Məhkəmə qərarları › İş №2(005)-1182/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1182/2023

05.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1182/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 sədrinin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nəqliyyat Nazirliyi Bakı sərnişin və yük daşımalarının təşkili MMC-nin xx.xx.2017-ci il tarixli 009/K №-li əmr əsasında Daşımaların tənzimlənməsi şöbəsində əmək fəaliyyətinə başlamışdır. Daha sonra xx.xx.2018-ci il tarixli 009 ş/h №-li əmr əsasında Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili MMC-nin Regional bölməsinin əlaqələndirilməsi şöbəsinin Sumqayıt Regional bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilib.Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 sədrinin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il oktyabr tarixli 1463 nömrəli Fərmanının 1 -ci və 8-ci hissələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt regional bölməsinin mütəxəssisi əmək müqaviləsi “01” dekabr 2022-ci il tarixindən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar ləğv edilmişdir.Onun işdən azad olunmağına bilavasitə əsas kimi “işçilərin sayı və ya ştatların ixtisarı” göstərilmişdir. Lakin əmrin nəyin, işçilərin sayının ixtisarı, yoxsa ştatların ixtisarı əsasında verilməsi dəqiq göstərilməmişdir.Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Sumqayıt Regional Bölməsi) ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin konkret olaraq hansı əsasla ləğv edilməsi, (işçilərin sayı yaxud ştatların ixtisarı əsası ilə) göstərilməlidir.İddiaçı qeyd edir ki, o, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə hər-hansı əmək müqaviləsi bağlamasa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (Sumqayıt Regional Bölməsi ) işə götürmək və işdən azad etmək səlahiyyətinin məhz Agentliyinə məxsus olması məlum deyil. Habelə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Regional Bölməsində ixtisara salınmayan işçilərin ona münasibətdə hansı üstünlüklüklərinin nəzərə alınması, işçilərin peşəkarlıq səviyyəsinin işəgötürənin hansı qaydada müəyyən etməsi, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Regional Bölməsində işçilərin sayı yaxud ştatların ixtisan aparılarkən hər-hansı yoxlamaların aparılması, (imtahan, dünya görüşü, əvvəllər intizam məsuliyyətinə cəlb olunubolunmamağı və s.) .(Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən), 01 dekabr 2022-ci il tarixli 50/k nömrəli əmrin qəbul edilməsi zəruriliyinin nədən ibarət olması,(Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən) “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Regional Bölməsində mütəxəssis vəzifəsində iddiaçı ilə bərabər neçə işçinin olması, həmin işçilərin əmək stajlarının hansı müddətləri əhatə etməsi, onlardan neçəsinin ali təhsilli olması və əmək müqaviləsinə xitam verilməyən işçilərin mövcud üstünlüklərinin nədən ibarət olması, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli, 1463 nömrəli Fərmanınından irəli gələn hansı əsasla xitam verilməsi və ümumən sözügedən fərmanda işçilərin sayı və ya ştatların ixtisarı, eyni zamanda əmək müqaviləsinin ləğvi əsaslarının göstərilməsi (Qeyd: əmrdə sözügedən Fərmana istinad olunmuşdur) barədə suallar açıq qalmışdır. İddiaçı bildirir ki, həmin əmr tam əsassız olmaqla iddiaçıya münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. Belə ki, işçilərin peşəkarlıq səviyyəsi belə yoxlanılmamışdır.İddiaçı hesab edir ki, qeyri müəyyən əsasla onun işdən çıxarılmağı əmək hüquqlarının kobud şəkildə pozulmasıdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir.Hesab edir ki, onun işdən çıxarılmağı tam qanunsuz və əsassızdır. İddiaçı qeyd edir ki, bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır.Qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunan qeyri-müəyyənliyə istinad edildiyi üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.Bütün bunları nəzərə alaraq iddiaçı, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 sədrinin 01 dekabr 2022-cı il tarixli 50/K №-li işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 məhkəmə iclas zalında iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi Azərbaycan Respublikası “Əmək Məcəlləsinin” 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi də qeyd edilmişdir. Əmr qanuni və əsaslıdır, heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - RBƏŞ-nin müdiri Ramin Sadıqov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Natiq Dadaşova ünvanlanmış xidməti məruzədə qeyd olunur ki, regional bölməsinin əlaqələndirilməsi şöbəsinin Sumqayıt Regional bölməsinin mütəxəssisləri X12, X13, İddiaçı və texnik mexaniki X9 rəhbərlik tərəfindən verilən tapşırıqlara məsuliyyətsiz yanaşaraq xidməti vəzifələrini yerinə yetirməmişdirlər. Xəbərdarlıq olunmalarına baxmayaraq nöqsanları aradan qaldırmaq istiqamətində onlar tərəfindən heç bir tədbir görülməmişdir. - İddiaçının əmək kitabçasından görünür ki, o 19 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin X6 Xidmətinin “X1” MMC-də mütəxəssis vəzifəsinə təyin edilmişdir. 14 noyabr 2018-ci il tarixdə müddətli müqavillə əsasında Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Sumqayıt regional bölməsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 01 dekrabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və Yüksək Texdnologiyalar Nazirliyi yanında X6 Xidməti Avtomobil Nəqiyyatı Xidməti "xxxx" MMC-nin baş direktoru Natioq dadaşov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 32 ş/h nömrəli əmrdən müəyyən olunur ki, "xxxx" MMC-nin Sumqayıt Regional bölməsinin mütəxəssisləri X12, X13, İddiaçı və texnik mexaniki X4, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdıqlarına və xidməti vəzifələrini yerinə yetirmədiklərinə görə “yazılı xəbərdarlıq” edilmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir müavini tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə ünvanlanmış 1-3- 104/11329- 22 nömrəli 05 noyabr 2022-ci il tarixli məktubu ilə ixtisar ediləcək işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar işdən azad ediləcək əməkdaşların siyahısından məlum olur ki,məlumatda İddiaçı ilə birlikdə işçılərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar 65 sayda işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur. - "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun "xxxx" MMC-nin həmkarlar İttifaqı komitəsinin sədri Mübariz Namazəliyevə ünvanladığı təqdimatıda AR Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliiyi publik hüquqi şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi zərurəti yarandığı bildirilib və bunları nəzərə alaraq ixtisarı nəzərdə tutulan işçilərin siyahısının təqdim edilməsi xahiş olunub. - "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli protokolundan müəyyən olunur ki, AR Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməs. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada işçilərin hüquqlarının təminatı prinsiplərinə əməl edilməsi qərara alınmışdır. - Əmrlərin qeydiyyatı kitabının surətindən müəyyən olunur ki, xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə 101 sayda işçi ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair əmrlər verilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 sədrinin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il oktyabr tarixli 1463 nömrəli Fərmanının 1 -ci və 8-ci hissələrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt regional bölməsinin mütəxəssisi X5 bağlanmış əmək müqaviləsi “01” dekabr 2022-ci il tarixindən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar ləğv edilmişdir. - 087374 nömrəli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixli 009 ş/h №-li əmr əsasında Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili MMC-nin Regional bölməsinin əlaqələndirilməsi şöbəsinin Sumqayıt Regional bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 sədrinin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmri ilə əmək müqaviləsi “01” dekabr 2022-ci il tarixindən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin b bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinə əsasən,

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinə əsasən, 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi aşağıdakı hallarla əsaslandırılmışdır:

1. Cavabdehin əmək müqaviləsinə xitam vermək üçün səlahiyyəti mövcud deyildi, belə ki iddiaçı əmək müqaviləsini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə deyil, "xxxx" MMC ilə bağlamışdır.

2. İxtisar olunmayan işçilərin iddiaçıdan hansı üstünlüklərinin olması məlum deyil. Hesab edir ki, ona qarşı ayrı-seçkilik tətbiq edilmiş, işçilərin bilik səviyyəsi yoxlanılmadan, şəxsi-qərəzliyə görə onun əmək müqaviləsinə xitam verilmişdir. İlk dəlillə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 saylı fərmanına əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "xxxx" MMC fəaliyyətini dayandırılmış, bir sıra qurumun əsasında Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsi yaradılmışdır. Fərmanın 8-ci bəndinə əsasən, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Fərmanın 1-ci hissəsində göstərilən qurumların öz fəaliyyətini davam etdirmələri nəzərdə tutulmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxsin Nizamnaməsi 8 sentyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmin Nizamnamənin 3.1.43-cü bəndinə əsasən Agentliyin hüquq və vəzifələrinə Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək nəzərdə tutulmuşdur. Nizamnamənin 4.1.18-ci bəndinə əsasən, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edilməsi səlahiyyəti X7 Sədrinə verilmişdir. 18 oktyabr 2022-ci il tarixdə Agentliyin strukturu təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının bu dəlili əsasıızdır. Belə ki, Fərmanın məzmunundan aydın olur ki, Azərbaycan Yerüstü Nəqliyyat X11 şəxs dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMC fəaliyyətini davam etdirərək əmək müqaviləsinə xitam verə bilməzdi. İkinci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ona qarşı ayrı-seçkiliyin tətbiq edilməsi, ixtisar edilməyən digər işçilərdən daha təcrübəli və savadlı işçi olduğunu bildirsə də, təsdiqedici sübutları təqdim etməmişdir. Mülki işin materiallarında olan 05 noyabr 2022-ci il tarixli 1-31104/11329-22 saylı məktubdan görünür ki, Fərmanın icrası ilə əlaqədar fəaliyyəti dayandırılmış qurumlar üzrə ştat vahidlərinin ixtisarı nəzərdə tutulmuş, əmək müqaviləsi ləğv ediləcək işçilərin siyahısı Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Siyahıda 60-dan çox işçinin məlumatları qeyd edilmişdir. Həmin işçilərin arasında iddiaçıdan savayı ali təhsilli şəxslər də nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Beləliklə, qanunverici işçinin “işçilərin sayını ixtisar etməyi, ştatları, struktur bölmələri ləğv etməyi işəgötürənin əsas hüquqularından biri kimi təsbit etməklə yanaşı (AR ƏM-nin 11-ci maddəsi), işçinin peşəkarlıq səviyyəsinin müəyən edilməsini işəgötürənin səlahiyyətlərinə aid etmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi də bu halları mübahisələndirməmişdirlər. Həmçinin, iddiaçı işdən azad edilməsini cavabdeh rəhbərliyinin ona və digər işçilərə qarşı qərəzli mövqeyinin olması ilə bağlı əlaqələndirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar