Məhkəmə qərarları › İş №2(005)-1148/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1148/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1148/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə ümumilikdə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı vasitəçiliyi ilə bacısı X6 ilə Cavabdeh1 MMC arasında imzalanmış 16 mart 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 20 000 (iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı X1 xeyrinə ümumilikdə 35 600 (otuz beş min altı yüz) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 35 600 (otuz beş min altı yüz) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğincə ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3718/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, “Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia üzrə iddiaçı X8 ilk iddia üzrə cavabdehlər “Mobisky" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul tələbinə dair” iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı ‘'Mobisky’" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair" iddiası təmin edilməlidir. Bundan başqa belə müqavilə üzrə tərəf olmayan ilkin iddia üzrə iddiaçı tərəfin müqavilə ödəliklərinin yerinə yetirilməsini və pulun ödənilməsini ilkin iddia üzrə cavabdehdən tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə belə subyektiv hüququ olmayan şəxsə pulun qaytarılması qeyri-müəyyənliyin yaranmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı X7 tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi olmadığından və belə müqavilə üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ olmadığından ilkin iddia rədd edilməlidir.Z.Hüseynova tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)-3718/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə 2(103)-4537/2020 saylı, 04.11.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Şikayətə baxan apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin qismən təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, 3-cü səxs qismində isə cəlb edilmiş İddiaçı oğlu birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən ifadəsində qeyd etmişdir ki, Cavabdeh2lə o, dostluq münasibətlərində olmuşdur. Verilən pul vəsaiti ona məxsus olmuşdur. Müqavilə tərəfi olan Hüseynova Zinyət onun bacısıdır. Bütün müqavilə şərtlərini dostu Samirlə o razılaşmış, pulu da özü Samini vermişdir. Müqaviləni bacısı Hüseynova Zinyətə imzalatmaqda məqsəd isə müqavilə haqlanan dövrdə onun ailə və nikah, əmlak bölgüsü barədə problemləri olduğundan, belə müqaviləni özü imzalamaqdan ehtiyat etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iddiaçı Zinyət Hüseynova onunla “Mobisky" MMC arasında bağlanmış 16 mart 2016-cı il tarixli müqaviləyə istinad edərək. hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə isə mahiyyət etibarı ilə borc (kredit) müqaviləsidir. Çünki həmin müqavilədə tərəflər “Sərmayəçi" və “Sərmayəni qəbul edən ” kimi, həmçinin pul vəsaitinin sərmayə kimi verilməsi, bunun müqabilində hər ay ödəniş edilməsi və sonda sərmayənin geri qaytarılması göstərilsə də, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, borcverən (sərmayəçi) 2 ildən az olmamaq şərti ilə, 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini borcalana (sərmayəni qəbul edənə) borc kimi vermişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Belə ki, tərəflərin izahatlarından mübahisəsiz olaraq müəyyən olunur ki, 16 mart 2016-cı il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçı oğlu ilə Cavabdeh2 oülu arasında aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin pul vəsaiti İddiaçı oüluna məxsus olmuşdur. Lakin kollegiya hesab edir ki, hazırki işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri İddiaçı ogldur. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmədiyi üçün rədd edilməli, qarşılıqlı iddia isə yuxanda göstərilən əsaslara görə təmin edilməlidir. Z.Hüseynova ilə cavabdehlər arasında münasibətlərin qurulmasında Z.Hüseynovanın qardaşı, İddiaçı vasitəçi olmuşdur. Bu da iddiaçının Nərimanov rayon Məhkəməsində verdiyi izahatında öz təsdiqini tapmışdır. Z.Hüseynovanm iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin araşdırmalarından göründüyü kimi cavabdehlərə verilmiş vəsait İddiaçı məxsusdur. Bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Yasamal Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2019-cu il tarixli QƏRARı ilə müəyyən edilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Cavabdeh1 MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X12 adına rəsmiləşdirilmişdir... Bundan sor.ra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adma keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh2nm adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X11 təyin olunmuşdur... Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. ... və sonradan da 20 000 ABŞ dollarına aid olun 16.03.2016-a il tarixli müqaviləni anası S.İsmavılova ilə Z.Ouliyevin bacısı Ziniyət Hüüseünovanın aralarında bağlanmışdır. Həmin pulların təhvil-təsliminə aid bütün danışıq və prosesləri bilavasitə İddiaçı özü ilə apararaq icra etmiş, lakin o, həmin pulları verdiyi ərəfədə bu barədə hər hansı bir yazışma aparmağını tələb edib və buna görə də o formal olsa da, belə təklif etmişdir ki, öz aralarında həmin pullara aid müqavilə bağlasınlar. Belə ki, Z.Oulivevin verdiyi pulları o, yalnız Cavabdeh1 MMC-nin fəaliyyətinin və göstərdiyi xidmətlərin genişləndirilməsi məqsədi ilə eötüriih məqsədyönlü olaraq bu istiqamətdə sərmayə kimi sərf etdiyindən həmin müqaviləni də məhz Cavabdeh1 MMC-nin adından tərtib etmişdir. ...16.03.2016-cı il tarixdə 20 000 ABŞ dollarına aid müqaviləni iki nüsxədə tərtib edərək Z.Hüseynovuya imzalatdırmaq üçün Quliyevə vermişdir. Lakin həmin müqaviləni tərtib etdiyi zaman anası S.İsmavılova xəstə oldıuğundan yataqda yatdığından onu narahat elməmək məqsədi ilə müqavilənin hər iki nüsxəsini onun əvəzinə öz imzası ilə təsdiq etmişdir.... həmin pulların hesabına 14 ədəd server kompüter bazaları və dinər texniki avadanlıqları almaqla, eləcə də proqram təminatlarının hazırlanmasına ödənişlər etməklə tamlıqla Z.Oulivevin verdiyi həmin pulları xərcləmişdir. Yuxarıda qeyd edilən səbəblərdən müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 20.000 ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə eldiyindən 20.000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 20.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsa da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bu günki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə razı olmadığını, əsassız olduğu üçün rədd olunimasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X6 ilə Cavabdeh1 MMC arasında imzalanmış 16 mart 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 20 000 (iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20si tarixinədək iddiaçıya 400 (dörd yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3718/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X3 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair ilkin iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq kin iddia üzrə iddiaçı X1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair ilkin iddiası təmin edilməməsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC ilə ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh X6 arasında 16 mart 2016-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddia tələbi üzrə cavabdeh X3 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti verilmiş və Bakı Apellasiya Məhkəməsinin 2(103)-4537/2020 saylı, 04.11.2020ci il tarixli qətnaməsi ilə iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3718/2019 saylı qətnaməsi ləğv edilmiş, ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək «Mobisky” MMC ilə X9 arasında 16 mart 2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, «tərəflərin izahatlarından mübahisəsiz olaraq müəyyən olunur ki, 16 mart 2016-cı il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçı oğlu ilə Cavabdeh2 arasında aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin pul vəsaiti İddiaçı oğluna məxsus olmuşdur. Göründüyü kimi, mübahisələndirilən müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Ona görə də, kollegiya hesab edir ki, mübahisələndirilən 16 mart 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır…. Hazırki işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri İddiaçı oğludur. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir.» 24 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİnni İŞ-nin qərarından görünür ki, Cavabdeh2 barəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Həmin cinayət işi üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, «Mobisky” MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin MMC 2005-ci ildə dövlət qeydiyyatından keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X12 adına rəsmiləşdirilmişdir... Bundan sor.ra isə 2008-ci ildə o həmin MMC R.Xəlilovun adından rəsmi qaydada öz anası Cavabdeh3 adına keçirmiş və bununla bağlı MMC Vergi orqanlarından yenidən qeydiyyatdan keçirərək MMC-nin 100%-i anası Cavabdeh2nm adına rəsmiləşdirilmiş və həmçinin MMC-nin direktoru kimi X11 təyin olunmuşdur... Rəsmi sənədlərə uyğun olaraq onun həmin MMC-yə hüquqi əsaslarla isə heç bir aidiyyəti yoxdur. ... və sonradan da 20 000 ABŞ dollarına aid olun 16.03.2016-a il tarixli müqaviləni anası S.İsmavılova ilə Z.Ouliyevin bacısı Ziniyət Hüseynova arasında bağlanmışdır. Həmin pulların təhvil-təsliminə aid bütün danışıq və prosesləri bilavasitə İddiaçı özü ilə apararaq icra etmiş, lakin o, həmin pulları verdiyi ərəfədə bu barədə hər hansı bir yazışma aparmağını tələb edib və buna görə də o formal olsa da, belə təklif etmişdir ki, öz aralarında həmin pullara aid müqavilə bağlasınlar. Belə ki, Z.Oulivevin verdiyi pulları o, yalnız Cavabdeh1 MMC-nin fəaliyyətinin və göstərdiyi xidmətlərin genişləndirilməsi məqsədi ilə götürüb məqsədyönlü olaraq bu istiqamətdə sərmayə kimi sərf etdiyindən həmin müqaviləni də məhz Cavabdeh1 MMC-nin adından tərtib etmişdir. …16.03.2016cı il tarixdə 20 000 ABŞ dollarına aid müqaviləni iki nüsxədə tərtib edərək Z.Hüseynovuya imzalatdırmaq üçün Quliyevə vermişdir. Lakin həmin müqaviləni tərtib etdiyi zaman anası S.İsmavılova xəstə oldıuğundan yataqda yatdığından onu narahat elməmək məqsədi ilə müqavilənin hər iki nüsxəsini onun əvəzinə öz imzası ilə təsdiq etmişdir.... həmin pulların hesabına 14 ədəd server kompüter bazaları və dinər texniki avadanlıqları almaqla, eləcə də proqram təminatlarının hazırlanmasına ödənişlər etməklə tamlıqla Z.Oulivevin verdiyi həmin pulları xərcləmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellasiya Məhkəməsinin 2(103)-4537/2020 saylı, 04.11.2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 16 mart 2016-cı il tarixli müqavilə üzrə tələb olunan pul vəsaiti İddiaçı oğluna məxsus olmuşdur. Əqdin tərəflərindən biri İddiaçı oğludur. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir». Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Qeyd olunan hallar kontekstdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, belə ki, cavabdehlərdən Cavabdeh2 tərəflər arasında olan başqa məhkəmə işləri verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış, möhür vurmuş «Mobisky” MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə eldiyindən 20.000 ABŞ dolları məbləğindəki vəsaiti də İddiaçı şəxsən alaraq digər cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarlarında nümayiş etdirilən hüquqi mövqey baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Apellasiya Məhkəməsinin 2(103)-4537/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə olan halda, cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 hər hansı hüquqi əsas olmadan əldə etdiyi 20.000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə iddia tələbinin rədd olunmalı hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh3 pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3dır. Bu hal müvafiq iş materiallarında olan məhkəmə qətnaməsilə də təsdiqini tapmışdır. Məhdud məsuliyyətli cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımadığı üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. məhkəmə hesab edir ki, fiziki şəxs olaraq da Cavabdeh3 hazırki mübahisə üzrə məsuliyyət daşıya bilməz. Məhz ona görə ki, məhkəmə araşdırması zamanı, bundan əlavə cinayət işinin araşdırması zamanı verilən izahatlardan müəyyən edilmişdir ki, pul danışıqları, müqavilənin bağlanması ilə bağlı tərəflərin iştirakı və s. iddiaçı ilə Cavabdeh2 arasında baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilərək cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 20000 ABŞ dolları məbləğində pul (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər «MOBİSKY” MMC və Cavabdeh2 20 000 ABŞ dolları (iyirmi min) məbləğində pul (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar