Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1204/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı oğlunun, onun nümayəndəsi və vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Bakı şəhəri Cavabdeh4nə, Bakı şəhəri Cavabdeh5ə, Cavabdeh1 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2017-ci il tarixdə rəhmətə gedən anası X10 məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzilə onun ailə üzvləri ilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil 28.03.2017-ci il tarixdə rəhmətə gedən anası X10 məxsus olmuşdur. Mərhum anası X14, atası X18 və bacısı Cavabdeh1 uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18A, mənzil 5-də yaşamışlar. Həmin ev mülkiyyət hüququ əsasında atasına məxsusdur. Ev olduqca darısqal və şəraitsizdir. Bu səbəbdən 1-ci qrup əlil olan anası İsmayılova Hürü 1995-ci ildə Bakı səhəri Cavabdeh5 Başçısınm sərəncamı ilə güzəştli mənzil növbəsinə dayanmışdır. ünvan 1 ünvanda yerləşən mənzil əlil kimi anasına verilmişdir. Onlar uzun müddət həmin evdə yaşamışlar.2001-ci ildə anasının adına Biləcəri qəsəbəsində, yeni yaşayış massivində ev tikmək üçün 6 sot torpaq sahəsi alaraq orada öz vəsaitləri hesabına 2 mərtəbəli ev tikmişlər. 2012-ci ildə anası ilə atası boşanmışlar, bacısı və anası ilə birlikdə Biləcəridəki həyət evinə köçüb orada yaşamışdır. Atası isə özünə məxsus evdə tək yaşayıb. 2014-cü ilin aprel ayında X7 ilə ailə qurmuş, toyları olmuşdur. İİ qrup əlildir, tək oğuldur, zəif əmək qabiliyyətlidir. 2016-ci ildə bacısı Cavabdeh1 onuvə həyat yoldaşını anasına məxsus hər iki evdən çıxartmış və onlar, məcbur olub atasının hal-hazırda yaşadıqları mənzilinə köçmüşlər və indi atası onları salır eşiyə küçədə qalmaq təhlükəsi ilə üz-üzədirlər. 2016-cı ildə Nərimanov rayonunda anasnın adına onlara bir otaqlı mənzil verilmişdir. Bacısı Azadə ailə qurandan sonra ailəsi ilə birlikdə həmin mənzilə köçmüşlər və hal-hazırda orada onları mənzilə buraxmadan özləri yaşayırlar o biri evi kirayəyə veriblər. 12 mart 2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı iddia tələbini tam qanunsuz və əsassız hesab edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddia ərizəsində qeyd olunan bəzi rəsmi məlumatlardan başqa qalan məlumatlar tam yalandır. Belə ki, əslində iddiaçının ailə üzvləri ilə birlikdə köçmək istədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 188A saylı evin 71 saylı bir otaqlı mənzili 28.03.2017-ci il tarixdə rəhmətə gedən anaları X10 məxsus olmamışdır. Əslində həmin mənzil 2016-cı ildə gözdən 1-ci qrup əlil olan olan analarının istifadəsinə verilmişdir. Anasının xüsusi qulluğa ehtiyacı olduğundan həmin vaxtlarda anası ilə birlikdə müvəqqəti olaraq Biləcəri qəsəbəsi, Yeni məhəllədə yerləşən xalası Rənaya (anasının doğma bacısına) məxsus olan özbaşına tikilidən hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 188A saylı evin 1 otaqlı, 71 saylı mənzilinə köçmüşlər. Həmin mənzilə köçdükdən sonra o ailə qurmuş və həvat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. İlk olaraq anası ilə birlikdə qeyd olunan bir otaqlı mənzilə köçdüyükləri vaxtlardan təxminən bir il əvvəl hazırda iddiaçı olan qardaşı İddiaçı ailəsi ilə birlikdə atalarına məxsus olan və faktiki olaraq 3 otaqdan ibarət mənzilə - Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 5 saylı mənzilinə köçmüşdür. İddiaçı əvvəllər də həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçının ailəsi ilə birlikdə yaşadığı həmin mənzil hazırda plana düşmüşdür, yaxın günlərdə söküləcəkdir və İddiaçı (ailə üzvləri ilə birlikdə), o cümlədən atası Mustafaya həmin mənzilin yerində tikilən binadan ayrı-ayrı mənzillər veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırır ki, həqiqətən də onlar anası X14, atası X18 və qardaşı Azərlə birlikdə uzun müddət xüsusi mülkiyyət hüququ əsasında ataları Mustafaya məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18A, mənzil 5-də yaşamış və həmin mənzil faktiki olaraq 3 otaqdan ibarətdir. Anaları 1-ci qrup gözdən əlil olduğundan güzəştli mənzil növbəsinə dayanmışdır. Həmin mənzildə yaşadıqları vaxtlarda tez-tez atası ilə anası arasında mübahisələr olurdu, bu səbəbdən də birlikdə yaşamaqları mümkün deyildi. Atası ilə anası 2012-ci ildə boşandıqdan sonra atası onlara - anası, ona və qardaşı Azərə həmin mənzildə yaşamağa imkan vermədi, onları oradan qovdu. Ona görə də Rəna xalası onları (bacısı Hürünü, Azəri və onu) küçələrdə qalmasınlar deyə müvəqqəti olaraq Biləcəri qəsəbəsində tikdirdiyi “özbaşına tikili" olan 2 mərtəbəli evində yaşamaqlarına icazə verdi. Onlar müvəqqəti olaraq orada yaşadı və orada yaşadıqları vaxtlarda, yəni 2014-cü ildə Azərin də toyunu orada olanda etmiş və onun ailəsini də gəlin kimi xalasının evinə gətirdilər. Bir müddət Biləcəridə yaşadıqdan sonra Azər atası ilə barışdı və müvəqqəti yaşadıqları Rəna xalasının Biləcəri qəsəbəsində olan evindən köçüb Nərimanov rayonunda olan atasının mənzilinə köçdü. Azər ailəsi ilə birlikdə hazırda da yaşadığı mənzilə köçərək atası ilə birlikdə orada yaşamağa başladı. 2016-ci ildə anasına Nərimanov rayonu ərazisində bir otaqlı mənzil verildiyi üçün Rəna xalanın evindən çıxıb anası ilə həmin mənzilə köçdülər. Anası 2017-ci ildə vəfat etdi. Hazırda həmin 1 otaqlı mənzildə o, həyat yoldaşı ilə birlikdə yaşayır. Bir daha bildirir ki, İddiaçı ona qarşı olan “mənzilə köçürülməyə dair” iddia tələbi tam qanunsuz və əsassızdır. O, ailə üzvləri ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 3 otaqlı, 5 saylı mənzilində qeydiyyatda olmaqla, orada da yaşayırlar. Qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı ona qarşı olan “mənzilə köçürülmə tələbinə dair” iddia tələbi tam qanunsuz və əsassız olduğundan təmin edilməməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı ona qarşı olan “mənzilə köçürülmə tələbinə dair’ iddiasının (28.03.2017-ci il tarixdə rəhmətə gedən X10 məxsus olmuş ünvan 2 ünvanda yerləşən mənzilə ailə üzvləri ilə birlikdə köçürülmələri barədə) rədd olunması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. 03.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək mərhum anası X10 və o, İddiaçı İİ qrup əlil olmaqla ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilinə istifadə hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, cv 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilə köçürülməyi, Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilindən Cavabdeh6 istifadə hüququna xitam verilməsi və mənzildən özünəməxsus əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Bakı şəhəri Cavabdeh4, Bakı şəhəri Cavabdeh5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, cv 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilinə pasport qeydiyyatına alınmağı öhdəliyininin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Əmək vs Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7- 34 nömrəli əmri ilə Bakı şəhəri, Cavabdeh5də mənzil növbəsinə dayanmış gözdən əlil olmuş vətəndaşlara mənzil ayrılmışdır. Bakı şəhəri, ünvan 3 ünvanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhmovun imzası ilə 04.09.1995-ci ildən növbədə dayanmış, 3 nəfər ailə tərkibi ilə, 1 qrup əlil 30 mart 2017-ci ildə vəfat etmiş, X10 verilmişdir. X8 vəfatından sonra həmin mənzilə Cavabdeh1, qızının həyat yoldaşı Cavabdeh6 və qız nəvəsi X30 pasport qeydiyyatına düşmüşlər və burada yaşayırlar. X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Mərhum anası X14 və o, İddiaçı İİ qrup əlil olmaqla Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71nömrəli mənzili 3 nəfər ailə tərkibi o da daxil olmaqla onlara ayrılmışdır. Mərhum anası X8 mənzil uşot işi Cavabdeh5də olmuşdur. Mübahisələndirilən mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyininin balansındadır. Tərəfindən aidiyyatı orqanlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Bakı şəhəri Cavabdeh5ə ərizə ilə müraciət olunaraq, X2 Cavabdeh5də kimlərdən ibarət adları göstərilməklə ailə tərkibi ilə mənzil uçotuna dayanması, yaşayış sahəsinin ayrılması, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilinə dair hüquqmüəyyənedici sənədlərinin (mənzilin orderi və sair) təsdiq edilmiş kserosurətlərinin əldə olunmasında köməklik göstərilməsini xahiş edilmişdir, ancaq bu günə kimi ona heç bir cavab verilməmişdir. Eyni zamanda Cavabdeh4nə müraciət olunaraq, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 və digər şəxslərin (ərinin, qızının) əgər varsa, ünvan 2 ünvanına pasport qeydiyyatına düşməsi barədə hüquqmüəyyənedici sənədlərin (ərizə, mənzilin orderi) təsdiq edilmiş kserosurətlərinin verilməsi xahiş edilmişdir. Ancaq, yuxarıda göstərilən aidiyyatı qurumlar həmin sənədləri təqdim etməmişlər. Eyni zamanda 1-ci Cavabdeh1 iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazı tam əsassız hesab edir. İşin hallarından göründüyü kimi həmin mənzil mərhum anası X8 istifadəsinə verilmişdir və onun da Cavabdeh1 kimi həmin mənzildən istifadə hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinə əlavə verir və mübahisələndirilən mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinınin balansında olduğundan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əllillərə ayrıldığından və Bakı şəhəri Cavabdeh5də mərhum anası X14 mənzil uçotunda dayandığından, Bakı şəhəri Cavabdeh4 tərəfindən Cavabdeh1, həyat yoldaşı Cavabdeh6 və qızının X21 pasport qeydiyyatına saldığından işə cavabdeh qismində cəlb edilməlidirlər. Bundan başqa cavabdeh X24 onun mübahisələndirilən yaşayış sahəsinə köçürülməyimə etiraz verərək, buna maneçiliklər törədəcəyini bildirmişdir. Qeyd olunanlara əsasəndə iddia ərizəsinə əlavə verir və hesab edir ki, eyni zamanda Cavabdeh6 onun anasının yaşayış sahəsinə qanunsuz olaraq qeydiyyata düşdüyündən ünvan 4 ünvanından istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. 27.05.2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə etiraz təqdim edərək, etirazında göstərmişdir ki, İddiaçı onlara və digər cavabdehlərə qarşı “mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi və iddia ərizəsinə əlavəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edərək özünün 28.03.2017-ci il tarixdə rəhmətə getmiş anaları X10 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m. sahəsi olan 71 nömrəli mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməyi, 6-cı Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi, həmin mənzildən 7- ci Cavabdeh6 istifadə hüququma xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmağının, habelə digər cavabdehlərin üzərinə həmin mənzil olan ünvana passport qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini tam qanunsuz və əsassız hesab edərək iddia tələblərinə qarşı qəti surətdə etirazını bildirir və rədd edilməsini xahiş edir. Bundan əvvəl İddiaçı ilkin iddia tələbinə qarşı tərəfindən (Cavabdeh1) məhkəməyə təqdim etdiyi iddiaya qarşı Etirazının dəlillərini bir daha müdafiə edərək əlavə olaraq bildirir ki, iddia ərizəsində qeyd olunan bəzi rəsmi məlumatmatlardan başqa qalan məlumatlar tam yalandır. Belə ki, əslində İddiaçı köçmək istədiyi Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov kiiçəsiində yerləşən 188A saylı evin 71 saylı mənzili bir otaqlı mənzili 28.03.2017-ci il tarixdə rəhmətə gedən anaları X10 məxsus olmamışdır. Həmin mənzil 2016-cı ildə gözdən 1-ci qrup əlil olan olan analarının istifadəsinə verilmişdir. Anasının xüsusi qulluğa ehtiyacı olduğundan həmin vaxtlarda anası ilə birlikdə müvəqqəti olaraq Biləcəri qəsəbəsi, Yeni məhəllədə yerləşən xalası Rənaya (anasının doğma bacısına) məxsus olan özbaşına tikilidən hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 188A saylı evin 1 otaqlı, 71 saylı mənzilinə köçmüşlər. Həmin vaxtlarda hazırda iddiaçı olan İddiaçı ailəsi ilə birlikdə hazırda yaşadığı ünvanda (ünvan 5 məxsus olan 3 otaqlı mənzildə yaşayırdı. Mərhum anası ilə birlikdə 2016-cı ildə onlar 1 otaqlı mənzilə köçərkən hazırda iddiaçı olan qardaşı İddiaçı ora köçməkdən imtina etdi. O, bildirirdi ki, ataları ilə birlikdə ailəsi çox rahat yaşayır, 1 otaqlı evə köçmək istəmir, yaşadıqları ev plana düşür və tezliklə öz ailəsinə ayrıca mənzil alacaqdır. Onda olan məlumata görə iddiaçının yaşadığı ev ətrafında olan evlərlə birgə plana düşür və onlar da yeni mənzil alanların siyahısına yazılmışlar. Onlara yaxın zamanlarda yeni tikilən hündürmərtəbəli evlərdən mənzillər veriləcəkdir. İddiaçı hazırda normal şəraitli mənzildə ailəsi ilə birlikdə yaşayır və gələcəkdə də yuxarıda qeyd etdiyi kimi yeni mənzillə təmin olunacaqdır. Əgər İddiaçı onun ailəsinə veriləcək mənzildən onun xeyrinə imtina edərsə, mənzillərinin dəyişilməsinə etirazı yoxdur. Mərhum anaları Hürü Bayramova ilə birikdə hazırda yaşadıqları 1 otaqlı mənzilə köçdükdən sonra o hazırda cavabdeh olan Cavabdeh6lə ailə qurmuş və anasının razılığı ilə həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Əlavə olaraq nəzərə çatdırır ki, anası ilə birlikdə qeyd olunan bir otaqlı mənzilə köçdüyü vaxtlardan təxminən bir il əvvəl (həmin vaxtlar xalasının evində yaşayırdılar) hazırda iddiaçı olan İddiaçı ailəsi ilə birlikdə atalarına məxsus olan və faktiki olaraq 3 otaqdan ibarət mənzilə - Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 5 say/ı mənzilinə köçmüşdür, iddiaçı əvvəllər də həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Onun ailəsi ilə birlikdə yaşadığı həmin mənzil hazırda plana düşmüşdür, yaxın günlərdə söküləcəkdir və İddiaçı (ailə üzvləri ilə birlikdə), o cümlədən atasına həmin mənzilin yerində tikilən binadan ayrı-ayrı mənzillər veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırır ki, həqiqətən də onlar anası X14, atası X18 və qardaşı Azərlə birlikdə uzun müddət xüsusi mülkiyyət hüququ əsasında atası Mustafaya məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18A, mənzil 5-də yaşamış və həmin mənzil faktiki olaraq 3 otaqdan ibarətdir. Anaları 1-ci qrup gözdən əlil olduğundan güzəştli mənzil növbəsinə dayanmışdır. Həmin mənzildə yaşadıqları vaxtlarda tez-tez atası ilə anası arasında mübahisələr olurdu, bu səbəbdən də birlikdə yaşamaqları mümkün deyildi. Atası ilə anası 2012-ci ildə boşandıqdan sonra atası onlara - anası, ona və qardaşı Azərə həmin mənzildə yaşamağa imkan vermədi, onları oradan qovdu. Ona görə də Rəna xalası onları (bacısı Hürünü, Azəri və onu) küçələrdə qalmasınlar deyə müvəqqəti olaraq Biləcəri qəsəbəsində tikdirdiyi “özbaşına tikili" olan 2 mərtəbəli evində yaşamaqlarına icazə verdi. Onlar müvəqqəti olaraq orada yaşadı və orada yaşadıqları vaxtlarda, yəni 2014-cü ildə Azərin də toyunu orada olanda etmiş və onun ailəsini də gəlin kimi xalasının evinə gətirdilər. Bir müddət Biləcəridə yaşadıqdan sonra Azər atası ilə barışdı və müvəqqəti yaşadıqları Rəna xalasının Biləcəri qəsəbəsində olan evindən köçüb Nərimanov rayonunda olan atasının mənzilinə köçdü. Azər ailəsi ilə birlikdə hazırda da yaşadığı mənzilə köçərək atası ilə birlikdə orada yaşamağa başladı. 2016-ci ildə anasına Nərimanov rayonu ərazisində bir otaqlı mənzil verildiyi üçün Rəna xalanın evindən çıxıb anası ilə həmin mənzilə köçdülər. Anası 2017-ci ildə vəfat etdi. Hazırda həmin 1 otaqlı mənzildə o, həyat yoldaşı ilə birlikdə yaşayır. Əlavə olaraq bildirir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 4-cü tələb (mübahisəli mənzilə pasport qeydiyyatına alınmağı barədə öhdəliyin digər cavabdehlərin üzərinə qoyulması barədə) məhkəmə aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Hesab edirlər ki, həmin tələb inzibati məhkəmələrə aidddir və bu səbəbdən də baxılmamış saxlanılmalıdır. Bir daha bildirir ki, İddiaçı onlara və digər cavabdehlərə qarşı olan “mənzilə köçürülmə tələbinə dair” iddiası tam qanunsuz və əsassızdır. O, ailə üzvləri ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 3 otaqlı, 5 saylı mənzilində qeydiyyatda olmaqla, orada da yaşayırlar. Bu səbbdən də onun iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı onlara və digər cavabdehlərə qarşı olan iddia tələbləri tam qanunsuz və əsassız olduğundan təmin edilməməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı onlara və digər cavabdehlərə qarşı olan “mənzilə köçürülmə tələbinə dair” iddia tələblərinin (Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edərək özünün 28.03.2017-ci il tarixdə rəhmətə getmiş anaları X10 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m. sahəsi olan 71 nömrəli mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməyi, 6-cı Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi, həmin mənzildən 7-ci Cavabdeh6 istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılmağı, habelə digər cavabdehlərin üzərinə həmin mənzil olan ünvana passport qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə) rədd olunması barədə Qətnamə çıxarmağı xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək, hazırda mübahisəli yaşayış sahəsinin icra hakimiyyəti orqanının balansında olduğunu bildirərək, iddia tələbinin ƏƏSMN-nə və DSMF-na aid hissədə təmin edilməməsini xahiş etdi. Digər caavbdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-1204/2021 saylı qərardadına əsasən iddia tələbi üzrə icraata “Cavabdeh6 istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin mənzil pasport qeydiyyatına alınmağı öhdəliyininin qoyulması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi ilə xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinə etirazı və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyytinin İddiaçı ünvanlanmış 12.12.2018-ci il tarixli, M-214-001 saylı məktubundan görünür ki, onun Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş teleqramına Cavabdeh5də baxılmışdır. Ailə üzvləri ilə söhbət əsnasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə üzvlərinə verilmiş mübahisəli mənzilə köçə bilməməyi barədə bacısı tərəfindən maneələrin olmas müəyyən edilmişdir. Onun hüquq və maraqlarının pozulması ilə əlaqədar mübahisə predmeti barədə mülki qaydada məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 04.12.2017-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış X9 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evinin İİİ mərtəbəsində ümumi sahəsi 57.33 kv.m olan 1 otaqlı 71 nömrəli mənzil verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh4 Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ünvanlanmış 04.12.2017-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış X9 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evinin İİİ mərtəbəsində ümumi sahəsi 57.33 kv.m olan 1 otaqlı 71 nömrəli mənzil verilmişdir. H.B.İsmayılova 28.03.2017-ci il tarixdə vəfat etdiyindən, onunla bərabər ailə üzvləri kimi Bakı Şəhəri Cavabdeh5də mənzil növbəsinə dayanmış övladları İddiaçı və X6 həmin mənzildə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X26 X27 08.04.2021-ci il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri, Cavabdeh5də mənzil növbəsinə dayanmış gözdən əlil İsmayılova Huru Bayraməli qızına Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli, 132 mənzilli yaşayış evindən mənzilin verilməsi barədə cədvəldən görünür ki, İsmayılova Huru Bayraməli qızı İ qrup əlil, ailə tərkibi 3 nəfərdən ibarətdir, 04.09.1995-ci ildə növbəyə dayanmışdır, otaq sayı 1, mənzilin sahəsi 57.33. kv.m, 3-ü mərtəbə, mənzil nömrəsi 71-dir. Ev Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyytinin 09.04.2021-ci il tarixli, 1/198 saylı məktubundan görünür ki, X1 Rayon İcra Hakimiyyəti (RİH) başçısının 04.09.1995-ci il tarixli 39 No-li Sərəncamı ilə ailə tərkibi 3 nəfər olmaqla (özü, oğlu Azər və qızı Azadə) 1-cı qrup əlil kimi yaşayış yeri üzrə Nərimanov RlH-də mənzil növbəsinə götürülmüşdür. H B.lsmayılovanın ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən hüquqmüəyyənedici sənədlərlə bağlı sorğunuzun həmin quruma ünvanlanması tövsiyə edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, ünvan 8, 71 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 -ci maddəsinin müddəaları çıxış edir. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzilə dair münasibətlər 2016-cı ildən yaranmışdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları 2016ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı oğlu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi X8 ailə üzvü kateqoriyasına aid edilir. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7- 34 nömrəli əmri ilə Bakı şəhəri, Cavabdeh5də mənzil növbəsinə dayanmış gözdən əlil olmuş vətəndaşlara mənzil ayrılmışdır. Bakı şəhəri, ünvan 10 ünvanı 04.09.1995-ci ildən növbədə dayanmış, 3 nəfər ailə tərkibi ilə, 1 qrup əlil 30 mart 2017-ci ildə vəfat etmiş, X10 verilmişdir. X8 vəfatından sonra həmin mənzilə onun qızı Cavabdeh1, qızının həyat yoldaşı Cavabdeh6 və qız nəvəsi X30 pasport qeydiyyatına düşmüşlər və burada yaşayırlar. X2 oğlu İddiaçı da mərhum anasının mənzilinə pasport qeydiyyatına düşmək üçün müvafiq dövlət qurumlarına müraciət etmiş, ancaq ona heç bir köməklik göstərilməmiş və bu problemi həll edə bilməmişdir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh4 Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə məktub ünvanlayaraq H.B.İsmayılova 28.03.2017-ci il tarixdə vəfat etdiyindən, onunla bərabər ailə üzvləri kimi Bakı Şəhəri Cavabdeh5də mənzil növbəsinə dayanmış övladları İddiaçı və X6 həmin mənzildə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Göründüyü kimi, H.B.İsmayılova ilə bərabər ailə üzvləri kimi övladları MustafayevAzər Mustafa oğlu və X16 Bakı Şəhəri Cavabdeh5də mənzil növbəsinə dayanmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmiş, ona görə də onun ünvan 1-ə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməli, Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1-ə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməli, Cavabdeh1 həmin yaşayış sahəsindən İddiaçı istifadə hüququna maneçiliyin yaradılması qadağan edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilindən İddiaçı istifadə hüququna maneçiliyin yaradılması qadağan edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1204/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1204/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver