Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1178/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 220 kv.m olan qeyri yaşayış sahəsi, ünvan 1 ünvanında tikilmiş 6 bloklu binanın 1-ci blok, 10-cu mərtəbəsində ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzil, ünvan 1 ünvanda tikilmiş 6 bloklu binanın 1-ci blok, 4cü mərtəbəsində, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə “ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinin ayrıca icraata ayrılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş, məhkəmənin icraatında olan, bir-birilə əlaqəli olan 2(005)-95/2024 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırda məhkəmənin icraatında eyni tələblə, yəni ünvan 1 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin Cavabdeh MTK tərəfindən təhvil verilməsi ilə bağlı 2(005)-95/2023 saylı mülki iş vardır. İddiaçının qeyd edilən tələbi digər iş üzrə təqdim edilmiş sübutlarla birlikdə araşdırmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(005)-1178/2023 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X5 Cavabdeh MTK-ya qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s. tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh MTK, X11, X14, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh MTK, X14, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbi, müstəqil tələb üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər X11, X7 və X8 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh MTK, X11, X12, X7, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair 2(005)-95/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(005)-1178/2024 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X5 Cavabdeh MTK-ya qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s. tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh MTK, X11, X14, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh MTK, X14, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbi, müstəqil tələb üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər X11, X7 və X8 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh MTK, X11, X12, X7, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair 2(005)-95/2024 saylı mülki işlə bir icraatda birləşdirilərək mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1178/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1178/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver