Məhkəmə qərarları › İş №2(005)-1193/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1193/2024

01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1193/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan SSR İcevan rayonunda doğulmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra ərizəçi ailəsi ilə birgə Ermənistandan Azərbaycana köçmüşdür. Bakı şəhərində məskunlaşmışdır. Ərizəçinin doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirilmişdir. Ərizəçinin valideynləri: X10 və X6. xx.xx.1968-ci ildə Ermənistan SSR-də nikaha daxil olmuşlar. Ərizəçinin qardaşları: X11 xx.xx.1971-ci ildə, X9 isə xx.xx.1987-ci ildə və X9 xx.xx.1971-ci ildə doğulmuşdur. Ərizəçinin qardaşı Budaqov Mahir xx.xx.1992-ci ildə Laçın uğurunda döyüşlərdə şəhid olmuşdur. Ərizəçi şəhid ailəsi statusu almaq və bununla əlaqədar güzəşt və imtiyazlardan faydalanmaq üçün müraciət etmişdir. Lakin, ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığına görə. Mahirin və ərizəçinin qardaş-bacı olması faktı həmin orqan tərəfindən təsdiqlənməmiş və buna görə də, ərizəçi şəhid ailəsi olaraq imtiyazlardan yararlana bilmir. Məhz bu səbəbdən də, ərizəçinin doğum haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Ərizəçi doğum haqqında akt qeydini bərpa etmək üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında həyata keçirilir. Həmçinin bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpası üçün zəruri sənədlər təqdim edilmədiyinə görə, məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin şəhid ailəsi olaraq imtiyazlardan istifadə edə bilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə, Ermənistanda doğulmuşdur; - AB seriyalı, 016214 nömrəli qaçqın vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 4073 nömrə ilə qaçqın olaraq qeydiyyata alınmışdır; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X6 xx.xx.1968-ci ildə Ermənistan SSR-də nikaha daxil olmuşlar; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1971-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuşdur. X3, anası X4r; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1971-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuşdur. X3, anası X4r; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuşdur. X3, anası X4r; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, İcəvan rayonunda doğulmuş, ata qrafasında “X10”, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6”, milliyyəti azərbaycanlı” qeyd edilmişdir; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir; - 4/982 saylı, xx.xx.1998-ci il tarixli arayışın surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ uğrunda keçirilən döyüşlər zamanı şəhid olmuşdur; - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 02 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, o, ərizəçinin yerlisidir. X18, anası Budaqova Amalya. Ondan 10 yaş böyükdür. Uşaqlıqları birlikdə keçmişdir. İcəvan rayonundandırlar. 2 bacı, 3 qardaş olmuşlar. İlk onlar Azərbaycan Respublikasına gəlmişdilər, sonra onların ailəsi gəlib. Ərizəçi ailəlidir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, ərizəçinin yerlisidir. Kənd hamısı bir-birinə qohumdur. Onların da qohumluqları çatır. Ərizəçinin X18, anası Budaqova Amalyadır. Qonşu olublar. Oğlanları əkiz idilər, Mahir və Tahir. 2 bacı, 3 qardaş olublar. Mahir rəhmətə gedib. Ərizəçinin həyat yoldaşını tanıyır, soyadı Nəbiyevdir. Hazırda hamısıyla əlaqəsi var. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi xx.xx.1968ci il tarixdə Ermənistan SSR-nin, İcəvan rayonunda anadan olmuş, X3, anası isə X4r, milliyyəti azərbaycanlıdır. Nikahdan sonra “Nəbiyeva” soyadını qəbul etmişdir. Ərizəçi maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, hazırki məhkəmə qətnaməsi müvafiq faktın qeydə alınması üçün əsasdır. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1968-ci il tarixdə, Ermənistan SSR, İcəvan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Budaqova”, adı “Afət”, ata adı “Əsəd”, doğum tarixi “xx.xx.1968-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, İcəvan rayonu”, ata qrafasında “X10, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1968-ci il tarixdə, Ermənistan SSR, İcəvan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Budaqova”, adı “Afət”, ata adı “Əsəd”, doğum tarixi “xx.xx.1968-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, İcəvan rayonu”, ata qrafasında “X10, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar