum olmuşdur. Buna baxmayaraq, Həsənli Hazaraya həmin dövr üçün əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 3128.7 manat məbləğində əsassız xərclənmişdir. X33 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmiş 3.128,7 manat, eləcə də həmin ziyana görə 25 faiz məbləğində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə cinayət məsuliyyətindən azad olunmaq üçün yerləşdirilmiş 782,2 manat, ümumilikdə 3.910,9 manat vəsait Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə İmişli Rayon Prokurorluğunun 28 noyabr 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Məktəbin təsərrüfat müdirinin həyat yoldaşı, məktəbin xadiməsi Kərimova Elnurə də cari tədris ili ərzində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, işə gəlməyib və vəzifələrinin həyat yoldaşı tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Bu fakt da R.M.Əsədov, E.R.Kərimova və A.D.Kərimov tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, Elnurə Kərimovaya əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 3128.7 manat məbləği əsassız olaraq xərclənmişdir. X23 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmiş 3.128,7 manat, eləcə də həmin ziyana görə 25 faiz məbləğində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə cinayət məsuliyyətindən azad olunmaq üçün yerləşdirilmiş 782,2 manat, ümumilikdə 3.910,9 manat vəsait Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə İmişli Rayon Prokurorluğunun 28 noyabr 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı X53 də müəyyən dövrlərdə işdə olmamışdır. Onun 2023-cü ilin dekabr, 2024-cü ilin fevral və mart aylarında işdə olmadığı, həmin faktın özünün, Rufulla Əsədovun və Aydın Kərimovun izahatları ilə təsdiqləndiyi məlum olmuşdur. Buna baxmayaraq, həmin dövrlər üçün X49 əmək haqqı ödənilmişdir və nəticədə dövlət büdcəsindən 2146.6 manat məbləği əsassız olaraq xərclənmişdir. X32 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş 2.146,6 manat ziyanın ödənilməsi üçün, həmin məbləğin 25%-i qədər, yəni 537 manat, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmişdir. Bu ödəniş, X16 cinayət məsuliyyətindən azad olunmasına şərait yaratmışdır. Bu vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə qərar İmişli Rayon Prokurorluğunun 28 noyabr 2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Bundan başqa, Aşağıda göstərilən şəxslər tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilən vəsaitlər üzrə müvafiq olaraq, dövlətə vurulmuş ziyanla bağlı göstərilən məbləğlərin Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır:
1. X17 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 225,8 manat vəsait. 2. X22 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 495,8 manat vəsait. 3. X14 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 22,4 manat vəsait. Monitorinq zamanı, üzürlü səbəb olmadan işə gəlməyən şəxslərin işə çıxmamalarına dair məktəb direktoru tərəfindən heç bir rəsmiləşdirmə tədbiri görülməmiş və məsul şəxslər məsuliyyətə cəlb olunmamışdır. - Məktəb Pedaqoji Şurasının fəaliyyətinə dair araşdırma nəticəsində müəyyən edilmişdir ki, Pedaqoji Şuranın protokol kitabı cari tədris ilində yazılmasına baxmayaraq, pedaqoji şuranın sədr və katibi tərəfindən heç bir protokol imzalanmayıb və rəsmləşdirilməyib. Həmçinin, şura iclaslarında müzakirə olunan məsələlərlə bağlı çıxışlar, arayışlar və müvafiq qeydlərin toplanmasına dair qovluq mövcud deyil. Bu vəziyyət, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb Pedaqoji Şurası haqqında Əsasnamə"nin tələblərinə uyğun təşkilatçılıq və sənədləşdirmənin aparılmadığını göstərir. Məktəbin əmr kitabının işlənməsində ciddi nöqsanlar aşkar edilmişdir. Əmr kitabı səliqəsiz işlənmiş, bəzi əmrlər aydın yazılmayıb və oxunması çətin olub. Əmrlərin verilməsində ardıcıllıq pozulmuş və müəyyən əmrlər (məsələn, vəzifə bölgüsü, məktəbin iş rejimi, dərsliklərin şagirdlərə paylanması, summativ qiymətləndirmənin təşkili ilə bağlı əmrlər) verilməyib. Ayrıca, 01 yanvar 2024-cü il tarixli 01 nömrəli əmr-dən başlayaraq 01 aprel 2024-cü il tarixli 29 nömrəli əmr-ə qədər olan əmrlər məktəb direktoru tərəfindən imzalanıb möhürlənməyib. Əmr kitabının 65-ci səhifəsindən sonra səhifələr boş saxlanmış, 03 nömrəli əmrdən sonra kitabın 68-ci səhfəyə qədər işlənmədiyi məlum olunmuşdur. Bundan sonra 04, 05, 06, 07 nömrəli əmrlər olmadan, əmr kitabı 68-ci səhifədə 08 nömrəli əmrdən başlayaraq yenidən işlənib. Kitabın tabe qurum tərəfindən təsdiq edilmədiyi və bu səbəbdən əmr kitabının təşkilati qaydalara uyğun işlənmədiyi aşkar olunmuşdur. - Məktəbdə sinif jurnallarının aparılması vəziyyətinə seçmə yolla baxış keçirilərkən “Sinif jurnalının aparılmasına dair Təlimata”ın bəzi tələblərinin pozulduğu müəyyənləşdirilmişdir. Beləki, məktəbdə sinif jurnallarının ümumi məlumat səhifələrinin sinif rəhbərlərinə aid hissələrinin tam olaraq işlənmədiyi, şagirdlərin şəxsi iş nömrələrinin bəzi jurnallarıda qeyd olunmadığı, jurnallarda çoxlu sayda pozuntulara və qaralamalara yol verildiyi, müəllimlər tərəfindən qiymətləndirilmələr səhifəsində qiymətlərdə düzəlişlər edildiyi, sinif jurnallarının müxtəlif rəngli diyircəkli qələmlərdən istifadə edilərək yazıldığı, məktəb direktoru və tədris işləri üzrə direktor müavini tərəfindən sinif jurnallarının aparılmasına nəzarətin zəif təşkil edildiyi müəyyən edilmişdir. Məktəbdəki monitorinq nəticələrinə görə, məktəbdə metodbirləşmə sənədlərinin qaydasında olmadığı, metodbirləşmələrin fəaliyyət göstərmədiyi və müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirmə prosesində ciddi çatışmazlıqların olduğu müəyyən edilmişdir. Böyük summativ qiymətləndirmə sənədləri mövcud olmamış, məktəb direktoru tərəfindən müvafiq komissiya yaradılması ilə bağlı əmr verilməmişdir. Müəllimlərin tədris planlarında isə müəyyən pozuntular var; təqvimlərin qeyd edilmədiyi və planların qaydasında olmadığı qeyd olunub. Ümumilikdə, tədris prosesinin həyata keçirilməsində mövcud qaydalara, tələblərə və təlimati qaydalara əməl edilmədiyi, məktəb rəhbərliyi tərəfindən tədris-pedaqoji sənədlərin işlənməsində və məktəbdəki tədris prosesinin təşkilində nəzarətin zəif olduğu müəyyən edilmişdir. 2. İddiaçı ərizəsində qeyd edir ki, İmişli Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsaslanaraq, barəsində cinayət işinin başlanması rədd olunub və buna görə də onun işdən çıxarılmasının qeyri-qanuni olduğunu bildirir. Lakin qeyd etmək lazımdır ki, bu qərar yalnız cinayət işinin başlanmasının rədd edilməsi ilə əlaqədardır və həmin qərar cinayət işində adı keçən digər şəxslərin təqsirsizliklərini təsdiq etmir. Həmçinin, Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən, adı çəkilən şəxslər, dəymiş zərəri və dövlət büdcəsinə 25% ödəməklə cinayət məsuliyyətindən azad ediliblər. Bu da, həmin şəxslərin təqsirli olduqlarını müəyyən etmişdir. Bəzi şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarı qəbul edilmişdir. Bundan əlavə, bu şəxslərin törətdikləri qanunsuz əməllərin baş verməsinə şərait yaradan əsas faktorlar arasında direktorun verdiyi əmrlər dayanır. Belə ki, direktor öz vəzifə səlahiyyətlərinə uyğun olaraq məktəbin və tədris prosesinin düzgün idarə olunmasını təmin etməli idi, lakin o, bu məsuliyyəti lazımi şəkildə yerinə yetirməmiş, nəzarətsiz bir mühitin yaranmasına şərait yaratmışdır. Bu vəziyyət nəticəsində, adıçəkilən şəxslərin qanunsuz fəaliyyətləri baş vermişdir. Ən əsası, bu dövlət büdcəsindən əsassız xərclərin baş verməsinə şərait yaradan əsas amil, birbaşa olaraq direktorun öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi, yəni işçilərinin fəaliyyətinə nəzarət etməməsi olub. Direktorun vəzifə öhdəliklərindən biri, təhsil müəssisəsindəki bütün prosesləri düzgün idarə etmək, müvafiq nəzarəti həyata keçirmək və əməkdaşların fəaliyyətlərini daim izləməkdir. Lakin direktor öz vəzifələrini ciddi şəkildə yerinə yetirməyib, işçilərinin fəaliyyətləri üzərində lazımi nəzarəti təmin etməyib. Bu da nəticə etibarilə, məktəbdə baş vermiş qanunsuzluqlara, əsassız xərclənmələrə və digər pozuntulara şərait yaratmışdır. İddiaçı, İmişli Rayon Prokurorluğunun qərarına istinad edərək özünün təqsirsizliyini əsaslandırmağa çalışır, lakin bu qərar yalnız cinayət işinin başlanmaması ilə bağlıdır və direktorun hərəkətləri ilə əlaqədar məsuliyyətini azad etmir. Əksinə, direktorun əmrləri və idarəetmə səriştəsizliyi bu qanunsuzluqların baş verməsinə şərait yaratmışdır və bu baxımdan direktorun işdən azad edilməsi tam əsaslıdır. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X21rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilməsi üçün tədbirlər görülmüşdür. Lakin o, əmrin surətini və əmək kitabçasını 07 oktyabr 2024-cü ildə götürmüşdür. Həmçinin “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə dərhal məlumat göndərilmişdir. İddiaçı 07 oktyabr 2024-cü il də tarixdə əmrin surətini və əmək kitabçasını götürməsinə, mediasiya arayışını 29 oktyabr 2024-cü il tarixdə almasına baxmayaraq 16 dekabr 2024-cü il tarixdə (iddia ərizəsinin tarixi xx.xx.2024-cü il) məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X24 iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddia müddətini ötürdüyünü bildirdi. Etiraz ərizəsinə uyğun olaraq qeyd edilənlərin nəzərə alınmasını, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İdiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X34 ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları
- İş materiallarında olan AZE № ******* əmək kitabçasının surətindən görünür ki,xx.xx.1996-cı il tarixdə İddiaçı N.Abışov adına Qaralar kənd orta məktəbin katibəmakinaçı vəzifəsinə qəbul edilmiş,xx.xx.1997-ci il tarixdə 42 nömrəli əmrlə məktəbdə “Bacarıqlı əllər” dərnəyinin rəhbəri vəzifəsinə təyin edilmiş,xx.xx.1997-ci il tarixdə 50 nömrəli əmr ilə həmin məktəbdə müvəqqəti olaraq sinif müəllimi vəzifəsinə təyin edilmiş,xx.xx.2024-cü il tarixli 3-29/3-1-132K/2024 saylı əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir.xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-148K/2024 saylı əmrə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi üzrə AR ƏM 45-ci maddəsinin 2-ci hissəsinə əsasən İmişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş,həmin vəzifədən xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-787K/2024 saylı əmrə əsasən AR ƏM –in 70-ci maddəsinin “ç” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. - İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad musayeva verilmiş xidməti məlumata əsasən,İmişli rayonu.Qaralar kənd tam orta məktəbdə aparılan monitorinqin nəticələrinə uyğun olaraq İddiaçı məktəb direktorunun vəzifə səlahiyyətlərini yerinə yetirərkən yol verdiyi nöqsanlar nəticəsində dövlət büdcəsinə 12984,59 (on iki min doqquz yüz səksən dörd manat əlli doqquz qəpik) zərər dəydiyi müəyyən edilmişdir. - İş materiallarında olan 08 may 2024-cü il tarixli aktın surətindən görünür ki, İmişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbdə aparılmış manitorinq zamanı monitorinq aparılan 06 may 2024-cü il tarixdə İ növbədə təhsil alan Vİİ-Xİ siniflər üzrə 257 şagirdə qarşı 146 şagirdin, o cümlədən Vİİ siniflər üzrə 54 şagirdə qarşı 16 nəfər, Vİİİ siniflər üzrə 53 şagirdə qarşı 22 nəfər, İX siniflər üzrə 60 şagirdə qarşı 37 nəfər, X siniflər üzrə 37 şagirdə qarşı 29 nəfər və Xİ siniflər üzrə 53 şagirdə qarşı 42 nəfər şagirdin dərslərdə iştirak etmədiyi və qeyd olunan siniflər üzrə davamiyyətin ümumilikdə 43% olduğu, 08 may 2024-cü il tarixdə isə İ növbədə təhsil alan Vİİ-Xİ siniflər üzrə 257 şagirdə qarşı 150 şagirdin, o cümlədən Vİİ siniflər üzrə 54 şagirdə qarşı 27 nəfər, Vİİİ siniflər üzrə 53 şagirdə qarşı 25 nəfər, İX siniflər üzrə 60 şagirdə qarşı 36 nəfər, X siniflər üzrə 37 şagirdə qarşı 25 nəfər, Xİ siniflər üzrə 53 şagirdə qarşı 37 nəfər şagirdin dərslərdə iştirak etmədiyi və qeyd olunan siniflər üzrə davamiyyətin ümumilikdə 41% olduğu, cari tədris ilində dərslərdə iştirak etməyən şagirdlərin təhsilə cəlb edilmələri ilə bağlı profilaktik işlər aparılmadığı, icbari təhsildən yayınan şagirdlərin təhsildən yayınmaları barədə aidiyyati orqanlara müvafiq müraciətlər edilmədiyi, dərslərdə iştirak etməyən şagirdlərlə bağlı sinif jurnallarında fənn müəllimləri tərəfindən müvafiq qeydlər aparılmadığı müəyyən edilmişdir. Qaralar kənd tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsünün Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 01 avqust 2023-cü il tarixli 3-29/3-2- 484 F-2023 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün “ Tədris Planları” və “Tədris planlarına dair qeydlər”in tələblərinə uyğyn aparılıb aparılmaması yoxlanılarkən, cari tədris ilində müəllimlər arasında dərs bölgüsü aparıldıqdan sonra ixtisaslı kadr olmadığından vakant olan 11 saat musiqi fənni üzrə dərs saatlarının tədrisi məktəb direktorunun 15 sentyabr 2023-cü il tarixli 80 nömrəli əmrinə əsasən Azərbaycan dili ədəbiyyat müəllimləri Lalə Tağıyeva (2 saat), Sevda Məhərrəmova (1 saat), ingilis dili müəllimləri Ramil Həsənov (1 saat), Saqif Fərzəliyev (2 saat), ixtisasca riyaziyyat müəllimi, eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Rufulla Əsədov (1 saat), riyaziyyat müəllimi Nərmin Mustafayeva (1 saat), fiziki tərbiyə müəllimləri Zamiq Tağıyev (1 saat), Musa Hüseynov (1 saat) və Seymur Şükürovun (1 saat) adına rəsmləşdirildiyi, fiziki tərbiyə müəllimi Zamiq Tağıyevin adına (1 saat) musiqi fənni üzrə dərs saatının yerli təhsil idarəetmə orqanının razılıq məktubu olmadan tədris etdiyi müəyyən edilmişdir. Bundan əlavə musiqi fənni üzrə dərs saatlarının qeyri ixtisas müəllimlərinə həvalə edilməsi ilə bağlı Regional Təhsil İdarəsinə müvafiq təqdimat verilərkən, adına 1 saat musiqi dərs saatı həvalə edilmiş riyaziyyat müəllimi Rufulla Əsədovun eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışması qeyd olunmamışdır. Cari tədris ilində Qaralar kənd tam orta məktəbdə dərnəklərin təşkili və tədrisi həyata keçirilərkən Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası” nın tələblərinin pozulması hallarına yol verilib verilməməsi yoxlanılarkən, 2023-2024-cü tədris ilində məktəbdə 3 istiqamətdə, ibtidai təhsil səviyyəsi üzrə “Bacarıqlı əllər”, ümumi orta təhsil səviyyəsi üzrə isə “İdman sağlamlıqdır” və “Gənc idmançılar” adlı dərnəklərin təşkili ilə bağlı məktəb direktoru tərəfindən 01 oktyabr 2023-cü il tarixli 88, 89, 90 və 11 oktyabr 2023-cü il tarixli 96 nömrəli əmlər verildiyi, həmin əmrlərə əsasən dərnəklərə müvafiq olaraq məktəbin ibtidai sinif müəllimi X18, fiziki tərbiyə müəllimi X29 və məşqçi-müəllim X5 dərnək rəhbərləri təyin edildikləri, dərnəklərin təşkilində və tədrisinin həyata keçirilməsində Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası” nın 2.4-cü, 2.6-cı, 2.11-ci, 3.2ci, 3.4.2-ci və 4.3-cü bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Qaralar kənd tam orta məktəbdə dərsdənkənar məşğələlərin təşkili və tədrisi həyata keçirilərkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydası”nın və Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 01 avqust 2023-cü il tarixli 3-29/3-2-484 F-2023 nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün “ Tədris Planları” və “Tədris planlarına dair qeydlər”in tələblərinin pozulması hallarına yol verilib verilməməsi yoxlanılarkən, Qaydaların 1.2-ci, 1.3-cü, 2.2-ci, 3.5-ci, 3.7-ci, 3.8-ci, 3.15-ci, 4.1-ci, 4.3-cü bəndlərinin və “Tədris Planına” dair qeydlərin 14-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Məktəbdə 2023/2024-cü tədris ilində İV sinif şagirdi X9 fərdi təhsilə cəlb edilmiş, onun təhsili üçün ayrılmış 8,5 saat dərs yükündən 8 saatı məktəbin ibtidai sinif müəllimi X11, 0,5 saatı isə məktəbin ingilis dili müəllimi X6 adına rəsmləşdirillmişdir. Şagirdin fərdi təhsilə cəlb olunması və fərdi təhsilinin təşkilinin düzgünlüyü yoxlanılarkən, Azərbaycan Respublikası Təhsil Nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili Qaydaları”nın tələblərinin pozulduğu müəyyən edilmişdir. . İmişli rayon Qaralar kənd tam orta məktəbdə 2023/2024-cü tədris ili üzrə təsdiq edilmiş tarifləşmə cədvəllərində adlarına dərs yükü rəsmiləşdirilmiş müəllimlərin müxtəlif vaxtlarda seçki komissiyalarının işinə cəlb olunduqları, sosial məzuniyyətdə olduqlarına, xəstəliklə və digər üzrlü səbəblərlə əlaqədar tədris prosesində iştirak edə bilmədikləri vaxtlarda onların öhdəsində olan dərs yüklərinin qaydalara uyğun əvəz edilməsi hallarının düzgünlüyü yoxlanılarkən, dərslərin əvəzetmə qaydasında tədrisinin həyata keçirilməsi zamanı mövcud qaydaların pozulduğu müəyyən edilmişdir. 2023/2024-cü tədris ilini əhatə edən dövr üzrə İmişli rayon Qaralar kənd tam orta məktəbin taarifləşmə siyahısında adları rəsmləşdirilmiş pedaqoji, rəhbər və inzibatitəsərrüfat, tədris-yardımçı və xidmətedici işçi heyətindən üzürsüz səbəbdən iş buraxılması hallarının rəsmləşdirilməsi və üzürsüz səbəbdən işə çıxmayan işçilərə əmək haqqı və əvəzçiliklə bağlı ödənişlərin ödənilməsi və hesablanması halları yoxlanılarkən, məktəbin texniki işçi heyətinə daxil edilmiş, fəhlə vəzifəsində çalışmalı olan məktəb direktorunun həyat yoldaşı X19 monitorinq keçirilən 06 və 08 may 2024-cü il tarixlərdə işdə olmadığı, araşdırma zamanı onun ümumiyyətlə əmək funksiyasını yerinə yetirmədiyi, təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X12 və sinifdənxaric və məkətbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X16 əmək müqaviləsi üzrə nəzərdə tutulmuş iş vaxtlarına uyğun işə gəlmədikləri, cari tədris ili ərzində nadir hallarda işdə olduqları, hər 3 işçinin əmək intizamını kobud surətdə pozmalarına və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələrinə baxmayaraq, məktəb rəhbərliyi tərəfindən onlar barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada heç bir intizam tədbiri görülmədiyi, əksinə aylıq əmək haqqı ödənilməsi barədə İmişli rayon Təhsil sektoru mühasibatlığına işçilərin davamiyyət tabeli təqdim edilərkən onların mütamadi olaraq işə gəlmələrinin qeyd olunduğu və qeyd olunan tabelə əsasən üzürsüs səbəbdən işdə olmadıqları günlər üçün onlara əmək haqqı hesablanıb ödənildiyi müəyyən edilmişdir. Belə ki, cari tədris ilində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirmədikləri və əmək müqaviləsi üzrə iş vaxtına uyğun işə gəlmədikləri halda məktəbdə fəhlə ştatında çalışmalı olan, məktəb direktorunun həyat yoldaşı X25 3128,7 manat, məktəb təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X15, 3128,7 manat və sinifdənxaric və məkətbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X26 2146,6 manat omaqla, ümumilikdə 8404 (səkkiz min dörd yüz dörd) manat əmək haqqı hesablanıb ödənilmişdirt. Texniki heyətə daxil edilmiş işçilərin şəxsi işlərinin qaydasında olmadığı, onlarla bağlanılmalı olan yazılı əmək müqavilələrinin işçilər tərəfindən imzalansa da məktəb direktoru tərəfindən imzalanıb, möhürlənmədiyi, faktiki olaraq, əmək münasibətlərinin mövcud əmək və təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmləşdirilməsinin aparılmadığı müəyyən edilmişdir. Məktəbdə fəhlə ştatı üzrə çalışmalı olan, məktəb direktorunun həyat yoldaşı X35, məktəb təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X23 və sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X16 vəzifə finksiyalarını yerinə yetirmədikləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədov, Elnurə Kərimova və Sabiq Həsənlnin verdikləri izahatlarla təsdiqlənmişdir. X35 işdə olmadığı üçün ondan izahat almaq mümkün olmamışdır. Məktəb Pedaqoji Şurasının protokol kitabının cari tədris ilində yazıldığı, lakin pedaqoji şuranın sədr və katibi tərəfindən heç bir şura protokolun imzalanıb rəsmləşdirilmədiyi, şura iclaslarında müzakirə olunan məsələlərlə bağlı çıxışların, arayışların və müvafiq qeydlərin toplanmasına dair qovluğun movcud olmadığı, beləliklə Pedaqoji Şuranın Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 n0yabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb Pedaqoji Şurası haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilib keçirilmədiyi, tələblərə uyğun sənədləşdirilmədiyi müəyyənləşdirildi. Məktəbdə sinif jurnallarının aparılması vəziyyətinə seçmə yolla baxış keçirilərkən “Sinif jurnalının aparılmasına dair Təlimata”ın bəzi tələblərinin pozulduğu müəyyənləşdirilmişdir. Məktəbdə metodbirləşmə sənədlərinin qaydasında olmadığı, metodbirləşmələrin fəaliyyət göstərmədiyi, müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirilmənin keçirilməsində ciddi çatışmazlıqlar olduğu, böyük summativ qiymətləndirmə sənədlərinin olmadığı, ümumiyyətlə böyük summativ qiymətləndirilmənin keçirilməsi ilə bağlı məktəb direktoru tərəfindən müvafiq komissiya yaradılması ilə bağlı əmr verilmədiyi, müəllimlərin tədris planlarının qaydasında olmadığı, planlarda təqvimlərin göstərilmədiyi, ümumiyyətlə İmişli rayon Qaralar kənd tam orta məktəbdə tədris prosesinin həyata keçirilməsində mövcud qaydaların, tələblərin və təlimati qaydaların gözlənilmədiyi, tədris-pedaqoji sənədlərin işlənməsində və məktəbdə tədris prosesinin həyata keçirilməsində məktəb rəhbərləri tərəfindən nəzarətin zəif təşkil olunduğu, məktəb rəhbərlərinin əmək müqaviləsi iüzrə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirdikləri müəyyən edilmişdir. - İş materiallarında olan Mil-Muğan Regional Təhsil idarəsinin müdiri tərəfindən Mil- Muğan Regional Təhsil İdarəsinin HİK-ə ünvanlanan məktubdan görünür ki,06 may və 08 may 2024-cü il tarixlərdəə İmişli rayonu Qaralar kənd tam orta məktəbdə keçirilən monitorinq zamanı nöqsanlar aşkar edildiyi üçün İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılığın verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. - İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin HİK-in sədri tərəfindən Mil-Muğan Regional Təhsil idarəsinin sədrinə ünvanlanan məktubdan görünür ki,müraciətə baxılaraq Mil-Muğan Regional Təhsil İdarəsinin HİK-də iclas keçirilmiş və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verdiyi barədə qərar qəbul edilmişdir. - İş materiallarında olan ATİAHİ Sabirabad Rayon Komitəsinin nəzdində faliyyət göstərən MMRTİ Həmkarlar İttifaqı Komitəsinin 10 sentyabr 2024-cü il tarixli iclasının 15 nömrəli protokolundan görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin 30 may 2024-cü il tarixli 3-29-41/2-915/2024 nömrəli təqdimatı MMRTİ Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixində daxil olmuş və qeydiyyata alınmışdır. Təqdimatda MMRTİ Həmkarlar İttifaqı Komitəsi rəyasət heyətinin 10 sentyabr 2024-cü il tarixli iclasında baxılmış və məsələ ilə əlaqədar MMRTİ Həmkarlar İttifaqı Komitəsinin sədri Fərahim Nağıyevin məlumatı və iclas iştirakçılarının çıxışları nəzərə alınması, Mil-Muğan Regional Təhsil idarəsi müdiri tərəfindən göndərilmiş 30 may 2024-cü il tarixli 3-29-41/2-195/2024 nömrəli təqdimat təmin edilməsi, təqdimatda göstərilən ciddi nöqsan və çatışmazlıqları nəzərə alaraq İmişli rayonu N.Abuşov adına Qaralar kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. - İş materiallarında olan, xx.xx.2024-cü il tarixli intizam tənbeh tədbirinin görülməsi barədə 3-29-69/3-1-787K/2024 saylı Əmrin surətindən görünür ki,İmişli rayon Qarakar kənd N.Abışov adına tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən 19 sentyabr 2024-cü il tarixindən ləğv edilməsi, Qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsi və ya əmək kitabçasının təhvil götürülmsəi barədə bildirişin göndərilməsini təmin edilməsi əmr edilmişdir. - İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında qərarın surətindən görünür ki, İddiaçı və X7 əməllərində 08 may 2024-cü il tarixli aktda göstərilən xüsusatlar üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsəsən, onların bərəsində cinayət işinin başlanılması rədd edilmişdir. - xx.xx.2024-cü il tarixli izahat verməkdən imtina edilməsi barədə aktın surətindən görünür ki,06 və 08 may tarixlərində keçirilmiş monitorinqlə bağlı İmişli rayonu Qaralar kənd tam orta məktəbinin direktoru İddiaçı izahat vermək üçün İmişli rayon təhsil sektoruna dəvət edilmiş,sektpra gəlsə də izahat verməkdən imtina etmişdir. - İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, MŞB/8/2024-02359 saylı arayışa əsasən ilkin medasiya sesiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi isə ilkin mediasiya sesiyasında iştirak etməmişdir. - Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
İşə baxan məhkəmənin mövqeyi
Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı İmişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbin direktoru olmuşdur. 2024-cü ildə məktəbdə AR Təhsil Nazirliyinin göstərişi ilə araşdırılma aparılmış, məktəbdə bir sıra nöqsanlar – texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdə tutulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi hallar aşkarlanmışdır. 19 sentyabr 2024—cü il tarixli, 3-29-69/3- 1-787K/2024 saylı əmr ilə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə əmək müqaviləsinə ləğv edilməsi əmr edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Buna görə də qanunvericiliyin tələblərinə əsasən məhkəmə ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu? Mülki işin materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2024-cüil tarixli mübahisələndirilən əmri 07 oktyabr 2024-cü il tarixdə əldə etdiyini bildirir. Mediasiya arayışından görünür ki, mediasiya barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş; mediasiya arayışı xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəməyə 16 dekabr 2024-cü il tarixdə müraciət etmiş və bununla da qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq müddəti ötürmüşdür. İddia ərizəsində müddətin ötürülməsi iddiaçının prokurorluqda gedən araşdırmanın nəticəsini gözləməsi ilə əlaqədləndirsə də, məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, iddia müddətinin buraxılmasının üzrlü hesab edilməli olan hallar Əmək Məcəlləsi ilə təsbit edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı araşdırmanın nəticəsinə görə müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X21rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil- Muğan Regional Təhsil İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi işə bərpa tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə