Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1191/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, X1, Ərizəçi X13nın, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi İqlinskaya İna Leontinovnanın “atalıq faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X13 “atalıq faktının müəyyən edilməsi” ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.11.2015-ci ildə doğulmuş İqlinskaya Diana və 27.09.2021-ci ildə doğulmuş İqlinskaya Milana adlı uşaqların atalarının X19masına dair hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, 16.12.1962-ci il təvəllüdlü Belorusiya vətəndaşı X23 2013-cü ildə Minsk şəhərində tanış olaraq qeyri rəsmi ailə həyatı qurmuşdur. Birgə ər-arvadlıq dövründə 15.11.2015-ci ildə Diana və 27.09.2021-ci ildə Milana adlı 2 uşaqları doğulmuşdur. Uşaqların hər ikisi Bakı şəhərində anadan olmuşdur. Belə ki, Vitali Vorobeyin valideynləri Bakı şəhərində Nərimanov rayonu M.Nağıyev küçəsi ev 4 mənzil 6-da yaşamışlar. Onlar vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında Vitali Vorobeyin adına qeydiyyatdan keçmişdir. Beləliklə, o Vitali Vorobey ilə evləndikdən sonta mütəmadi olaraq hər il Bakı şəhərinə gəlmiş və burada yaşamışdır. Vitaliy Vorobey 16.10.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Çox təəssüf ki, Vitaliy Vorobeyin sağlığında birgə ər-arvadlıq dövründə doğulmuş hər iki uşağının atalıq faktı müəyyən olunmamışdır. Bu hər ikisinin səhlənkarlığının nəticəsi olmuşdur. 2-ci uşaqları Bakı şəhərində 7 saylı doğum evində Vitalinin vəfatındən təqribən 20 gün əvvəl, yəni 27.09.2021-ci ildə doğulmuşdur. Vitalinin həmin vaxt səhhətində problemlər olduğu üçün hər iki uşağa doğum şəhadətnaməsinin alınması üçün müvafiq orqanlara müraciət etmək imkanı olmamışdır. Halbuki, Vitali bildirirdi ki, 2-ci uşağın sənədini alarkən həm onun, həm də 1-ci uşağın atası olmasına dair Qeydiyyat orqanına ərizə verəcəkdir. Hər iki uşağın atasının Vitali Vorobey olmasına dair xeyli sübutlar mövcuddur. Belə ki, ərizəçinin pasportunda Vitali Vorobeyin mülkiyyətçisi olduğu mənzildə, yəni Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi ev 4 mənzil 6-ya dair qeydiyyatlar var. Bunu hər dəfə Vitali özü Dövlət Miqrasiya İdarəsində qeydiyyata aldırmışdır. Bundan başqa hər iki uşağın doğum evində ana haqqında yaşayış ünvanı kimi ünvan 1inin Vitali Vorobey ilə ər-arvad kimi qeyd olunan mənzilə birgə yaşamaqları bütün qonşular təsdiq edə bilərlər. Göründüyü kimi Vitali Vorobey ilə 2013-2021-ci illər ərzində faktiki ər-arvad kimi əsasən Bakı şəhərində yaşayaraq 2015-ci ildə Diana və 27.09.2021-ci ildə Milana anadan olmuşlar. Lakin buna baxmayaraq uşaqların atalığı müəyyən olunmamışdır. Odur ki, atalığın müəyyən olunması məhkəmə qaydasında həll olunmalıdır. Göründüyü kimi Vitali Vorobey vəfat etdiyi üçün qeyd olunan faktları təsdiq edən sənədləri ala bilmək imkanı yoxdur. Hüququ əhəmiyyətli faktın müəyyən olunması ona uşaqların doğum sənədlərində həqiqi atasının qeyd olunması və gələcəkdə mirasın qəbul edilməsi və vərəsəlik işinin açılması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi X13 və onun nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirakı ərizəçi X13 tərəfindən təmin edilmiş şahid X16 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, qeyd olunan ailə ilə qonşudurlar. Onları daima ailə olaraq görmüşdür. Uşaqların atası olaraq Vitali 2 qızını bağçaya, gəzməyə aparırdı. . Məhkəmə iclasında iştirakı ərizəçi X13 tərəfindən təmin edilmiş şahid X6 qeyd etmişdir ki, X3 illərdi qonşusudur. Onun 2 qızı olmuş, yoldaşı ilə bir ailə kimi yaşamışlar. Məhkəmə ərizəçinin və şahidlərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon MKTB 38 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 38/82 nömrəli, 28.01.2022-ci il tarixli vəkil sorğusuna cavab”a əsasən Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi 4 saylı evin 6 saylı mənzili 03.02.2000-ci il tarixli 30/2564 saylı qeydiyyat vəsiqəsinə əsasən X21 məxsusdur. X23 16.10.2021-ci il tarixdə vəfat etmişdir. 38 saylı MKİS-in şəxsi hesab vərəqəsində həmin mənzildə 27.03.1991-ci il tarixdən X27 qeydiyyatdadır; 5 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 20.12.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 682617 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 27.09.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X10, anası – X7; 5 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.12.2021-ci il tarixdə verilmiş 05/70-1124 nömrəli arayışdan görünür ki, X9 27.09.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X18, anası – X13 qeyd olunmuşdur. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır; Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən 27.10.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 190088 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Varabey Vitali 16.10.2021-ci il tarixdə kəskin ağciyər ürəyi olma göstəricisi ağciyər emboli səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.10.2021-ci il tarixdə 1856 nömrə ilə qeyd edilmişdir; İş materiallarına əlavə edilmiş 01.02.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X13 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri, fotoşəkilər və işin digər materialları ilə X11 İqlinskaya Diana və İqlinskaya Milananın atası olması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X22 uşaqların atası olması faktının müəyyən edilməsi ərizəçinin vərəsəlik məsələlərin həll edilməsi üçün hüquqi əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X22 İqlinskaya Diana və İqlinskaya Milananın atası olması atası olması faktının müəyyən edilməsi bir sıra hüquqi məsələlərin həll üçün hüquqi əhəmiyyəti olduğundan, habelə X14 İqlinskaya Diana və İqlinskaya Milananın atası olması ərizəçinin və onun nümayəndəsinin izahatı ilə, şahid ifadələri ilə, fotoşəkillər və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 27.09.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, milliyyəti belarus olan, X2 atasının X20ması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X8 15.11.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, milliyyəti belarus olan, X4 atasının X20ması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Uşaq - X2 doğum haqqında akt qeydində dəyişiklik edilərək "atası" qrafasında (milliyyəti belarus olan) “X28”, "anası" qrafasında (milliyyəti belarus olan) “X13”, «doğulduğu yer» Bakı şəhəri, «doğum tarixi» 27.09.2021-ci göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Uşaq - X12 barəsində doğum haqqında akt qeydi aparılaraq "atası" qrafasında (milliyyəti belarus olan) “X28”, "anası" qrafasında (milliyyəti belarus olan) “X13”, «doğulduğu yer» Bakı şəhəri, «doğum tarixi» 15 noyabr 2015-ci il göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1191/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1191/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver