Məhkəmə qərarları › İş №2(005)-114/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-114/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-114/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki nəhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Muradova X6 rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, milliyyəti azərbaycanlı olan X4 atasının xx.xx.1955-ci il təvəllüdlü X10 olması, uşağın doğum haqqında akt qeydində dəyişiklik edilərək “atası” qrafasında “Hüseyn”, “anası” qrafasında “Fərqanə”, “doğulduğu yer” Bakı şəhəri, “doğum tarixi” xx.xx.2021-ci il göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsinin Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə 2017-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayı tarixədək qeydiyyat orqanlarında nikahı qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşdür. Aralarında olan faktiki nikah münasibətindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 nömrəli doğum evində oğlu dünyaya gəlmişdir. 7 ilə yaxın bir müddət ailəsi ilə mehriban yaşamışdır. Ancaq oğlu dünyaya gəldikdən sonra cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Uşaq dünyaya gəldikdən sonra X8 dəfələrlə doğum haqqında şəhadətin alınması barədə təkid etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmış və hətta hədə-qorxu da gəlmişdir. X10 uşağın atası olması faktını etiraf etsə də, atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verməkdən imtina etmişdir. Tərəfindən atalığın müəyyən olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müracitə etmişdir. 2(005)-1097/2023 saylı mülki iş üzrə cavabdeh tərəfin vəsatəti ilə bioloji ekspertiza təyin edilmişdir. Həmin ekspertizanın nəticəsinə əsasən cavabdeh X5 ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il təvəllüdlü oğlan uşağı barəsində atalıq faktı inkar olunmamışdır. Qeyd olunan ekspert rəyi və digər sübutlar əsasında iddia təmin edilmişdir. X2 Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1097/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. X10 ilkin iclasda əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət vermişdir. Vəsatət təmin edilərək təkrar ekspertiza keçirilmişdir. X3 həmin vaxt öldüyü üçün müvafiq ekspertiza keçirilmədən iş materialları məhkəməyə geri qaytarlmışdır. X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5928/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəf vəfat etməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Bundan sonra qanunvericiliyin tələbi üzrə “atalığın tanınması faktı” ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsi ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Şəxsinin xx.xx.2023-cü il tarixli, 9/350 saylı ekspertiza rəyindən görünür ki, 1. Güman olunan ata X5 qrup göstəriciləri: 0 alfa betaa (İ), MM, Rh: D/+/, E(+), e(+), C(+), c(-), Kell (-). Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir. 2. Ana Ərizəçi qrup göstəriciləri: A beta (İİ), MM, Rh: D/+/, E(-), e(+), C(+), c(-), Kell (-). Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir. 3. Oğlan uşağının qrup göstəriciləri: A beta (İİ), MM (+), Rh: D/+/, E(+), e(+), C(+), c(-), Kell (-). Ağız suyunun tədqiqinə görə “ifraz etməyənlər” kateqoriyasına aiddir. 4. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən X5 ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il təvəllüdlü oğlan uşağı barəsində atalıq faktı inkar olunmamışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür; Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə kişi çinsli uşaq doğmuşdur; AZ-İV seriyalı, 882565 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası “X11”, anası “Ərizəçi” qeyd edilmişdir; Məhkəmə iclası zamanı X5 yetkinlik yaşına çatmayan uşağın atası olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs2 ilə xx.xx.2021-ci il təvəllüdlü X9 arasında qan qohumluğu və qardaşı olub-olmamasını müəyyən etmək səbəbi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1344/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Şəxsinin xx.xx.2024-cü il tarixli, 693/2024-MTBŞ saylı ekspertiza rəyində qeyd edilmişdir ki,1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış AmpFLSTR Yfıler PCR Amplifıcation Kit reaktiv toplusuna daxil olan 16 müxtəlif Y-STR lokusdan 16-sı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə Maraqlı şəxs2 (Q1) ilə X9 (Q2) arasında qohumluq dərəcəsinin müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır: Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-sı (1-16 saylı Y-STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur. Nəticələrin etibarlı hesab olunduğu 16 Y-STR lokusların hər biri üzrə testə uğradılan şəxslər - Q1 və Q2 arasında testin nəticələrinin etibarlı olduğu bütün Y-STR lokuslar üzrə tam şəkildə uyğunluq aşkarlanmışdır. Beləliklə, atabir qardaşlar səviyyəsində qohumluq əlaqələrinin müəyyən edilməsi üçün həyata keçirilən genetik test nəticəsində testə uğradılan şəxslər – Q1 və Q2 arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında atabir qardaşlar səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Maraqlı şəxs2 və X9 arasında ata xətti üzrə (qardaş-qardaş səviyyəsində) qohumluq əlaqəsinin olması təsdiq olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün lazım olan 2300 manat dəyərində reaktivlərin alınması Ərizəçi tərəfindən ödənilnişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ərizəçi ilə X10 qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində olmuşlar. Onların münasibətlərindən xx.xx.2021-ci il tarixdə X9 adlı övladı doğulmuşdur. X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi, X5, oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 atası olduğunu əsas gətirərək atalığın etiraf olunması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan atanın oğlu arasında qardaş-qardaş qohumluq əlaqəsi faktı inkar olunmamışdır. Bu isə xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.1955-ci il təvəllüdlü X10 arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün möhtəbər əsaslar mövcuddur. Uşaq doğulan zaman onun atası ilə anası bir neçə il bir ailə kimi yaşamış, X10 uşaq doğulduqdan sonra ona qulluq etmiş, xx.xx.2023-cü il tarixdə ölmüşdür. Qeyd olunan faktın müəyyən edilməsi doğum haqqında şəhadətnamədə X5 uşağın atası kimi qeydə alınması, bundan irəli gələn hüquqlarının həyata keçirilməsi üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ekspertizanın aparılması üçün Ərizəçi tərəfindən ödənilmiş 2300 manat vəsaitin vəfat etmiş X5 hüquqi varisi Maraqlı şəxs2 tutularaq Ərizəçi ödənilməsini ədalətli hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil ekspertiza rəyininin nəticəsi ərizəçinin xeyrinə olduğu halda ekspertiza xərclərini qarşılayacaqlarına razı olduqlarını bildirmişdir. Lakin dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 özünün sağlığında xx.xx.2021-ci təvəllüdlü X4 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2021-ci il təvəllüdlü X4 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Uşağın doğum haqqında akt qeydində “atası” qrafasında “X10”, “anası” qrafasında “Ərizəçi”, “doğulduğu yer” Bakı şəhəri, “doğum tarixi” xx.xx.2021-ci il göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Məhkəmə ekspertizanın aparılması üçün Ərizəçi tərəfindən ödənilmiş 2300 manat vəsaitin əvəzi olaraq Maraqlı şəxs2 2300 manat tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar