Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6008/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Ramiz oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6008/21 (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil2, Cavabdeh: Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(103)3594/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, 09 mart 2015-ci il tarixdə doğulmuş oğlu X5 və 25 sentyabr 2019-cu il tarixdə doğulmuş qızı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Ramiz Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, ona hədiyyə şəklində verilən, habelə ona və övladlarına məxsus cəmi dəyəri 15.980 manat olan aşağıda sadalanan qızıl əşyalarının750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolye boyunbağının, bilərziyin, sırğanın, üzükdən ibarət 3.000 manat dəyərində damla qızıl dəstin, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğanın və 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət dəyəri 1.300 manat olan romb formalı dəstin, dəyəri 2.700 manat olan 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağının, 916 əyarlı 8 qram qızıldan hazırlanan klonun, 583 əyarlı 11 qaram qızıldan hazırlanan dəyəri 880 manat olan paxlava formalı boyunbağının, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan dəyəri 150 manat olan bilərziyin, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 150 manat olan bilərziyin, 750 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan dəyəri 700 manat olan boyunbağının, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan dəyəri 900 manat olan boyunbağının, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı dəyəri 1.200 manat olan bilərziyin, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1.050 manat olan bilərziy in, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı dəyəri 1.050 manat olan boyunbağının, 750 əyarlı 8 qram qızıldan hazırlanan dəyəri 1.200 manat olan nişan üzüyünün, 750 əyarlı 9 qram qızıldan hazırlanan dəyəri 950 manat olan bir cüt brilyant qaşlı sırğanın, 585 əyarlı 2 qram qızıldan hazırlanan dəyəri 150 manat olan bir cüt uşaq üçün sırğanın, 600 manat dəyərində Çeyrek altunun (Atatürk şəkilli) 2 ədəd sarı qızılın, 4 qram, (qəpik formasında) türk qızılının, bundan başqa iddiaçıya məxsus Samsunq “A-8” markalı telefonun və pul kartının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Səlimova) iddia qismən təmin edilərək, iddiaçının övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ramiz Allahverdiyev küçəsində (Bal marketin yanı) yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehdən 750 əyarlı 28 qram qızıldan hazırlanan brilyant qaşlı kolyenin, boyunbağının, bilərziyin, sırğanın, üzükdən ibarət damla qızıl dəstinin, 750 əyarlı 7 qram qızıldan hazırlanan sırğanın, 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formalı dəstin, 916 əyarlı 8 qram qızıldan hazırlanan boyunbağının, 916 əyarlı 8 qram qızıldan hazırlanan klonun, 583 əyarlı 11 qram qızıldan hazırlanan paxlava formalı boyunbağının, 585 əyarlı 2 qram qızıldan hazırlanan Ramiz adı yazılan bilərziyin, 585 əyarlı 2 qram qızıldan hazırlanan Şura adı yazılan bilərziyin, 75 0 əyarlı 8 qram qızıldan hazırlanan Şura adı yazılan boyunbağının, 750 əyarlı 10 qram qızıldan hazırlanan Aysel, Ramiz, Qara adları yazılan boyunbağının, 750 əyarlı 11 qram qızıldan hazırlanan ürək formalı bilərziyin, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı bilərziyin, 750 əyarlı 10 qram qızıldan hazırlanan zəncir formalı boyunbağının, 750 əyarlı 8 qram qızıldan hazırlanan nişan üzüyünün, 750 əyarlı 9 qram qızıldan hazırlanan bir cüt brilyant qaşlı sırğanın, 585 əyarlı 2 qram qızıldan hazırlanan bir cüt uşaq üçün sırğanın, Çeyrek altun (Atatürk şəkilli) 2 ədəd sarı qızıl, 4 qram qəpik formasında türk qızılı olmaqla zinət əşyalarının alınaraq iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırı b ki, iddiaçının özünün və övladlarının yeganə yaşayış sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ramiz Allahverdiyev küçəsində (Bal marketin yanı) yerləşən hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evində uzun müddət övladları ilə birlikdə yaşadığından, habelə cavabdehin etirazında istinad etdiyi hallar bu iddia tələbinin təmin edilməməsi üçün əsas olmadığından iddia tələbi bu hissədə əsaslıdır. Ona görə də iddia bu hissədə təmin edilməklə iddiaçı övladları ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidir. Eyni zamanda iddia tələbi yuxarıda göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsas landırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi qismən- yaşayış sahəsinə köçürülmə tələbinə aid hissədə ləğv edilib, həmin hissədə iddia rədd edilib, habelə cavabdehdən dəyəri 3.000 manat olan 750 əyarlı, 28 qram brilyant, ağ qızıldan hazırlanan brilyant qaşlı kolyenin, boyunbağının, bilərzikdən, sırğadan, üzükdən ibarət damla qızıl d əstinin, dəyəri 1.300 manat olan 750 əyarlı, 6 qram 1 cüt sırğanın, 750 əyarlı 6 qram qızıldan hazırlanan üzükdən ibarət romb formasında, sarı qızıl dəstinin, qiyməti 2.700 manat olan 916 əyarlı, 8 qram boyunbağının, 916 əyarlı 8 qram sarı ərəb qızılından hazırlanan klondan ibarət dəstin, qiyməti 880 manat olan 583 əyarlı, 11 qram sarı rus qızılından hazırlanan paxlava formalı boyunbağının, qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan Ramiz adı yazılan bilərziyin, qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan Şura adı yazılan bilərziyin, qiyməti 700 manat olan 750 əyarlı, 8 qram sarı italyan qızılından hazırlanan Şura adı yazılan boyunbağının, qiyməti 875 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan Aysel, Ramiz, Qa ra adları yazılan boyunbağının, qiyməti 1.155 manat olan 750 əyarlı, 11 qram sarı türkün italyan qızılından hazırlanan ürək formalı bilərziyin, qiyməti 1.050 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan zəncir formalı bilərziyin, qiyməti 1.050 manat olan 750 əyarlı, 10 qram sarı türk qızılından hazırlanan zəncir formalı oğlan bilərziyin, qiyməti 1.200 manat olan 750 əyarlı, 8 qram ağ türk qızılından hazırlanan tək qaşlı brilyant nişan üzüyünün, qiyməti 950 manat olan 750 əyarlı, 9 qram sarı italyan qızılından hazırlanan bir cüt brilyant qaşlı sırğanın, qiyməti 150 manat olan 585 əyarlı, 2 qram sarı türk qızılından hazırlanan bir cüt uşaq üçün sırğanın, qiyməti 600 manat olan 2 ədəd sarı türk qızılından hazırlanan qızılın, hər biri 4 qram, qəpik formasında Atatürk şəkilli Çeyrek altun qızıl zinət əşyalarının və ya onların dəyərinin alınıb iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 18 mart 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 09 mart 2015-ci il tarixdə X5 və 25 sentyabr 2019-cu il tarixdə X7 adlı iki uşaqları doğulub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub, hər iki uşaqların iddiaçının yanında saxlanılması, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi, həmçinin cavabdehdən 25 sentyabr 2019-cu i l tarixdə doğulmuş X4 üç yaşınadək, yəni 25 sentyabr 2022-ci il tarixədək hər ay 50 manatın tutulub iddiaçıya ödənilməsi qət edilib. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 12 fevral 2008-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə cavabdehin atası X2 mülkiyyətinə verilməsi qərara alınıb. Torpaqların alqı-satqısına dair 12 fevral 2008-ci il tarixli Akta əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi 1.344 manata X1. Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 23 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, bələdiyyədə mövcud olan elektron bazada Xocasən bələdiyyəsi tərəfindən tərəflərin mülkiyyətinə, icarəsinə və istifadəsinə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında heç bir məlumat aşkar edilməyib və onlar vergi ödəyicisi kimi qeydiyyata alınmayıb. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və onun tikintisi üçün lazımi icazələr mövcud deyil. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürüb və bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqların ın mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Hazırda iddiaçı iddia edir ki, cavabdehlə ailə qurduqdan sonra onun və valideynlərinin yaşadığı mübahisəli fərdi yaşayış evinə köçərək onlarla birlikdə 25 mart 2014-cü ildən 24 may 2020-ci il tarixədək həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12 fevral 2008-ci il tarixli qərarı ilə alqı-satqı yolu ilə cavabdehin atası X1. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ramiz Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və özbaşına tikilidir. Belə olan halda, iddiaçının özbaşına tikiliyə və (ya) onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ mötəbər sübutlarla təsdiq edilmədiyindən “evə köçürülmə” tələbinə dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi qızıl zinət əşyaları nın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianı təmin etməklə düzgün qənaətə gəlsə də, həmin əşyaların tutulmalı olan dəyəri barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaq mümkün deyildir. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 27.1, 180-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, evə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında laz ımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər ba ğlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2- ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi evə köçürülmə hissəsində mübahisələndirildiyindən, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın evə köçürülmə hissəsində təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər 18 mart 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 09 mart 2015-ci il tarixdə X5 və 25 sentyabr 2019-cu il tarixdə X7 adlı iki uşaqları doğulub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub, hər iki uşaqların iddiaçının yanında saxlanılması, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi, həmçinin cavabdehdən 25 sentyabr 2019-cu il tarixdə doğulmuş X4 üç yaşınadək, yəni 25 sentyabr 2022-ci il tarixədək hər ay 50 manatın tutulub iddiaçıya ödənilməsi qət edilib. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 12 fevral 2008-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə cavabdehin atası X2 mülkiyyətinə verilməsi qərara alınıb. Torpaqların alqı-satqısına dair 12 fevral 2008-ci il tarixli Akta əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi 1.344 manata X1. Binəqədi ra yonu, Xocasən Bələdiyyəsinin 23 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, bələdiyyədə mövcud olan elektron bazada Xocasən bələdiyyəsi tərəfindən tərəflərin mülkiyyətinə, icarəsinə və istifadəsinə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında heç bir məlumat aşkar edilməyib və onlar vergi ödəyicisi kimi qeydiyyata alınmayıb. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə gö rə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və onun tikintisi üçün lazımi icazələr mövcud deyil. Hazırda iddiaçı, iki övladı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələb irəli sürüb. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikin ti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəb ul edilə bilər. Bu baxımdan iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin, hazırda iddiaçı iddia edir ki, cavabdehlə ailə qurduqdan sonra onun və valideynlərinin yaşadığı fərdi yaşayış evinə köçərək onlarla birlikdə 25 mart 2014-cü ildən 24 may 2020-ci il tarixədək həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 12 fevral 2008-ci il tarixli qərarı ilə al qı-satqı yolu ilə cavabdehin atası X1. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Ramiz Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və özbaşına tikilidir. Belə olan halda, iddiaçının özbaşına tikiliyə və (ya) onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüququ mötəbər sübutlarla təsdiq edilmədiyindən, “evə köçürülmə” tələbinə dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, həmin hissədə iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməs ini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(103)-3594/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6008/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6008/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver