Məhkəmə qərarları › İş №2(005)-1147/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1147/2022

11.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1147/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X1, X2, İddiaçı3, İddiaçı4 arasında bağlanılmış və Bakı şəhəri 3 saylı Notariat Kontorunda təsdiq olunmuş 07 aprel 2018-ci il tarixli 259 nömrəli Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa olunmuş 6 saylı binanın 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m olan mənzilin “İNTEKS" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1, X2, İddiaçı3, İddiaçı4 təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 arasında bağlanılmış və Bakı şəhəri 3 saylı Notariat Kontorunda təsdiq olunmuş 07 aprel 2018-ci il tarixli 259 nömrəli Müqaviləyə əsasən, iddiaçılar AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı “Çıxarış" ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 52.5 kv.m (faktiki 64 kv.m) ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC'-nə təhvil verməyi, “İnteks" MMC isə həmin ərazidə inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m-lik ümumi sahəyə malik təmirli yaşayış sahəsini “Əmlak mülkiyyətçiləri'’nin yəni iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.4cü bəndinə əsasən. “Tikinti şirkəti” “Əmlak mülkiyyətçiləri” tərəfindən mənzil təhvil verildikdən sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çaldıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş təmirli mənzili “Əmlak mülkiyyətçiləri”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günədək bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MMC Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən “Əmlak Mülkiyyətçilər”nin paylı mülkiyyətində olan yaşayış sahəsində inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 9. 10, 11 və ya 12-ci mərtəbəsinin birində 3 otaqlı 80 kv.m-lik ümumi sahəyə malik təmirli yaşayış sahəsini “Əmlak Mülkiyyətçilər”inin mülkiyyətinə və sahibliyinə verməmişdir. Belə ki, iddiaçılar dəfələrlə şirkətə müraciət etsələr də, şirkət 80 kv.m 3 otaqlı mənzilin olmadığı bəhanə edərək müqavilə üzrə mənzili iddiaçılar sahibliyinə verməkdən imtina etmişdir. Bununla əlaqədar şirkətə rəsmi qaydada ərizə (pretenziya məktubu) da göndərilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh MMC arasında bağlanılmış 07.04.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçılar AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı “Çıxarış" ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 52.5 kv.m (faktiki 64 kv.m) ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-nə təhvil verməyi, “İnteks" MMC isə həmin ərazidə inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m-lik ümumi sahəyə malik təmirli yaşayış sahəsini “Əmlak mülkiyyətçiləri'’nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarından və iddiaçı tərəfin izahatından müəyyən edilmişdir ki, iddiaçılar müqavilə üzrə öz üzərlərinə düşən öhdəliklərini icra etmiş, yəni ünvan 1 ünvanında yerləşən 52.5 kv.m (faktiki 64 kv.m) ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-nə təhvil vermişlər. Lakin Cavabdeh öz müqavilə öhdəliyini bugünədək icra etməmiş, həmin ərazidə inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m-lik ümumi sahəyə malik təmirli yaşayış sahəsini iddiaçıların mülkiyyətinə təhvil verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhədliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Belə olan halda iddiaçılar haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa olunmuş 6 saylı binanın 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m olan mənzilin iddiaçılar X1, X2, İddiaçı3 və İddiaçı4 təhvil verilməsi cavabdeh “İNTEKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə kimi qoyulsun. Cavabdeh MMC qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar