Məhkəmə qərarları › İş №2(005)-1248/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1248/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1248/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X19 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü oğlu X10 ilə birgə yaşadığı Cavabdeh məxsus ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, 36 saylı evin 9 saylı mənzilinə köçürülməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh ilə birgə nikahı xx.xx.2023-cü il tarixdə ünvan 1anov Rayon Məhkəməsinin 2(005)-73/2023 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə birgə nikahından doğulan X6 iddiaçının himayəsində saxlanılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-73/2023 saylı Qətnaməsi ilə qərara alınmışdır. Cavabdeh və birgə nikahından doğulan X10 ilə birgə cavabdehə məxsus ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, ev 36, mənzil 9 saylı evin 2-ci mərtəbəsində 3 otaqlı mənzildə yaşamışlar (53 saylı MKİS-in Arayışı ərizəyə əlavə olunur). Mənzilə dair 4 ədəd fotoşəkil ərizəyə əlavə olunur. Keçmiş qayınatası Yusif Ələkbərovun və keçmiş həyat yoldaşı Cavabdeh iddiaçıya olan təklifini-nikahdan boşanmış qızı Aynur Ələkbərovanın uşaqlarının saxlanması təklifini bəyənmədi. Sonradan aralarındakı narazılıqlar get-gedə şiddətləndi, ailə üzvlərinin iddiaçı ilə mənfi rəftarlarını görüb oğlu Yusiflə birgə atasının evində yaşadı. Baxır ki, iddiaçının bu hərəkəti mənfi rəftar edən şəxslərin lap ürəyincədir. Ona görə də Hörmətli Məhkəmədən tələbi ailə üzvləri ilə birgə yaşadığı ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, 36 saylı evin 9 saylı mənzilinə birgə nikahdan doğulmuş azyaşlı oğlu X10 ilə köçürülməsidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1248/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair hissəsi hazırki qeydiyyat nömrəsində saxlanılması, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair hissəsinin isə ayrıca icraata ayrılmaqla baxılması, işə yeni qeydiyyat nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin əsassız olduğunu bildirib, iddia tələbinin rədd edilməsi barədə məhkəməyə yazılı etiraz təqdim edib, yazılı etirazın məzmununa uyğun izahat verdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan yaşayış sahəsi cavabdehin 1-2 yaşı olanda valideynləri tərəfindən alınmış, ailə üzvləri xx.xx.1989-cu ildən həmin yaşayış sahəsinə qeydiyyata alınmışlar, qeyd olunan yaşayış sahəsi 1997-ci ildə valideynlərinin adına özəlləşdirilmiş, hazırda da atası X11 xüsusi mülkiyyətindədir. İddiaçı 2018-ci ildə cavabdehlə ailə quran vaxtdan Kral şadlıq evinin yanındakı “Azərilmə” şirkəti ilə üzbəüz yeni hündürmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində, mülkiyyətçi Aslan müəllimə məxsus 4 otaqlı mənzilə gəlin köçmüş, orada kirayə yaşamışlar və şəxsi istifadəsi üçün gətirdiyi əmlakını da ora gətirmiş, anasının 2020-ci ilin sonlarında vəfatı ilə bağlı Mehdiabad qəsəbəsində yas mərasiminə başı qarışdığı vaxt, atası Fərhad Piriyev qızına və cavabdehə məxsus olan bütün əmlakını da öz evinə daşımışdır. 2020-ci ilin sentyabrında anasının 40 mərasimində də iştirak etmədiklərinə görə həmin vaxtdan ailə münasibətləri tamamilə kəsilmiş, sonrakı müddətdə nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni atasının mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə, həmçinin cavabdeh həmin tələb üzrə cavabdeh qismində çıxış edə bilməz. Məhkəməyə təqdim edəcəyi “forma-2” arayışından da görünür ki, orada cavabdehdən başqa azı 15-20 nəfər qeydiyyatda olan şəxslər vardır. Həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə, mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair hər hansı qanunla qorunan hüququnun (mülkiyyət, istifadə və s.) mövcudluğundan asılıdır. Belə hüququn mövcudluğu müəyyən edilmədən köçürülməyə dair iddia tələbinin təmin edilməsi o mənaya gələcəkdir ki, iddiaçının tələbinin qanuni əsası olmadığı halda həmin tələb təmin edilir. Hazırki vəziyyətdə isə, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsi məxsusdur ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı müqavilə münasibətləri və ya ailə münasibətləri mövcud deyildir. Eləcə də, iddiaçı bircə gün də olsun həmin evdə yaşamayıb. Ola bilər ki, cavabdehlə 1-2 dəfə qonaq qismində gedib, orada 1-2 şəkil çəkdirib. Bu şəkillər onun həmin evdə yaşamasını sübut edə bilməz. Ən azından iddiaçının anten məlumatları götürülsə, müəyyən olunar ki, bu şəxs konkret olaraq göstərilən müddətdə hansı ərazidə yaşamışdır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə iddiaçı köçmək istədiyi evdə yaşaması, həmin evdə yaşamaqdan məhrum edilməsi, eləcə də orada yaşamasının kim tərəfindən məhrum edilməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməyib. Eləcə də, cavabdehi bu iddia tələbi üzrə cavabdeh qismində göstərməsi başa düşülən deyil. Cavabdeh həmin ünvanda nə evi, nə də ki hər hansı yaşayış sahəsi mövcud olub. Bunu məhkəmənin verdiyi sorğuya cavab məktubları da bir daha təsdiq edir. Habelə, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçı əgər dediyi kimi həmin ünvanda yaşamışdırsa, orada qonşulardan kimləri tanıyır, onun həmin evdə yaşamasını hansı qonşu təsdiq edir ki, belə bir iddia qaldırıb. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı isə köçürülməsini tələb etdiyi evin mülkiyyətçisi qala-qala cavabdehə qarşı əsassız iddia qaldırıb. Lakin hazırki iş üzrə məhkəmə araşdırmasında iddiaçı köçmək istədiyi evdə cavabdeh ilə birlikdə yaşaması, ev yiyəsi olan atası ilə birgə təsərrüfat aparması, ən azından 1 manat da olsun kommunal xidmət haqqlarından ödəniş etməsi, onun yaşadığı evdən qanunsuz məhrum edilməsi, cehiz əmlakının mübahisələndirdiyi evdə olması, eləcə də evin mülkiyyətçisi tərəfindən məcburi qaydada evdən çıxarılması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin birgə nikahda olmaları, onların həmin nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların anasının yanında saxlanılması və onun saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-73/2023 saylı qətnaməsi) Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 53 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, 36 saylı evin 9 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00034 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında yalnız İddiaçı iştirak edib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan görünür ki, ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, ev 36, 6 otaqlı 9 saylı mənzil ilkin olaraq xx.xx.1997-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın xx.xx.1997-ci il tarixli 3MA-572 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mərzilin 3 otağı X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın xx.xx.1997-ci il tarixli 3MA-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X16 özünə məxsus 3 otağını X4 bağışlamışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 114 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamına və 700 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən, A.V.Ələkbərovaya məxsus mənzilin yaşayış sahəsi 96.9 kv.m, köməkçi sahəsi 107.55 kv.m olmaqla 7 otaqlı hesab edilmişdir. Həmin sərəncamlarına, eyni zamanda ailə üzvlərinin razılıq ərizələrinə və forma-2 arayışına əsasən xx.xx.2005-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2008-ci il tarixli 2V-1-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 3 otaq (36.5 kv.m) X3 adına qeydiyyatdan keçmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli xx.xx.2017-ci il tarixli 7 otaqlı olan mənzilin təyinatı dəyişilmişdir və qeyri-yaşayış sahəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 54 saylı DNK-da 8İ-6325 reyestr nömrəsi ilə təsdiqlənmiş bölgü sxeminə əsasən 3 otaqlı mənzil X5 və qeyri-yaşayış sahəsi X4 bölünmüşdür. Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə’yə əsasən sözügedən qeyri-yaşayış sahəsi X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-28 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 3 otaqlı (36.5 kv.m) mənzili X9 bağışlamışdır və xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda da sonuncunun mülkiyyətindədir. Məlumat üçün bildiririk ki, eyni ünvan göstəricilərinə malik X8 adına xx.xx.2003-cü il tarixdə ilkin qeydiyyata alınmış digər mənzil barədə də məlumat aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmasıdır. Lakin iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə bildirir ki, iddiaçı Cavabdeh keçmiş arvadı olmaqla, onunla xx.xx.2018-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra mübahisələndirilən mənzilə gəlin köçmüşdür. Onların nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-73/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi, İddiaçı köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırki mülki işdən göründüyü kimi, Cavabdeh münasibətlərin yarandığı 2018-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun və valideynlərinin yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Məhkəmə hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranmasına istinad edərək, mübahisəli evə köçürülməsi tələbi ilə məhkəmənin razılaşması iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd olunanlardan başqa məhkəmə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, ev 36, 6 otaqlı 9 saylı mənzil ünvanında yerləşən evin (tikilinin) 2-ci mərtəbəsi (hazırda iddiaçının köçmək istədiyi ünvan) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ünvanın 1-ci mərtəbəsi bağışlama müqaviləsinə əsasən X16 özünə məxsus 3 otağını X4 bağışlamışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli xx.xx.2017-ci il tarixli 7 otaqlı olan mənzilin təyinatı dəyişilmişdir və qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyriyaşayış sahəsi X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bu baxımdan mübahisəli yaşayış sahəsinin cavabdehin mülkiyyətində olmadığı müəyyən edilmişdir. Belə olan halda cavabdeh iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir; prosessual qanunvericiliyin mənasına görə isə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Keçmiş gəlinlərin mənzilə (özbaşına tikiliyə) köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə iddiaçının hazırda cavabdehə qarşı mənzilə köçürmə tələbini irəli sürməsinə subyektiv hüququnun olmamasını məhz cavabdehin valideynlərinin mübahisəli tikilinin 1-ci mərtəbəsinə mülkiyyət hüquqlarının olması, həmin tikilinin 2-ci mərtəbəsinin dövlət reyestrində qeydiyyatdan keçməsə də məhz sonuncuların vəsaiti hesabına inşa edilməsi halı ilə əsaslandırır. Çünki, iddiaçı qeyd olunanları təkzibedici hər hansı sübutar təqdim etməməklə, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini təsdiq edən sübutları da təqdim edə bilməmişdir. İşin müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, o, 2018-ci ildə ailə qurduqdan sonra mübahisəli ünvanda yerləşən mənzilə gəlin köçmüş, nikahları pozulanadək orada yaşamış, həmin ünvanda yerləşən əmlakın 2ci mərtəbəsindəki tikili onun səyi və zəhməti ilə inşa olunmamışdır. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, mübahisəli tikilinin 1ci mərtəbəsi cavabdehin anasına məxsus olmuş, daha sonra birinci mərtəbə qeyri-yaşayış sahəsinə çevrilmiş, hazırda da həmin qeyri-yaşayış sahəsi cavabdehin atasının mülkiyyətindədir. İddiaçı, özünün bildirməsinə görə oraya 2018-ci ildə köçmüş, bu tarixdən sonra evdə heç bir təmir və ya yaxşılaşdırma işləri həyata keçirilməmiş, ailə münasibətləri pozulduqdan sonra evi tərk etmişdir. Tərəflər arasında münaqişəli vəziyyət vardır və onların birgəyaşayış qaydalarına uyğun olaraq yaşamaları mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü oğlu X10 ilə birgə yaşadığı Cavabdeh məxsus ünvan 1anov rayonu, Xan Şuşinski küçəsi, 36 saylı evin 9 saylı mənzilinə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar