Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1240/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh ("xxxx" MMC və "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahə mülkiyyətçiləri üçün ümumi olan hissəni bina sakinlərinin icazəsi olmadan icarəyə verdiyinə görə, icarə müqaviləsinin ləğv edilməsinə və binanın idarəedilməsi ilə bağlı qərarların AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və qeyrilərin iddia tələbini onunla əsaslandırmışdır ki, onlar, Nərimanov rayonu, H.Əliyev prospekti 105 ünvanında yerləşən binanın sakinləridirlər. Bina dövlət qeydiyyatına alınaraq, “çıxarış” la təmin olunmuşdur. Beləliklə, Qanunvericiliyə uyğun olaraq, bina tikinti şirkəti "xxxx" MTK-nın nəzarətindən çıxmışdır. Lakin, "xxxx" MTK qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, binanı təhvil verdikdən sonra da idarəçiliyi saxlamış, özbaşına kommunal ödəniş haqları müəyyən etmişlər. "xxxx" MTK-nın binaya təyin etdiyi komendant Cavabdeh Azerconnect MMC ilə öz arasında müqavilə imzalayaraq, bina sakinlərinin icazəsi və xəbəri olmadan binanın damı üzərində mobil rabitə baza stansiyası quraşdırmaqla, binanın hər bir sakininin hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdilər. İddiaçı1 göstərmişdir ki, "xxxx" MTK-nın binaya təyin etdiyi kommendant Cavabdehdur. Halbuki, AR Mənzil Məcəllənin 44-47-ci maddələrinə əsasən idarəetmə orqanı çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi yığındağının qərarı ilə müəyyən olunmalıdır. Azerconneet MMC ilə öz aralarında müqavilə imzalayaraq bina sakinlərinin icazəsi və xəbəri olmadan binanın damı üzərində mobil rabitə baza stansiyası quraşdırmaqla, ilk növbədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsini (MM-in 35.3 bəndində deyilir ki, Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.) Bakı Şəhər İcra Hakimiyyətinin araşdırmalarına əsasən binanın dam hissəsinin 20 kv. metrini məhz Cavabdeh xx.xx.2019 cu il tarixində Azerconnect MMC-ə icarəyə vermişdir. Belə olan halda sual yarana bilər ki, binanın ümumi əmlakının bir hissəsini «Şəbnur MTK» rəhbəri binada qeyri-qanuni komendant kimi fəaliyyət göstərən qardaşının adına necə özəlləşdirə bilər? AR MM-nin 43.1 bəndində deyilir ki, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.3 bəndində deyilir ki. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar yalnız ümumi yığıncaqda verilə bilər. Binada heç bir ümumi yığıncaq olmadığından, idarəetmə ilə bağlı heç bir seçki keçirilmədiyindən ümumiyyətlə, tərəflər arasında hər hansı bir sənədləşmə işi aparılmadığından, necə olur ki, «Şəbnur MTK» binanın ümumi əmlakından öz mənfəəti üçün istifadə edərək binanın damı üzərində Yüksək tezlikli mobil rabitə baza stansiyası quraşdırılmasına icazə verir. Problemlə əlaqədar BŞİH-dən bizə gələn cavab məktubunda məsələnin razılıqla həlli təmin olunmadığı təqdirdə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bina sakinləri dəfələrlə Cavabdeh sağlamlığımız üçün güclü təhlükə mənbəyi olan həmin mobil rabitə baza stansiyasının (mobil rabitə baza stansiyalarının 30 metr radiusunda yaşayış olmamalıdır) binanın üzərindən götürülməsini tələb elsələr də, heç bir nəticə alınmamışdır. Sonuncu «Məhkəməyə müraciət edin» deyə cavab vermişdir. Buna görə də, icarə müqaviləsinin ləğv olunmasına, (başqa sözlə, başımız üstündə quraşdırılmış mobil rabitə baza stansiyasının binanın üzərindən təcili olaraq götürülməsininə) və binanın idarəedilməsilə bağlı qərarların, AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi Digər iddiaçılar və 3-cü şəxs Şəbnur” MTK məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 15 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M7, m 3) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 13 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M7, m 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 21 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 97, M7, m 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı4 məxsusdur. xx.xx.2029-cu il tarixli "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış ilkin icra müqaviləsindən görünür ki, icarəyə verən "xxxx" MTK-ya ilə xx.xx.2019-cu ildə bağlanmış müqaviləyə görə Bakı şəhəri,Nərimanov ray.,H.Əliyev pr.l05,1951-ci saylı məhəllədə ,l(birinci) və 2(ikinci) giriş binanin dam örtüyünün üst sətində 20 kv m sahənin icarəyə verməsini öz üzərinə götürür. Həmin sahənin xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilinə tarixinə qədər icarəçinin istifadəsinə verməyi və onun bitməsinə l(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 5(beş) il müddətinə uzadılmış hesab edilir. Tərəflər İcarəyə verilən sahədən aylıq istifadə haqqını 25AZN olaraq müəyyən edirlər. Bu müqavilə imzaladığı andan qüvvəyə minir nəzərdə tutulan müddətdə qədər etibarlı olacaqdır. İcarəçi Cavabdeh istifada etdiyi 20 kv m. sahəni başqa şəxsə icarəyə verə bilər. «ŞƏBNUR" MTK-nın xx.xx.2029-cu il tarixli arayışından görünür ki, "xxxx" MTK-nın rəhbərliyi "xxxx" MMC şirkətinə yazıb bildiririk ki, onunla "xxxx"MTK fiziki şəxs Cavabdeh (Ş/VAZE №0*******, Şahbuz RPŞ)arasında bağlanmış müqaviləyə əsasən dam örtüyündə mobil baza stansiya tikilməsinə hec bir etirazımız yoxdur. xx.xx.2019-cu il tarixli Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., 105, 1951-ci məhəllə ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 (iyirmi) kv.m olan icarə obyektini "xxxx" MMC-nin istifadəsinə verir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, MTK ilə payçılar arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərin bağladığı müqavilələrə uyğun tənzimləndiyindən, yaranmış problemlərə dair qarşılıqlı razılaşma əldə olunmadığı təqdirdə, mülki qanunvericiliyə uyğun olaraq, mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçılar iddia tələbində qeyd olunan icarə müqaviləsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iddiaçıların bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, iddiaçılar iddia tələblərini, müqavilənin bina sakinlərinin icazəsi və xəbəri olmadan bağlanmasına və həmin müqavilə əsasında quraşdırılmış mobil rabitə baza stansiyasının onların sağlamlığına zərər vurmasını vurğulamaqla irəli sürmüşdür - yəni onun tələbi “icarə müqaviləsinin ləğv edilməsi” məzmununda olsa da, faktiki olaraq müqavilənin etibarsız hesab edilməsini arzulamış və iddiasını bu şəkildə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı verilmiş, 421-ci maddəsi ilə isə müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Başqa sözlə, müqavilələrin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbləri tamamilə ayrı-ayrı anlayışlardır və hər bir tələbin əsaslandığı hallar, normalar tamamilə fərqlidir. Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Məhkəmə hesab edir ki, iddiaçlarının mübahisələndirdiyi müqavilənin ləğvi üçün əsaslar mövcud deyil. Başqa sözlə, qanunvericiliyin mənasına görə iddiaçılar tərəfi olmadığı müqavilənin ləğvini ümumiyyətlə tələb edə bilməz, o, yalnız müqavilənin etibarsızlığı tələbini irəli sürə bilər, bununla belə qaldırılan iddia bu tələblə olmamışdır. Məhkəmə iclaslarında iddiaçılara iddia tələbinə dəyişiklik olması təklif olunsa da, verilmiş tələblə işə baxılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə, iddiaya müqavilənin ləğvi ilə bağlı irəli sürülən iddia kimi qiymət vermişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi üzrə iddiaçılar müqavilə tərəfi olmadığından iddia tələbinin təmin olunması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv olunması barədə tələbi rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “binanın idarəedilməsi ilə bağlı qərarların Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, müvafiq tələb hazırki iddia tələbindən törəmə olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1240/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1240/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver