Məhkəmə qərarları › İş №2(005)-1149/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1149/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1149/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMCdən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun vasitəçiliyi ilə qaynanası X9 ilə Cavabdeh1 MMC arasında imzalanmış 15 avqust 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 1 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin, MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı X3 xeyrinə ümumilikdə 186 000 (yüz səksən altı min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ə.Xanizadə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 186 000 (yüz səksən altı min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3716/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, "Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadəsində bildirmişdir ki, Cavabdeh2lə o, dostluq münasibətlərində olmuşdur. Cavabdeh2 ona bildirmişdir ki, işlərini qaydaya qoymaq üçün şərik axtarır. Ona görə də tanışı olan Sadıxov Natiqlə Cavabdeh2 görüşdürmüş və onlar bu barədə danışaraq razılığa gəlmişlər. Görüş zamanı Cavabdeh2 Cəmiyyətin təsisçisinin anası Cavabdeh3 olduğunu, anasının xəstə olması səbəbindən işləri özü apardığını, biznesi genişləndirmək üçiin əlavə sərmayəyə ehtiyacı olduğunu bildirmişdir. Razılığa əsasən Sadıxov Natiq qaynanası olan X14ma məxsus mənzili 100 000 ABŞ dolları məbləğində dəyərləndirərək Cavabdeh2 təklif etmiş, o, isə bununla razılaşaraq mənzili götürmüşdür. Müqavilə hazırlanmış, Cavabdeh3 imzalaması üçün Cavabdeh2 verilmişdir. Samir müqaviləni imzaladaraq gətirib ona "Cavabdeh1” MMC-nin ofisində olmasa da, Bakı şəhərində razılaşdıqları qaydada və yerdə təqdim edilmişdir. Mənzil Xanizadə Əminənin adına olduğu üçün müqavilə də onunla bağlanmışdır. Natiq tərəfindən verilmiş 20 000 ABŞ dolları məbləğində pulu özü şəxsən Cavabdeh2 vermişdir. ...Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, o, digər Cavabdeh3nm oğludur. Anası xəstə olduğu üçün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. ...O, Zaur adlı dostunun vasitəsilə Natiq adlı adamla tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə başlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün isə 20.000 ABŞ dolları əlavə olaraq o götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranını təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də pullar Samirə çatmamış, bütün pul Zaura çatmışdır. İlkin iddia üzrə iddiaçı X10ynanasıdır. ...Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid İddiaçı bildirmişdir ki, Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Samirlə razılaşmışlar ki. Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər, lakin Natiqdə 120.000 ABŞ dolları tam olmadığından əvəzində evini müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100 000 ABŞ dolları məbləğində razılaşmış, müqavilə üzrə qalan 20.000 ABŞ dolları pulu isə Zaura vermişdir ki, Samirə çatdırsın. Sonradan ona məlum olmuşdur ki, Samir onun razılığı olmadan həmin evi ucuz qiymətə satmışdır. Müqaviləni isə öz adına bağlamamasının və qaynanası Xanizadə Əminənin adından bağlamasının səbəbini isə əsaslandıra bilməmişdir. Verdiyi bütün pul ona məxsus olmuşdur, qaynanası Xanizadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. ...Məhkəmə iclasında müəyyən edilmişdir ki, O.A.Xanizadə özü müqaviləni tərəf olaraq imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzində müqavilə tərəfi İddiaçı olmuş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin haldanması iiçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. ... İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Ə.A.Xanizadə özü müqaviləni tərəf olaraq imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzində müqavilə şərtlərinin razılaşmasında İddiaçı olmuş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. ...Bundan başqa müqavilə üzrə tərəf olmayan ilkin iddia üzrə iddiaçı tərəfin müqavilə öhdəliklərinin verinə yetirilməsini və pulun ödənilməsini ilkin iddia iizrə cavabdehdən tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. ...İlkin iddiaya münasibətdə məhkəmə belə nəticəyə şəlir ki, ilkin iddia üzrə iddiaçı X9 tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi olmadığından və belə müqavilə üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ olmadığından ilkin iddia rədd edilməlidir". Ə.Xanizadə tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)- 3716/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə 2(103)-4467/2020 saylı, 20.10.2020-ci il tarixli (sədrlik edən hakim Raqib Qurbanov) qətnamə qəbul edilmişdir. Şikayətə baxan apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin qismən təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, "Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, o, digər Cavabdeh3 oğludur. Anası xəstə olduğu iiqün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. ...O, Zaur adlı dostunun vasitəsilə Natiq adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki. Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin buğlanması üçiin isə 20.000 ABŞ dolları əlavə olaraq o götürməmiş, dostu Zaur həmin pıdu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranını təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də, bütün pul Zaura çatmışdır. X10yınanasıdır. ... Üçüncü şəxs İddiaçı bildirir ki, Əminə Xanizadə onun qayınanasıdır. Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Samir ondan sərmayə kimi “Cavabdeh1" MMC-yə yatırmaq üçün 120.000 ABŞ dolları məbləğində pul istəmiş, əvəzində isə o, 120 000 ABŞ dollarından başqa hər ay 3000 ABŞ dolları pulu geri qaytaracağını təklif elmiş, o da bu təkliflə razılaşmış və hazırda mübahisələndirilən müqaviləni bağlamağa qərar vermişlər. Lakin onda 120.000 ABŞ dolları tam olmadığından əvəzində ona məxsus mənzili müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış. müqavilə üzrə qalan 20.000 ABŞ dolları pulu isə nağd səkildə vermişdir. O, çox vaxt xaricdə olduğundan müqavilə onun öz adına deyil, qayınanası Xanizadə Əmmənin adına bağlanmışdır. Həm də müqaviləni məhz qayınanasının adına bağlanmışdır ki, müqavilə üzrə gələcək gəlir evə xərclənsin. Verdiyi bütün pul ona məxsus olmuş, qayınanası Xanizadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. ...Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iddiaçı Əminə Xanizadə onunla “Cavabdeh1 ” MMC arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə isə mahiyyət etibarı ilə borc (kredit) müqaviləsidir. Çünki həmin müqavilə üzrə tərəflər “Sərmayəçi” və “Sərmayəni qəbul edən" kimi, həmçinin pul vəsaitinin sərmayə kimi verilməsi, bunun müqabilində hər ay ödəniş edilməsi və sonda sərmayənin geri qaytarılması göstərilsə də, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, borcverən (sərmayəçi) 1 il müddətində hər ay faiz kimi 3000 ABŞ dollarının ödənilməsi şərti ilə 120.000 ABŞ dolları məbləğində pul vəsaitini borcalana (sərmayəni qəbul edənə) borc kimi vermiş, müqavilə müddəti bitdikdən sonra müqaviləyə xitam verildiyi təqdirdə isə həmin borc məbləği 1-2 ay müddətində geri qaytarılmalı idi. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçılar, borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə isə bu maddələrin tətbiq edilməsi və ilk iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. ...Belə ki, tərəflərin və apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş İddiaçı Eddən iz oğlunun izahatlarından mübahisəsiz miiəvvən olunur ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeşanə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus olmuşdur. ...Lakin kollegiya hesab edir ki, hazır ki işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri İddiaçı El dəniz oğludur. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbləri Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmədiyi üçün rədd edilməli, qarşılıqlı iddia isə yuxarıda göstərilən əsaslara görə təmin edilməlidir. Bildirmək istəyir ki, Ə.Xanizadə ilə cavabdehlər arasında münasibətlərin qurulmasında o - İddiaçı vasitəçi olmuşdur. Bu da iddiaçının Nərimanov rayon Məhkəməsində verdiyi izahatında öz təsdiqini tapmışdır. Ə.Xanizadənin iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin araşdırmalarından göründüyü kimi cavabdehlərə verilmiş vəsait iddiaçı olaraq ona - İddiaçı məxsusdur. Bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Qeyd edilən səbəblərdən müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 120.000 ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən 120.000 ABŞ dolları məbləğindəki vəsaiti də ondan alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 120.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsalar da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bu günki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 ona ümumilikdə 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 13 aprel 2021-ci il tarixdə məhkəməyə İddiaçı pul tələbinə dair iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iş üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "‘Ə. Xanızadənin iddia tələbi ilə Nərimanov rayon və Bakı apellyasiya məhkəməsinin araşdırmalarından göründüyü kimi giiya cavabdehlərə verilmiş vəsait özünə məxsusdur. Bu faktın özü də güya cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Müqavilə əsasında Cavabdeh1 MMC-nin faktiki sahibi hazır ki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 120000 ABŞ dolları məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Vəsaitin alınmasında və sərf edilməsində güya cavabdehlər iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 120000 ABŞ dolları məbləğində vəsait də hər cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Hesab edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, X11 iddia tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə onun arasında 15 avqust 2017-ci il tarixdə sərmayə layihəsinin reallaşdırılması üçün birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında ödənilmiş 120 000 ABŞ dolları, ümumlikdə 186 000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 MMC-dən və digər cavabdehlərdən tutulmasını xahiş etmişdir. Eyni ilə Cavabdeh1 MMC və digər cavabdehlər Əminə Xanızadəyə qarşı 15 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi ilə məhkəmədə çıxış etmişdilər. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki. Əminə Xanızadə həmin müqavilə üzrə və müqavilədən kənar cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və Cavabdeh3va hər-hansı bir məbləğdə pul vəsaiti ödəməmişdir. Bu səbəbdən onun cavabdehlərə qarşı irəli sürmüş iddia ərizəsi təmin edilməmişdir. Lakin, Əminə Xanızadəyə qarşı sözügedən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürülmüş qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, iş materiallarında olan 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 9 və 10-cu səhifəsində Əminə Xanızadə izahat vermişdir ki, '‘kürəkəni İddiaçı 2017-ci ilin avqust ayının əvvəlində ünvan 1 ünvanda yeni inşa edilmiş binada 2 otaqlı mənzili 100.000 dollar hesabı ilə Samir adlı şəxsə vermiş və Samir adlı şəxs mənzili müqavilə əsasında öz adına keçirmişdir. X17 öz işləri ilə bağlı tez-tez xarici dövlətlərə gedib gəldiyindən Samir adlı şəxsə verdiyi mənzil və əlavə verdiyi 20.000 dollar aid aralarında tərtib olunan müqavilə onun adından bağlanmasına qərara alınmışdır. Etiraz etməmiş, ona aid olan məlumatları müqavilədə qeyd etdirə bilməsi üçün şəxsiyyət vəsiqəsini ona vermişdir. Təxminən bir həftə keçəndən sonra isə kürəkəni Natiq iki nüsxədə olan müqavilələri ona təqdim edərək onları imzalamağı xahiş etmiş və o da, müqavilənin hər iki nüsxəsini oxumadan imzalamışdır. İş üzrə İddiaçı (həmin qərarın 8 və 9-cu səhifəsi) öz izahatında qeyd etmişdir ki. “ünvan 1 ünvanda yerləşməklə yeni inşa edilmiş binada uşaqları üçün aldığı 2 otaqlı mənzili var və yalnız həmin mənzili satıb pul əlavə etdikdən sonra, həmin pulları yuxarıda göstərilən məqsədlə 1-2 il müddətinə ona verə bilər.... Son nəticədə o, 2017-ci ilin avqust ayının əvvəlində həmin mənzili Cavabdeh2 vermişdir...Məhz bu səbəbdən də, həmin mənzil onun istək və icazəsi əsasında binanı tikmiş şirkətin ofisində müqavilə əsasında Cavabdeh2 adına keçirmişdir. Təxminən 2-3 gündən sonra o, Cavabdeh2la kafedə görüşərək 20.000 dolları miqdarında pulu nəğd şəklində verərək ona bildirmişdir ki, həmin pulları, yəni ümumlikdə mənzilin dəyərinə aid olan pullarla birlikdə 120.000 dolları cəmi 1 il müddətinə ona verir və 1 ilin tamamında pulları ondan tam miqdarda geri tələb edəcəkdir. Cavabdeh2 da onunla razılaşıb həmin pulları ondan götürdükdə ondan bu barədə rəsmi müqaviləni nə vaxt tərtib edəcəyini soruşmuş və o da, müqavilədə ona aid olan hissə də anket məlumatlarını yazmaqdan ötrü şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o isə, tez-tez xarici dövlətlərə ezamiyyətə gedib-gəldiyi üçün Cavabdeh2 bu kimi müqaviləni qaynanası X4 adına tərtib etməsini xahiş etmişdir....Həmin müqavilələri aparıb qayınanası Ə.Xanızadəyə imzalatdırdıqdan sonra nüsxəsinin birini özündə saxlamış, ikinci nüsxəni isə Cavabdeh2 geri qaytarmışdır. Lakin, İddiaçı şahid qismində Nərimanov rayon məhkəməsində fərqli olaraq izahat verərək bildirmişdir ki, “Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Samirlə razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər, lakin Natiqdə 120.000 ABŞ dolları tam olmadığından əvəzində evini müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, "müqavilə üzrə qalan 20.000 ABŞ dollarını Zaura vermişdir ki, Samirə çatdırsın. Daha sonra İddiaçı izahatında bildirmişdir ki, “sonradan ona məlum olmuşdur ki, Samir onun razılığı olmadan həmin evi ucuz qiymətə satmışdır. Müqaviləni isə öz adına bağlanmasının və qaynanası Xanızadə Əminənin adından bağlamasının səbəbini isə əsaslandıra bilməmişdir. Verdiyi bütün pul ona məxsus olmuşdur, qaynanası Xanızadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. İş üzrə Cavabdeh2 fərqli olaraq qeyd etmişdir ki, (qərarın 13-cü səhifəsi) “eyni olaraq yuxarıda göstərilən müqavilənin olmasına baxmayaraq İddiaçı heç bir miqdarda pul götürmədiyini bildirmişdir”. Bundan başqa məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, "o, digər Cavabdeh3 oğludur. Anası xəstə olduğu üçün cəmiyyətin dostu Zaur ona təklif etmişdir ki, biznesi davam etdirmək üçün ona pul lazımdır. Əgər pul olsa Zaur icarəyə götürdüyü restoranı təmir etdirə bilər. O da Zaur adlı dostunun vasitəsilə Natiq adlı, adamla tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120 000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100 000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün isə 20 000 ABŞ dolları əlavə olaraq ö götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranı təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də pullar Samirə çatmamış, bütün pul Zaura çatmışdır. İlkin iddia üzrə iddiaçı X12ynanasıdır”. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, ''o Cavabdeh1 MMC-nin təsisçisidir. Lakin sözügedən müqavilədən xəbərsiz olmuş və müqaviləni imzalamamışdır. Müqavilə bağlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu Cavabdeh2 versə də belə müqavilənin bağlanmasını Zaur Yasamal rayon polis idarəsinə şikayət verən zaman onlara məlum olmuşdur". Bundan başqa, iş materialına əlavə edilmiş həmin müqavilə üzrə iddiaçı Cavabdeh1 MMC-yə pul ödəməyib (bu halı 2016-cı il yanvar ayından 2019-cu ilin sentyabr ayının 1- dək illəri əhatə edən hesabdan çıxarış təsdiq edir) və həmin müqavilədə göstərilən pul iddiaçıya məxsus deyil. İş materialına əlavə edilmiş 03 may 2017-ci il tarixli, 85 nömrəli müqavilənin surətindən görünür ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 494cü məhəllədə yerləşən 16 mərtəbəli yeni yaşayış evində 2 otaqlı, 97.81 kv.m. sahəsi olan mənzilə dair “RA-İnşaat’' MTK ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Nərimanov rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3716/2019 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı sərmayə məbləğinin geri qaytarılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilərək, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh1 MMC ilə X22 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2( 103)-4467/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3716/2019 saylı qətnaməsi ləğv edilməsi, ilkin tələbinin rədd edilməsi və qarşlılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunan hallardan görünür ki, İddiaçı tərəfindən güya verilmiş 120.000 ABŞ dolları məbləğində pul vəsaiti birincisi iş üzrə cavabdehlərə verilməmiş (pul vəsaitinin güya Cavabdeh1 MMC-nə verilməsini təsdiq edən 15 avqust 2017-ci il tarixli müqavilə məhkəmə tərəfindən etibarsız olmaqla, müqavilə üzrə pul vəsaitinin verilməsi öz təsdiqini tapmamışdır) və həmin pul vəsaiti iş üzrə Cavabdeh1 MMC-nin fəaliyyəti üçün xərclənməmişdir (həmin pul vəsaiti həqiqətən də Cavabdeh1 MMC-nin fəaliyyətinə yatırılsaydı, o zaman həmin xərclər hər-hansı bir sənəddə öz təsdiqini tapmışdır). Belə olan halda hesab edir ki, hazırki iddia tələbi ilə pul vəsaiti birincisi hazırki iş üzrə cavabdehlərdən tutula bilməz, ikincisi həmin pul vəsaiti X15 tərəfindən qəbul edilərək icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş “Ministerium" adlı restoranın təmirini xərclədiyindən, o, əsl cavabdeh kimi işə cəlb olunmalı və həmin pul vəsaiti ondan tutulmalıdır. Digər tərəfdən iddiaçı iddia etdiyi pul vəsaitinin cavabdehlərdən tutulması hüquqi əsası yoxdur. İddiaçı sadəcə söz ifadələri ilə kifayətlənərək cavabdehlərə qarşı belə iddia qaldırmışdır. İddia tələbinin Cavabdeh1 MMC-nin təsisçisinə qarşı qaldırılmasının mənasını da başa düşmək olmur. 2017-ci ilin təxminən mart-aprel aylarında Zaur Quliyev icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş “Ministerium” adlı restoranın təmirinin tamamlamaq üçün Natik Sadıqovdan 120.000 ABŞ dollarını borc götürülməsi barədə Cavabdeh2 məlumat verdi. Bu səbəbdən X24 İsmayılovdan xahiş etdi ki, “gəl səni dostum Natiqlə tanış edim və sən guya həmin pul vəsaitini Cavabdeh1 MMC-nin fəaliyyəti üçün istəyirsən və mən 3000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəyəcəyəm". Zaur Quliyev iş üzrə Cavabdeh2 dönədönə xahiş etmişdir Cavabdeh2 ‘‘Ministerium” adlı restoran və onun təmiri barədə iş üzrə İddiaçı heçnə deməsin. İş üzrə Cavabdeh2 Zaur Quliyevin təklifinə inanaraq onunla razılaşdı və sonra X24 X7 tanış etmişdir. İş üzrə iddiaçı X25 Quliyevin başqa işi görməklə qazanc əldə etmək üçün təklifini qəbul etdi. İş üzrə iddiaçı Natik Sadıqovun 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin olmadığı üçün 100.000 ABŞ dolları əvəzinə ona məxsus Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən yeni tikili binada 2 otaqlı mənzili və əlavə olaraq 20.000 ABŞ dollarını verə biləcəyini Zaur Quliyevə təklif etdi. Zaur Quliyev həmin təklifi gəbul edərək həmin mənzilin satışından əldə edilmiş 135.000 manatı və Natik Sadıqovdan götürdüyü 20.000 ABŞ dollarını Bakı şəhəri, Hüseyn Cavid prospektində olan “Ministerium” adlı restoranın təmirinə xərcləmişdir. Zaur Quliyev 2017-ci ilin noyabr ayının 18-dən həmin restoranın açılışı həyata keçirtməklə 2018-ci ilin aprel ayı daxil olmaqla həmin restoranı işlətmişdir. Bundan başqa, 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 3-cü və 4-cü səhifəsində X15 izahatında qeyd edir ki, “Lakin, o, S.İsmaylovun bu kimi təklifləri ilə razlaşmayaraq ona yaşayış, dolanış və yeməyi üçün pulun olmadığını və heç bir yerdə işləməyərək bütün pulları olan 260.000 ABŞ dolları tam şəkildə verdiyini, eləcə də L.Rəhimvaya ödənişlər etməyəcəyi təqdirdə sonuncunun onun barəsində prokurorluğa şikayət edəcəyini bildirərək, ən azı hər L.Rəhimovanın 200 ABŞ dollarını və ona vəd etmiş olduğu 8400 ABŞ dollarından heç olmasa yan və yaxud da üçdə bir hissəsini onlara verməsini tələb etmişdir. Cavabdeh2 da onu by kimi tələb və hədələri əsasında sonraki 15 ay ərzində L.Rəhimovuya aid 200 ABŞ dollarını, ona aid olan pullardan isə hər ay üçün cəmi 1000, 1500, 2000, 2500 və ya 3000 ABŞ dolları miqdarda olan pulları ona verməklə cəmi 61 000 ABŞ dollarını ona vermişdir ”. Zaur Quliyevin qeyd olunan izahatından görünür ki, güya iş üzrə Cavabdeh2 2015-ci ilin dekabr ayından başlayaraq müxtəlif müqavilələr üzrə borclu olduğu pul vəsaitlərini Zaur Quliyevə qaytarmamışdır. Belə olan halda, hansı səbəbdən Zaur Quliyev bu hadisələrdən sonra Cavabdeh2 15 illik dostu iş iizrə İddiaçıla 2017-ci ilin yaz aylarında tanış edərək, eyni müqavilə əsasında 120 000 A BŞ dollarını Cavabdeh2 verməsini ona təklif etmişdir və Cavabdeh2 tərəfindən ona pulun ödəməməsini dostu iş üzrə İddiaçı bildirmir. X19 məqsədi nədir? Bu hal onu təsdiq edir ki, Zaur Quliyevin həmin pul vəsaitinin alınmasında şəxsi maraqları var idi. Bu baxımdan hesab edir ki, hazırki iddia tələbi iş üzrə cavabdehlərə qarşı yox, X13 qarşı qaldırmaqla iddiaçının hazırki cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən iş üzrə cavabdehlərin etirazının dəlillərini əsaslı sayaraq iş üzrə İddiaçı iddiasının təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 yazılı etirazı ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan: Cavabdeh1 MMC-nin qurucusu Cavabdeh3 arasında bağlanmış 15.08.2017-ci il tarixli müqaviləyə əsasən X9 15 avqust 2017-ci il tarixdə 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə ödəmişdir. Sərmayəni qəbul edən hər ayın 20-si tarixinədək sərmayəçiyə 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş edilməsini təmin etməli, müqaviləyə Sərmayəçi tərəfindən 1(bir) il müddət birdikdən sonra birtərəfli qaydada xitam verildikdə sərmayəçi tərəfindən yatırılan pul vəsaitinin 1-2 ay müddətində qaytarılmasını təmin edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X3 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair”xxxx“Cavabdeh1’' MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh1 MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 MMC-yə 11.12.2012-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh1 MMC-nin təsisçisi X1 olmaqla, nizamnamə kapitalındakı mayaların miqdarı 100 %-dir. “Cavabdeh1" MMC-nin qanuni təmsilçisi isə X2r. Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X3 cavabdehlər “Cavabdeh1" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. 24 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə iş materialları, tərəflərin izahatları ilə müəyyən olundu ki, Cavabdeh1 MMCnin qurucusu Cavabdeh3 ilə X9 arasında bağlanmış 15.08.2017-ci il tarixli müqaviləyə əsasən 15 avqust 2017-ci il tarixdə 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə ödəmişdir. Sərmayəni qəbul edən hər ayın 20-si tarixinədək sərmayəçiyə 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş edilməsini təmin etməyi, müqaviləyə Sərmayəçi tərəfindən 1(bir) il müddət birdikdən sonra birtərəfli qaydada xitam verildikdə sərmayəçi tərəfindən yatırılan pul vəsaitinin 1-2 ay müddətində qaytarılmasını təmin etməyi öhdəsinə götürmüş, lakin sonradan müqavilə üzrə Sərmayəni qəbul edən öz öhdəliyini yerinə yetirməmiş, həmçinin sərmayəçinin ödədiyi pul məbləğini də geri qaytarmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X3 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair”xxxx“Cavabdeh1’' MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh1 MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X3 cavabdehlər “Cavabdeh1" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmçinin Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus olmuşdur. Eyni zamanda Cavabdeh2 həmin pul vəsaitini Zaur Quliyev tərəfindən istifadə edildiyini, İddiaçı isə cavabdehin özünə verdiyini bildirir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi pul vəsaiti cavabdehlərə verilməmişdir. Belə ki, cavabdehlər həmin pul vəsaiti X15 tərəfindən qəbul edilərək icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş “Ministerium" adlı restoranın təmirinə xərcləndiyindən, o, əsl cavabdeh kimi işə cəlb olunmalı və həmin pul vəsaiti ondan tutulmalıdır. İddiaçı isə pulun məhz cavabdehlərə 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə verdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının Cavabdeh2 verdiyi pul vəsaitinin qanunsuz sahiblikdən tələb etməsi təşkil edir. Belə ki, mülki iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki işə əsasən müəyyən olunur ki, eyni məsələ ilə bağlı hazırki iddiaçının qayınanası Ə.Xanızadə sərmayə müqaviləsindən irəli gələn tələb ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin müqavilə əhəmiyyətsiz əqd hesab edildiyindən iddia tələbi təmin edilməmişdir. Odur ki, iddiaçı hazırda cavabdehlərə verdiyi pul vəsaitini qanunsuz sahiblikdən geri tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, “15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuşdur.” Göründüyü kimi, hazırki mübahisəli hal üzrə artıq sözügedən qətnamə ilə hüquqi qiymət verilərək, mübahisəli pul vəsaitinin məhz Cavabdeh2 verilməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bildirir ki, işin digər mübahisələndirilən halı digər cavabdehlərə münasibətdə iddia tələbinin əsaslı olub-olmasıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kommersiya qurumu olan cavabdeh MMC-nin qanuni təmsilçisi X2r. Belə olan halda cavabdeh MMC-nin adından qeyd edilən müqaviləni MMC-nin qanuni təmsilçisi (direktoru) X6 imzalamağa səlahiyyətli olsa da, sözügedən müqavilə onun tərəfindən deyil, MMC-nin təsisçisi Cavabdeh3 tərəfindən imzalanmışdır. Qeyd olunmalıdır ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin predmeti olan pul vəsaitinin verilməsi ilə bağlı olsa da, yuxarıda qeyd olunan hal, yəni, müqavilənin MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmaması MMC-nin 15 avqust 2017-ci il tarixli müqavilə üzrə iddiaçı qarşısında mülki məsuliyyətini istisna edir. Odur ki, MMC-yə qarşı iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 digər cavabdehlərlə birgə pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, məhkəmə hesab edir ki, fiziki şəxs olaraq da Cavabdeh3 hazırki mübahisə üzrə məsuliyyət daşıya bilməz. Məhz ona görə ki, məhkəmə araşdırması zamanı, bundan əlavə cinayət işinin araşdırması zamanı verilən izahatlardan müəyyən edilmişdir ki, pul danışıqları, müqavilənin bağlanması ilə bağlı tərəflərin iştirakı və s. iddiaçı ilə Cavabdeh2 arasında baş vermişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, pulun geri qaytarılması tələbində iddiaçının tələbi əsaslıdır, ona görə də iddia qismən təmin edilməli, Cavabdeh2 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə iddia tələbi üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1793 ABŞ dolları ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının tələbinə əsasən Cavabdeh2 onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar