Məhkəmə qərarları › İş №2(005)-122/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-122/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-122/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X5, Bakı şəhəri Cavabdeh2nə və “X6 Mərkəzi” X5, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X5, Bakı şəhəri Cavabdeh2nə və “X6 Mərkəzi” X3rşı “qiymətləndirmə hesabatının ləğv edilməsi və hərracın etbarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatın ləğv edilməsi, cavabdeh “X6 Mərkəzi” X7 tərəfindən keçirilən hərracın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Suzuki XL7” markalı, 253QA**********14 Ban nömrəli, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 ilə onun birgə nikahları dövründə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)- 9343/15 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Renault 12” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, “Suzuki XL 7” markalı 90- NP-641 dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3302” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı, “QAZ 531211” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə isə X8 payının müəyyən olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X12 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(103)-8135/2015 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən də narazı qalan cavabdeh X2 şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(102)-1892/16 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən göndərilmiş xx/xx-299810-20 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən onun (yəni 1/2 hissədə mülkiyyətçinin) məlumatı olmadan avtomobilin qiymətləndirilməsi işi həyata keçirilmiş və “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatı ilə avtomobilin qiymətinin 14.500 (on dörd min beş yüz) manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bundan sonra isə avtomobilin hərraca çıxarılaraq satılması prosedurunun həyata keçirilməsi məqsədilə Bakı şəhəri Cavabdeh2 tərəfindən “X6 Mərkəzi” X5 hərracın keçirilməsinə dair sifariş göndərilmiş və nəticə etibarilə onun hər hansı məlumatı olmadan hərrac keçirilmişdir. O, baş verən bütün bu proseslərdən tamamilə xəbərsiz olmuş, yalnız sonradan Bakı şəhəri Cavabdeh2 ilə əlaqə saxlayarkən oradan aldığı şifahi məlumat əsasında belə bir hərracın keçirildiyindən xəbər tutmuşdur. İstər Bakı şəhəri Cavabdeh2 tərəfindən görülən icra tədbirləri, istər əmlakın qiymətləndirilməsi prosesi, istərsə də hərracın keçirilməsi kobud qanun pozuntuları ilə müşahidə olunduğu üçün o, qiymətləndirmə hesabatının ləğv edilməsi və avtomobilinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir və xahişini aşağıdakılarla əsaslandırır. Belə ki, birincisi, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatı ilə qətiyyən razı deyildir. Çünki avtomobilin qiymətləndirilməsi prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməmiş, araşdırma obyektiv aparılmamış, avtomobilin real bazar qiyməti düzgün müəyyən edilməmiş və avtomobil düzgün qiymətləndirilməmişdir. Hesabatda əks olunan qiymət real bazar qiymətindən olduqca (təxmini olaraq 2-3 dəfə) aşağıdır. Bundan əlavə, ümumiyyətlə, qiymətləndirmə prosesi düzgün həyata keçirilməmişdir, proses həyata keçirilərkən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatın “qiymətin müəyyən edilməsi meyarları” adlı hissəsinin (3-cü səhifə) 4-cü bəndində qeyd olunur ki, əmlakın bazar dəyərinin müəyyən edilməsi prosesi mülkiyyətçidən müsahibə alınması qaydasında aparılmışdır. Yəni, guya qiymətləndirmə prosesi aparılan zaman cavabdeh 1/2 paya malik mülkiyyətçi kimi ondan müsahibə almışdır. Lakin, bu da qətiyyən həqiqəti əks etdirmir. Cavabdeh avtomobili qiymətləndirərkən nəinki, ondan müsahibə almamış, ümumiyyətlə, belə bir prosesin həyata keçirildiyindən tamamilə məlumatsız olmuş, avtomobilin qiymətləndirməyə yönəldildiyindən qətiyyən xəbəri olmamışdır. İkincisi, hərrac proseduru qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmədiyindən, hazırkı mərhələyədək keçirilmiş hərrac prosesi etibarsız hesab edilməli və hərrac proseduru yenidən başlanmalıdır. Belə ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinin vaxtı və yeri barədə ona (yəni 1/2 paya məxsus birgə mülkiyyətçiyə) rəsmi bildiriş göndərilməmiş, bu barədə ona hər hansı məlumat verilməmişdir. Bununla da, o qanunla ona verilmiş mütləq hüquq olan hərrac barədə qabaqcadan məlumatlandırılmaq və hərracda iştirak etmək hüquqlarından məhrum edilmişdir. X12 mülki iş üzrə cavahdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən keçirilən hərracın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatın ləğv edilməsi və əmlakın ilkin satış qiymətinin 6.000 (altı min) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 məktubla məhkəməyə müraciət edərək, təyin olunmuş məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və “X6 Mərkəzi” X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, digər cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Bakı şəhəri Cavabdeh2 və “X6 Mərkəzi” X4 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)-9343/15 nömrəli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh X10 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, “Renault 12” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, “Suzuki XL 7” markalı 90- NP-641 dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3302” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı, “QAZ 531211” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə isə X8 payının müəyyən olunması qət edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)- 8135/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)-9343/15 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli 2(102)-1892/2016 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, cavabdeh X8 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-8135/2015 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2017-ci il tarixli 7527 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2006-cı il buraxılışlı “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 8.000 (səkkiz min) manat müəyyən edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 xx xxxxxx 2018-ci il tarixli 542 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Bakı şəhəri Cavabdeh2 xx/xx-299810/20 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 14.500 (on dörd min beş yüz) manat təşkil edir; “X11” X4 xx xxxx 2018-ci il tarixli 010/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci il tarixə olan orta bazar qiyməti 7.500 (yeddi min beş yüz) manat, hazırkı dövrə olan orta bazar qiyməti 6.000 (altı min) manat təşkil edir; Binəqədi RPİ tərəfindən xx xxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1979cu il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)-9343/15 nömrəli qətnaməsi ilə “Renault 12” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, “Suzuki XL 7” markalı 90- NP-641 dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3302” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı, “QAZ 531211” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə isə X8 payının müəyyən olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-8135/2015 nömrəli qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli 2(102)-1892/2016 nömrəli qərarı ilə cavabdeh X8 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-8135/2015 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2017-ci il tarixli 7527 nömrəli ekspert rəyi ilə 2006-cı il buraxılışlı “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 8.000 (səkkiz min) manat müəyyən edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 xx xxxxxx 2018-ci il tarixli 542 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə Bakı şəhəri Cavabdeh2 xx/xx-299810/20 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 14.500 (on dörd min beş yüz) manat təşkil edir. “X11” X4 xx xxxx 2018-ci il tarixli 010/20 nömrəli qiymətləndirmə hesabatı ilə “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci il tarixə olan orta bazar qiyməti 7.500 (yeddi min beş yüz) manat, hazırkı dövrə olan orta bazar qiyməti 6.000 (altı min) manat təşkil edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X7 tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabatın ləğv edilməsi və əmlakın ilkin satış qiymətinin 6.000 (altı min) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Göründüyü kimi, avtomobilin qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, avtomobil müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh2 xx/xx-299810/20 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən 2006-cı il buraxılışlı “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 xx xxxxxx 2018-ci il tarixli 542 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilməli və əmlakın ilkin satış qiyməti 6.000 (altı min) manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Cavabdeh2 xx/xx-299810/20 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən 2006-cı il buraxılışlı “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” X4 xx xxxxxx 2018-ci il tarixli 542 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilsin. 2006-cı il buraxılışlı “Suzuki XL7” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.000 (altı min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar