Məhkəmə qərarları › İş №2(005)-1248/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1248/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1248/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 3 saylı Bakı “Asan xidmət “mərkəzinin” Qeydiyyat" şöbəsində 19.12. 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.20205-ci il tarixində X5 dünyaya gəlmişdir. 02.01 2020-ci ildə İtaliyaya Respublikasına getmiş, 2020-ci ilin fevral ayında oradan qayıtmışlar. Qayıtdıqdan sonra ünvan 1 blok 6, mərtəbə 13, mənzil 4 ünvanda birgə yaşamışlar. Evin kirayə xərci 350 manatdır. xx xxxxxx 2020-ci ildən Cavabdeh kirayə yaşadıqları evdən getmiş və geri qayıtmamışdır .Bundan sonra cavabdeh, onunla və xx.xx.2020-ci ildə anadan olmuş X5 ilə əlaqəni kəsməklə onunla yaşamaq istəmədiyini bildirmişdir. Hazırda qızı X5 ilə qeyd olunan ünvanda yaşamağa məcburdur. Evin kirayə pulunu ödəmədiyindən və ailəsinə lazımi maddi yardım göstərmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən azyaşlı qızının yaşamağı, maddi təminatının ödənilməsi üçün aliment tutulmalıdır. Bildirir ki, cavabdeh hazırda atalıq vəzifəsini yerinə yetirmir. Azyaşlı qızının qidalanması, geyim əşyaları ilə təmin olunması, həmçinin digər xərcləri və hərtərəfli inkişafı ilə özü valideyinlərinin köməkliyi ilə məşğul olmağa məcburdur. Hazırda "Covid 19” epidemiyası ilə əlaqədar özünün və qızının belə bir şəraitdə həyatı və sağlamlığı üçün çox böyük təhlükə yaranmışdır. X3 azyaşlı olduğundan və o, uşağın doğulması ilə əlaqədar çox zəif olduğu üçün müalicəyə və müayinə ehtiyacının olması səbəbindən, eyni zamanda maddi vəziyyəti ağır oluğu, həmçinin kirayədə yaşadığı, 260 manat kirayə haqqı ödədiyi üçün hesab edir ki, AR AM-nin 86-ci maddəsinə əsasən ona da evin kirayəsi üçün cavabdehdən 350 ( üç yüz əlli ) manat aliment tutularaq ödənilməlidir. Hal-hazırda azyaşlı uşağın saxlansına, qidalanmasına, müalicəsinə xeyli vəsait tələb olunur. Cavabdeh tərəfindən uşağın saxlancı ilə bağlı xərclər, qidalanması, geyimi və s. ödənilmir, cavabdeh könüllü olaraq ailəsini saxlamaqdan imtina edir, bu səbəbdən cavabdehdən rəsmi olaraq qanunda nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında aliment tələb etmək zorundadır. Qeyd edilənləri nəzərə alaraq, birgə nikahdan xx.xx.20205-ci il tarixində anadan olmuş X1 üçün “xxxx" ASC-nin X2 Marketinq şöbəsinin Baş Mütəxəssisi vəzifəsində işləyən Cavabdeh əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin xx.xx.2020-ci il tarixindən hesablanmaqla tutulması, kirayə yaşadığı mənzil üçün ödədiyi 350 (üç yüz əlli) manat kirayə haqqının tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 2 saylı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 511023 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 3 saylı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 315396 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 4429 №-li akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan “Sizin---Emlakçı” Daşınmaz Əmlak Agentliyinin xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsindəki 2 otaqlı mənzili 1 il müddətinə ayda 350 manat ödəmək şərti ilə kirayəyə götürmüşdür. 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi Cavabdeh onun xeyrinə kirayə pulu kimi hər ay 350 manat məbləğində pulun tutulmasıdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, iddiaçının kirayə haqqının tutulması ilə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi kirayə pulunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar