Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1243/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasının nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı əmrin ləğvi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı əmrin ləğvi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 nömrəli Şəhər klinik Xəstəxananın Baş həkimi Fazil Alməmmədovun imzaladığı xx.xx.2020-ci il tarixli 541-k saylı əmrin ləğv olunması, ona vurulan mənəvi ziyana görə cavabdehdən 50000 (əlli min manat) məbləğində təzminatın ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasının nümayəndələri X2 və X4 məhkəmə iclasında ayrı-ayrılıqda barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirdi və barışıq sazişini imzalayaraq iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı əmrin ləğvi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Baş həkimi Fazil Alməmmədov arasında xx xxxxxx 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı vurulan mənəvi ziyana görə cavabdehdən 50000 (əlli min manat) məbləğində təzminatın ödənilməsinə tələb etmir.
2. Cavabdeh 5 nömrəli Şəhər klinik Xəstəxananın Baş həkimi Fazil Alməmmədovun imzaladığı xx.xx.2020-ci il tarixli 541-k saylı əmr ləğv olunur və İddiaçı Cavabdehin Uşaqlar üçün yanıq bölməsinin Böyük tibb bacısı vəzifəsinə qaytaracağı öhdəliyini üzərinə götürür.
3. Barışıq Sazişi bağlandıqdan sonra Baş həkimi Fazil Alməmmədov, İddiaçı ilə bağlı Cavabdehə qarşı iddia qaldırdığı üçün gələcəkdə bununla bağlı heç bir təzyiq və təqiblərə məruz qalmayacağı barədə öhdəlik götürür.
4. Barışıq Sazişi iki nüsxədə, hər tərəfdə bir nüsxə qalmaqla tərtib edilmiş və hər nüsxə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı cavabdeh 5 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı əmrin ləğvi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova