Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1223/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh MTK-na qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə (“xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh MTK-na qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan İbarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159,00 AZN təşkil etmişdir. Göstərilən məbləğ onun tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli 060 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-cı mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-085/08 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. O Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159,00 AZN təşkil etmişdir. Göstərilən məbləğ onun tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli, 061 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 4 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-086/10 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Müqavilələrin 3.17-ci bəndlərinə əsasən, Kooperativ “Payçının” əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüşdür. Kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmışdır. Binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda iddiaçıya məxsus mənzillər ona təhvil verilmir. Mənzillərin ona təhvil-təslim edilməsi və və mənzilin açarlarının təqdim edilməsi barədə o, 27 avqust 2020-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh MTK-nın hüquqi ünvanına və faktiki fəaliyyət göstərdiyi ünvana Pretenziya (xəbərdarlıq) göndərmişdir. Pretenziya (xəbərdarlıq) 31 avqust 2020-ci il tarixdə Cavabdeh MTK-ya təqdim edilmişdir. Pretenziyada mənzillərin 15 gün müddətində iddiaçıya təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsini MTK-ya təklif etmişdir. Bildirilmişdir ki, əgər təklifdən imtina edilərsə və ya 15 gün müddətində təklifə cavab verilməzsə, onda o, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Bu günə qədər iddiaçının pretenziyasına cavab verilməmişdir. Bu səbəbdən də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı mənzillərin pay dəyərini cavabdehə tam ödəməklə həmin mənzillərə sahiblik, istifadə hüququ və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6323/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MTK-na qarşı “mənzillərin təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Bundan sonra iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-ci il tarixli C-85/08 saylı və ünvan 6 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci i/ tarixli C-086/J0 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK ilə Hacıyev bais Xamis oğlu arasında bağlanmış 21 noyabr 20İ8-ci il tarixli C-85 08 saylı müqavilə üzrə ünvan 7 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşay ş sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli C-086 10 saylı müqavilə uzrə ünvan 5 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilləri ilkin iddia üzrə İddiaçı təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdeh “Cavabdeh" MTK-nın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1223/2021saylı mülki məhkəmənin icraatındadır. Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MTK də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-ci il tarixli C-85 08 saylı müqavilə və ünvan 5 ünvanında inşa olunan 3-girişlı, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilə bağlamışlar. ünvan 8 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X3- 50 mant, 50 pay haqqı, 50%, 2. X7 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X4 5 manat, 5 pay haqqı, 5%, 4. X2 5 manat, 5 pay haqqı, 5% və X8 20 manat, 20 pay haqqı, 20%) “Cavabdeh ” Mənzil-Tikinti Kooperatini təsis etmişlər. Cavabdeh Mənzil-Tikinti Kooperati ünvan 9 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx” MMC ilə "Cavabdeh" MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvlərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? üçüncüsü: Cavabdeh MTKnin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 5 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Bildirirəm ki, mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən bildirirki, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MTK-nın balansında mənzil olmayıb və hal-hazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-1223/2021 saylı mülki işin tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-cı il tarixli C-85/08 saylı müqavilə və ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələr əhəmiyyətsiz müqavilələrdir. Əhəmiyyətsiz müqavilələr bağlandığı andan etibarsızdır. Belə olan halda yuxarıda göstərilən 21 noyabr 2018-ci il tarixli C-85/08 saylı və 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MTK məhkəməyə vəsatət verərək iş üzrə ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08 mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı, 21 noyabr 2018-cı il tarixli C-85/08 saylı müqavilə və ünvan 5 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzillərə 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilələr və maliyyə arayışında olan imzaların kimə məxsus olmasına dair xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, qarşılıqlı iddiaçı məhkəmə iclasında vəsatətə baxılmasında iştirak etməmişdir.(Vəsatət təmin olunduğu halda, imza nümunələri verilməsi zərurətini nəzərə almamışdır) . Qarşılıqlı iddiaçı Cavabdeh MTK və 3-ci şəxs “xxxx” MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinin tələblərinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C- 085/08 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh MTK dəyəri 198159,00 AZN həcmində müəyyən edilmiş ünvan 10 ünvanında İnşa olunan 3 girişi i, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ “Payçı»nın əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüş, “kooperativ” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi və təmirsiz şəkildə “Payçı’ya təhvil verilməsini təmin etməyi üzərinə götürmüşdür; Cavabdeh MTK-nın 21.11.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 11 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43m2 yaşayış sahəsi 136,40 m2olan mənzilin dəyərini tam ödəmiş, kooperativə C-085/08 nömrəli müqavilə üzrə borcu yoxdur; Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış 21.11.2018-ci il tarixli C- 086/10 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh MTK dəyəri 198159,00 AZN həcmində müəyyən edilmiş ünvan 12 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 nT yaşayış sahəsi 136,40m2 olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 3.17-ci bəndinə əsasən kooperativ “Payçı’nın əldə edəcəyi mənzilin yerləşdiyi binanı, müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürmüş, “kooperativ” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi və təmirsiz şəkildə “Payçı’ya təhvil verilməsini təmin etməyi üzərinə götürmüşdür; Cavabdeh MTK-nın 21.11.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 13 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 10ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43m2 yaşayış sahəsi 136,40 m" olan mənzilin dəyərini tam ödəmiş, kooperativə C-086/10 nömrəli müqavilə üzrə borcu yoxdur; İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış 26.08.2020-ci il tarixli (21.11.2018-ci il tarixli, C-086/10 saylı müqaviləyə dair) pretenziyanın surətinin məzmununda “Mən, İddiaçı, Cavabdeh MTK ilə bağladığım 21 noyabr 2018-ci il tarixli, C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışam. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159,00 AZN təşkil etmişdir. Göstərilən məbləğ mənim tərəfimdən Cavabdeh MTK-ya Ödənilmişdir. Pulun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli 061 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-nın ünvan 3 ünvanında İnşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam Ödəmişdir. Cavabdeh MTK şirkətinə C- 086/10 nömrəli müqaviləyə əsasən yuxanda qeyd olan şəxsin borcu yoxdur. Müqavilənin 3.17-ci bəndinə əsasən, Kooperativ Payçı’nın əldə edəcəyi mənzilin yerləşdiyi binanı, Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürür. Kooperativ tərəfindən ünvan 1 ünvanında İnşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmışdır. Binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda mənə məxsus mənzil mənə təhvil verilmir. Mənzilin 15 gün müddətində mənə təhviltəslim edilməsi və mənzilin açarlarının təqdim edilməsini MTK-ya təklif edirəm. Əgər təklifdən imtina edilərsə və ya 15 gün müddətində təklifə cavab verilməzsə, onda mən, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm” göstərilmişdir; İddiaçı Cavabdeh MTK-ya ünvanlanmış 26.08.2020-ci il tarixli (21.11.2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə dair) pretenziyanın surətinin məzmununda “Mən, İddiaçı, Cavabdeh MTK ilə bağladığım 21 noyabr 2018-ci il tarixli C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili almışam. Müqavilənin 2.2-ci maddəsinə əsasən, mənzilin dəyəri 198159,00 AZN təşkil etmişdir. Göstərilən məbləğ mənim tərəfimdən Cavabdeh MTK-ya Ödənilmişdir. Pulun ödənilinəsi ilə bağlı Cavabdeh MTK tərəfindən 21 noyabr 2018-ci il tarixli 060 saylı Maliyyə Arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, İddiaçı, həqiqətən Cavabdeh MTK-mn ünvan 3 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin dəyərini tam Ödəmişdir. ”Cavabdeh” MTK şirkətinə C-085/08 nömrəli müqaviləyə əsasən yuxanda qeyd olan şəxsin borcu yoxdur. Müqavilənin 3.17-ci bəndinə əsasən, Kooperativ Payçının əldə edəcəyi mənzilin yerləşdiyi binanı, Müqavilə imzalandığı tarixdən etibarən 24 ay müddətində inşa edilməsini öhdəsinə götürür. Kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi başa çatmışdır. Binadakı mənzillər bəzi payçılara təhvil verildiyi halda mənə məxsus mənzil mənə təhvil verilmir. Mənzilin 15 gün müddətində mənə təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsini MTK-ya təklif edirəm. Əgər təklifdən imtina edilərsə və ya 15 gün müddətində təklifə cavab verilməzsə, onda mən, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm” göstərilmişdir; Məhkəmə ilk iddia tələbi üzrə «Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzilin və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzilin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə» iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, mübahisəli mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh” MTK ilə 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqavilə və 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqavilə bağlamış və ünvan 1 ünvanında inşa olunmuş 21mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Müqavillərin şərtlərinə əsasən İddiaçı tam olaraq ödəniş etmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzillərin tənvil verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 3 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzilləri iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən mənzillərin açarlarının ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2020-ci ildə təhvil verməli olduğu əmlakı ona verməmiş, iddiaçı ilə müqavilə münasibətlərinin mövcudluğunu ümumiyyətlə inkar etmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə qarşılıq iddia tələbini əsassız hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, qeyd edilən mənzillər Cavabdeh MTK-ya məxsus olmaqla iddiaçı ilə müqavilələr bağlanmış, qeyd edilən mənzilərlə bağlı iş üzrə 3-cü şəxs “xxxx” MMC ilə Cavabdeh MTK arasında hər hansı bir razılaşma (müqavilə) bağlanmasından İddiaçı məlumatlı olması ağlabat mühakimə olmamaqla, tərəflərin müqavilə öhdəyinin yerinə yetirilməsindən yayınma kimi qiymətləndirilir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilərin Cavabdeh” MTK-nın sədri tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması ilə bağlı irəli sürdüyü halla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Çünkü mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etməklə, müqavilə şərtləri onun razılığı çərçivəsində müəyənləşdirilmişdir. Müqavilənin digər tərəfi olan cavabdehin onu aldatdığı, yaxud hədə-qorxu və ya məcburiyyət təsiri altında qalaraq, eləcə də öz hərəkətlərinin mənasını dərk etməyərək müqaviləni bağladığı sübuta yetirilmədiyi təqdirdə isə, həmin müqavilənin etibarsız hesab olunması İddiaçı əldə etdiyi əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 14 ünvandakı mənzillərə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə çıxarışın iddiaçıların adına verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cim maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli, C-085/08 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21mərtəbəli yaşayış kompleksində C blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan C-03 mənzil və Cavabdeh MTK ilə bağladığı 21 noyabr 2018-ci il tarixli C-086/10 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsiyev 13/15 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin İddiaçı təhvil verilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1223/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1223/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver